AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə28/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   24   25   26   27   28   29   30   31   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
Yoxlama üçün suallar 
1. Müəssisə nədir. 
2. Müəssisələrin növləri, 
3. Müəssisələrin təşkilati-hüquqi formaları 
4. Formal və qeyri – formal təşkilatlar  
5Müasir idarəçilik formaları. 
 
 
1.5. MENECER VƏ ONA XAS OLAN XÜSUSİYYƏTLƏR 
 
Əvvəlcə rəhbər işçinin şəxsiyyəti və idarəçilik keyfiyyətlərini 
xarakterizə edən bəzi amilləri nəzərdən keçirək. 
Bildiyimiz kimi, rəhbər işçilər 3 qrupa bölünürlər: 
 
a)  qərarın  qəbul edilməsində  və  onların  icrasının  təşkil 
edilməsində hüquqları olan və kollektivin fəaliyyətinə cavabdeh olan 
rəhbərlər;  
b) qərarları hazırlayan və əsaslandıran mütəxəssislər;  
v) rəhbərlərə və mütəxəssislərə informasiya və kargüzarlıq 
xidmətini təşkil edən texniki  səviyyə icraçıları. 
Müasir  təsərrüfat  rəhbəri  ixtisaslı  mütəxəssis  olmalı, 
idarəolunan obyektin fəaliyyətinin  bütün tərəflərini mükəmməl 
bilməli, qərar qəbul etmək qabiliyyətinə malik olmalı və qəbul 
edilmiş qərarların sosial-psixoloji və təşkilati nəticələrini qabaqcadan 
görməyi bacarmalıdır. Hər bir rəhbər işçi, ideyaların verilməsində 


42
 
 
 
əsas rol oynamalı, əmək  fəaliyyətinin aktivləşdirilməsi üçün 
motivləşdirmə metodlarına malik olmalı, təşkilati və idarəçilik 
əlaqələrinin  inkişafının  proqnozunu  vermək  bacarığına  sahib 
olmalıdır.  
Müasir menecment elmi, aşağıdakı neqativ halları müəyyən edir 
və onların aradan qaldırılması yollarını göstərir: 
a) pisxoloji maneələr (səhv etmək və müvəffəqiyyətsizliyə 
uğramaq qorxusu, öz avtoritetini və mövqeyini riskə salmamaq 
arzusu, əsas problemin üzərində fikrini toplaya bilməməsi, nəticəni 
tezliklə almaq cəhdi və bununla bağlı mümkün olan ruh düşkünlüyü, 
təxəyyül və qətiyyət çatışmamazlığı);  
b) təşkilati maneələr (həmkarları tərəfindən başa düşülməmək, 
etibarsızlıq və köməksizlik, tabeçilikdə olan işçilərə ideyaların 
çatdırılmasının qeyri - mümkünlüyü, motivləşdirmənin  kifayət qədər 
olmaması, idarəetmədə zəif iştirak, etimadsızlıq  və məsuliyyətsizlik 
və s). 
Rəhbərlər və mütəxəssislər özlərinin praktik  fəaliyyətində 
müəyyən motivlərə əsaslanırlar. Bu motivləri çox diqqətlə öyrənmək 
zəruridir. Qeyd edək  ki, motivləşdirmə üçün, təkcə çalışqanlığa görə 
yox, alınmış nəticəyə görə qiymətləndirmə  daha vacibdir. 
Menecmentin özünəməxsus  inkişaf yolu olmuşdur. Bu, özünü    
aşağıdakı istiqamətlərdə və mərhələlərdə göstərmişdir: 
1. Antik dövrdə “menecment” sözü işlənməsə də, adamları 
idarəetmə məharəti, yunanca, qəribə də olsa müasir mənaya zidd olan 
“despot” sözü ilə ifadə olunmuşdur. Despot sözü: a) ev  sahibi, hər 
hansı bir şeyin sahibi olmaq, b) rəhbər, insanların şüuruna və istəyinə 
təsir etmək, c) despotiya - hakimiyyət, despotizm – amansız rəhbərlik 
tipi, ç) pedaqogika, təlimləndirmə, təşkiletmə məharəti mənasında 
işlənmişdir. 


43
 
 
 
2. Alman tarixçisi İ.Şaydın dediyi kimi “menecment” sözü, 
italyanca – “atları idarə etməyi bacarmaq”, ingiliscə isə həm 
idarəetmə və həm də ağıllı hərəkət etmə, uğurları tutma mənasında, 
sonralar isə insanları idarə etmək mənasında işlənmişdir. 
3. Menecerin muzdlu işçiyə çevrilməsi, menecer funksiyasının 
dəyişməsi, menecerin rolunun artması. Menecer peşəkar fəaliyyətinin 
xüsusi mülkiyyətçi - sahibkar fəaliyyətindən ayrılması, onun kapital 
və istehsal üzərində nəzarəti həyata keçirməsi. 
4.  Menecer  fəaliyyətinin  funksiyalar  üzrə  (planlaşdırma, 
istehsal, satış və s.) ixtisaslaşması və ümumi koordinatorluğu. 
Alimlərin fikrincə, həmin meyllər əvvəlcə menecer və sahibkarlığın 
bir adamın əlində cəmlənməsi, sonralar  isə idarəetmənin  istehsaldan 
ayrılmasına səbəb olmuşdur.  
5. Kooperativ menecmentin formalaşması, necə deyərlər, adi 
kapitalistin menecer-kapitalistə çevrilməsi. 
6.  Bürokratik  aparatın,  dövlət  məmurlarının  fəaliyyətinin 
güclənməsi, menecerlərin sosial təbəqə, sinif kimi formalaşması. 
7.  Menecer  kapitalizminin  formalaşması  -  “menecerlik 
inqilabı”nın baş verməsi. 
8. Müasir menecmentin ayrı-ayrı sahələr və istiqamətlər üzrə 
(strateji menecment, istehsal menecmenti, marketinq menecmenti, 
maliyyə menecmenti, informasiya menecmenti və s.) formalaşması. 
Təsərrüfat  rəhbəri qərar  qəbul edərkən  onun  həyata 
keçirilməsinin sosial və iqtisadi nəticələrini görməlidir. Bunun üçün 
o, biliklər və vərdişlər sisteminə, təşkilatçılıq bacarığına, idarəetmə 
istedadına malik olmalıdır. Buna görə də menecerlər öz iş üslublarını 
və metodlarını daim təkimlləşdirməlidirlər. 
Bütün  hallarda  idarəetmənin  təşkilatçıları  və  icraçıları 
menecerlərdir. Amerika sosioloqlarının müşahidələrinə görə hər  bir 
rəhbər işçinin (menecerin) gündəlik iş vaxtı aşağıdakı kimi bölünür: 


44
 
 
 
 - planlaşdırılmış iclaslara və görüşlərə -59 %; idarə kağızları ilə 
işləməyə - 22 %; planlaşdırılmamış görüşlərə –10 %; telefon 
danışıqlarına – 6 %; gəzmək və müşahidələrə - 3 %. 
Menecerlərin fəaliyyətinə həm daxili və həm də xarici amillər 
təsir edir. Daxili amillərə  menecerin savadını, səriştəsini, şəxsi 
xarakterlərini və digər fərdi keyfiyyətlərini aid etmək olar. 
Bir qayda olaraq psixoloqlar menecerləri (ümumiyyətlə rəhbər 
işçiləri) aşağıdakı tiplərə ayırırlar: 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin