Yoxlama üçün suallar
1. İdarəetmə səviyyələri və pillələri;
2. Aşağı, orta, ali səviyyələr;
3. İdarəetmədə obyekt və subyekt nədir?
4. İdarəetmə prosesi və onun mərhələləri.
5. Texnoloji prosesin xüsusiyyətləri.
6. Səmərəli idarəetmə və onun təşkili.
7. Əməyin üfüqi və şaquli bölüşdürülməsi.
8. Müəssisənin yaşadılması və inkişafı diaqramını
izah et.
2.3. MENECMENTDƏ İNFORMASİYA VƏ KOMMUNİKASİYA
71
İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya,
hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır.
Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın
toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində
texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu
kommunikasiya prosesi adlandırırıq.
Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar
qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür.
İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə,
motivləşdirmə, nəzarət və marketinqin ümumi xüsusiyyətləri də
bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini
tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul
etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa
üzvlərinə çatdıra bilsinlər. Bu iki xüsusiyyət idarəetmənin bütün
funksiyalarını özündə birləşdirdiyi üçün kommmunikasiya və
qərarların qəbul edilməsini çox vaxtı əlaqələndirici funksiyalar
adlandırılırlar.
İdarəçilik işi, təsərrüfatçılıqla bağlı olsa da, əsasən zehni bir
işdir. Təşkilatın mütəşəkkil işləməsi üçün, rəhbər qərar qəbul edərkən
bir neçə alternativ ehtimallardan düzgününü seçməlidir.
Alternativlərin birinin seçilməsi – qərardır. Beləliklə də, qərarın qəbul
edilməsi – nəyin və necə planlaşdırılması, təşkil olunması,
motivləşdirilməsi və nəzarət edilməsinin seçilməsidir. Bu, rəhbərin, o
cümlədən, hər bir menecerin fəaliyyətinin əsas məzmununu təşkil
edir.
Operativ, obyektiv və effektiv qərarın qəbul edilməsi üçün və ya
problemin həqiqi miqyasının dərk edilməsi üçün əsas tələb, relevant
dəqiq informasiyanın olmasıdır. Bu informasiyanın yeganə alınma
üsulu isə kommunikasiyadır.
72
İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə: texniki,
sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər informasiya
növlərini fərqləndirmək olar.
Menecmentdə və müəssisələri darəetmə prosesində zəruri olan
və bu səviyyədə daha çox iştirak edən texniki-iqtisadi və sosial
informasiyanın aşağıdakı bölgüsü vardır (Şəkil 10):
1. Yaranma səbəblərinə görə - ilkin, aralıq və hesabat növləri.
2. İcra etdiyi funksiyalara görə - plan, uçot, statistika və s.
növlər.
3. Vaxta görə - gündəlik, həftəlik, aylıq, rubluk, illik və s., eləcə
də daimi və dəyişən.
4. İstifadəyə yararlı olmasına görə - yararlı, artıq (izafi), səhv
(yanlış).
5. Qeydiyyata götürülməsinə görə - rəqəmlə, əlifba ilə,
simvollar və siqnallar ilə.
6. Ötürülmə qabiliyyətinə görə – görünən, eşidilən və
görülüb-eşidilən.
7. İdarəetmədə tətbiqinə görə – iqtisadi, sosial, texniki, elmi və
s.
8. Alınma mənbələrinə görə - daxili və xarici informasiyalar.
İdarəetmə prosesində ən çox lazım olan informasiya relevant
informasiyadır. Relevant sözü – semantik mənasına görə, üst-üstə
düşmək deməkdir. Məqsəd ilə üst-üstə düşən, həll edilən məsələyə
bilavasitə aid olan informasiya - relevant informasiya adlanır.
İdarəetmədə anlaşılmazlıq o zaman yarana bilər ki, birinin
dediyini o birisi başa düşməsin. Misal üçün, idarə edən adam idarə
etdiyinin dilini bilmirsə və ya əksinə olarsa, bu halda anlaşılmazlıq
yarana bilər. Menecment elmində buna semantik baryer (baryer -
maneə deməkdir) deyilir. Semantika – dilçilik elmidir və sözlərin
mənasını izah edir.
73
Şəkil 10. İdarəetmə informasiyalarının təsnifatı
İdarəetmənin informasiya təminatını ödəmək üçün
avtomatlaşdırılmış idarəetmə sistemi və yaxud avtomatlaşdırılmış
informasiya sistemi yaradıla bilər. Avtomatlaşdırılmış idarəetmə
sistemi müəssisənin, təşkilatın, firmanın idarə edilməsində üzə çıxan
məsələləri həll etmək və ya qərar qəbul etmək məqsədilə yaradılır.
Burada, əsasən, texniki vasitələrdən, kompüterlərdən və kadrlardan
istifadə olunur. Belə sistemlərdə adamlar sistemin elementi kimi çıxış
edirlər, yəni adamların iştirakı zəruridir. Avtomatlaşdırılmış
informasiya sistemlərində informasiyanın toplanması, saxlanması,
74
işlənməsi və verilməsi ayrı-ayrı sahələr üzrə və yaxud ümumi
məqsədə xidmət üçün yaradıla bilər.
İdarəetmədə istifadə olunan informasiyaları əsasən aşağıdakı
mənbələrdən əldə etmək olar:
-İnformasiya büroları.
-Mətbuat, kütləvi informasiya vasitələri.
-Ticarət - sənaye palatası.
-Statistika komitəsi.
-Standartlaşdırma və metrologiya komitəsi.
-İqtisadi İnkişaf nazirliyi.
-Banklar.
-Xidmət və konsaltinq (məsləhət) firmaları və s.
Bu qeyd olunanlardan başqa, digər mənbələr də vardır. Lakin,
həmin mənbələrdən informasiya alınmasına məhdudiyyət qoyulur.
Misal üçün, Gömrük Komitəsində, Dövlət Statistika Komitəsində,
Maliyyə Nazirliyində və digər bu kimi dövlət qurumlarında kifayət
qədər iqtisadi informasiya olsa da, onlardan bu barədə lazımi
məlumatları almaq çox çətindir.
Vergilər Nazirliyindən və hər bir rayonun özünün vergi
müfəttişliyindən də məhdud çərçivədə məlumat almaq olar. Həm
dövlət, həm də kommersiya bankları informasiya mənbəyi kimi çıxış
edə bilərlər.
Bunlarla yanaşı, əsasən elmi-texniki tərəqqi ilə bağlı yeni
məhsullar istehsalını şərh edən referativ jurnallarda geniş informasiya
olur. Bu jurnallardan faydalı informasiya almaq olar. Digər tərəfdən,
arxivlərdən, kitabxanalardan, elm və təhsil ocaqlarından, eləcə də
elektron-informasiya şəbəkələrindən (misal üçün, İNTERNETdən)
informasiya mənbəyi kimi istifadə edə bilərik.
İnformasiyalar əsasən bir məqsədə xidmət edirlər – idarəetmədə
qərar qəbul etmək üçün şərait və imkan yaratmaq.
|