29.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
(11 iyun, 1920-ci ildə bizim İrana vahiməli
qaçışımız haqqında xatirələrim)
XVII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlıqda «Moi vospominaniə o naşem paniçeskom beqtstve v İran v 1920 qodu 11 iönə» qeyd olunmuşdur. Sonda «K 101 straniüe v tetradke» qeyd edilmişdir. 1920-ci ilin xatirələridir.
Ölçüsü: 20,5x30,5 sm; həcmi: 70 vərəq; fond 6, s.v. 389*.
30.HƏMİDƏ MƏMMƏDQULUZADƏ
«Xatirələrim»
XVIII
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqlərin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Başlıqda «Moi vospominaniə» qeyd olunmuşdur. 64-cü səhifədən başlanır. 1921-ci ildə Təbrizdə nəşr olunan «Molla Nəsrəddin» jurnalında «Mozalan», «Dəli», «Molla Nəsrəddin» imzaları ilə dərc edilmiş məqalələr, 82-ci səhifədə «Bizim İrandan qayıtmağımız» adlı xatirəsi, C.Məmmədquluzadənin ailə üzvlərilə 1923-1931-ci il məktublaşmaları, sonda isə Mirzə Cəlilin xəstəliyi və vəfatı barəsində xatirələri verilmişdir.
Ölçüsü: 21x30,5 sm; həcmi: 62 vərəq; fond 6, s.v. 389*.
Dostları ilə paylaş: |