Ağ xəttin yırtığı



Yüklə 20,08 Kb.
tarix16.02.2017
ölçüsü20,08 Kb.
#8809
Məsələ №1.

Xəstə 58 yaşında “Ağ xəttin yırtığı” ilə əlaqəli endotraxeal narkoz altında əməliyyat keçirib. Narkoz zamanı xəstədə dəri örtüyünün hiperemiyalaşması, kapnoqrafda CO2-nin 60% yüksəlməsi müşahidə edilir. AT norma hüdudlarındadır. Nəbz -90-100 vurğudur. SoO2 göstəricisi 92-94 % səviyyədə saxlanılır


Suallar:

1. Hal-hazırdakı klinik diaqnoz? (Xəstədə nə baş verib?).

2. Anestezioloqun tədbirləri necə olmalıdır?

3. İntensiv müalicə necə olmalıdır?


Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Məsələ №2.

Uzun müddət hipertoniya və xroniki bronxitdən əziyyət çəkən 70 yaşlı xəstə “öd daşı” xəstəliyinə görə cərrahi müdaxiləyə məruz qalıb. Xəstənin çəkisi 70 kq, boyu 170 sm-dir. Premedikasiyadan sonra giriş narkozunda anestetik kimi Natrium tiopentaldan istifadə edilib. Tənəffüs həcmi 700 ml, tənəffüsün sayı 15, FiO2 0,5 olmaqla ventilyasiyaya başlanılıb. Aparıcı narkoz kimi 1-1,5 həcmində halotan inhalyasiyasına başlanılıb. Əməliyyat başlanandan 5-10 dəq. sonra xəstədə SoO2 göstəricisinin düşməsi və 90-92% təşkil etməsi, tənəffüs yollarında təzyiqin 30 sm.su.süt səviyyəsinə qədər artması qeyd edilib. A/T-140/90 mm c. süt. səviyyəsindədir.


Suallar:

1. Hal-hazırdakı klinik diaqnoz? (Xəstədə nə baş verib?).

2. Anestezioloqun taktikası necə olmalıdır?

3. İntensiv müalicə necə olmalıdır?


Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
Məsələ №3.

Xəstə 24 yaşında ətrafların travmatik zədələnməsi, kəskin qan itirmə diaqnozu ilə əməliyyat otağına verilir. Huşu aydındır. AT -80/40 mm.c.süt. Nəbz 120 vurğu/dəq. Yaraların birincili cərrahi işlənməsi məqsədi ilə xəstəyə hər çəkiyə 2,5 mq/kq ketamin vurulmaqla v/d narkoz aparılır. Əməliyyat zamanı xəstəyə 300 ml eritrositar kütlə, 200 ml təzə dondurulmuş plazma və kristalloid məhlulu köçürülüb. Əməliyyat təxminən 40-45 dəq çəkib. Əməliyyatdan sonra xəstədə AT - 130/80 mm.c süt. Nəbz 100 vurğu/dəq, SoO2 96%-dır. Hq-80 q/l. Buna baxmayaraq xəstədə nəzərəçarpan hərəki və psixomotor oyanıqlıq qeyd edilir.


Suallar:

1. Hal-hazırdakı klinik diaqnoz? (Qeyd olunan vəziyyət nə ilə bağlıdır?).

2. Anestezioloqun taktikası necə olmalıdır?

3. İntensiv müalicə necə olmalıdır?


Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита, Москва, «Медицина», 1999, том 1-2.
Yüklə 20,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin