241
Marketinqin idarə edilməsi - məqsədə çatmaq üçün alıcılarla
sərfəli mübadilənin yaradılması, möhkəmləndirilməsi və
saxlanmasına yönəldilmiş tədbirlərin təhlili, planlaşdırılması, həyata
keçirilməsi və nəzarət.
Ümumi daxili məhsul (ÜDM) – ölkənin iqtisadi fəaliyyətinin
ümumiləşdirilmiş göstəricisi olaraq, son istehlakı xarakterizə edən
əlavə dəyərin həcmi ilə ölçülür. ÜDM cari əsas
və bazar qiymətləri ilə
(nominal ÜDM) və müqayisəli qiymətlərlə (real ÜDM) hesablanır.
İxrac – ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən
gətirilmiş malların (təkrar ixrac) ölkə sərhədlərindən kənara
göndərilməsi.
İdxal – ölkədə istehlak etmək və ya
təkrar ixrac edilmək üçün
ölkə sərhədlərindən kənardan mal gətirilməsi.
Dostları ilə paylaş: