Yoxlama üçün suallar
1. Təşkilata təsir göstərən amillərin təsnifatı.
2. Daxili təsir amilləri və onların izahı.
3. Xarici təsir amilləri və onların izahı.
4. Birbaşa və dolayı təsir amillərinin xüsusiyyətləri.
5. Daxili və xarici təsir amillərinin birgə nəzərə alınması.
2.2. İDARƏETMƏ SƏVİYYƏLƏRİ VƏ İDARƏETMƏ
PROSESİ
Hər bir müəssisə özünün fəaliyyət sahəsindən asılı olmayaraq
müəyyən idarəetmə quruluşuna malik olmalıdır. Burada idarəetmə
səviyyələrini və pillələrini fərqləndirmək lazımdır. Bu baxımdan,
bütün orta və iri təşkilatlarda (firmalarda, müəssisələrdə) üç
60
idarəetmə səviyyəsinin (pilləsinin) yaradılması labüddür. Bunlar
aşağıdakılardır: a) aşağı manqa - texniki səviyyə; b) orta manqa -
idarəetmə səviyyəsi; v) ali manqa - institut səviyyəsi (Şəkil 8).
Şəkil 8. İdarəçilik səviyyələri
Təşkilatlar adətən kiçik, orta və böyük olurlar və onların
idarəetmə işləri də həcmcə müxtəlif olur. Buna görə də idarəetmə
işini təşkilatın işçiləri arasında mütənasib bölüşdürmək lazım gəlir.
İdarəetmə əməyinin bölüşdürülməsi formalarından biri üfüqi, digəri
isə şaquli xarakter daşıyır.
Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə və eyni səviyyədə
yerləşdirilməsi, asılı olmayan üfiqi əlaqələri meydana gətirir.
İdarəetmə işinin şaquli bölüşdürülməsi isə, idarəetmə
səviyyələrini və pillələrini yaratmaqla asılılıq və cavabdehlik
xüsusiyyətlərini əmələ gətirir.
Rəhbər işçiləri ənənəvi olaraq idarəçilik səviyyələrinə uyğun
olaraq üç kateqoriyaya ayırırlar:
1. Aşağı (texniki) səviyyə rəhbərləri;
2. Orta (idarəetmə) səviyyə rəhbərləri;
3. Ali (institut) səviyyə rəhbərləri.
61
Aşağı səviyyə rəhbərləri kiçik rəislərdir, onları həm də
əməliyyat rəhbərləri adlandırırlar. Aşağı (texniki) səviyyədə çalışan
rəhbər şəxslər, əsasən məhsul istehsalında və ya xidmət
göstərilməsində fasiləsiz effektiv işin təmin edilməsi üçün lazım olan
gündəlik əməliyyatlar və fəaliyyətlə məşğul olurlar. Bu səviyyə,
fəhlələr və başqa işçilər üzərində bilavasitə nəzarət edən təşkilati
səviyyədir. Kiçik rəislər əsasən, istehsal texnologiyasının düzgün
yerinə yetirilməsinə və işlərin gedişi prosesində həmin istehsalla
məşğul olan işçilərə nəzarət etməklə məşğuldurlar. Bu səviyyənin
rəhbərləri əmək, xammal və avadanlıq kimi resursların onlar üçün
ayrılan hissəsinə bilavasitə cavabdehdirlər. Onlar həmçinin ilkin
informasiyaların ilkin toplayıcılarıdırlar.
Rəhbərlərin əksəriyyəti idarəetmə fəaliyyətinə məhz aşağı
səviyyədən başlayırlar. Tədqiqatlar göstərirlər ki, aşağı səviyyə
rəhbərlərinin işi gərgindir və müxtəlif fəaliyyətdən ibarətdir. Onların
işi tez-tez baş verən fasilələrlə və bir işdən başqa işə keçməklə
xarakterizə olunur. Müəyyən olunmuşdur ki, ustalar öz iş vaxtının
təxminən yarısını işçilərlə ünsiyyətdə olurlar. Onlar öz işçiləri ilə çox,
digər ustalarla bir qədər az, öz rəhbərləri ilə daha az ünsiyyətdə
olurlar.
Orta səviyyə rəhbərləri. Son illərdə idarəetmənin orta səviyyəsi
həm işçilərinin sayına görə, həm də görülən işlərin həcminə görə
xeyli yüksəlib. Böyük təşkilatlarda orta səviyyə rəhbərlərinin sayı o
qədər çox ola bilər ki, verilən qrupu iki yerə bölmək lazım gələr. Əgər
bu baş verərsə, onda iki səviyyə meydana çıxar: orta səviyyənin
yuxarı və aşağı səviyyələri. Beləliklə də, idarəetmənin 4 səviyyəsi
yarana bilər: yuxarı, orta yuxarı, orta aşağı, aşağı. Orta səviyyədə
yerləşən rəhbər şəxslər, əsasən təşkilat daxilində planlaşdırma,
idarəetmə və əlaqələndirmə ilə məşğul olurlar. Onlar fəaliyyətin
62
müxtəlif normalarını, təşkilatın müxtəlif bölmələrinin səylərini və
pillələri biri - birilə əlaqələndirir və uyğunlaşdırırlar.
Orta səviyyə rəhbərləri tərəfindən aşağı və ali səviyyə rəhbərləri
arasında əlaqələr qurulur və onlara nəzarət edilir.
Orta səviyyə rəhbərlərinin işini qiymətləndirmək və bu
səviyyədəki idarəetmə işlərini hər hansı bir meyarla ölçmək çox
çətindir. Çünki onların işləri təşkilatdan–təşkilata xeyli fərqlidirlər.
Bəzi təşkilatlarda orta səviyyə rəhbərlərinə əla səlahiyyətli iş tapşırılır
ki, onların işi yuxarı səviyyə rəhbərlərinin işi ilə eyni olur və onlar
qərar qəbul edilməsi prosesinin iştirakçısı olurlar. Onlar müəssisə
qarşısında duran problemləri müəyyən edərkən müzakirələrdə iştirak
edir, yenilik gətirən yaradıcı təkliflər işləyib hazırlayır və eyni
zamanda müəyyən edilmiş məqsədlərə çatmaq üçün planlaşdırma və
təşkiletmə işlərini həyata keçirirlər. Əsas idarəetmə işlərinin əksər
çoxluğu adətən orta səviyyədə yerinə yetirilir. Orta səviyyə
rəhbərləri ümumi idarəçilik işlərinin təxminən 60-70%-ni icra edirlər.
Ali səviyyə rəhbərləri, əsasən strategiyanın işlənib hazırlanması,
ali məqsədlərin formalaşdırılması, təşkilatda müxtəlif dəyişikliklər
aparılması, təşkilatla xarici mühit arasındakı münasibətlərin
qurulması və idarə edilməsi, həmçinin, təşkilatın mövcud olduğu və
fəaliyyət göstərdiyi mühitin öyrənilməsi və münasib tədbirlər
görülməsi ilə məşğul olurlar.
Ali səviyyə rəhbərləri, müəssisənin missiyasını (başlıca
məqsədini) qarşıya qoyur və onun icrası mexanizmini qurmaqla
ümumi rəhbərliyi təmin edirlər. Onlar təşkilatın yaradılması,
yaşadılması və inkişafı üçün vacib qərarların qəbul edilməsində və
həyata keçirilməsində cavabdehdirlər.
Bəzi hallarda idarəetmənin birinci və ikinci səviyyələrində bir
yox bir neçə iyerarxiya asılılığı qurulur ki, bunlar da idarəetmə
pillələrini təşkil edirlər. Əslində, belə idarəçilik quruluşu «skalyar
63
zəncir» adlandırılır və həm yuxarıdan aşağıya, həm də tərsinə asılılıq
və cavabdehlik münasibətlərini təşkil edir. İdarəetmə pillələrinin
çoxluğu idarəetmə xərclərinin artmasına səbəb olduğundan müasir
təşkilatlarda az pilləli idarəetmə quruluşuna üstünlük verilir. Çünki
yalnız bu yolla idarəetmə xərclərini azaltmaq və müəssisənin əmək
məhsuldarlığını yüksəltmək olar.
İdarəetmə pillələrinin azaldılması və idarəçilik xərclərinin
minimuma endirilməsinin ən əsas yolu, müasir kompüter
texnologiyasından və informasiya şəbəkəsindən istifadə etməkdir.
Çünki, bu müasir texnoloji vasitələr informasiyanın və qəbul olunmuş
qərarların çox böyük sürətlə və operativ olaraq lazımi ünvanlara
çatdırılmasını tamamilə və xətasız təmin edirlər. Bu halda həmçinin,
sənədləşdirmə və sənəd dövriyyəsi də xeyli azalır və bu məqsədlə
əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac olmur. Bu isə öz
növbəsində idarəetmə pillələrinin artırılmasına olan ehtiyacı aradan
qaldırır.
İdarəetmə səviyyələrində və pillələrində çalışan bütün
menecerlər fərqli fəaliyyət göstərirlər. Lakin bütün səviyyələrdə
çalışan menecerlər üçün xarakterik olan ümumi keyfiyyətlər və
Dostları ilə paylaş: |