MÖVZU 1.
İNFORMATİKANIN BƏZİ ANLAYIŞ VƏ ELEMENTLƏRİ.
MİCROSOFT WINDOWS 7 ƏMƏLİYYAT SİSTEMİNƏ GİRİŞ.
PLAN:
1.1. İnformatika fənni anlayışı. İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri.
1.2. Say sistemləri və verilənlərin kompüterdə təsviri.
1.3. Alqoritm anlayışı. Alqoritmin xassələri. Alqoritm təsvir vasitələri. Alqoritmin növləri.
1.4. Əməliyyat sistemləri. Microsoft Windows əməliyyat sistemləri ailəsi.
1.5. Microsoft Windows 7 sisteminin versiyaları haqqında. Microsoft Windows 7 əməliyyat
sisteminin pəncərələri ilə iş.
1.1.
İnformatika fənni anlayışı. İnformasiyanın kodlaşdırılması və ölçü
vahidləri.
İnformatika kursunun məqsədi
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür
tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli
düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları
problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala
bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.
Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan
intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə
əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi
və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin
fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya
kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda
həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.
“informatika” elminin predmeti haqqinda ümumi məlumat
İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması
mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da
nəticəsində yaradıcı və mütəxəssis insanların intelektual fəaliyyətinin məhsulu kimi
informasiya ehtiyatları sürətlə çoxalmağa başlanmışdır.
İnformatika - kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə
etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.
2
“İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə
informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.
İnformatikanın fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları,
sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.
Akademik B.M.Qluşkovun və B. S. Mixaleviçin fikrinə görə informatika
kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin,
işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif
sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır.
İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics)
terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini
adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi hallarda “Kompüter
elmləri” (Computer science) termini ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi
informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması,
dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs
edən elm sahəsi kimi formalaşmışdır.
İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq
insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və
biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar şəklində ifadə
olunur.
İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları
müxtəlif üsul və vasitələrlə saxlamışlar.
İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və
s. kimi xassələri vardır.
İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və
vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.
İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər
əlifbaya da keçirmək olar.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə
olunur.
“Verilənlər” (ingiliscə data) texniki vasitələrlə saxlanması, emal edilməsi və
ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformasiya prosesləri və onların avtomatlaşdırılması. Kompüter texnikasının
yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da
sürətlənmişdir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, simli
və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir
kompüterlərdə istifadə olunan daşıyıcılarlda - maqnit və lazer disklərində və
qurğularıında saxlanır.
İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin
həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan
istifadə olunur. Aftomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya
istifadəçilərə adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu
və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
3
İnformasiya proseslərinin aftomatlaşdırılmasının ümumi sxemi 1-ci şəkildə
verilmişdir.
Qeyd olunmalıdır ki, son illərdə “İnformatika” termini əvəzinə “Kompüter
texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə
olunur.
“Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun
hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr
haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan
sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası
deməkdir.
İnformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması
proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə
informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını
təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-
proqram vasitələri toplusudur.
İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni
elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara
misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma,
informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər
bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam,
provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.
İnformatika fənninin əsas tərkib hissələri
İnformatika fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək
üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri mövcuddur:
a) İnformasiya və informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və
hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və
onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.
İnformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin
məcmusu kimi başa düşülür. İnformasiya proseslərinə müxtəlif təlim prosesində,
Şəkil 1. İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi
İdarəetmə
obyekti
(istifadəçi)
İnformasiyanın toplanması
prosesinin həyata
keçirilməsi
İnformasiyanın
saxlanması,
axtarışı, emalı
Nəticələrin alınması
İnformasiyanın ötürülməsi
və ya verilməsi
informasiyanın
ötürülməsi
mərhələsi
4
idarəetmədə qərar qəbul etmədə texniki layihələrin işlənməsi və s. zamanı baş verən
informasiya çtvrilmələri də aiddir
.
İnsan öz fəaliyyəti prosesində ətraf aləmdən informasiya almadan keçinə bilməz və
bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin proseslərə şüurlu,
hərtərəfli və məntiqi yanaşır.
b)Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.
Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri
mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan
nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar,
qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Konseptual modelin
izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi
modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma
dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Proqramlaşdırma dillərinin köməyilə
intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da
riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların
meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan
intellektual sistemlər insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin
emalına əsaslanır.
c)Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri. Müasir
kompyuterlər bir-birini tamamlayan iki - texniki təminat hissəsindən (qurğulardan) və
proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər hansı işi özünün texniki
qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun proqram təminatı kompyuterin
yaddaş qurğularında saxlanılan və kütləvi istifadə olunan proqramlar toplusundan
ibarətdir.
İKT kursuna mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası,
telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video konfrans, Internet,
informasiya sistemləri və s. daxildir və onların öyrənilməsi praktik istifadə baxımından
böyük əhəmiyyət kəsb edir.
d)Cəmiyyətin informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal
sosial-texniki
inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın
informasiyalaşdırılması prosesi kimi reallaşır.
İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin
informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək
hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan
qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai
həyatın demokratikləşməsi ücün güclü vasitədir.
İnformatikanin və ikt-nin digər elm sahələrində tətbiqi
İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və
iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsisi ehtiyac yarandığından
informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi
digərlərindən daha nümunəvi xarakter daşıyır. Ona görə də burada iqtisadiyyat elminin
nümunəsində İnformatikanın tətbiqi məsələlərinin təhlilinə baxılır. Riyaziyyatın
iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın, iqtisadi-riyazi üsul və modellərin
5
inkişafı da informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açdı
və
informatikanın xüsisi
bölməsi kimi iqtisadi informatika formalaşdı.
İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır.
Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi
informatika yaranır.
Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları
iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm olaraq dəyişmiş
və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin
müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur
ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar
iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını
almağa başlamışdır.
Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya təsir edir, onu öyrənir, ona iqtisadi
obyekt kimi baxır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın
iqtisadiyyatı bölməsinin üzərinə düşür
.
Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki,
cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından
onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə
riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi
informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika,
sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika,
psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.
İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və
azərbaycandaki müasir vəziyyəti
İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf
mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə
görə inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca
nəzər salaq.
İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən
mexaniki arifmometr yaratmışdır;
1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını
(analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal
kompüterlərin yaradılmasının əsasını qoymuşdur;
1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal
kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;
XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və
A.Beris tərəfindən müasir kompüterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər
1946-cı ildə ABŞ–da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata
keçirilmişdir. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab
olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək
surətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
6
I nəsil (1946-1958-ci illər) - elektron lampalı hesablama maşınları. Onlardan
əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3,
Minsk-1, M-20 və s.
II nəsil (1958-1964-cü illər) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan
hesablama maşınları. Onların funksional imkanları xeyli artıq idi. Məs: BESM-4, Minsk-
22, Ural-14 və s.
III nəsil (1964-1972-ci illər) - element bazası mikro elektronika və inteqral
sxemlərdən ibarət olan hesablama maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi.
Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil hesablama maşınlarının
bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX
kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC,
SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi
kompüterlərdir(FK - PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi.
Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
Qeyd edək ki, adi kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə
energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən
bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə
sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompüterlərin yaradılması
istiqamətində işlər də aparılır.
Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi
formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf
tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika
fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin
yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində
informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa
başlanılmışdır.
Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır.
Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama
mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ
məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama
mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.
1980-ci illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması
AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i
yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-
da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır.
Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq
olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam
etdirilmişdir.
İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri
Mürəkkəb idarəetmə sistemləri ancaq informasiya əsasında fəaliyyət göstərir. Ona görə
də informasiyanın ölçülməsi prosesi meydana çıxır. Tutaq ki, m simvoldan n elementli
sözlər müəyyən məlumatlar çoxluğunu (N) təşkil edir. Onda bu çoxluğu təşkil edən sözlərin
ümumi sayı N=m
n
şəklində olar. m=2, n=3 olarsa N=2
3
=8 olar.
7
Düsturdan göründüyü kimi məlumatların sayı onun elementləri ilə eksponensial
asılılıqla ifadə olunur.
1928-ci ildə Amerika alimi R.Xartli informasiyanın miqdarının müəyyən olunması
üçün aşağıdakı düsturu təklif edir:
l=loq
2
N
burada l-informasiyanın miqdarıdır.
Xartlinin verdiyi düstura əsasən ən kiçik informasiya vahidi qəbul edilmişdir. Belə
ki, n=1, m=2 olarsa l=loq
2
N=1loq
2
2=1 (əgər m=1 olarsa l=0 olar).
Beləliklə l=loq
2
2=1
1948-ci ildə Amerika alimi K.Şennon informasiyanın orta miqdarını müəyyən
etmək üçün aşağıdakı düsturu təklif etmişdir.
)
log
...
log
log
(
log
2
2
2
2
1
2
1
1
2
n
n
n
i
i
i
P
P
P
P
P
P
P
P
l
Burada P
1
,…P
n
aparılan sınaqların sayıdır.
Əgər hadisə eyni ehtimallıdırsa P
1
=P
2
=P
n
=1/N onda, P
1
,…P
n
bərabərdirsə onda
onlar da 1/N bərabərdir.
İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun təklifi ilə
bit (ingilisjə binary digit (ikilik rəqəm) sözundən) qəbul edilmişdir. 8 bitimiz 1 bayta
bərabərdir. Beləki 256 sivolluq klaviatura alfavitini kodlaşdırmağa 8 bayt kifayyətdir
(256=2
8
) Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:
1 Kb = 1024 bayt = 2
10
bayt; 1 Mb= 1024 Kb = 2
20
bayt; 1Qb= 1024 Mb =
2
30
bayt; 1Tb = 1024 Qb = 2
40
bayt; 1Pbayt = 1024 Tbayt=2
50
bayt.
İnformasiyanın işlənməsi zamanı informasiya vahidlərinə şərti işarələr vermək zərurəti
meydana gəlir. Bu şərti işarələrin məcmusu kod adlanır. Başqa sözlə kod hər hansı
çoxluqla qarşılıqlı-birmənalı şəkildə qurulmuş hər hansı əlifbada olan sözlər çoxluğu,
konbinasiyasıdır. Deməli, kodlaşdırma dedikdə informasiyaya şərti işarələrin verilməsi
başa düşülməlidir. Kodlaşdırma siqnalların şəkil dəyişməsi kimi də başa düşülə bilər.
Kodlaşdırma
informasiyanın
avtomatlaşdırılmış
işlənməsi
prosesinin
sürətləndirilməsinə və asanlaşdırılmasına imkan verir. Belə ki, bu halda informasiya
elementlərinin çeşidlənməsi və qaydaya salınması, yadda saxlanılması, axtarılması,
işlənməsi və ötürülməsi prosesi əhəmiyyətli dərəcədə asanlaşır və tez başa düşülür.
Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur:
- Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində
avtomatik qruplaşdırla bilsin;
- Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun;
- İşarələrin sayı məhdud olsun;
- Tərtibat da sadə, yadda qalan və aydın olsun;
- Nomenklaturanın genişləndirilməsi üçün ehtiyat nömrələr nəzərdə tutulmuş olsun.
Kodlaşdırma prosesi sistemli yanaşmanı tələb edir, başqa sözlə proses müəyyən
sistemlər üzrə həyata keçirilməlidir. Kodlaşdırma sistemi informasiya vahidlərinə
müəyyən qaydada şərti işarələrin verilməsi sistemidir. Səviyyələr üzrə-ölkə sahə yerli
(lokal) və s. kimi kodlaşdırma sistemləri fərqləndirilir. Kodlaşdırma sistemlərini
təsnifləşdirmək üçün aşağıdakı əlamətlərdən istifadə oluna bilər:
-İşarələrin forması;
-İşarələrin sayı (bir işarəli, çox işarəli);
-Qurulma formaları (xətti,şahmat) və s.
8
Müxtəlif kodlaşdırma sistemlərinin uzlaşdırılmasından kombinələşdirilmiş sistemlər
qurula bilər.
EHM-lər üçün kod simvollarının standartlaşdırılması üçün ilk təşəbbüs 1963-cü ildə
edilmiş və ASCİİ-nin («aski» kimi tələffüz edilir) birinci versiyası yaradılmışdır. Bu
versiyada kod sisteminin çatışmamazlığı çox idi. Bu standart teleqraf kodları əsasında
hazırlanmışdır. 1968-ci ildə ASCİİ-nin ikinci versiyası hazırlandı. Standartın tam adı
belədir: Ameracan Standart Code for İnformation İnterchange – Daxili informasiya
mübadiləsi üçün standart ABŞ kodu. Standart ABŞ Milli Standartlaşdırma İnstitutu
(ANSİ- American National Standart İnstitute) tərəfindən işlənmişdir. ASCII 2007-ci ilə
qədər geniş surətdə istifadə olunmuşdur.
ASCİİ-nin birinci 32 kodu (0-dan 31-ə qədər) çap işarələrilə göstərilmir. Bu sahə
xüsusi simvollarla yerləşdirmək üçün ayrılmışdır. Belə simvollara aiddir:
- idarəedici kodlar (uzaq qurğuları (məs: printer) idarə etmək üçündür).
- formatlaşdırma kodları (məlumatın xüsusi tərtibatı üçüdür).
- ayrıcı kodlar (ötürülən verilənlər yığımını stuuktlaşdırmaq üçündür).
ASCİİ-dən başqa, SSRİ-də vaxtilə tətbiq edilən səkkiz dərəcəli (28=255)
kodlaşdırma sistemi (256 müxtəlif vəziyəti olan simvola bir bayt artırılır, iki simvollu yazı
yığımı (məsələn, rus və ingilis həriflərini paralel kodlaşdırmaq olar). İngilis dili hissə
cədvəlin aşağı hissəsində, yəni 0-dan 127-ə qədər, rus dili hissə cədvəlin yuxarı hissəsində
(128-dən 255-ə qədər) kodlanır. İSO-88-59 – slavyan yazı işarələrinin kodlaşdırılması
üçündür, xüsusilə İBM PC-larda az istifadə edilir;
Windows-1251 – Microsoft firması tərəfindən işlənmiş korporativ standartdır,
sənədlərlə işin avatomatlaşdırılması üçündür, əksər İBM PC platformalarında tətbiq
edilmişdir — Word, Excel, Access kimi proqramlarda daha geniş istifadə olunur; KOİ-
8R-1974-cü ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilmişdir,
UNİX əməliyyat sisteminin idarəsi altında işləyən şəbəkə EHM-lərində istifadə edilir.
Unicode. ASCII standartında hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi,
Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536
simvolun işlədilməsinə imkan verir. Unicode standartının tətbiqi dünyanın bütün
əlifbalarını özündə saxlaya bilər. 2007-ci ildən etibarən bütün istehsalçılar ASCII
standartından imtina edərək Unicode standartına keçmişdir.
Unicode - istənilən simvol üçün platformadan, proqramdan, dildən asılı
olmayan
unikal bir koddur.
Mahiyyətinə görə kompüterlər yalnız rəqəmlərlə işləyə bilir. Kompüterlərin
yaddaşlarında hərfləri saxlamaq üçün hər bir hərfə (və ya simvola) müəyyən bir ədəd qarşı
qoyulur. Unicode yaranmamışdan əvvəl dünyada müxtəlif növ simvol kodlaşdırmaları var
idi. Lakin onlardan heç biri bütün simvolları əhatə edə bilmirdi. Məsələn, Avropa Birliyi
dillərinin əlifbalarına daxil olan hərflərin kodlaşdırılması üçün müxtəlif kodlaşdırmalardan
istifadə edilirdi. Hətta ayrıca bir dili təyin etmək üçün də (məs. İngilis dilini) müəyyən bir
standart kodlaşdırma sistemi yox idi ki, o adi hərfləri, işarə simvollarını və texniki
simvolları özündə cəmləşdirsin. Bundan başqa, çox vaxt da bu kodlaşdırmalar arasında
uyğunluq yox idi.
Unicode-un tətbiqi bütün bu problemləri həll edir. Unicode sistemi dildən,
platformadan, proqramdan asılı olamayaraq istənilən simvola unikal bir kod mənimsədir.
İqtisadi informasiyanı sabitlik baxımından dəyişən, şərti-sabit və sabit informasiya
növləri kimi qruplaşdırmaq olar. Bu zaman sabitlik əmsalı anlayışından istifadə olunur.
9
Sabitlik əmsalı müəyyən dövr ərzində mövcud sabit informasiya vahidlərinin miqdarının
ümumi informasiya vahidlərinin miqdarına nisbəti kimi hesablanır.
İnformasiyanın kəmiyyət və keyfiyyət baxımından analizı, onun sabitlik, mürəkkəblik,
kütləvilik və informasiya sistemlərinin xidmətetmə qabiliyyətinin analiz edilməsini
nəzərdə tutur.
İnformasiyanin sabitliyə görə analizi sabitlik əmsalı düsturuna əsasınır:
h
t
st
n
n
K
(1)
t
n
- t zaman müddətində nomenklaturada dəyişməyən mövqelərin sayı;
h
n
- nomenklaturada mövqelərin sayı.
Sabitlik əmsalının optimal qiyməti təqribən -
95
.
0
3
st
K
.
İnformasiyanin mürəkkəbliyi mürəkkəblik, kütləvilik və dəyişmə əmsallarının
hesablanmasına əsaslanır.
a) mürəkkəblik əmsalı:
forma
in
m
n
n
K
(2)
in
n
- işçi proqramın operator və ya komandalarının sayı;
forma
n
- törəmə göstəricilərin formalarının sayı.
b) dəyişkənlik əmsalı:
n
bash
trans
n
n
n
(3)
bash
n
- hesablama üçün ilkin verilənlərin sayı;
n
n
- nəticə göstəricilərinin sayı.
c) kütləvilik əmsalı:
forma
u
k
n
n
K
(4)
u
n
- verilən hesablama üzrə göstəricilərin ümumi sayı;
forma
n
- bu hesablamada forma göstəricilərinin ümumi sayı.
Kütləvilik
əmsalı
nə
qədər
böyük
olarsa,
informasiya
proseslərinin
kompyuterləşdirilməsi bir o qədər sərfəlidir.
İnformasiyanın xidmətetmə qabiliyyəti aşağıdakı düsturla hesablanır:
per
ixq
T
shixish
girish
um
N
K
)
,
,
(
inf
(5)
per
T
- informasiyanın çevrilməsi periodunun müddəti (gün, həftə, dekada, ay, il).
1.2. Say
sistemləri və verilənlərin kompyuterdə təsviri.
Say (hesablama) sistemi ədədlərin rəqəmlər adlanan məhdud simvollar əlifbası
vasitəsilə ifadə olunması üsuludur. Say sistemi kodlaşdırmanın bir üsuludur. Müəyyən
əlifba vasitəsilə müəyyən üsullarla yazılan sözə kod deyilir, kodun alınma prosesinə isə
kodlaşdırma deyilir.
10
Say sistemləri 2 cür olur: mövqeli və mövqesiz.
Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin) müəyyən yığımı
ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların tutduğu yerdən
(mövqedən) asılı olmur və hesab əməlləri mürəkkəb qaydalarla aparılır. Bu say
sistemlərinə 2500 min il bundan əvvəl Qədim Romada istifadə olunan Rum say sistemini,
Əlifba say sistemlərini misal göstərmək olar.
Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların,
təkliklərin cəmi şəklində yazırdılar.
Məsələn, 28 ədədi aşağıdakı kimi təsvir olunurdu:
XXVIII = 10 + 10 + 5 + 1 + 1 + 1
(iki onluq, bir beşlik və üç təklik)
Nisbətən müasir mövqesiz say sistemlərindən hesab olunan Əlifba say sistemlərinə
yunan, slavyan, fin və başqa say sistemləri aiddir.
Misal 1. XI – rum ədədini onluq say sisteminə çevirək:
XI = X + I = 10 + 1 = 11
Misal 2. XC – rum ədədini onluq say sisteminə çevirək.
XC = C – X = 100 – 10 = 90
Mövqeli say sistemləri ədədlərin təsvirindəki əyaniliyə və hesab əməllərinin
aparılmasındakı sadəliyə görə böyük üstünlüklərə malikdir. Bu say sistemində ədədi təşkil
edən rəqəmlərin qiymətləri onların ədəddəki mövqeləri ilə təyin olunur. Məsələn: 333
ədədindəki 3 rəqəmlərinin qiymətləri fərqlidir. Soldan birinci 3 üç yüzü, ikinci 3 otuzu,
üçüncü isə üçü göstərir.
Mövqeli say sistemlərinin tipik nümayəndəsi bizim istifadə etdiyimiz onluq say
sistemidir. Bundan əlavə, informatikada digər mövqeli say sistemlərindən də istifadə
olunur.
Ədədlərin yazılışı üçün istifadə olunan simvolların (rəqəmlərin) sayına say
sisteminin əsası deyilir. Əsası q olan mövqeli say sistemindəki ixtiyari A ədədini belə
təsvir etmək olar:
m
m
n
n
n
n
q
q
a
q
a
q
a
q
a
q
a
q
a
A
...
...
2
2
1
1
0
0
2
2
1
1
(1)
Burada
q
A
–
q
əsaslı say sistemində verilən ədəd;
q – say sisteminin əsası;
a
i
– verilmiş say sisteminin əlifbasına daxil olan rəqəmlər (
q
a
i
);
n – tam hissədəki mərtəbələrin (rəqəmlərin) sayı;
m – kəsr hissədəki mərtəbələrin (rəqəmlərin) sayıdır.
Onluq say sisteminin ( DECimal) əsası ondur, yəni burada ədədlərin yazılışı üçün
on rəqəmdən (0,1,2,3,4,5,6,7,8,9) istifadə olunur.
Say sisteminin əsası mötərizə içərisində indeks kimi göstərilir.
q
A
ədədi adi halda belə
yazılır:
m
n
n
q
a
a
a
a
a
a
A
...
,
...
1
1
2
1
(2)
Vergül işarəsi tam hissəni kəsr hissədən ayırır və mövqelərin (mərtəbələrin) çəki
qiymətlərinin hesablanmasının başlanğıcını təyin edir. Gündəlik həyatımızda da biz məhz
bu cür yazılışdan istifadə edirik.
11
İnformatikada əsası 2 olan ikilik və bu say sistemi ilə asan əlaqə yaratmağa
imkan verən 8-lik (2
3
) və 16-lıq (2
4
) say sistemlərindən istifadə olunur
İkilik say sistemində istənilən ədədi aşağıdakı kimi təsvir etmək olar:
m
m
n
n
n
n
a
a
a
a
a
a
a
A
2
...
2
2
2
2
...
2
2
2
2
1
1
0
1
1
2
2
1
1
2
(3)
Burada a
i
– (0, 1) çoxluğuna daxil olan ədədlərdir.
Misal üçün, A
2
= 1001,1 ikilik ədədini açıq şəkildə yazıb hesablama aparsaq, bu ədədin
onluq say sistemində təsvirini alacağıq:
A
2
= 1·2
3
+ 0·2
2
+ 0·2
1
+ 1·2
0
+ 1·2
-1
= 8 + 1 + 0,5 = 9,5
10
Səkkizlik say sisteminin (OCTal) əsası 8-dir:
q = 8;
Əlifba: 0, 1, 2, 3 , 4, 5, 6, 7.
A
8
= 7764,1 səkkizlik ədədini açıq şəkildə yazıb hesablama aparsaq, bu ədədi onluq say
sistemində təsvir etmiş olarıq:
A
8
= 7·8
3
+ 7·8
2
+ 6·8
1
+ 4·8
0
+ 1·8
-1
= 3584 + 448 + 48 + 4 + 0,125 = 4084,125
10
16-lıq say sistemi (HEXadecimal). Kompyuter üçün məqbul olan 2-lik say sistemi bir
tərəfdən ədədlərin yazılışının uzun olmasına görə, digər tərəfdən istifadə vərdişi
olmadığından insan üçün əlverişli deyil. Odur ki, 2-lik və 10-luq say sistemləri arasında
əlaqə yaratmaq məqsədilə kompyuter texnikasında 8-lik və 16-lıq say sistemlərindən
istifadə olunur. Müasir kompyuterlərdə əsasən 16-lıq say sistemi tətbiq olunur.
Onaltılıq say sisteminin əsası 16-dır. 16-lıq say sisteminin 0-dan 9-a qədər rəqəmi
onluq say sistemindən götürülmüş, qalan 6 rəqəm kimi (10-dan 15-ə qədər) latın əlifbasını
A-dan F-ə qədər hərfləri qəbul olunmuşdur.
Əsas: q = 16.
Əlifba: 0, 1, 2, 3 , 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F.
Onaltılıq say sistemində verilmiş 3AF
16
ədədini açıq şəkildə belə yaza bilərik:
3AF
16
= 3·16
2
+ 10·16
1
+ 15·16
0
= 768 + 160 + 15 = 943
10
Ədədlərin bir say sistemindən digərinə çevrilməsi
Kompyuter ikilik say sistemində işləyir, istifadəçilər üçün isə onluq və ya onaltılıq
say sistemləri əlverişlidir. Odur ki, ədədlərin bir say sistemindən digərinə çevrilməsi lazım
gəlir.
q əsaslı say sistemindəki A ədədinin p əsaslı say sisteminə çevrilməsi (A
q
→A
p
)
üçün əvəzetmə və say sisteminin əsasına bölmə-vurma qaydalarından istifadə olunur.
Əvəzetmə qaydası (1) düsturu əsasında yerinə yetirilir və hesab əməllərinin yeni say
sistemində aparılmasını nəzərdə tutur. Ona görə də həmin qaydadan əsas etibarilə
ədədlərin qeyri-onluq say sistemlərindən (2-lik, 8-lik, 16-lıq) onluq say sisteminə
çevrilməsində istifadə olunur.
Misal 1. İkilik say sistemindəki x
2
=11011,1 ədədini onluq say sistemində təsvir edək:
x
10
=1∙2
4
+ 1∙2
3
+ 0∙2
2
+ 1∙2
1
+ 1∙2
0
+ 1∙2
-1
= 27,5
Misal 2. Səkkizlik say sistemindəki x
8
=21,7 ədədini onluq say sistemində təsvir edək:
x
10
=2∙8
1
+ 1∙8
0
+ 7∙8
-1
=
8
7
17
Misal 3. Onaltılıq say sistemindəki x
16
=A1,8 ədədini onluq say sistemində təsvir edək:
x
10
=10∙16
1
+ 1∙16
0
+ 8∙16
-1
=
16
8
161
= 161,5
12
Bölmə-vurma qaydası hesab əməllərinin çevrilən ədədina aid olduğu q əsaslı say
sistemində aparılmasını nəzərdə tutduğundan, həmin qaydadan onluq ədəd ədədlərin digər
say sisteminə çevrilməsi üçün istifadə olunması əlverişlidir.
Misal 4. Onluq say sistemində verilmiş 11
10
ədədini 2-lik say sistemində təsvir edək:
11
2
1
5
2
1
2
2
0
1
11
10
= 1011
8
alırıq.
1.3.Alqoritm anlayışı. Alqoritmin xassələri. Alqoritm təsvir vasitələri.
Alqoritm növləri.
Alqoritm – qoyulmuş məsələnin həllinə aparıb çıxaran sonlu sayda əməllər
ardıcıllığıdır.`
Alqoritm son nəticəni almaq üçün ilkin verilənlər üzərində aparılan sonlu
sayda əmrlər ardıcıllığıdır.
“Alqoritm” sözü IX əsrdə yaşamış qədim Şərqin böyük riyaziyyatçısı Məhəmməd
İbn Musa Əl-Xarəzminin adı ilə bağlıdır. O, ilk dəfə onluq say sistemində verilmiş ədədlər
üzərində əməllərin dörd qaydasını vermişdir. Elə indi də həmin qaydalardan istifadə edilir.
Həmin qaydalar alqoritmlər adlandırılmışdır.
Alqoritmin dörd verilmə üsulu mövcuddur. Bunlar nəqli, qrafik,operator və
proqram üsuludur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və
yazılış qaydalarından istifadə olunur. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə
blok-sxemlərdən
*
istifadə olunur. Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə
alqoritmik dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur.
Alqoritmin təsvir üsulları:
1. Nəqli üsul (izah etməklə) Məsələnin həlli alqoritmi sözlə müəyyən
edilir,
2. Qrafik şəkildə
(şərti işarələrlə) – yəni blok – sxem
*
qurulur,
3. Proqram (alqoritmik dil). hər hansı alqoritmik dildə proqram
qurulur.
13
Blok-sxem
*
əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıl-
lığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar
aşağılakılardır:
-prosesin başlanğıcı və sonu bloku;
- hesablama bloku;
- verilənlərin klaviaturadan daxil edilməsi bloku;
-şərti və ya məntiqi blok;
- Dövr bloku;
- alt proqram bloku;
- çap bloku.
Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla
prosesin gedişatı istiqamətində birləşdirilir.
Proqramlaşdırma dilləri. Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll
olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı
hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə
malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin
köməyi ilə həyata keçirilir.
Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə
tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma
dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur.
14
Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə
dillərə proqramlaşdırma dilləri deyilir.
Alqoritm, xassələri, verilmə üsulları, növləri
Məsələnin həlli zamanı ilkin və aralıq verilənlərin emalı prosesini birqiymətli təyin
edən yazılışların ardıcıllığına alqoritm deyilir.
Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var.
Bunlardan birincisi müəyyənlik xassəsidir. Müəyyənlik dedikdə alqoritm elə tərtib
olunmalıdır ki, onun təsvir etdiyi proses tamlığı ilə aydın olmalıdır.
İkinci xassə alqoritmin diskretlik xassəsidir. Yəni, hər bir alqoritm ayrı-ayrılıqda
yerinə yetirilə bilən addımlardan ibarət olmalıdır.
Alqoritmin üçüncü xassəsi onun nəticəvilik xassəsidir. Belə ki, hər bir alqoritm son
nəticənin alınmasını təmin etməlidir.
Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni, tərtib olunan hər bir
alqoritm eyni qəbildən olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olma-
lıdır.
Alqoritmlərin üç növü var: xətti, budaqlanan və dövri alqoritmlərdir.
Xətti strukturlu alqoritmlər – çox sadə hesablama prosesini ifadə edən bir neçə
ardıcıl əməliyyatlardan ibarət olur və həmin əməliyyatlar yazılış ardıcıllığı ilə də yerinə
yetirilir. Xətti alqoritmləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
Bu sxemdə istiqamətlənmiş parçalar alqoritmin bütün mərhələlərinin yazılış
ardıcıllığı ilə bir-birinin ardınca bir xətt üzrə icra olunduğunu göstərir. Belə alqoritmlərin
blok sxeminə xətti sxem deyilir.
15
Xətti alqoritmlərin blok sxemini aşağıdakı kimi görmək olar.
Budaqlanan strukturlu alqoritmlərin tərkibində bir və ya birneçə mırhılə ola bilər.
Bu mərhələdə müəyyən kəmiyyətlərin (məsələn, başlanığıc verilənlər, aralıq nəticələr və
s.) hər hansı bir şərti ödəyib ödəmədiyi yoxlanılır və bundan asılı olaraq uyğun hesablama
istiqaməti seçilir. Yəni, nəzərdə tutulan şərt ödənilirsə, hesablama prosesi bir istiqamətdə,
əks halda isə başqa istiqamətdə aparılır. Budaqlanmanı sxematik olaraq aşağıdakı kimi
göstərmək olar:
Bu sxemdə istiqamətlənmiş parçalar ardıcıllığı müəyyən andan sonra iki istiqamətdə
davam edir. Yəni, alqoritm üzrə aparılan hesablama prosesi müəyyən addımdan sonra
əvvəlcədən məlum olan iki istiqamətdən biri ilə gedəcək. Belə alqoritmlərin blok sxeminə
budaqlanan alqoritm deyilir.
Başlaniğic
Verilənlərin daxil
edilməsi
Hesablama əməliyyatı
Nəticələrin çapı
Son
16
Budaqlanan alqoritmlərin blok sxemini aşağıdakı kimi qurmaq olar.
Dövri alqoritmik strukturlar. Təcrübədə rast gəlinən bir çox məsələlərin həllində
alqoritmin bu və ya digər mərhəlsəinə uyğun olaraq aparılan hesablama prosesi müəyyən
dəyişənlərin konkret qiymətlərində bir neçə dəfə təkrarlanır. Hesablama prosesinin
təkrarən yerinə yetirilən hissəsinə dövr, hesablama prosesinin alqoritmi isə dövri alqoritm
adlanır. Dövri alqoritmlər sxematik olaraq ümumi şəkildə belə təsvir olunur:
Bu sxemdə göstərilən istiqamətlənmiş parçaların ardıcıl düzülüşü müəyyən hərəkətlər
istiqamətini təyin edir. Sxemdən göründüyü kimi müəyyən andan sonra düz xətt üzrə
hərəkət ardıcıllığı pozulur və dairəvi hərəkətə keçir. Başqa sözlə dövri proses yaranır. Belə
prosesin alqoritminə dövri strukturlu alqoritm, onun sxeminə isə dövri sxem deyilir.
Dövri alqoritmlərin blok – sxemini ümumi şəkildə aşağıdakı kimi qurmaq olar. Məsələn:
Başlaniğic
Verilənlərin
daxil edilməsi
Hesablama
əməliyyatı
Nəticələrin çapı
Son
Şərt
Hə
Yox
I əməliyyat
II əməliyyat
17
1.4. Əməliyyat sistemləri. Microsoft Windows əməliyyat sistemləri ailəsi.
Əməliyyat sistemi kompüterin proqram təminatının əsasını təşkil edir. Əməliyyat
sistemi istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqəni və bütün digər proqramların icra
olunmasını təmin edən xüsusi sistem və xidməti proqramlar kompleksindən ibarətdir. Yəni
əməliyyat sistemi kompüterin bütün elementlərinin iş qabiliyyətini təmin edən proqramlar
toplusudur.
Kompüterin işləyə bilməsi üçün əməliyyat sistemi bərk diskdə quraşdırılmış
(yazılmış) olmalıdır. Bu sistem kompüter işə salınan kimi avtomatik olaraq disk
yaddaşından oxunur və operativ yaddaşa (əməli yaddaşa) yerləşir. Bu prosesə əməliyyat
sisteminin yüklənməsi deyilir.
Əməliyyat sistemi kompüterin bütün işini, onun qurğularını, bütün əməliyyat
proseslərini, eləcə də şəbəkəni və bütün icra olunan proqramları idarə edir, istifadəçi ilə
kompüter arasında dialoq yaradır, tətbiqi proqramların icra olunması üçün onları operativ
yaddaşa yükləyir, istifadəçi ilə, eləcə də tətbiqi proqramlarla kompüterin qurğuları
arasında ən əlverişli ünsiyyət forması yaradır.
Beləliklə, əməliyyat sistemi kompüterin qurğularını və tətbiqi proqramları,
həmçinin onların öz aralarında və eləcə də istifadəçilərlə qarşılıqlı əlaqələrini idarə etmək
üçün nəzərdə tutulan xüsusi proqramlar kompleksidir.
Başlaniğic
Verilənlərin daxil
edilməsi
Hesablama
əməliyyatı
Nəticələrin çapı
Son
Dövr
Hesablama
əməliyyatı
18
Müasir əməliyyat sistemləri çoxməsələlidir, yəni bir neçə prosesin paralel olaraq
emal edilməsi imkanı var. Eyni zamanda indiki əməliyyat sistemləri həm də çoxistifadəçili
interfeysə malikdir. Belə ki, əməliyyat sistemində bir neçə qeydiyyat yazısı yaratmaq olur
ki, bunun da hesabına hər bir istifadəçi yalnız öz iş stolu, yalnız özünün quraşdırdığı
proqramlar, yalnız özünün şəxsi qovluqları və s. ilə işləyə bilər və bütün bu vasitələrə
başqa istifadəçilərin qeydiyyat yazıları vasitəsilə giriş mümkün deyildir.
Windows əməliyyat sisteminin öyrədilməsinə adətən MS DOS (Microsoft-Disk
Operating System) sistemi ilə tanışlıqdan başlayırlar, çünki bu sistem Microsoft
şirkətinin fərdi kompüterlər üçün yaratdığı ilk əməliyyat sistemidir. Bu əməliyyat
sisteminin DOS adlanan ilk versiyası 1981-ci ildə IBM kompüterləri üçün yaradılmışdır.
Qeyd etmək lazımdır ki, bu sistemdə işləyərkən istifadə olunan yeganə interfeys MS
DOS-un əmrlər sətri idi. Yəni, müəyyən bir əməliyyatın yerinə yetirilməsi üçün buna
müvafiq əmr klaviatura vasitəsilə daxil edilməli idi. Bunun üçün isə istifadəçi onlarla
əmrləri, eləcə də onların parametrlərini və yazılış qaydalarını dəqiq yadda saxlamalı idi.
Beləliklə, MS DOS əməliyyat sisteminin öyrənilməsi və həmçinin bu sistemdə işləmək
kifayət qədər çətin idi. Ona görə də MS DOS əməliyyat sisteminin idarəsi ilə fərdi
kompüterdə işi sadələşdirmək üçün xüsusi proqramlar- örtük proqramları yaradıldı. Çox
geniş yayılmış belə örtüklərdən biri Norton Commander (NC) proqramı olmuşdur. NC
proqramının yaradılması ilə milyonlarla istifadəçilərin fərdi kompüterlə işi həddindən artıq
sadələşdirildi. Belə ki, NC örtük proqramı bütün fayl strukturunu (diskləri, faylları,
kataloqları) əyani şəkildə displey ekranında əks etdirir və belə bir proqramla işləyərkən
MS DOS əmrlərini əmrlər sətrindən yazaraq daxil etməyə ehtiyac qalmır.
Sonralar isə MS DOS üçün örtüklər ailəsi (Windows 1.0, Windows 2.x, Windows
3.x) yaradıldı. Yəni 1985-ci ildə sistemin Windows 1.0, 1987-ci ildə Windows 2.x və
1990-1994-cü illərdə isə Windows 3.x (3.0, 3.1, 3.11) versiyaları yaradıldı. Bütün bu
göstərilən Windows ailəsinin üzvləri MS DOS əməliyyat sistemi üzərində qurulmuş
örtüklər idi. Hələlik mükəmməl bir əməliyyat sisteminin yaradılması məsələsi açıq
qalırdı. Çünki Windows-un yuxarıda adları çəkilən versiyaları fərdi kompüterlərdə olan
MS DOS əməliyyat sistemi üzərində quraşdırılırdı və yalnız onun imkanlarını artırırdı.
Faktiki olaraq Windows-un həmin versiyaları kompüterlərdə quraşdırılmış MS DOS
proqramlar kompleksi üzərində qurulan qrafiki örtük idi.
Nəhayət ki, 1995-ci ildə bu ailədən olan ilk mükəmməl əməliyyat sisteminin
yaradıldığı elan edildi. Yəni Windows ilk dəfə olaraq MS DOS proqramlar kompleksi
üzərində qurulan qrafiki örtükdən mükəmməl bir əməliyyat sisteminə çevrildi və
Windows 95 adı ilə buraxıldı. Bununla yanaşı Windows 95 sistemi əvvəlki Windows
örtüklərinin özünəməxsus yeniləşməsi kimi qurulmuşdu. Ona görə də yalnız müəyyən
müddət keçdikdən sonra müstəqil Windows 95 sistemi ortaya çıxdı. Əvvəlki versiyalarla
müqayisədə Windows 95 sisteminin daha əlverişli interfeysi var idi. Əvvəlki
versiyalardan fərqli olaraq Windows 95 sisteminin İş stoluna My Compyuter (Mənim
kompüterim) və Recycle Bin (Səbət) sistem qovluqlarının işarələri, həmçinin üzərində
saat, müxtəlif dillərə keçidlər və səsi tənzimləyiciləri əks olunan tapşırıqlar paneli daxil
edilmişdir. Start düyməsi ilə açılan Baş menyudan istifadə etməklə disklərdə quraşdırılan
proqramlara müraciət etmək mümkün idi. Bələdçi (Windows Explorer) adlanan proqram
hələ də fayl idarəçisi rolunu oynayır.
Bütün bunlarla yanaşı Windows 95 sistemi 32 mərtəbəli sistem idi. Bundan əvvəlki
bütün MS DOS və Windows versiyaları isə 16 mərtəbəli idi və prosessorun imkanlarından
19
tam gücündə istifadə olunmasına imkan vermirdi. Yəni artıq FAT16 əvəzinə FAT32
fayl sistemindən istifadə edilirdi.
Bu əməliyyat sistemi Windows 9x sistemləri ailəsinin başlanğıcı oldu. Belə ki,
1998-ci ildə Windows 95 sisteminin təkmilləşdirilmiş və tamamlanmış variantı olan
Windows 98 sistemi yaradıldı. Bu sistemin bir sıra əlavə imkanları olması ilə yanaşı,
sistem daha çox İnternetdə işləmək üçün nəzərdə tutulmuşdu.
Microsoft şirkəti MS DOS bazasında əməliyyat sisteminin yaradılması ilə paralel
1993-cü ildə və “yeni texnologiya ” (New Technology – NT) Windows NT 3.1 əməliyyat
sistemini buraxmağa başladı. 1996-cı ildə NT ailəsinin yeni Windows NT 4.0 versiyası
buraxıldı.
2000-ci ildə Windows NT texnologiyası əsasında yeni Windows 2000 sistemi
yaradıldı. Windows 2000 əməliyyat sistemi Windows NT texnologiyası əsasında
yaradılan sistemlərin ikinci nəslindən idi. Bu sistem üç variantda, yəni noutbuklar, stolüstü
sistemlər və iş stansiyaları üçün Windows 2000 professional, server kompüterləri üçün
Windows 2000 Server və nəhayət, böyük server sistemləri, böyük korporativ şəbəkələrin
iş stansiyaları, ixtisaslaşmış bank və fayl serverləri üçün isə Windows 2000 Datacenter
Server versiyası buraxılırdı.
Windows 2000 sistemi özündən əvvəlkilərlə müqayisədə ən ehtibarlı və stabil
əməliyyat sistemidir.
Windows 2000 professional sisteminin üstünlükləri, Windows 98 və Windows
ME sistemlərinin mühüm xüsusiyyətləri nəzərə alınmaqla 2002-ci ildə yeni Windows XP
professional əməliyyat sistemi yaradıldı. Belə ki, Windows 98 və Windows ME
sistemlərindən sistemin quraşdırılması və işlədilməsində rahatlıq və sadəlik, eyni zamanda
Windows 2000 sistemindən ehtibarlılıq, stabillik və çoxfunksiyalılıq Windows XP-də öz
yerini tutdu. Hazırda çox geniş istifadə olunan Windows XP sistemi aşağıdakı üç
variantda buraxılır:
Windows XP Home Edition. Bu versiya kiçik biznes fəaliyyətlərində və evlərdə
işlədilən kompüterlərdə quraşdırılır. Yəni qeyri ixtisas sahələrində çalışan və şəbəkə
birləşmələrinə ehtiyacı olmayan istifadəçilər üçün nəzərdə tutulur.
Windows XP professional. Bu versiya takt tezliyi bir meqa hersdən çox olan 64
mərtəbəli prosessorlar üzərində qurulmuş fərdi kompüterlər üçün nəzərdə tutulur. Home
Edition versiyasında nəzərdə tutulmuş bütün komponentlərin hamısı bütünlüklə bu
versiyaya daxil edilib.
Windows XP Server. Bu versiya ofis kompüterlərində quraşdırılır.
Windows XP əməliyyat sistemi tamamilə yenidən qurula bilən interfeysə malik
əməliyyat sistemidir. Belə ki, istifadəçi bu sistemdə işləyərkən yalnız standart hal üçün
quraşdırılmış interfeysdən istifadə etmək məcburiyyətində qalmır. Onun öz əməliyyat
sisteminin xarici görkəmini əsaslı surətdə dəyişmək imkanı var. İstifadəçini Windows
2000 sistemindən qalma pəncərə görüntüləri, idarəetmə elementləri və s. istifadəçnin
xoşuna gəlmirsə onları çox asanlıqla internetdən yüzlərlə hazır temalar içərisindən seçib
yükləyərək dəyişə bilər.
Windows XP əməliyyat sistemi özündən əvvəlkilərlə müqayisədə ən üstün və
optimal sistemdir.
2006-cı ildə Windows XP sistemini əvəzləmək üçün nəzərdə tutulmuş Windows
Vista adlı yeni sistem buraxıldı. Lakin bu sistem gözlənilən ümidləri doğrultmadı və
sistemdə çoxsaylı çatışmazlıqlar aşkar olundu. Məsələn, məlum oldu ki, bu əməliyyat
20
sistemində Windows XP üçün nəzərdə tutulmuş proqramlar işləmir. Odur ki, Windows
Vista sistemi Windows XP-nin yerini ala bilmədi.
Nəhayət, Microsoft şirkəti uğursuz alınmış Windows Vista sistemini və Windows
XP-ni əvəz etmək üçün 2009-cu ildə tamamilə yeni Windows 7 əməliyyat sistemini
buraxdı.
Windows ailəsindən olan əməliyyat sistemləri ev və ofis kompüterlərində
quraşdırılan geniş yayılmış çoxməsələli əməliyyat sistemləridir. Yəni, bu sistemdə
işləyərkən eyni vaxtda bir neçə əməliyyat yerinə yetirmək, məsələn, mətn daxil etmək,
musiqiyə qulaq asmaq, sənəd çap etmək və s. olar.
Windows əməliyyat sisteminin qrafiki örtüyü qrafiki informasiyaların giriş və
çıxışından, eləcə də piktoqramlar, menyular, pəncərələr, panellər (idarəetmə paneli,
tapşırıqlar panel, alətlər paneli) və digər idarəetmə elementlərindən istifadə etməklə
istifadəçi ilə kompüter arasında dialoq yaranmasını təmin edir.
Windows əməliyyat sisteminin qrafiki interfeysinin əsas elementləri İş stolu və
Tapşırıqlar paneli ilə Start düyməsidir. Windows sistemində qrafiki interfeys tətbiq
olunduğuna görə proqramların əsas idarəetmə qurğusu kimi klaviatura deyil ( MS DOS-
dan fərqli olaraq), Maus işlədilir.
1.5. Microsoft Windows 7 sisteminin versiyaları haqqında
Microsoft Windows 7 əməliyyat sisteminin pəncərələri ilə iş.
Yuxarıda qeyd edildiyi kimi Windows 7 əməliyyat sistemi Windows Vista və
Windows XP-ni əvəzləmək üçün 2009-cu ildə yaradılmış yeni əməliyyat sistemidir.
Windows 7 əməliyyat sisteminin yaradılması işlərinə hələ 2006-cı ilin sonunda Windows
Vista sistemi buraxılan kimi başlanılmışdır. Hətta bu işlə bağlı bəzi ideyalar hələ 2001-ci
ildə Windows XP sistemi buraxılandan sonra ortalığa qoyulmuşdu. Bu istiqamətdə
aparılan işlər nəticəsində 2007-ci ilin əvvəlində Windows Vista sistemi üzə çıxdı. Lakin
bu sistem mütəxəssislər və istifadəçilər tərəfindən tənqidlərə məruz qaldı və sistemlə bağlı
söylənilən fikirlər birqiymətli olmadı. Bununla da üzun müddətdir ki, sınaqlardan uğurla
çıxmış Windows XP əməliyyat sistemi öz populyarlığını saxladı.
Windows 7 əməliyyat sistemi yaradılarkən təkcə “buraxılan səhvlər” aradan
qaldırılmamış, həm də sistem tamamilə yeni funksiyalarla təchiz edilmişdir. Bu baxımdan
Windows 7 əməliyyat sistemi heç də Windows Vista-nın təkmilləşdirilmiş variantı deyil,
əksinə tamamilə yeni və müstəqil əməliyyat sistemidir. Bu əməliyyat sistemində onlarla
yeni funksiyalar nəzərdə tutulmuşdur.
Qeyd edildiyi kimi Windows 7 əməliyyat sistemi buraxılana qədər istifadəçilərin
rəğbətini qazanmış ən populyar və geniş yayılmış əməliyyat sistemi Windows XP
olmuşdur. Buna baxmayaraq artıq Windows XP əməliyyat sisteminin istismarda olduğu
illər ərzində çoxlu sayda yeni qurğular və texnologiyalar meydana gəlmişdir ki, onlar da
əməliyyat sistemi tərəfindən dəstəklənməlidir. Eyni zamanda Windows 7 əməliyyat
sisteminin Windows Vista ilə müqayisədə praktiki olaraq bütün göstəricilərə görə üstün
olduğunu nəzərə alsaq Windows XP əməliyyat sistemindən Windows 7 sisteminə kütləvi
şəkildə keçidin baş verəcəyi gözləniləndir.
21
Microsoft şirkəti müxtəlif kateqoriyalı istifadəçilərin tələbləini nəzərə alaraq
Windows 7 əməliyyat sistemini bir neçə versiyada buraxmışdır. Bu versiyalar bir-birindən
əlavə imkanlarının olması və ya olmaması, eləcə də qiymətləri ilə fərqlənirlər.
Windows 7 əməliyyat sisteminin bir neçə versiyası var:
1. Windows 7 Starter (Начальная-Başlanğıc). Bu versiya Windows 7 sisteminin
ən sadə variantdır. Adətən bu versiyanı noutbuklara yükləyirlər. Bu versiyada bəzi
funksiyalar nəzərə alınmayıb. Məsələn, bu versiyada İş stolunun fonunu dəyişmək və Aero
interfeysini əlavə etmək imkanı yoxdur, lokal şəbəkələrə qoşulmuş başqa kompüterlərdə
ehtiyat kopiyaların avtomatik yaradılması imkanı yoxdur, eləcə də bir sıra komponentlər, o
cümlədən, Windows Media Center (Windows Media Mərkəzi), Notepad (Bloknot),
Sticky Notes (Qeydlər), Snipping Tool (Qayçı) yoxdur.
2. Windows 7 Home Basic (Домашняя базовая– Ev baza). Bu versiya yalnız ev
kompüterləri üçün nəzərdə tutulur və bu halda sistemin yalnız əsas funksiyaları vacibdir.
Sistemin bu versiyasında biznes sahəsində istifadə olunan bütün komponentlərin hamısı,
eləcə də multimediya ilə işləyərkən lazım olan bəzi əlavə imkanlar yoxdur.
3. Windows 7 Home Premium (Домашняя расширенная -Ev genişlənmiş). Bu
versiya da ev kompüterlərində işləyən istifadəçilər üçün nəzərdə tutulur, lakin Home
Basic versiyası ilə müqayisədə bu əsas versiyadır. Bu versiya Home Basic versiyasından
bir sıra imkanlarının olması ilə fərqlənir. Məsələn, Aero interfeysi dəstəklənir, Planşet
kompüterlər dəstəklənir, yuxarıda göstərilən komponentlər: Windows Media Mərkəzi,
Notepad (Bloknot), Sticky Notes (Qeydlər), Snipping Tool (Qayçı) dəstəklənir və s.
Əməliyyat sisteminin Windows 7 Home Premium versiyası müasir ev
kompüterləri və noutbuklarda istifadə etmək üçün yaxşı seçimdir. Lakin Windows 7
Home Premium versiyasında da Home Basic versiyasında olduğu kimi biznes sahəsində
nəzərdə tutulan bütün imkanlar ləğv edilmişdir.
4. Windows 7 professional (Профессиональная- - Peşəkar). Bu versiyada
Windows 7 Home Premium versiyasının bütün imkanları nəzərə alınıb və bundan əlavə
biznes sahəsində istifadə olunan bir sıra funksiyalar əlavə edilmişdir. Məs., geniş
arxivləşdirmə imkanları, kompüterin uzaqdan idarə olunması, şifrlənmiş fayl sisteminin
dəstəklənməsi və s.
5. Windows 7 Enterprise (Корпоративная-Korpo-
rativ). Sistemin bu versiyası böyük firmalar və müəssisələrdə istifadə olunan kompüterlər
üçün nəzərdə tutulur. Bu versiya Windows 7 professional versiyasının bütün imkanlarını
özündə saxlayır və əlavə olaraq bir sıra başqa imkanlara da malikdir.
6. Windows 7 Ultimate (Максимальная-Maksimal). Bu versiya Windows 7
sisteminin ən tam versiyasıdır və digər versiyaların bütün imkanları bura daxildir.
Windows 7 əməliyyat sisteminin bu versiyası onun imkanlarından maksimum istifadə
etmək istəyənlər üçündür.
Windows 7 Ultimate (Максимальная-Maksimal) əməliyyat sisteminin baza
versiyasıdır və digər versiyalar bu versiyanın əsasında bu və ya digər funksiyaları ləğv
etməklə yaradılmışdır.
Windows 7 sisteminin kompüterə quraşdırılması və normal işləməsi üçün
Microsoft şirkətinin qurğularla bağlı qoyduğu tələblər aşağıdakı kimidir:
1. Takt tezliyi 1 qh olan 64 mərtəbəli və ya 32 mərtəbəli prosessor;
2. Minimum həcmi 1qb olan operativ yaddaş;
3. 16 qb boş yaddaş sahəsi olan bərk disk;
22
4. Direkt X9 qrafikasını dəstəkləyən və 128 mb yaddaşa malik olan (Aero temaları
da nəzərə alınmaqla) videoadapter;
5. DVD diskləri oxuyan və bu disklərə yazan qurğu - disk daşıyıcısı.
Microsoft Windows 7 əməliyyat sisteminin pəncərələri ilə iş.
Windows əməliyyat sisteminin əsas elementlərindən biri də pəncərədir, ancaq ən əsası
da deyil. Kompüterlə işləyən zaman gördüyümüz, işlədiyimiz bütün əməliyyatlar ya işçi
stolda baş verir, ya da hər hansı bir pəncərədə. Məhz ona görə də bütün əməliyyat
sistemini onun adı ilə adlandırmışlar. Windows əməliyyat sisteminin bütün proqramları
pəncərələrdə açılır. Qovluqlar da pəncərə şəklində açılır. Pəncərə ölçülərinin öz istəyimizə
uyğun olması üçün onları çəkib genəltmək və yığmaq olur. Windows-da pəncərələr
standartdırlar, proqramı da, sənədi də və ya qovluğu da açdıqda onların pəncərə təsvirləri
eyni olacaq, sanki bunlar eynidirlər.
Windows əməliyyat sistemində pəncərə– yuxarısında açılmış qovluq haqqında və ya
bu pəncərədə yüklənmiş proqram haqqında məlumat yerləşən çərçivədən ibarətdir.
Windows əməliyyat sistemində əsas pəncərə növlərindən biri də qovluq pəncərəsidir.
İstənilən qovluğu Windowsda öz pəncərəsində açmaq olur. Eyni vaxtda açılmış
pəncərələrin sayı kifayət qədər çox ola bilər və bu konkret kompyuterin parametrlərindən
asılıdır. Oxşar idarəetmə elementlərinə və tərtibatına görə pəncərələrin digər növlərini də
qeyd etmək olar: dialoq pəncərəsi, sorğu sisteminin pəncərəsi, əlavələrin (proqramların)
işçi pəncərələri, bir çox əlavələrin (proqramların) pəncərələrinin daxilində ayrı- ayrı
sənədlərin pəncərələri də ola bilər. Bir açılmış pəncərədən digərinə keçmək üçün siçanı
pəncərələrin üzərinə silkmək və ya Məsələlər panelində onun istinadına sıxmaq lazımdır.
Lakin daha asan yol Alt və Tab klavişlərinin kombinasiyalarının istifadəsidir. Bu zaman
ekranda açılmış bütün pəncərələrin siyahısını özündə saxlayan rahat menyu çıxacaqdır.
Burada isə Alt klavişasını buraxmadan Tab klavişasının köməyilə sizə lazım olan
pəncərəni seçin (və ya onun üzərinə sadəcə siçanı sıxın), bundan sonar düymələri
buraxmaq olar. Bu zaman sizin seçdiyiniz pəncərə aktiv olacaqdır və digərlərinin üzərində
yerləşəcəkdir.
23
MÖVZU 2
Əsas obyektlər və idarəetmə vasitələri.
Windows 7 sisteminin ekranı və interfeys elementlərinin
sazlanması. Windows Explorer proqramı
Plan:
2.1.Maus və klaviaturadan istifadə əsasları.
2.2. Fayllar və qovluqlar. Piktoqramlar, etiketlər, pəncərələr. Kontekst menyular.
Fayl sistemləri.
2.3. İnterfeys yeniliklərinin qısa xülasəsi. Windows 7 Aero və pəncərələrin idarə olunması.
2.4. İş stolu və onun sazlanması. Baş menyu və sazlanması. Tapşırıqlar paneli və
sazlanması.
2.5. Windows Explorer proqramı.
Dostları ilə paylaş: |