Ad:Səməd
Soyad:
Fakültə:
Mövzu: Mikroiqtisadiyyata giriş,əsas anlayışlar və prinsplər
Fənn:Mikroiqtisadiyyat
Qrup:
Kurs
Mikroiqtisadiyyata giriş,əsas anlayışlar və prinsplər
Mikroiqtisadiyyat (ingilis dilindən mikro "kiçik" deməkdir) — fərdi iqtisadi obyektlər, ev təsərrüfatlar və firmalar tərəfindən məhdud vəsaitlərin mallar və xidmətlər al-ver olunduğu bazarlarda bölünməsi[1] haqqında qərarları araşdıran iqtisadiyyatın bölməsi. Mikroiqtisadiyyat bu qərarlar və davranışlar mallar və xidmətlərin qiymətləri təyin edən tələb və təklifə necə təsir etməyini araşdırır və tərsinə qiymətlər tərəfindən təklifə və tələbə təsiri izah edir.[2][3]
Bu isə "ümumi iqtisadi fəaliyyət, inkişaf, inflyasiya və işsizlik məsələləri araşdıran" makroiqtisadiyyata müqabil durur. Mikroiqtisadiyyat həm də qeyd olunmuş sahələrdə dövlət iqtisadi siyasətinin effektləri ilə işləyir (misal üçün vergi səviyyəsinin dəyişdirilməsi). Lukasın fikrinə uyğun olaraq, müasir makroiqtisadiyyat nəzəriyyəsi "mikromüəssisələrə" əsaslanır, yəni ki mikro səviyyədəki davranışları təsvir edən əsas anlayışlara.
Mikroiqtisadiyyatın məqsədlərindən biri istifadəçilər arasında məhdud vəsaitlərin bölünməsi və mallar və xidmətlər arasında müqayisəli qiymətləri təyin edən bazar mexanizmi təhlil etməkdir. Mikroiqtisadiyyat həm də bazar qüsurunu təhlil edir, yəni ki bazarlar səmərəli nəticələri əldə etmədiyi halları, və ideal rəqabət üçün lazım olan nəzəri şəraitləri təsvir edir. Mikroiqtisadiyyat əhatə etdiyi sahələrin içərisinə ümumi müvazinət, qeyrisimmetrik informasiya ilə bazarlar, naməlumluqda qərarlar və oyun nəzəriyyəsinin tədbiqi daxildir. Malların bazar sistemində elastikliyi də nəzərə alınır.
Tələb, təklif və tarazlıq
Ətraflı bax: Tələb və təklif
Mikroiqtisadiyyatda çox istifadə olunan modellərdəb biri "Tələb və Təklif" modelidir. Tələb və təklif bir birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir. Burada tək azalan tələb qiymətin düşməsinə səbəb olur.
"Tələb və təklif" modeli bazarda qiymətin necə müəyyənləşdiyini göstərən iqtisadi modeldir. Bu modelin məğzi ondan ibarətdir ki, rəqabət bazarında istənilən məhsulun müəyyən qiymət səviyyələrində tələb və təklif əmələ gətirir və elə bir qiymət səviyyəsi vardır ki, burada tələb və təklifin həcmi bir-birinə bərabər olur. Tələb və təkliin həm qiymət, həm də miqdar baxımdan tarazlığı ilə xarakterizə olunan vəziyyətə İqtisadi tarazlıq deyilir[6].
Elastiklik
Ətraflı bax: Elastiklik (iqtisadiyyat)
Elastiklik bir göstəricinin digər göstəricinin dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür. Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1) ola bilər. Ən çox istifadə olunan elastiklik göstəricilərinə tələbin qiymət elastikliyi, təklifin qiymət elastikliyi, tələbin gəlir elastikliyi, çarpaz qiymət elastikliyi, eləcə də istehsal amilləri arasındakı elastiklik aiddir
İstehlakçının davranış nəzəriyyəsi
Ətraflı bax: İstehlakçının davranış nəzəriyyəsi
Büdcə məhdudiyyəti əyrisi
Fərqsizlik əyriləri
Optimal seçim nöktəsi
Ümumiyyətlə, Tələb əyrisi müəyyən məhsula olan ümumi tələbi əks etdirir. Bu əyrinin arxasında çoxlu sayda fərdin qərarları dayanır. İstehlakçılar müəyyən qiymət səviyyəsində hər hansı bir məhsulun alışını həyata keçirirlər. Qiymətqalxdıqca alınan məhsulun həcmi azalır, qiymət düşdükdə isə əksinə. Bu qərarların araşdırılması tələb əyrisinin arxasında dayanan məsələlərin öyrənilməsində vacibdir. Mikroiqtisadiyyatda fərdlərin müəyyən məhsul alan zaman verdikləri qərarları öyrənən bölməyə istehlakçı davranışnın nəzəriyyəsi və ya istehlakçı seçim nəzəriyyəsi deyilir İstehlakçının necə qərar verməsini və ya hansı məhsuldan və nə qədər alacağını müəyyənləşdirmək üçün ilk növbədə iki suala cavab axtarılır
İstehlakçı nəyi almaq imkanına malikdir?
İstehlakçı nəyi almaq istəyir?
İlk sual istehlakçının imkanı ilə bağlıdır və Büdcə məhdudiyyəti əyrisi vasitəsi ilə izah edilir. Büdcə məhdudiyyətləri istehlakçıların almaq imkanı olduğu istehlak paketlərini üçün məhdudiyyətləri əks etdirən əyridir. Sadə formada izah olunarsa, bu əyri istehlakçının almaq imkanına malik olduğu iki məhsulun müxtəlif konbinasiyaları təmsil edən nöktələrin birləşməsindən əmələ gəlir.
İkinci sual isə istehlakçının hansı məhsuldan nə qədər istədiyini, onun üstün tutmaları ilə bağlıdır və Fərqsizlik əyrisi vasitəsi ilə izah edilir. Bu əyridə əks olunan istehlak paketləri tərkibinə görə fərqli olsa da, istehlakçıya eyni dərəcədə faydalılıq verir. Fərqsizlik əryiləri birdən çox ola bilər. Çünki, alıcının istəyi sonsuzdur və istehlak paketina daxil olan məhsulların həcmini eyni zamanda artırmaqla, daha çox faydalılıq əldə edər. Bu isə yeni əyridə əks olunacaqdır. Çünki, fərqsizlik əyrisi üzərində olan bütün nöktələr istehlakçı üçün faydalılıq baxımından eynidir.
Sonda istehlakçının hansı qərarı verəcəyini müəyyən etmək üçün yuxarıda göstərilən əyriləri bir yerdə nəzərə almalıyıq. Bu zaman büdcə məhdudiyyətləri və fərqsizlik əyrilərinin kəsişdiyi nöktədə istehlakçının optimal seçimimüəyyənləşir. Yəni, alıcının istəyi ilə onun imkanı üst-üstə düşür.
İstehsal nəzəriyyəsi
Ətraflı bax: İstehsal nəzəriyyəsi
İstehsala daxil olanların hazır məhsula çevrilməsi prosesini öyrənən mikroiqtisadiyyat bölməsinə İstehsal nəzəriyyəsideyilir. İstehsal resurslardan istifadə edərək istifadə üçün yararlı mal və xidmətlər yaradılması prosesidir. Bura manufaktura, balıqçılıq, saxlanc və qablaşdırma xidməti və s. müxtəlif fəaliyyətlər aiddir İqtisadi rifah istehsal prosesində yaranır. Başqa sözlə, bütün iqtisadi fəaliyyətlərin birbaşa və dolayı məqsədi insanların ehtiyaclarını ödəməkdir. İstehsalda iki əsas göstərici iqtisadi rifahın artımını əks etdirir. Bu göstəricilərin birincisi istehsalın həcminin artırılması və bundan irəli gələn gəlirlərin yüksəldilməsi, digəri isə istehsalın məhsuldarlığının artırılmasıdır. İstehsaklın 3 vacib forması var
Bazar istehsalı(market production);
İctimai istehsal (public production);
Ev təsərrüfatlarının istehsalı (household production).
İstehsal xərcləri[redaktə | əsas redaktə]
Ətraflı bax: İstehsal xərcləri
Dostları ilə paylaş: |