81.TÜRK DİLİNDƏ «KOMMUNİST» QƏZETİNİN
NƏŞRİYYAT ŞÖBƏSİNİN MÜDİRİ HEYDƏROVDAN
III
Rus dilində. Yazılış tarixi 13 aprel, 1926-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Aprelin 1-dən Səfərova maaşın yazılmamasını və korrektura işinə görə isə Süleyman Məlikova maaş yazılmasını bildirir.
Başlanır: V kontoru jurnala «Molla…
Bitir: … i za vıpusk jurnala. Qeydarov.
Ölçüsü: 15,5x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 306*.
82.VARTAŞEN KƏND «İNTERNASİONAL»
İSTEHLAK KOOPERATİVİNDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 18 aprel, 1931-ci il, Vartaşen. Saya vərəqin hər iki üzünə qara karandaşla yazılmışdır. Vərəqin bir üzündə Azərbaycan dilində, digər üzündə isə həmin mətnin qısa məzmunu rus dilində verilmişdir. Məktub kooperativin sədri və kargüzarının imzaları ilə təsdiqlənir.
Məzmunu: «Molla Nəsrəddin» jurnalının nümuyəndəsi Paşa Cəfərov vasitəsilə idarələrinin 1343 nömrəli qəbzi üzrə jurnala 3 nüsxə abunə yazıldıqlarını, lakin bu vaxta qədər ala bilmədiklərini bildirir.
Başlanır: «Molla Nəsrəddin» jurnalı idarəsinə…
Bitir: … bu haqda sərəncamınız rica olunur.
Ölçüsü: 15x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 321.
Dostları ilə paylaş: |