Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə185/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   181   182   183   184   185   186   187   188   ...   295
7.QİYMƏT KİTABÇASI
Rus dilində. Yazılış tarixi 23 dekabr, 1929-cu il. Kitabça bə­növşəyi mürəkkəb və qara, qırmızı, göy karandaşla yazıl­mışdır. Boz rəngdə qalın cildi var. Kitabça sonda üzərində «Azerbayd. Soüial. Sov. Respubl. Azerbaydj. Politexniç. İnstitut im. Azizbekova. Prolet. Vsex stran soe­din.» sözləri həkk olunan qəhvəyi rəngdə surquçla möhürlən­mişdir.

Məzmunu: Midhət Məmmədquluzadənin 1928-ci ildən Əziz­bəyov adına Azərbaycan Politexnik İnstitutunun tələbəsi olduğunu bildirir.
Ölçüsü: 10,5x16,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 436*.

8.MƏKTUB
Rus dilində. Yazılış tarixi 8 sentyabr, 1930-cu il, Don-Ku­bansk. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Kadrlar şöbəsinin müdirinin imzası ilə təsdiqlənmişdir. Don-Ku­bansk Dövlət Çay Donanması tərəfindən Azərbaycan Döv­lət Politexnik İnstitutuna yazılmışdır.

Məzmunu: Don-Kubanska ezamiyyətə göndərilən Midhət Məmmədquluzadə təcrübəsini bitirdiyi üçün sərəncamlarına göndərildiyi bildirilir.
Başlanır: Azerbaydjanskiy Qosudarstvennıy…

Bitir: … napravləetsə v Vaşe rasporəjenie.

Ölçüsü: 21x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
9.RƏY
Rus dilində. Yazılış tarixi 11 aprel, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Bir səhifədə eyni mətn iki dəfə təkrarlanmışdır. Tikinti Komitəsinin sədri Lobaçev, kollektivin partiya katibi Qabuyevin imzaları və Komitənin möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Azərbaycan Politexnik İnstitutunun tələbə-praktikantlarının tikintidə fəhlələr arasında apardıqları ictimai işlər sadalanır və həmin tələbələrdən bir neçəsinin, o cüm­­lədən Midhət Məmmədquluzadənin daimi ictimai işə cəlb olunması barəsindədir.
Ölçüsü: 36x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
10.RƏY
Rus dilində. Yazılış tarixi 6 sentyabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Baş texnikin (adı oxunmur: «A.Fad…ə») imzası və möhürlə təsdiqlənmişdir.

Məzmunu: Don-Kubanskda təcrübə keçmiş Azərbaycan Po­litexnik İnstitutunun tələbəsi olan Midhət Məmmədquluza­dəyə işin öhdəsindən layiqincə gəldiyinə görə müsbət rəy verilmişdir.

Ölçüsü: 35x22 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 435*.

11.SİYAHI
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 fevral, 1922-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili və­rəqin bir üzünə bənövşəyi karandaşla yazılmışdır.

Məzmunu: Midhətin müxtəlif yerlərə sərf etdiyi yol xərclərinin siyahısıdır.
Ölçüsü: 11x17,5 sm; həcmi: 2+1 (boş) vərəq; fond 6, s.v. 435*.
12.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 14 yanvar, 1932-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Komitənin sədri Rza-Zadə, elmi katib Feldberqin imzaları və Komitənin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Ener­getika Komitəsi tərəfindən Midhət Məmmədquluzadə­yə verilmişdir.

Məzmunu: Moskvada keçiriləcək Su Təsərrüfatı üzrə Ümum­ittifaq Konfransda Komitənin təmsilçisi olduğunu bildirir.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
13.VƏSİQƏ
Azərbaycan dilində kiril əlifbası ilə və rus dilində. Yazılış tarixi 12 may, 1942-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Vəsiqə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Üzərində «AMİ» həkk olunmuşdur. ATİ-nun direktorunun, katibinin imzaları və İnstitutun mö­hü­rü ilə təsdiqlənmişdir. Azərbaycan Tibb İnstitutu tərəfindən Ənvər Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: İnstitutda həkim vəzifəsində işlədiyini bildirir.

Ölçüsü: 9,5x7,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 439*.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin