Афаг Ялийева


DÖVLƏT KANTORASI «İTTİFAQ MƏTBUAT»



Yüklə 2,33 Mb.
səhifə93/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   89   90   91   92   93   94   95   96   ...   295
16.DÖVLƏT KANTORASI «İTTİFAQ MƏTBUAT»

BAKI ŞÖBƏSİNDƏN
Rus dilində. Yazılış tarixi 29 yanvar, 1931-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub Bakı şöbəsinin müdiri Fedoseyev və intişar şöbəsinin müdiri Zanisin imzaları ilə təsdiqlənir.

Məzmunu: Yanvar ayı üçün hara və nə qədər jurnal göndərmələri barəsində məlumat vermələri xahiş olunur.
Başlanır: V izdatelğstvu «Molla-Nasreddin»…

Bitir: … Zav.otd. rasprostraneniə: Zanis.

Ölçüsü: 19x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 322.
17.ƏLƏKBƏR ƏLƏKBƏROVDAN

I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 fevral, 1930-cu il, Bənkə. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Adları göstərilənlərə bir illk jurnal göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm müdir! Poçta vasitəsilə…

Bitir: … məktəb müəllimi Ələkbər Ələkbərov.

Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193.
18.ƏLƏKBƏR ƏLƏKBƏROVDAN

II
Azərbaycan dilində latın əlifbası ilə. Bənkə. Yazılış tarixi qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Məktubun arxasında bənövşəyi mürəkkəblə rus dilində C.Məmmədquluzadənin xətti ilə belə bir qeyd vardır: «27 marta 30 q. poluçil ot Alekp. Alek­perova 27 r. 70 k. Spolna».



Məzmunu: Göstərilən ünvanlara jurnal göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Mirzə! Poçta vasitəsilə…

Bitir: … məktəb müəllimi Ələkbər Ələkbərov.

Ölçüsü: 18x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193*.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin