Farmakoloji müalicə
Farmakoloji müalicə simptomların profilaktikası və nəzarət
altında saxlanması, ağ ciyərlərin funksiyasının yaxşılaşdırılması,
kəskinləşmələrin tezliyinin və ağırlığının azaldılması, ümumi
vəziyyətin yaxşılaşması və fiziki aktivliyə tolerantlığın artması
məqsədilə aparılır.
Bronxolitiklər
ACXOX-un simptomatik müalicəsində mərkəzi rol oynayırlar (А).
►
FEV1 göstəricisi əhəmiyyətli dərəcədə dəyişməsə də,
bronxolitiklərin bütün növləri xəstələrin fiziki imkanlarını artırır
(A). Bronxolitiklərdən müntəzəm qaydada xəstəliyin
əlamətlərinin qarşısının alınması və azaldılması üçün, həmçinin,
ehtiyac olduqda ağırlaşmış simptomların müalicəsi məqsədilə
istifadə oluna bilər.
►
Tablet formasında preparatların təyini zamanı, inhalyasiya
preparatları ilə müqayisədə, təsir daha gec başlayır və yanaşı
təsirlər daha çox olur (A).
►
İnhalyasiya preparatları nisbətən daha tez təsir edir, lakin bu təsir
BA xəstəliyi zamanı göstərilən təsirdən bir qədər gec olur. Qısa
müddətli β
2
-aqonistlərin bronxolitik təsiri adətən 4-6 saat
müddətində davam edir (A). Salmeterol və formoterol kimi uzun
müddətli təsirə malik β
2
-aqonistlər, 12 saat və daha çox müddət
təsir edərək gecə saatları ərzində və ya ACXOX-lu xəstələrdə
müntəzəm qəbul zamanı effektivliklərini itirmirlər. Qısa müddətli
M-xolinolitiklər qısa müddətli β
2
-aqonistlərlə müqayisədə daha
uzun müddət bronxolitik təsirə malikdirlər (A). Uzun müddətli
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
təsiri olan antixolinergik preparat tiotropiumun terapevtik
təsirinin müddəti 24 saatdan artıqdır (A).
►
Uzun müddətli β
2
-aqonistlərlə müntəzəm müalicə qısa müddətli
β
2
-aqonistlərlə müalicədən daha təsirli və rahatdır.
►
Müxtəlif təsir mexanizmi və müddəti olan bronxolitiklərin
kombinasiyası bronxodilatasiyanın dərəcəsini artıra bilər və bu
halda yanaşı təsirlər daha az və ya eyni ola bilər. Qısa müddətli
β2-aqonistlərin antixolinergik preparat olan ipratropiumla birgə
təyin edilməsi, onların ayrı-ayrılıqda təyini ilə müqayisədə
FEV1-in daha çox və uzunmüddətli artmasına səbəb olur və 90
günlük müalicə müddətində taxifilaksiyaya gətirib çıxarmır (A).
►
Teofillin ACXOX zamanı effektivdir, lakin onun potensial
toksikliyini nəzərə alaraq, inhalyasion bronxolitiklərin istifadəsi
daha üstündür.
►
Beləliklə, əsas bronxolitik müalicə β
2
-aqonistlər, antixolinergik
preparatlar, teofillin və ya onların kombinasiyasıdır (A).
Dostları ilə paylaş: |