Alqoritmləşdirmənin tədrisi metodikası.
Alqoritmləşdirmə istiqamətində tədrisin məzmunu.
Alqoritm anlayışının
daxil edilməsi zamanı şagirdlərin diqqətini ona yönəltmək lazımdır ki, alqoritm tərtib
edərkən əsas obyekt olaraq alqoritmin icraçısı götürülür. İcraçı elə bir obyekt və ya
subyektdir ki, alqoritm onun üçün qurulur. İcraçı sözünün mənasını başa salmaq üçün
müəllim uşaqlara belə suallarla müraciət edə bilər:
-
Ananız sizi mağazaya göndərərkən sizə nə almaq haqqında dəqiq tapşırıqlar
verir: Nə almalısınız? Nə qədər miqdarda almalısınız? və sairə. Bu halda siz ananızın
qurduğu alqoritmin icraçısı olursunuz.
Daha sonra alqoritmin icrası anlayışını daxil edərkən şagirdlərin diqqətini belə
bir istiqamətə
yönəltmək lazımdır: alqoritmi icra etmək üçün icraçıya nələr lazımdır (ilkin verilənlər
– pul, ərzaq, ədədlər və s.). Məsələn, riyazi məsələni həll etmək üçün icraçı
ədədlərdən istifadə edir. Sizə lazım olan insanın telefon nömrəsini tapmaq üçün isə
onun adı, soyadı, ata adı, ünvanı, telefon kitabçası və s. kimi ilkin verilənlər lazımdır.
Bütün bu məlumatları daxil etdikdən sonra müəllim şagirdlərə alqoritmin nə
olduğunu və daha sonrakı dərslərdə alqoritmin xassələrini, növlərini, qurulmasını,
blok –sxemlərlə təsvirini və s. öyrədir.
Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilən
əməliyyatlar ardıcıllığıdır. Latınca – qayda-qanun deməkdir. Alqoritm 780-850- ci
illərdə Xarəzmdə yaşamış məşhur özbək alimi Məhəmməd ibn Musa əl-Xarəzminin
adının latın hərflərilə olan yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII
əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış
olmuş, onluq say sistemini və bu say sistemində hesab qaydalarını alqoritm
adlandırmışlar.
Alqoritm məzmun xəttinin tədrisində şagirdlər 3- cü sinifdən xətti, budaqlanan
və dövri alqoritmləri blok-sxemlər vasitəsilə təsvir etməyi öyrənir, onlara aid
müxtəlif məzmunlu tapşırıqları yerinə yetirirlər. Məsələn, riyaziyyat dərsindən evə
verilmiş misalların
həlli, yemək yeyilməsi, dağılmış əşyaların yerdən yığılması, telefonla dostuna zəng
etmək, krossvordun həll edilməsi və s. kimi proseslərdə şagirdlər dövrləri
–
yəni təkrarlanan hərəkətləri ayırd etməyi öyrənirlər. Bu proseslərin hər biri üçün
təkrarlanan hərəkətlər və bu hərəkətlərin sayı tapılır. Misalların həlli prosesində bir
misalın həlli təkrarlanan hərəkət, misalların sayı isə bu hərəkətlərin sayıdır. Bunun
kimi, krossvordun həllində sözlərin tapılması təkrarlanan hərəkət, tapılmalı sözlərin
sayı isə təkrarlanan hərəkətlərin sayıdır. Suyun bir qabdan digərinə tökülməsi, qum
saatı ilə vaxtın ölçülməsi məsələləri də alqoritm anlayışının öyrədilməsində istifadə
oluna bilər. Müəllim “5 və 8 litrlik iki qabdan istifadə etməklə 6 litr suyu krandan
boş qaba necə tökmək olar?”, “7 və
11 dəqiqəlik qum saatları ilə 15 dəqiqə vaxtı necə qeyd etmək olar?“ tipli
məsələlərdən istifadə edə bilər. Bu tip məsələlərin həllini aşağıdakı kimi cədvəllər
vasitəsilə göstərmək əlverişlidir:
Əməliyyat
tutum
5
8
6
1-ci addım
0
8
0
2-ci addım
5
3
0
3-cü addım
5
0
3
4-cü addım
0
5
3
5-ci addım
0
8
3
6-cı addım
5
3
3
7-ci addım
5
0
6
İkinci məsələnin həlli: Qum saatlarının hər ikisini eyni vaxtda
boşalmağa qoyuruq. 7 dəqiqəlik saatın qumu tökülüb qurtardıqda 11 dəqiqəlik
saatı çeviririk. Onun qumu isə 11-7=4 dəqiqəyə tökülər. Ardınca 11 dəqiqəlik
saatı bir də qoysaq, 4+11=15 dəqiqəlik vaxtı ölçə bilərik.
“İcraçı bu əməliyyatları yerinə yetirir: 2-yə vurma və 1 əlavə etmə. Bu
üsulla 1 ədədindən 30 ədədinin alınması alqoritmini yazın.” tipli məsələlər də
alqoritmin icraçısı anlayışının düzgün mənimsədilməsi üçün uyğun
məsələlərdir.
Dostları ilə paylaş: |