45
onun əsas işini əvəz edir. İdarəetmənin “insan amili”
bir qayda olaraq
onun tərəfindən qiymətləndirilmir.
“Rəis rəhbər” - hesab edir ki, o, rəhbərlik üçün yaranıb. İclas
keçirməyi və orada sədrlik etməyi xoşlayır. Özündən yüksək
mövqedə olan rəhbərliklə çox asan əlaqə yarada bilir. Bu, əsasən
qeyri-formal əlaqələr səviyyəsində olur. Kollektivin üzvləri ilə də çox
yaxşı əlaqə yaradır.
“İcraçı rəhbər” - bütün hallarda alınmış təlimata
uyğun hərəkət
etməyi üstün tutur. İşçilərdən, yuxarı rəbərlikdən və özündən razıdır.
Daha az effektli, ancaq dəqiq qərarları üstün tutur. Zəngin
nəzəri
biliklərə və təcrübəyə malikdir. Sosial-psixoloji metodları geniş tətbiq
edir, lakin özünə və işçilərinin bir qisminə daha çox arxayındır.
“Yaxın rəhbər“ - tabeçiliyində olanları yaxşı tanıyır, ancaq
qeyri-formal əlaqələri qəbul edir, istehsalatdan kənarda həvəslə
ünsiyyət qurur. Kollektivin bütün üzvlərini öz yaxın dostları hesab
edir, əmindir ki, dost-işçilər onu aldatmazlar. Bu baş verəndə isə pərt
olur və küsür. İnzibati məsələlərlə məşğul olmağı xoşlamır, onları
qeyri-formal səviyyədə həll etməyə üstünlük verir.
“Fərdiyyətçi rəhbər” - idarəçilik fəaliyyətində aydın bilinən
fərdiyyəçilik göstərir. Onun ideyaları ilə razılaşmadıqları işçilərdən
və yüksək rəhbərlikdən narazıdır. Belə hesab edir ki, bütün
işləri özü
hamıdan yaxşı bacarır. Hərdən kolletivin fikrini saymır, yüksək
rəhbərliyə çətinliklə yovuşur.
Menecerə təsir edən xarici amillər də çox əhəmiyyətlidir.
Ölkəmizin bazar iqtisadiyyatına keçməsi təcrübəsi göstəirir ki, bu
amillər bütün səviyyələrdə olan rəhbərlərə əsaslı təsir göstərir.
Müxtəlif istehsal sahələrində struktur dəyişilikləri olduğundan
bir çox
bacarıqlı rəhbərlər də çətin vəziyyətə düşürlər. Onların zəngin şəxsi
istehsal təcrübələri real həqiqətlə ziddiyyət təşkil edir. Analoji
rəhbərlik (bundan qabaq mövcud olmuş inzibati idarəçilik)
46
müvəffəqiyyət gətirmir, bir çox köhnədən qalmış sxemlər
üzrə iş isə
çıxılmaz vəziyyətə gətirir. Bir çoxları bazar iqtisadiyyatına xas olan
rəqabətə hazır deyillər. Bazar şəraitində işləməyə professional
hazırlığın olmaması, bir çox rəhbərlərin vəziyyətini çətinləşdirir və
əvvəllər inkişaf etmiş müəssisələrin müflis olmasına gətirir.
Menecerə təsir göstərən xarici amilləri qısaca olaraq aşağıdakı
sxemdə göstərmək olar
(şəkil 4):
Dostları ilə paylaş: