Səmərəli idarəetmə. Keçən əsrin əvvəllərində, əslən alman olan
iqtisadçı alim Harrinqton Emerson iqtisadiyyat elminə məhsuldarlıq
anlayışını daxil etmişdir. Məhsuldarlıq bilavasitə istehsal və
səmərəlilik ilə bağlıdır. İdarəetmə prosesində əsasən səmərəlilik
anlayışı daha çox işlədilir. Məhsuldarlıq o yerdə işlənir ki, fiziki
reallıqdan söhbət getsin. İdarəetmənin keyfiyyəti və idarəetmənin
müsbət nəticəsi yalnız görülmüş işin son nəticəsi ilə ölçülür.
Səmərəlilik və məhsuldarlıq dedikdə 2 xüsusi halı qeyd etmək
vacibdir:
66
1. Məhsul istehsalına çəkilən xərclər və götürülən gəlir
müqayisəli şəkildə tutuşdurulur və əldə edilən gəlir çəkilən xərcdən
çox olduqda görülən iş səmərəli hesab olunur.
2. Sərf edilən zəhmət müqabilində əldə edilən son nəticə
başlanğıcla müqayisə olunur. Əgər əldə edilən son məhsulun həcmi
(miqdarı) ilkin həcmdən (miqdardan) çoxdursa, demək məhsuldarlıq
da vardır.
İdarəetmənin səmərəli təşkili və aparılmasını ölçmək üçün
aşağıdakıları bilmək lazımdır:
- idarə xərcləri nə qədərdir;
- idarə işçilərinin maaşları nə qədərdir;
- dəftərxana xərcləri nə qədərdir;
- borclar nə qədərdir.
İdarəetmənin ölçü meyarı - nəticədir. Nəticə müsbətdirsə,
idarəetmə səmərəlidir və əksinə - nəticə mənfidirsə, idarəetmə
səmərəsizdir. Səmərəli fəaliyyət səmərəli nəticə deməkdir.
İdarəetmənin səmərəliliyi, ilk növbədə kollektivin sosial vəziyyətinin
- durumunun inkişafı səviyyəsi ilə ölçülə bilər. Sosial vəziyyət
yaxşılaşırsa idarəetmə səmərli, pisləşirsə səmərəsiz hesab edilə bilər.
Sosial duruma təsir edən amillər ilk növbədə: işçilərin əmək
haqqının artımı, yaşayış və dolanışıq şəraitinin yaxşılaşması, maddi
təminatın və mənəvi rahatlığın əldə olunmasıdır. Əks təsir göstərən
amillərə misal olaraq, real işə mane olan əsas səbəb kimi, inzibati
idarəetmə təfəkküründən uzaqlaşa bilməməyi və «yuxarıdan» göstəriş
gözləməyi demək olar.
İdarəetmənin səmərəli olması, həm də, rəhbər vəzifə tutan
şəxsin öz fərdi keyfiyyətlərindən asılıdır. Rəhbərin öz müsbət şəxsi
keyfiyyətləri (xüsusiyyətləri) ondadır ki, müasirliyi görməyi və tətbiq
etməyi, köhnəliyi vaxtında aradan qaldırmağı bacarır, öz intellektual
səviyyəsini, biliyini, səriştəsini artıra bilir.
67
İdarəetmədə inzibatçılığın mənfi cəhəti odur ki, həddindən artıq
bürokratik münasibətlər korrupsiyaya yol açır. İdarəetmənin
səmərəsini azaldan və yaxud ona mənfi təsir göstərən inzibati
idarəetmə prinsiplərinin qorunub saxlanmasının əsas səbəbi də məhz
korrupsiyadır. Özəlləşdirmə prosesinin sürətləndirilməsi, müəssisə və
təşkilatların müstəqil fəaliyyəti və həmçinin dövlət qanunçuluğu ilə
tənzimlənən optimal vergi və rüsum siyasəti idarəetmənin
səmərəliliyinə müsbət təsir göstərə bilər.
Əməyin üfüqi və şaquli bölüşdürülməsi. Təşkilatın ən zəruri
amillərindən biri və başlıcası əmək bölgüsüdür. Əmək bölgüsü
olmadan strukturun və vəzifələrin yaradılması qeyri mümkündür.
Doğrudan da, əgər məqsədə çatmaq üçün iki adam birgə işləyirsə,
onlar işi öz aralarında bölüşdürməlidirlər. Daha çox işçi olduqda isə
əmək bölgüsü bütün işçilər arasında qrupların yaradılması, strukturun
təşkili və vəzifələrin müəyyən edilməsi yolu ilə aparılmalıdır.
Görüləcək hər hansı bir işin çoxlu sayda ixtisaslaşdırılmış
hissələrə bölünməsi, icraçı fəhlələrin və idarə işçilərinin
ixtisaslaşması və səriştələrinin artırılması yolu ilə təşkilatın daha çox
məhsul istehsal etməsinə və daha yüksək gəlir əldə etməsinə şərait və
imkan yaradır. Bütün işin tərkib hissələrə bölünməsi, əslində əməyin
üfüqi bölüşdürülməsidir. Təşkilatlarda əməyin üfüqi bölüşdürülməsi
kifayət qədər dəqiq aparılmalıdır ki, təşkilatın funksiyalarını və
fəaliyyətinin məqsədini dəqiq əhatə edə bilsin. İstehsal
müəssisələrində əməyin üfüqi bölüşdürülməsinin klassik nümunəsi -
istehsal, marketinq və maliyyə funksiyalarının təşkilidir.
Təşkilatın işi tərkib hissələrinə bölündüyü kimi, iyerarxiya
səviyyələrinə görə də bölünür. Bu halda, ayrı-ayrı səviyyələrdəki
qrupların işinin müvəffəqiyyətli olması üçün, onlar mütləq şaquli
əlaqələndirilməlidir. Əməyin şaquli bölüşdürülməsi, idarəetmə
68
fəaliyyətində səlahiyyət və cavabdehlik münasibətlərini müəyyən edir
və eyni zamanda idarəetmə səviyyələrini və pillələrini yaradır.
Həm şaquli, həm üfüqi əlaqələrin qurulması idarəetmə
şəbəkəsini təşkil edir ki, bu da idarəetmə prosesinin təşkili və icrası
üçün zəruri amil hesab olunur. Yalnız belə olduqda idarəetmə prosesi
uğurlu əlaqələndirilər və müsbət nəticələrlə yekunlaşa bilər.
Şəkil 9. Müəssisənin yaşadılması və inkişafı
Şəkildə:1.uşaqlıq; 2.gənclik; 3.yetkinlik; 4.qocalıq dövrləridir.
Yuxarıda verilmiş (Şəkil 9) sxemin köməyilə müəssisənin
yaşadılması və inkişaf etdirilməsi texnologiyasını izah edək.
İdarəetmə prosesinin təşkilində ən ümdə məsələ müəssisəni
yaşatmaqdır. Müəssisənin həyatını insan ömrünə bənzətmək olar. O
da insan kimi doğulur (yaradılır), gəncləşir, yetkinləşir və nəhayət
69
qocalaraq ölür (dağılır). Lakin qocalmış insanı ölümdən qurtarmaq
mümkün olmadığı halda, “qocalmış” müəssisəni dirçəltmək və
yaşatmaq mümkündür və bu olduqca vacibdir. Əks halda, müəssisə
dağılar, sahibkar müflis olar və yüzlərlə işçi işsiz qalar.
Sxemə nəzər salsaq görərik ki, uşaqlıq və gənclik dövrlərini
başa vurmuş müəssisə özünün yetkinlik dövründə müəyyən sabit
gəlirlə (P1) işləyir və bir müddət müntəzəm qazanc əldə edə bilir.
Lakin, qocalıq dövrü başlandıqda bu gəlir tədriclə azalaraq heçə enə
bilər və müəssisə müflisləşib bağlana bilər. Belə halda ağıllı sahibkar
(yaxud menecer), müflisləşməyə yol verməmək üçün, müəssisənin
dirçəldilməsini təmin edə biləcək tədbirlər görməli və müəssisəni
“ölümdən” (dağılmadan) xilas etməlidir. Bu zaman nəinki müəssisəni
xilas etmək, hətta, əlavə gəlir götürmək barədə fikirləşmək lazımdır.
Bu isə müxtəlif yolarla həyata keçirilə bilər:
- istehsal texnologiyasını dəyişməklə məhsulun keyfiyyətini
yüksəltmək;
-köhnəlmiş avadanlıqları yeniləri ilə əvəz etmək (modernləşdirmək);
- bazarın tələblərinə cavab verən tamamilə yeni məhsulun istehsalına
başlamaq;
- digər sahələrə diversifikasiya etmək və s.
Əgər belə tədbirlər görülərsə və digər mühüm amillər nəzərə
alınarsa (kadrların peşəkarlıq səviyyəsi, xammalların keyfiyyəti,
avadanlıqların məhsuldarlığı və s. yüksəldilərsə), sxemdə verilmiş
ikinci dövr başlayar və myəssisə nəinki ölümdən qurtular, hətta P2
gəlirlə işləyə bilər. Bu qayda ilə üçücü prosesi təşkil etməklə P3
gəliri əldə etmək olar. Beləliklə də gəlir artımını əks etdirən A, B, V
nöqtələrini birləşdirməklə müəssisənin inkişaf dinamikasını – SS
xəttini alırıq. Bu isə o deməkdir ki, müəssisənin yaşaması ilə yanaşı,
onun gəlirinin dinamik artırılması da təmin edilmişdir.
70
Burada bir vacib şərti də qeyd etmək lazımdır ki, daha yüksək
qazanc əldə etmək üçün, bütün hallarda müəssisənin uşaqlıq, gənclik
və qocalıq dövrlərini minimuma endirmək, yetkinlik dövrünü isə
maksimuma çatdırmaq lazımdır.
Əgər hər bir müəssisə bu qayda ilə özünün yaşamasını və
dinamik inkişafını təmin edə bilərsə, bu həm də bütövlükdə
cəmiyyətin inkişafı demək olar. Bu isə cəmiyyətin təbii inkişaf
qanunauyğunluğu ilə üst-üstə düşdüyündən mütərəqqi hal kimi
qiymətləndirilə bilər.
Dostları ilə paylaş: |