58
2). Siyasi vəziyyət. Siyasi vəziyyətin sabit olması, həm
daxili və
həm də xarici sahibkarlar üçün əminlik yaradır, onların
fəaliyyətlərini xeyli gücləndirir və iqtisadi məqsədlər üçün sərmayə
qoyuluşunu artırır, əks halda isə hər şey
tərsinə olur və sərmayə
qoyuluşu da aşağı düşür. Siyasi vəziyyətin qeyri – sabitliyi ölkədə
qeyri – müəyyənlik və inamsızlıq mühüti yaratdığı üçün, iqtisadi
fəaliyyətin bütün sahələrində risk amilini artırır və bu
da tənəzzülü
gücləndirir.
3). Beynəlxalq vəziyyət. Beynəlxalq vəziyyətin
sabitliyi nəinki
dövlətlərarası münasibətləri, həmçinin firmalararası münasibətləri də
xeyli canlandırır və beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə şərait
yaradır. Beynəlxalq vəziyyətin qeyri-sabitliyi isə bütün bunlara əks
təsir göstərir. Haradasa müharibənin başlanması nəticəsində
müxtəlif ölkələrin firmaları müxtəlif cür tədbirlər görə bilərlər ki,
bunun nəticəsi olaraq ya külli
miqdarda xeyir götürsünlər, yaxud da
hər şeylərini itirərək müflis olsunlar.
4). Elmi - texniki tərəqqi. Dünyanın müxtəlif ölkələrində
yaradılan və tətbiq olunan ən yeni texnologiyanın yayılması və ayrı-
ayrı ölkələrdə istifadə edilməsi buraxılan məhsulun dünya standartları
səviyyəsinə çatdırılmasına imkan yaradır. Əgər hər hansı bir ölkədə
mövcud texnologiya dünya standartlarına cavab
verə bilmirsə, onda
məhsulun keyfiyyəti də aşağı olur və onun dünya bazarına
çıxarılması qeyri-mümkün olur. Texnologiyası güclü inkişaf etmiş
ölkələrin firmaları ilə müəyyən müqavilələr (kontraktlar) bağlayıb
onların avadanlıqlarından istifadə etmək yolu ilə, elmi - texniki
tərəqqi nailiyyətlərindən istifadə etməklə dünya standartlarına cavab
verən məhsullar istesalına nail olmaq mümkündür.
5). Sosial vəziyyət. Sosial vəziyyət bilavasitə dolanışıq və həyat
səviyyəsi ilə bağlı olduğu üçün bu amili daha başlıca
və daha zəruri
59
hesab etmək olar. Bu halda davranış, milli və dini xüsusiyyətlər də
nəzərə alınmalıdır.
Qeyd olunan bu amillərlə yanaşı xarici mühitin mürəkkəblik,
dəyişkənlik və qeyri-müəyyənlik xüsusiyyətləri də öz təsirini göstərir.
Dolayı təsir amilləri çoxdur və onların hər biri haqqında ayrıca
söz açmaq imkan xaricindədir. Bu amillər barədə yeri düşdükcə ayrı-
ayrı hallarda söz açılacaqdır.
Bütün daxili və xarici faktorların, eləcə də bilavasitə və dolayısı
təsir amillərinin iş prosesində nəzərə alınması menecer üçün olduqca
vacibdir və yalnız bu halda təşkilatın səmərəli
işləməsini təmin etmək
olar.
Hər bir müəssisədə həm daxili, həm də xarici təsir amilləri digər
idarəetmə tədbirləri ilə vəhdət halında nəzərə alınmalıdır.
Dostları ilə paylaş: