Cədvəl №3. ACXOX-un MÜALİCƏSİNDƏ İSTİFADƏ
OLUNAN DƏRMAN VASİTƏLƏRİ
D
ərman
İnhalyator
(μ
q)
Nebulayzer
üçün m
əhlul
(mq/m
l)
Daxil
ə q
əbul
İnyeksiya
üçün flakon
(mq)
T
əsirin
müdd
əti (sa
at)
β
2
-AQONİSTLƏR
QISA MÜDDƏTLİ
Fenoterol
1
100-200
1 0.05%
(Şərbət)
– 4-6
Levabuterol
2
0.63,
1.25
4-6
Salbutamol
(albuterol)
100,
200
5
mq
(Tablet)
Şərbət
0.024%
0.1,
0.5
4-6
Terbutalin 400,
500
2.5,
5
(Tablet)
0.2,
0.25
4-6
UZUN MÜDDƏTLİ
Formoterol
3
4.5–12
12+
25-50
12+
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
24
ANTİXOLİNERGİK PREPARATLAR
QISA MÜDDƏTLİ
İpratropium
bromid
20; 40
0,25-0,5
6-8
Oxitropium
bromid
4
100
1,5
7-9
UZUN MÜDDƏTLİ
Tiotropium
18
24+
β
2
-AQONİSTLƏRİN ANTİXOLİNERGİK PREPARATLARLA
BİR İNHALYATORDA KOMBİNASİYASI
Fenoterol/
İpratropium
200/80 1,25/0,5
6-8
Salbutamol/
İpratropium
5
75/15
0,75/4,5
6-8
METİLKSANTİNLƏR
Aminofillin
200-600
mq (tablet)
240
mq
24
saata
qədər
Teofillin
(SR)
100-600
mq (tablet)
24
saata
qədər
İNHALYASİON QLÜKOKORTİKOSTEROİDLƏR
Beklometazon 50-400
0,2-0,4
Budesonid 100;
200;
400
0,20;
0,25;
0,5
Flutikazon 50-500
Triamsinolon 100
40
40
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
25
β
2
-AQONİSTLƏRİN QLÜKOKORTİKOSTEROİDLƏRLƏ
BİR İNHALYATORDA KOMBİNASİYASI
Formoterol/
Budesonid
4,5/160;
9/320
Salmeterol/
Flutikazon
50/100,
250,
500
25/50,
125,
250
SİSTEM QLÜKOKORTİKOSTEROİDLƏRİ
Prednizon
5-60
mq
(tablet)
Metil-
prednizolon
4, 8, 16 mq
(tablet)
1
Fenoterol dərman vasitəsi şərbət formasında Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmamışdır
2,4,5
Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından
keçməmiş dərman vasitəsi.
3
Formoterol
tək yox, yalnız budesonid ilə kombinə olunmuş inhalyasiya formasında qeydiyyata
alınmışdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
26
Cədvəl №4. Müxtəlif mərhələlərdə ACXOX-un müalicəsi
I (yüngül)
II (orta ağır) III
(ağır)
IV (çox ağır)
FEV1/FVC
<0.70
FEV1
≥ 80%
(normativ
göstəricidən)
FEV1/FVC
<0.70
50%
≤ FEV1<
80% (normativ
göstəricidən)
FEV1/FVC
<0.70
30%
≤ FEV1<
50% (normativ
göstəricidən)
FEV1/FVC
<0.70
FEV1
< 30%
(normativ
göstəricidən)
və ya FEV1
<
50% (normativ
göstəricidən)
xroniki
tənəffüs
çatışmazlığı ilə
Risk faktorları ilə təmasdan qaçmaq; qrip əleyhinə
vaksinasiyanın aparılması
Qısa müddətli bronxolitikləri əlavə etmək (ehtiyac olduqda)
Bir və ya bir neçə uzun müddətli bronxolitikləri
müntəzəm olaraq əlavə etmək (ehtiyac olduqda);
reabilitasiya tədbirlərini əlavə etmək
Kəskinləşmələr təkrarlanarsa,
inhalyasion
qlükokortikosteroidləri əlavə etmək
Xroniki tənəffüs
çatışmazlığı
varsa, uzun
müddətli
oksigen
terapiyası
əlavə etmək.
Cərrahiyyə
əməliyyatını
nəzərdən
keçirmək.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
27
Digər farmakoloji müalicə üsulları
►
Vaksinlər – qrip əleyhinə vaksinlər ACXOX-un ağır
kəskinləşmələrinin və ölüm hallarının sayını 50% azalda bilər
(A). Vaksinasiya hər il aparılır.
►
α1-antitripsinəvəzedici terapiya (prolastin) – bu müalicə
həddindən artıq bahalıdır, əksər ölkələr üçün əlçatmazdır və bu
patologiya ilə əlaqəli olmayan ACXOX-lu xəstələrin müalicəsi
üçün tövsiyə olunmur (C).
►
Antibiotiklər – ACXOX-un infeksiya mənşəli kəskinləşmələrinin
və digər bakterial infeksiyaların müalicəsi üçün tövsiyə olunur (A).
►
Mukolitik (mukokinetik, mukorequlyator) vasitələr
(ambroksol, erdostein, karbosistein, yodlaşdırılmış qliserol) –
mövcud olan məlumatlara görə bu preparatların geniş istifadəsi
tövsiyə olunmamalıdır (D). Qatı bəlğəm ifraz edən bəzi xəstələrə
mukolitiklərin yaxşı təsir göstərməsinə baxmayaraq (A), onların
ümumi terapevtik təsiri az əhəmiyyətlidir. Bu kateqoriyalı
xəstələrdə kəskinləşmələrin tezliyini və simptomları azaltmaq
məqsədilə N-asetilsistein (600 -1200 mq sutkalıq dozada) 3-6 ay
müddətində təyin etmək lazımdır .
►
Antioksidantlar (əsasən N-asetilsistein) – xəstələrdə
kəskinləşmələrin tezliyini azaldır və tez-tez kəskinləşmələri olan
xəstələrin müalicəsində istifadə oluna bilər (B).
►
İmmunorequlyatorlar (immunostimulyatorlar, immuno-
modulyatorlar) – ACXOX-lu xəstələrdə immunostimulyator-
ların istifadəsi ilə bağlı tədqiqatlar bu preparatların
kəskinləşmələrin ağırlığını (tezliyini deyil) azaltdığını göstərir
(B). Tədqiqatlar göstərir ki, belə terapiya növünün təkrar təyin
olunması tövsiyə oluna bilməz (B).
►
Öskürək əleyhinə preparatlar – ACXOX-un STABİL
FAZASINDA ÖSKÜRƏK ƏLEYHİNƏ PREPARATLARIN
MÜNTƏZƏM ŞƏKİLDƏ İSTİFADƏ OLUNMASI ƏKS-
GÖSTƏRİŞDİR (D).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
►
Vazodilyatatorlar – mövcud məlumatlara əsasən stabil fazada
olan ACXOX-lu xəstələrdə bu preparatların istifadəsi əks-
göstərişdir.
►
Respirator stimulyatorlar – mövcud məlumatlara əsasən stabil
fazada olan ACXOX-lu xəstələrdə almitrin preparatının
müntəzəm istifadəsi tövsiyə olunmur (B). Bu həmçinin, qeyri-
spesifik, nisbətən təhlükəsiz respirator stimulyator olan
diksaprama aiddir. Preparat damar daxili təyin olunur (D).
►
Digər preparatlar – ACXOX zamanı nedokromil, leykotrien
antaqonistlərinin, alternativ metodların istifadəsi haqqında (məs.
otlarla müalicə, akupunktura, homeopatiya) adekvat tədqiqatlar
aparılmadığından, ACXOX-un müalicəsində tövsiyə oluna bilməz.
Qeyri-farmakoloji müalicə
►
Oksigenoterapiya – sübut olunubdur ki, uzun müddətli oksigen
terapiyası (15 saatdan çox) xroniki tənəffüs çatışmazlığı olan
xəstələrdə sağ qalma ehtimalını artırır. Uzunmüddətli oksigen
terapiyası hədsiz ağır ACXOX-lu xəstələrdə aşağıdakı hallarda
təyin olunur:
РаО
2
≤ 7,3 кPа (55 mm civə süt.) və ya SaО
2
≤ 88%,
hiperkapniya ilə birgə və ya onsuz (А).
7,3 кPа (55 mm civə süt) ≤ РаО
2
≤ 8 кPа (60 mm civə süt) və
ya SaО
2
∼ 89% ilə ağ ciyər hipertenziyası, durğunluq ürək
çatışmazlığı nəticəsi olan periferik ödemlər və ya polisitemiya
əlamətləri zamanı (hematokrit > 55%) (D).
►
Reabilitasiya
Fiziki məşğələlər – ACXOX-lu bütün xəstələrdə fiziki məşq
proqramları effektiv olur; bu həm fiziki gərginliyə
tolerantlığın artmasına, həm də təngnəfəslik və zəifliyin
azalmasına aiddir (A). Yaxşılaşma proqram bitdikdən sonra
da öz təsirini itirmir, lakin məşğələlər ev şəraitində davam
etdikdə, xəstənin statusu reabilitasiyadan əvvəl olduğundan
daha yüksək olur (B). Məşqlərin optimal müddəti 8
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
həftədən az olmamalıdır. Hər məşğələ
xəstənin
vəziyyətindən asılı olaraq, həftədə 1-5 dəfə olmaqla, 10-45
dəqiqə davam etməlidir
Qidalanma statusunun qiymətləndirilməsi və
korreksiyası – çəkinin və əzələ kütləsinin azalması
ACXOX-lu xəstələr arasında tez-tez rast gəlinən problemdir.
Bədən çəkisi indeksinin azalması xəstələrdə ölümlə
nəticələnən hal üçün risk faktoru hesab olunur. (A)
Ən səmərəli qida rejimi az porsiyalarla tez-tez
qidalanmaqdır, əks təqdirdə diafraqmanın yerinin dəyişməsi
nəticəsində dispnoenin güclənməsi meydana çıxa bilər.
►
Cərrahi müalicə – bu müalicəyə bullektomiya, ağ ciyərin
həcminin azaldılması və transplantasiyası aiddir (C).
4. KƏSKİNLƏŞMƏNİN MÜALİCƏSİ
ACXOX-un kəskinləşməsi – xəstənin vəziyyətinin nisbətən
uzunmüddətli (24 saatdan az olmayaraq) kəskinləşməsidir, bu zaman
vəziyyətin ağırlığı normal sutkalıq dəyişkənlik hüdudlarından kənara
çıxır, kəskin başlanğıcla səciyyələnir və adi terapiyanın
dəyişdirilməsini tələb edir.
Kəskinləşmənin əsas səbəbləri respirator trakt infeksiyaları
(traxeobronxial infeksiya, pnevmoniya) və atmosferin çirklənməsidir,
lakin əksər hallarda ağır kəskinləşmələrin səbəbini müəyyən etmək
olmur (Ağ ciyər arteriyasının tromboemboliyası, pnevmotoraks,
qabırğaların sınığı / döş qəfəsinin travması,
β-blokatorlardan qeyri-
düzgün istifadə, ürək çatışmazlığı və ya aritmiyalar) (В).
Ağırlıq dərəcəsinin qiymətləndirilməsi
Kəskinləşmənin ağırlıq dərəcəsinin qiymətləndirilməsi
kəskinləşmədən əvvəl xəstənin anamnezi, simptomları, fiziki
müayinə göstəriciləri, ağ ciyərlərin funksional testləri, arterial
qazların və digər laborator müayinələrin nəticələri əsasında aparılır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
30
Təngnəfəsliyin güclənməsi – kəskinləşmənin əsas simptomudur.
Bu əlamət məsafədən xırıltıların eşidilməsi və güclənməsi, döş
qəfəsində sıxılma hissi, fiziki gərginliyə tolerantlığın azalması,
öskürəyin intensivliyinin və bəlğəmin miqdarının artması, onun
rənginin və qatılılığının dəyişilməsi ilə müşayiət olunur. Belə halda
xarici tənəffüs funksiyasının və qandakı qazların göstəriciləri
pisləşir: (FEV1 və digər göstəricilər aşağı düşür), hipoksemiya və
hətta hiperkapniya əmələ gələ bilər.
Kəskinləşməni iki növə bölmək olar:
1-ci növ – iltihab sindromu ilə səciyyələnir (hərarətin qalxması,
bəlğəmin miqdarı və qatılılığının artması, irinli olması)
2-ci növ – təngnəfəsliyin artması, ACXOX-un ağ ciyərdən kənar
əlamətlərinin əmələ gəlməsi (zəiflik, yorğunluq, baş ağrısı, yuxu
pozulmaları, depressiya).
Simptomların intensivliyindən və müalicəyə cavab
reaksiyasından asılı olaraq ACXOX-un kəskinləşməsinin 3 ağırlıq
dərəcəsini ayırd edirlər:
Yüngül: simptomların az dərəcədə güclənməsi
bronxgenişləndirici terapiya vasitəsilə aradan qaldırılır.
Orta-ağır: həkim müdaxiləsi tələb edir və müalicəsi
ambulator şəraitdə aparıla bilir.
Ağır: qeyd-şərtsiz xəstəxana şəraitində müalicə olunmalıdır.
Əsas xəstəliyin əlamətlərinin güclənməsi ilə bərabər
fəsadların əmələ gəlməsi və dərinləşməsi baş verir.
Kəskinləşmələrin ambulator şəraitdə müalicəsi
Müalicənin ambulator və ya xəstəxana şəraitində aparılması
məsələsi vacibdir.
Aşağıda göstərilən alqoritm ambulator şəraitdə aparılan pilləli
müalicə sxemini nümayiş etdirir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ACXOX-un kəskinləşməsinin ambulator şəraitdə
MÜALİCƏSİNİN ALQORİTMİ
Bronxolitik terapiyanı
başlamaq və ya
gücləndirmək.
Antibiotiklərdən istifadəni
nəzərdən keçirmək.
Bir neçə saatdan sonra
vəziyyətin təkrar
qiymətləndirilməsi
Kəskinləşmənin
dayanması, klinik
simptomların və
əlamətlərin
Müalicəni davam
etdirmək.
Mümkün olan kimi
müalicəni azaltmaq.
Uzunmüddətli müalicə
planına yenidən
Sistem (tablet
formasında)
glükokortikosteroid-
lərinin əlavə olunması
Kəskinləşmə davam
edir, yaxşılaşma
Klinik əlamət və
simptomların
Bir neçə saatdan sonra
vəziyyətin təkrar
qiymətləndirilməsi
Hospitalizasiya
Bronxolitik terapiya
Ambulator şəraitdə ACXOX-un müalicəsinə bronxolitik terapiya
preparatları dozasının və / və ya qəbul tezliyinin artırılması daxildir
(tələbata görə qısa müddətli təsirə malik bronxolitiklər əlavə olunur) (A).
Əgər o vaxta qədər müalicədə antixolinergik preparatlardan istifadə
olunmamışdırsa, onları xəstənin vəziyyəti yaxşılaşana kimi müalicə
planına əlavə etmək tövsiyə olunur.
31
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
32
Müvafiq nebulayzer olduğu təqdirdə, ağır hallarda bir neçə gün
ərzində ehtiyac yarandığı zaman nebulayzer terapiyası təyin oluna
bilər. Lakin kəskin tutmanın qarşısı alınandan sonra nebulayzerdən
istifadə tövsiyə olunmur.
Qlükokortikosteroidlər
ACXOX-un kəskinləşməsində sistem qlükokortikosteroidləri
(SQKS) müvəffəqiyyətlə istifadə olunur (yüngül kəskinləşmələr
əlavə olmaqla). Onlar remissiyanın başlanma vaxtını tezləşdirir və ağ
ciyər funksiyasının daha tez bərpa olunmasına yardım edir (A).
Qlükokortikosteroidlərdən istifadəni FEV1 göstəricisinin lazımi
səviyyənin 50%-indən aşağı olması halında nəzərdən keçirmək
lazımdır. Prednizolonu sutkalıq 40 mq dozada 10 gün ərzində təyin
etmək tövsiyə olunur (D).
Antibiotiklər
Antibiotiklər təngnəfəsliyi artmış xəstədə ifraz olunan bəlğəm
həcminin və irinliliyinin artması və /və ya hərarətin yüksəlməsi
zamanı təyin olunmalıdır (В). Preparatın seçimi mikroorqanizmlərin
həssaslığından asılı olaraq aparılmalıdır (ilk növbədə S. pneumoniae,
H. influenzae и M. сatarrhalis. )
Cədvəl 5. Antibiotiklərlə müalicəyə ehtiyacı olan pasiyentlərin
qruplara bölünməsi və hər qrup üzrə potensial törədici
Qrup
Təyini
Törədici
A qrupu
Yüngül kəskinləşmə:
xoşagəlməz nəticə riski
ilə bağlı faktorlar
yoxdur
H. influenzae
S. pneumoniae
M. catarrhallis
Viruslar
B qrupu
Xoşagəlməz nəticə riski
ilə bağlı faktorların
olduğu mötədil
kəskinləşmə
A qrupu və rezistent mikroorqanizmlər
(
β-laktamaz ifraz edən, penisillinə
rezistent olan S.pneumoniae),
enterobakteriayalar (K.pneumoniae,
E.coli, Proteus, Enterobacter və s.)
C qrupu
P.aeruginoza infeksiya-
sının risk faktoru ilə
ağır kəskinləşmə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
33
Kəskinləşməsi olan xəstələrdə xoşagəlməz nəticənin əmələ
gəlməsinin risk faktorları: yanaşı gedən xəstəliklərin olması,
kəskinləşmələrin tez-tez baş verməsi (3 dəfədən çox), son 3 ayda
antibakterial preparatlardan istifadə.
Cədvəl 6. ACXOX-un kəskinləşməsi dövründə
antibiotiklərlə müalicə
Qrup
Peroral
terapiya
(empirik)
Alternativ
peroral terapiya
(empirik)
Vena daxili
(empirik)
Qrup А
Bir əsas simptomu
olan xəstəyə AB təyin
olunm r
u
Göstəriş olduqda:
β-laktamlar
(penisillin,
ampisillin/
amoksisillin)
Tertrasiklin
Trimetoprim/
sulfometoksazol
β-laktam/β-laktamaz
inhibitorları
(amoksisillin/klavulan
turşus )
u
Makrolidlər
(azitromisin,
klaritromisin,
roksitrom in)
is
2-ci və 3-cü nəsil
sefalospo inlər
r
Ketolidlər
(telitromisin*)
Qrup B
β-laktam/β-laktamaz
inhibitorları
(amoksisillin/klavula
n turşusu)
Ftorxinolonlar
(hemifloksasin,
levofloksasin,
moksifloksasin)
β-laktam/β-laktamaz
inhibitorları
(amoksisillin/klavulan
turşusu, ampisillin,
sulbaktam)
2-ci, 3-cü sıra
sefalosporinlər
Ftorxinolonlar
(levofloksasin,
moksifloksasin)
Qrup C
Pseudomonas
infeksiyası riski olan
pasiyentlərə:
Ftorxinolonlar
(siprofloksasin,
levofloksasin –
yüksək dozada
Ftorxinolonlar
siprofloksasin,
levofloksasin yüksək
dozada və ya
P. Aeruginosa-ya təsir
edən β-laktam
*Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş
dərman vasitəsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
34
KƏSKİNLƏŞMƏ ZAMANI HOSPİTALİZASİYAYA
GÖSTƏRİŞLƏR
►
Simptomların intensivliyinin artması (məs. sakitlik zamanı
təngnəfəsliyin qəfildən əmələ gəlməsi)
►
ACXOX-un ağır formaları
►
Yeni klinik əlamətlərin meydana çıxması (məs. sianoz, periferik
ödemlər)
►
İlkin dərman preparatları ilə kəskinləşmənin aradan qaldırıla
bilməməsi
►
Ciddi yanaşı xəstəliklərin olması
►
Kəskinləşmələrin tez-tez baş verməsi
►
İlk dəfə aritmiyaların baş verməsi
►
Qeyri-müəyyən diaqnoz
►
Yaşlı xəstələr
►
Ambulator şəraitin məhdud olması
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
35
PASİYENT ÜÇÜN MƏLUMAT
ACXOX nədir?
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi – tənəffüsün
çətinləşməsi və təngnəfəsliklə müşayiət olunan ağ ciyər xəstəliyidir.
ACXOX-un açıqlanması aşağıdakı kimidir:
►
Ağ Ciyərlərin – yəni, proses ağ ciyərlərdə baş verir
►
Xroniki – yəni proses uzun müddətli və tam sağalmayandır
►
Obstruktiv – hava keçiriciliyinin qismən pozulması
►
Xəstəliyi – funksiyaların pozulması deməkdir
ACXOX-un səbəbləri nədir?
ACXOX bir sıra səbəblər üzündən baş verə bilər, lakin siqaret
çəkmə bu səbəblərin arasında ən tez-tez rast gəlinənidir. ACXOX-un
yaranmasına, həmçinin ətraf mühit faktorları səbəb ola bilər.
Məsələn, iş yerində müəyyən tozların, kimyəvi maddələrin təsirinə
məruz qalma, havanın çirklənməsi xəstəliyin yaranmasında rol
oynaya bilər.
Bu xəstəlik bütün siqaret çəkən şəxslərdə yaranmır və eyni
zamanda elə hallar olur ki, xəstəlik siqaret çəkməyən insanlarda da
baş verir. Bu vəziyyətlərin səbəbləri hələ də aydınlaşdırılmamışdır.
İrsi faktorun da ACXOX-un yaranmasında müəyyən rolu vardır.
Hansı əlamətlər olduqda bu xəstəlikdən şübhələnmək lazımdır?
Təngnəfəslik, öskürək və/və ya uzun müddətli bəlğəm ifrazı
ACXOX-un əlamətləri ola bilər. Bu əlamətlər olduqda mütləq
həkimə müraciət etməli və spirometriya adlanan tənəffüs testi
aparılmalıdır. Bu test vasitəsilə tənəffüs yollarının keçiriciliyi
yoxlanılır.
ACXOX necə müalicə olunur?
Siqaret çəkən şəxslərdə müalicənin birinci və ən vacib addımı
siqaret çəkməyin dayandırılmasıdır. Dərman preparatları adətən
bronxların genişlənməsi (bronxodilatatorlar qrupu), tənəffüs
yollarının şişkinliyinin azaldılması (steroidlər kimi iltihab əleyhinə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
36
preparatlar) və / və ya infeksiyaların müalicəsi (antibiotiklər) üçün
istifadə olunur.
ACXOX zamanı qanda oksigenin səviyyəsi aşağı düşür. Belə
olduqda, əlavə olaraq oksigenlə terapiya təyin olunacaqdır.
Xəstəliyi nəzarət altında saxlamaq üçün dərmanları mütəmadi
olaraq hər gün qəbul etmək lazımdır, bu, adətən ömür boyu davam
edir.
Bəzi hallarda ağ ciyərlər üzərində cərrahi əməliyyat da aparıla
bilər.
Ağ ciyərlərin reabilitasiyası proqramları da həyata keçirilə bilər.
Bu proqramlar vasitəsilə tənəffüs çətinləşməsi olan bütün şəxslərin
maarifləndirilməsi aparılır və onlar mütəxəssis nəzarəti altında fiziki
hərəkətlər yerinə yetirirlər.
ACXOX tam müalicə olunurmu?
“Xroniki” sözünün mənası prosesin ömür boyu davam etməsini
göstərir. Əlamətlərin vaxtaşırı yaxşılaşmasına baxmayaraq, ağ
ciyərlərdə proses davam edir. Siqaret çəkməyin dayandırılması,
dərmanların mütəmadi qəbul olunması və reabilitasiya proqramları
simptomların yüngülləşməsinə qulluq edir. Baxmayaraq ki,
təngnəfəslik və yorğunluq hissi tamamilə keçib getmir, pasiyentlər
vəziyyətlərini nəzarət altında saxlaya və məhsuldar həyat yaşaya
bilirlər.
Tibb işçisi xəstədə ACXOX-un olub-olmadığını necə təyin edir?
Həkim əlamətləri və testlərin nəticələrini nəzərdən keçirib ACXOX
diaqnozunu qoyur. Xəstədə ACXOX diaqnozunu təsdiqləmək üçün
spirometriya ən vacib testdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
37
ƏLAVƏ №1
Təngnəfəsliyin qiymətləndirilməsi şkalası
Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) sorğu vəsaiti
Dərəcə
Ağırlıq
Fiziki aktivliyin növündən
asılı olaraq təngnəfəsliyin
səviyyəsi
1
Təngnəfəslik yoxdur
Təngnəfəslik yalnız gərgin fiziki
aktivlik zamanı əmələ gəlir
2
Yüngül
Təngnəfəslik tələsik hərəkətlər
və çox hündür olmayan
yüksəkliklərə qalxma zamanı
müşahidə olunur
3
Orta ağır
Təngnəfəslik səbəbindən üfüqi
səthlərdə həmyaşıdlarına
nisbətən daha yavaş yeriməli
olur və ya normal sürətlə
gedirsə, nəfəs almaq üçün
müvəqqəti dayanmalı olur
4
Ağır
100 m yeridikdən və ya üfüqi
səthlə bir neçə dəqiqə getdikdən
sonra nəfəs almaq üçün dayanır
5
Çox ağır
Təngnəfəslik şiddətli
olduğundan evini tərk edə
bilmir, təngnəfəslik paltar
geyinəndə və soyunanda da olur
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
38
ƏLAVƏ №2
Fiziki yükləmə testi
Aşağıdakı hallarda aparılır:
►
təngnəfəsliyin ağırlığı aşağı düşmüş FEV1 göstəricisi ilə uyğun
deyil
►
aparılan müalicənin effektivliyini qiymətləndirmək üçün
►
xəstələrin reabilitasiya proqramlarına seçilməsi məqsədilə
Üstünlük addım sınağına verilir (6 dəqiqəlik yerimə testi) – bu
sınaq çox zaman ambulator şəraitdə yerinə yetirilir və xəstənin
vəziyyətinə nəzarət etmək və onu qiymətləndirmək üçün asan vasitə
hesab olunur.
6 dəqiqəlik yerimə testi
Pasiyenti sınağın məqsədləri haqqında məlumatlandırırlar.
Pasiyentə koridorda normal sürətlə yeriməyi təklif edirlər.
Pasiyent 6 dəqiqə ərzində maksimal məsafə keçməlidir. Sınaq
zamanı pasiyentə dayanıb istirahət etməyə icazə verilir, lakin
vəziyyəti yüngülləşən kimi pasiyent yeriməyə davam etməlidir.
Sınaq vaxtı pasiyenti “Hər şey yaxşı gedir”, “Bu tempdə davam
edin” kimi sözlərlə həvəsləndirmək lazımdır.
Sınağın əvvəlində və sonunda xəstədə Borq şkalası üzrə
təngnəfəslik, SatO
2
və nəbz qiymətləndirilir.
Aşağıdakı əlamətlər olduqda pasiyent yeriməyi dayandırmalıdır:
►
Ağır təngnəfəslik
►
Döş qəfəsində ağrı
►
Baş gicəllənməsi
►
Ayaqlarda ağrı
►
SatO
2
86%-ə qədər enməsi
Xəstənin 6 dəqiqə ərzində yeridiyi məsafə (6MWD) (6 Minutes
Walking Distance) metrlə ölçülür və normativ göstərici ilə 6MWD
(i) müqayisə olunur.
6 dəqiqəlik yerimə testi FEV1 göstəricisini MRC şkalasının
nəticələri və bədən çəkisinin indeksi ilə müqayisə edən SCORE
şkalasının tərkib hissəsidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
39
Kişilərdə
6MWD (i) = (7,57 x boy, sm) – (5,02 x yaş) – (1,76 x bədən çəkisi,
kq) – 309 (m)
Normanın aşağı həddi: normativ 6MWD (i) = 153 m
Qadınlarda
6MWD (i) = (2,11 x boy, sm) – (2,29 x yaş) – (5,78 x bədən çəkisi,
kq) + 667 (m)
Normanın aşağı həddi: normativ 6MWD (i) = 139 m
SCORE şkalası
0
1
2
3
FEV1 (normativ
göstəricidən)
>65
50-65 35-49
<35
MRC cədvəli üzrə
təngnəfəsliyin
ağırlığı
0-1 2 3 4
6MWD (m)
>350
250-349 150-249 149
Bədən/çəki indeksi
>21
<21
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
40
Ədəbiyyat:
1.
Global strategy for the diagnosis, management, and prevention of
chronic obstructive pulmonary disease (GOLD) 2007
http://www.goldcopd.com/
2.
Management of chronic obstructive pulmonary disease in adults
in primary and secondary care. Clinical guideline. National
Institute for Clinical Excellence. February 2004
http://www.nice.org.uk/
3.
Bellamy D, Bouchard J, Henrichsen S, Johansson G,
Langhammer A, Reid J, van Weel C, Buist S. International
Primary Care Respiratory Group (IPCRG) Guidelines:
management of chronic obstructive pulmonary disease (COPD).
Prim Care Respir J. 2006 Feb; 15(1):48-57.
4.
Chronic obstructive pulmonary disease. Institute for Clinical
Systems Improvement (ICSI); 2007
http://www.guideline.gov/
5.
B.R. Celli, W. MacNee, A. Agusti, A. Anzueto, B. Berg, A.S. Buist,
P.M.A. Calverley, N. Chavannes, T. Dillard, B. Fahy, A. Fein, J.
Heffner, S. Lareau, P. Meek, F. Martinez, W. McNicholas, J.
Muris, E. Austegard, R. Pauwels, S. Rennard, A. Rossi, N.
Siafakas, B. Tiep, J. Vestbo, E. Wouters and R. ZuWallack
Standards for the diagnosis and treatment of patients with COPD:
a summary of the American Thoracic Society (ATS) and the
European Respiratory Society (ERS) position paper Eur Respir J
2004; 23:932-946
6.
Qaseem A, Snow V, Shekelle P, Sherif K, Wilt TJ, Weinberger S,
Owens DK, Clinical Efficacy Assessment Subcommittee of the
American College of Physicians. Diagnosis and management of
stable chronic obstructive pulmonary disease: a clinical practice
guideline from the American College of Physicians. Ann Intern
Med 2007 Nov 6;147(9):633-8.
7.
Чучалин А.Г. акад.РАМН, Лещенко И.В., Визель А.А.
Клинические рекомендации. Стандарты ведения больных
2008.
www.klinrek.ru
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Document Outline - XOBL oblojka.png
- Obstruktiv pulmonologyA5_Togrul.pdf
21>35>
Dostları ilə paylaş: |