Xarici ticarət dövriyyəsi – idxal və ixracın dəyərinin cəmidir.
Xarici ticarət saldosu – idxal və ixracın fərqidir. Əgər ixrac idxaldan
çoxdursa müsbət saldo, idxal ixracdan çoxdursa mənfi saldo alınır.
Reklam – fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər
(reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu
marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata
keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya.
242
II Əlavə «Menecment» fənni üzrə
T E S T L Ə R (Tərtib edən: müəllif) 1. Menecment nədir? a) Biznesdir
b) İdarəetmə elmidir
c) Texnologiyadır