Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə73/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   69   70   71   72   73   74   75   76   ...   295
28.O.İ.ŞMERLİNQDƏN43

I
Rus dilində. Yazılış tarixi 15 oktyabr, 1925-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Mavi rəngli vərəqin hər iki üzü­nə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: 63 yaşı olduğunu və müsəlman qəzeti olan «Yeni fikir»də işlədiyini bildirir. «Molla Nəsrəddin» jurnalında indi hansı rəssamın işlədiyini soruşur.
Başlanır: Doroqoy Mirza Djalil!..

Bitir: … Vaş İ.Şmerlinq.

Ölçüsü: 12x18 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 233.
29.O.İ.ŞMERLİNQDƏN

II
Rus dilində. Yazılış tarixi 7 may, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Onun məktublarına səhhətilə əlaqədar olaraq cavab yaza bilmədiyini bildirir və «Molla Nəsrəddin»də yeni­dən işləmək təklifi qüvvədədirsə şəkil üçün mövzuları göndərməsini xahiş edir.
Başlanır: Doroqoy starıy druq Djalil!..

Bitir: … nailuçşeqo. Vaş O.Şmerlinq.

Ölçüsü: 14,5x22,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 234.
30.O.İ.ŞMERLİNQDƏN

III
Rus dilində. Yazılış tarixi 25 may, 1925-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Pulu, məktubu şənbə günü aldığını və Həmkərlar İttifaqının qurultayı ilə bağlı işinin çox olduğunu yazır.
Başlanır: Doroqoy Djalil! Denejnıy…

Bitir: … krepko jmu. Vaş O.Şmerlinq.

Ölçüsü: 15,5x23 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 235.

31.O.İ.ŞMERLİNQDƏN



IV
Rus dilində. Yazılış tarixi 1 iyun, 1927-ci il, Tiflis. Saya qo­şa vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır.

Məzmunu: Tiflisi tərk edib Aşqabadda, yaxud Bakıda yaşamaq istədiyini bildirir. Bakıda mənzil tapmaq barəsində ona yazmağı xahiş edir.
Başlanır: Doroqoy Djalil! Vaşe…

Bitir: … xoroşeqo. Vaş O.Şmerlinq.

Ölçüsü: 13,5x18 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 236.
32.RZAQULU NƏCƏFOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 22 aprel, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Qardaşı Əliqulu Nəcəfovun44 vəfatının 10 illiyi münasibətilə məqalə yazdığını bildirir. Əli Nəzmiyə salamını çatdırmağı xahiş edir.
Başlanır: Əziz və hörmətli Mirzə!..

Bitir: … yada salırdıq. Riza Qulu Nəcəfov.

Ölçüsü: 17x20,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 209.
33.RZAZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 yan­var, 1929-cu il, Yevlax. Saya vərəqin hər iki üzünə qırmızı mürəkkəblə yazılmışdır.

Məzmunu: Abunəçilərin siyahısını göndərdiyi siyahı ilə yoxlamasını xahiş edir.

Başlanır: Əziz möhtərəm Cəlil…

Bitir: … Yevlax müvəkkili.

Ölçüsü: 13,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 214.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin