MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   ...   8   9   10   11   12   13   14   15   16
YourFileName


Sahələrin xüsusiyyətləri: 
-  hər  bir  sahənin  ən  birinci  xüsusiyyəti  onun  uzunluğudur.  Sahənin  uzunluğu 
orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə  müəyyən olunur. 
- hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik 
ola bilməz.  
-  hər bir sahənin  imza  xüsusiyyəti  var. İmza  elə bir  göstəricidir  ki, VB-də  həmin 
sütunun  başlığında  əks  olunur.  Onu  sahənin  adı  ilə  qarışdırmaq  olmaz,  amma  imza 
verilmədikdə  həmin  sahənin  başlığında  onun  adı  yazılır.  Müxtəlif  sahələrə  bəzən  eyni 
imza  vermək  olar.  Bu  kompüterin  işinə  mane  olmayacaqdır.  Belə  ki,  bu  sahələr  əvvəlki 
kimi müxtəlif adlarla saxlanılacaqdır.  
Sahələrin tipləri.  

 
 
125 
- mətn sahələr mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn 
sahənin bir məhdudiyyəti var, onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan 
verilən 256 simvoldan artıq ola bilməz. 
-  ədədi  sahələr  rəqəmlə  ifadə  olunan  verilənlərinin  daxil  edilməsinə  xidmət  edir. 
Ədədi  sahələr  müxtəlif  olurlar-tam  ədədlərin  daxil  edilməsi  üçün  sahələr  və  onluq 
ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də 
onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.    
tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur. 
- xüsusi tip sahələr – pul sahəsi.  Adından məlumdur ki, bu sahədə pulun məbləği 
saxlanılır.  Pulun  məbləğini  ədədi  sahədə  də  saxlamaq  olar,  lakin  pul  sahəsində  onlarla 
işləmək  daha  münasibdir.  Bu  halda  kompüter  ədədi  onun  pul  vahidləri  ilə  birlikdə  əks 
etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla 
incə rəftar edə bilir.  
-  müasir  VB-də  təkcə  ədəd  və  hərfləri  deyil,  həm  də  şəkil  və  musiqi  kliplərini, 
videoyazıları  da  saxlamaq  olur.  Belə  obyektlər  üçün  nəzərdə  tutulan  sahə  OLE  obyekt 
sahəsi adlanır. 
- əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda  MEMO sahəsindən 
istifadə  olunur.  Bu  sahənin  əsas  cəhəti  odur  ki,  real  olaraq  bu  verilənlər  sahədə  deyil, 
başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.  
- ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər
ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. 
Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır. 
Sadə  verilənlər  bazası.  Sadə  VB-ni  xüsusi  proqram  vasitələrindən  istifadə 
etmədən də yaratmaq olar. 
Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya 
belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə 
sistemləri  (VBİS)  lazım  olmazdı.  Belə  ki,  praktikada  daha  mürəkkəb  strukturlu 
informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar. 
 

 
 
126 
8.3.Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS), 
onların funksiyaları və növləri. 
 
VB-nı  yaradarkən  hər  hansı  bir  proqramlaşdırma  dilinin  mənimsənilməsi  və  ya 
mütəxəssislərin  cəlb  olunması  VB-nın  inkişafında  bir  qədər  ləngimələrə  səbəb  olurdu. 
Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı. 
VBİS  VB-nin  faylları  ilə  işləmək  üçün  nəzərdə  tutulmuş  xüsusi  proqram 
vasitələridir. 
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması 
və istifadəsi ilə bağlı bütün işləri idarə edir. 
Müasir  idarəetmənin  ən  vacib  problemlərindən  biri  informasiya  axınlarının 
səmərəli  quruluşunun  yaradılması  onların  idarəetmə  sistemində  qərarların  qəbul  edildiyi 
səviyyələrə  uyğun  təşkil  olunmasından  ibarətdir.  Bu  proseslərin  yerinə  yetirilməsində 
verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır. 
Verilənlər  bazasının  idarəetmə  sistemləri  xarici  yaddaş  qurğularında  verilənlər 
bazasının  yaradılması  üçün  istifadə  edilən,  habelə  verilənlərə  müraciəti  və  onların 
işlənməsini təmin edən universal proqram vasitəsidir. 
Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından çoxməqsədli qaydada 
istifadəni,  verilənlərin  mühafizəsini  və  bərpasını  təmin  edir.  İnkişaf  etmiş  dialoq 
vasitələrinin  və  yüksək  səviyyəli  sorğu  dilinin  mövcud  olması  verilənlər  bazasının 
idarəetmə sistemini son istifadəçi üçün ən əlverişli vasitəyə çevirir. 
VB-nın  yaradılması  onun  cədvəllərinin  yaradılmasından  başlayır.  Struktur  elə 
olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı 
veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. 
Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər. 
VBİS-in təsnifatı. VBİS  VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və 
relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları 
birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir 
məntiqi  göstəriciyə  əsasən  qurulur.  Relyasion  VB  adətən  münasibətlər  və  daxil  olan 
atributlar sayı ilə müəyyən olunur. 

 
 
127 
Bu  gün  ən  geniş  yayılmış  VBİS  verilənlərin  relyasion  modelinə  əsaslanırlar. 
Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik 
olması ilə əlaqədardır. 
VB  relyasion  idərə  sistemləri  (VBRİS)  idarə  etdikləri  VB-nin  tutumu  və 
istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər: 
1.  Yüksək  səviyyəli  RVBİS.  Bu  RVBİS-lər  yüzlərlə  və  minlərlə  giqabayt  (Gb) 
tutumlu  nəhəng  VB-nı  idarə  etməyə  və  onlardan  eyni  zamanda  minlərlə  istifadəçinin 
istifadəsinə  imkan  verir.  Belə  sistemlərdən  nəhəng  korporasiyalarda  istifadə  olunur.  Bu 
sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11. 
2.  Orta  səviyyəli  RVBİS.  Bu  RVBİS-lər  bir  neçə  yüz  Gb  tutumlu  VB-ni  idarə 
etməyə  və  ondan  eyni  zamanda  yüzlərlə  istifadəçinin  istifadəsinə  imkan  verir.  Bu 
sistemlərdən  çox  böyük  olmayan  korporasiyalarda  və  böyük  firmalarda  istifadə  olunur. 
Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0. 
3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına 
və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük 
olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-
Base Server. 
4.  Stolüstü  VBİS.  Bu  sistemlər  bir  istifadəçi  üçün  nəzərdə  tutulmuşlar,  stolüstü 
VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar. 
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya  
görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. 
Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır. 
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar 
sahə  anlayışı  istifadə  olunur.  Cədvəlin  strukturu  yaradılarkən  bir  sahəni  (və  ya  bir  neçə 
sahələr  kombinasiyasını)  açar  qeyd  etmək  lazımdır.  Açar  sahələr  ilə  kompüter  xüsusi 
işləyir,  daha  doğrusu,  sonuncu  onun  unikallığını  yoxlayır  və  bu  sahələr  üzrə  seçməni 
yerinə yetirir. 
Əgər  cədvəl  yaradılarkən  proqramçı  (VB-nin  administratoru)  açar  sahə 
verməyibsə,  VBİS  cədvəldə  ilkin  açar  sahəsinin  verilməsi  barədə  xəbərdarlıq  edir. 
Cədvəldə  ilkin  açar  qismində  tez-tez  sayğac  tipli  sahələr  istifadə  olunur.  Bu  sahədə  iki 
eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir. 

 
 
128 
Aşağıdakı  cədvəllərdə  “Əməkdaşlar”  verilənlər  bazasının  nümunəsində 
“Əməkdaşlar  haqqında  məlumat  cədvəli”  (cədvəl  1)  ilə  onda  olan  informasiyanı 
tamamlayan cədvəl 2  və cədvəl 3 arasında əlaqə göstərilmişdir. 
 
 
 
Əməkdaşlar haqqında məlumat cədvəli                                Cədvəl 1. 
№ 
kod 
Soyadı 
adı 
Atanın adı  Doğulduğu 
tarix 
Ailə 
vəziyyəti 
Xaricdə olması 
001 
Ağayeva 
Gülnar 
Fikrət 
01.02.71 
ailəli 
olub 
002 
Bayramov 
Nicat 
Həmid 
05.04.75 
ailəli 
olub 
003 
Məmmədov 
Anar 
Hüseyn 
20.12.78 
subay 
olmayıb 
… 
….. 
… 
… 
…. 
… 
… 
 
Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl                 Cədvəl 2 
Əməkdaş
ın kodu 
Soyadı 
adı 
Atanın 
adı 
Doğulduğu 
tarix 
Qohumluq 
əlaqəsi 
Məşğuliyyəti 
001  
Ağayev 
Nadir 
Camal 
03.04.66 
həyat yoldaşı 
mühəndis 
001 
Ağayev 
Nicat 
Nadir 
05.04.95 
oğlu 
şagird 
001 
Ağayev 
Lalə 
Nadir 
20.12.97 
qızı 
şagird 
002 
… 
Bayramova 
… 
Vüsalə 
… 
Yusif 
… 
15.06.79 
… 
həyat yoldaşı 
müəllimə 
… 
 
Əməkdaşın xaricdə olması barədə cədvəl                        Cədvəl 3. 
Əməkdaşın 
kodu 
Ölkələr 
tarix 
Məqsəd 
Hesabat 
001  
Almaniya 
03.04.90 
Səyahət 

001 
Fransa 
05.04.95 
ezamiyyət 

001 
Türkiyə 
20.12.97 
ezamiyyət 

002 
… 
Türkiyə 
… 
15.06.99 
… 
səyahət 

 
Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən modelə və 
verilənlərin  quruluşuna  uyğun  təşkil  edilir.  Verilənlər  bazasında  adətən  çoxsaylı 
istifadəçilər  üçün  zəruri  məlumatlar  olur.  Verilənlər  bazasını  idarəetmə  sistemi  bir  sıra 
xassələrə malikdir: 
-   modelin müxtəlif obyektlərində verilənlərin təkrarlanması; 
-   verilənlərin bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi; 
-   verilənlərin uyğunluğu və birinin digərini inkar etməməsi; 

 
 
129 
-   verilənlər bazasının tamlığı və bütövlüyü
-   verilənlər bazasının çoxaspektli müraciət imkanının olması; 
-   verilənlər bazasında verilənlərin ixtiyari seçilməsi; 
-   verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi; 
-  qəza  şəraitində,  qurğuların  və  proqramların  nasazlıqları  yarandıqda  və  ya 
istifadəçilər səhv etdikdə belə verilənlərin mühafizəsi və bərpasının mümkünlüyü və s. 
   İstifadəçi  tərəfindən  praktiki  işlər  üçün  verilənlər  bazasını  idarəetmə  sisteminin 
seçilməsi bir sıra amillərlə bağlıdır: 
-   mövcud texniki və baza proqram təminatı, onların konfiqurasiyası, əməli və disk 
yaddaşı; 
-   istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;  
 verilənlər modelinin növü
-   predmet sahəsinin xüsusiyyətləri; 
 
-   informasiya məntiqi modelinin quruluşu; 
-   verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması; 
-  istifadəçinin  ixtisas  səviyyəsi  və  verilənlər  bazasının  idarəetmə  sistemində 
verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması. 
Verilənlər  bazasının  idarəetmə  sistemi  tətbiqi  proqramlar  paketi  şəklində 
göndərilən  proqram  məhsullarından  ibarət  olmaqla  kompüterə  quraşdırılır.  Verilənlər 
bazasının  idarəetmə  sistemi  kompüterə  quraşdırıldıqdan  sonra  verilənlər  bazasının 
yaradılması həyata keçirilir.  
 
8.4. Microsoft Access proqramının təyinatı

 
 
Microsoft  Access  verilənlər  bazalarının  yaradılması  və  idarə  edilməsi  üçün 
nəzərdə  tutulmuş  bir  proqramdır.  O,  müxtəlif  növ  informasiyanı  toplamağa  və 
sistemləşdirməyə,  verilmiş  şərtlərə  əsasən  obyektlərin  axtarışı  və  sıralanmasını  təşkil 
etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa 
imkan verir. 

 
 
130 
 
Microsoft  Access-i  işə  salmaq  üçün  mausun  oxunu  Start  düyməsinin 
üstünə gətirib sol düyməni sıxın. Açılan menyuda  Programs sətirini, sonra isə Microsoft 
Access sətirini seçin və mausun sol düyməsini sıxın. 
 
Microsoft  şirkətinin  yaratdığı  bütün  proqramlarda  olduğu  kimi,  Microsoft 
Access  pəncərəsinin  yuxarı  hissəsində  proqramın  adı,  onun  yanında  isə  verilənlər 
bazasının adı yazılır. Başlığın altında tablardan ibarət Lent (Ribbon), bu sətrin altında isə 
alətlər  lövhələri  yerləşir.  Alətlər  vasitəsilə  yerinə  yetirilən  əməliyyatlar,  Lent  tablarının 
müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər. 
Access  2010-da  verilənləri  emal  etmək  üçün  SQL  strukturlaşdırılmış  sorğular 
dilindən istifadə edilir. SQL-dan istifadə etməklə konkret məsələni həll etmək üçün bir və 
ya  bir  neçə  cədvəldən  lazım  olan  informasiyanı  seçmək  olar.  Access  verilənlərin  emalı 
məsələsini kifayət qədər sadələşdirir.  
 
Microsoft  Office-in  digər  proqramlarından  fərqli  olaraq  Access  2010 
proqramı  yükləndikdə  ekranda  heç  bir  yeni  sənəd  pəncərəsi  açılmır.  Odur  ki,  yeni 
verilənlər bazasının yaradılması məqsədi ilə proqram yükləndikdə File tabının New (Yeni) 
kateqoriyası  aktivləşir  və  istifadəçidən  yeni  baza  faylının  yaradılması  və  ya  yaddaşda 
mövcud olan Access proqramının fayllarının açılması gözlənilir. 
 
Access  2010  verilənlər  bazasında  susmaya  görə  yeni  faylın  adı  Database1 
kimi qəbul olunur.  
 
Access  2010  proqram  pəncərəsinin  sol  kənarında  proqram  obyektləri  əks 
olunur.  Buradakı  All  Access  Objects  (Bütün  Access  Obyektləri)  düyməsini  klikləmələ 
açılmış  siyahıdan  obyektlərin  tipinə,  dəyişiklik  və  yaranma  tarixinə  görə,  cədvəl  və 
əlaqələndirmə  görünüşlərinə  görə  göstərilməsini  təmin  edir.  Bu  siyahıda  obyektlərin 
süzgəcə görə də görünməsini tənzimləmək olar. 
 
Access  proqram  pəncərəsinin  aşağı  hissəsində  göstərilən  Status  Bar 
(Vəziyyət sətri) panelin sağ kənarında bazanın görünüş rejimləri əks olunur. 
 
Access 2010 proqram pəncərəsində istifadəçi interfeysi Ribbon (Lent) tətbiq 
olunmuşdur. 
 
Lentin tabları Main Tabs (Əsas tablar) və Tool Bars (Alət tabları) olmaqla 2 
hissəyə  ayrılır.  Əsas  tablara  Home  (Ev),  Create  (Yarat),  External  Data  (Xarici 
Verilənlər)  və  Database  Tools  (Verilənlər  bazası  ilə  iş),  seçilmiş  obyektdən  asılı olaraq 

 
 
131 
sonradan  yaranan  kontekst  (alət)  tablarına  isə  Design  (Tərtiat),  Arrange  (Nizamla), 
Format (Format), Fields (Sahələr), Table (Cədvəl) və s. aid edilir. 
 
Lent interfeysdəki tabların hər birində onun adına uyğun qəbul edilmiş xüsusi 
düymələr (əmrlər) qrupu yerləşir.  
 
Verilənlərlə  iş  zamanı  tez-tez  rast  gələn  əməliyyatların  yerinə  yetirilməsinə 
xidmət  edən  və  düymələr  Ribbon  (Lent)  interfeysinin  Home  (Ev)  tabındakı  lent 
qruplarında yeləşdirilmişdir. 

 
View (Görünüş)- bazanın obyektlərinin görünüş rejimini dəyişdirir. 

 
Clipboard (Mübadilə Buferi)- mübadilə buferi ilə işi təmin edir. 

 
Sort  and  Filter  (Sıralama  və  Süzgəc)-  cədvəldə,  sorğuda  və  formada 
verilənlərin sıralanması və süzgəcdən keçirilməsi əməliyyatlarını həyata keçirir. 

 
Records  (Yazılar)-  yazıların  təzələnməsi,  yaradılması,  saxlanılması, 
silinməsi və s. yazılarla əməliyyatların icrasını təmin edir. 

 
Find  (Tap)-  verilənlərin  axtarışı,  əvəzlənməsi  və  verilənlərlə  keçid 
əməliyyatlarını icra edir. 

 
Text  Formatting  (Mətn  Formatlaşdırılması)-  verilənlərin  mətn 
formatını dəyişir.  
 
Cədvəllərin,  sorğuların,  formaların,  hesabatların,  makroslar  və  modulların 
müxtəlif  rejimlərdə  fərqli  üsullarla  yaradılmaını  təmin  edən  əmr  və  düymələr  lentin 
Create (Yarat) tabında  yerləşdirilmişdir. 
 
Müxtəlif  proqramların  verilənlərin  bazaya  idxalı  və  bazadan  verilənlərin 
müxtəlif proqramlara ixracı əməliyyatlarının həyata keçirilməsini MS Access proqramında 
lentin External Data (Xarici Verilənlər) qrupunun elementləri həyata keçirir. 
 
Verilənlər bazasında emal xarakterli əməliyyatlarının yerinə yetirilməsi üçün 
nəzərdə tutulmuş əmrlər lentin Database Tools (Verilənlər bazası ilə iş) tabının elementləri 
sayılır. 
Verilənlərin tipləri 
 
Sahələr-  verilənlər  bazasında  obyektin  və  ya  prosesin  bir  parametrinin 
qiymətinin saxlanılması üçün ən sadə elementdir. 
 
Sahədə verilənlər müxtəlif tiplərlə xarakterizə olunur. 

 
 
132 
 
Verilənlərin tipləri.  Sahədə mövcud olan verilənlər əsasən 9 tipə təsvir 
edilir:  Text    (Mətn),  Number  (Ədədi),  Memo  (Xidməti  yazı),  Currency  (Pul), 
Autonumber  (Sayğac),  Yes/No  (Məntiqi),  Data/Time  (Tarix/Vaxt),  Hyperlink 
(Hiperəlaqə), OLE (OLE obyekt sahəsi). 
Yeni  faylın  yaradılması.    Verilənlər  bazasının  əsas  obyekti  cədvəl  olduğu  üçün 
onun  yaradılması  və  sazlanmasına  xüsusi  diqqət  yetirmək  lazımdır.  Cədvəllərdə  təkcə 
lazımi  sahələrin  verilməsi,  onların  tiplərinin  və  açarların  göstərilməsi  deyil,  həmçinin 
sahələrin baza ilə işləmək üçün çox lazımlı ola biləcək xüsusiyyətlərinin düxgün verilməsi 
də əhəmiyyətlidir. 
 
Access 2010 cədvəlinin əsas xarakteristikaları: 

 
Cədvəlin adının uzunluğu 64 simvoldan çox ola bilməz; 

 
Cədvəldə 255-ə qədər sahə ola bilər

 
MEMO  sahələrindən  və  OLE  obyektlərindən  başqa  biryazıda  4000-ə 
qədər simvol ola bilər; 

 
Eyni zamanda bazada 2048-ə qədər cədvəl açmaq olar

 
Bazada cədvəlin ölçüsü 2 Giqabayta qədər ola bilər. 
 
Access 2010 proqramında cədvəlin yaradılmasının aşağıdakı üsuları vardır: 
  Verilənlərin daxil edilməsi ilə yeni cədvəlin yaradılması; 
  Şablondan istifadə etməklə yeni cədvəlin yaradılması; 
  SharePoint siyahısından cədvəli bazaya idxalı və ya birləşdirilməsi; 
  Cədvəl tərtibatının köməyi ilə yeni cədvəlin yaradılması. 
 
8.5. Access 2010-un obyektləri. 
VBİS-in  işi  ilə  Microsoft  Access-in  nümunəsində  tanış  olaq.  VBİS  Access-in 
obyektləri bunlardır: 
1.  Cədvəl  -  VB-nin  əsas  və  ən  vacib  obyektidir,  belə  ki,  verilənlər  məhz  bu 
cədvəllərdə saxlanılırlar. 
2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların 
köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar. 

 
 
133 
Sorğular  verilənlər  bazasından  tələb  olunan  informasiyanın  əldə  olunmasını  
və bazanın dəyişdirilməsini təmin edir. Soğular öz növbəsində digər sorğunun , formanın 
və  hesabatın  informasiya  mənbəyi  ola  bilər.MS  Access-də  sorğuların  yaradılması  üçün 
usta,konstruktor-  qrafiki  QBE,SQL  rejimləri  nəzərdə  tutulmuşdur.Aşağıdakı  sorğu 
növlərini yaratmaq mümkündür. 
1.Seçim 
2.Dəyişdirici 
3.Parametrik 
4.Kəsişən 
5.SQL sorğuları 
 
3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə 
imkan verən obyektdir. 
Formalar  üzərində  idarəetmə  elementləri  yerləşən  pəncərə  olub,təyinatından  asılı 
olaraq  База  данных  informasiyanın  rahat  daxil  olmasını  ,redaktəsini  ,informasiyanın 
vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir 
Formalar cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər. 
1.Forma bir deyil , bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini 
və informasiya daxil olmasını təmin edə bilər. 
2.İdarəetmə  elementlərinin  ,  informasiyanın  tam  şəkildə  görünüşü  üçün,rahat 
daxiletmə  və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir. 
3.Bir  sıra  informasiyaların  OLE-  obyektlərin  ,  o  cümlədən  şəkillər,video  və 
animasiya fayllarına baxışı vizual şəkildə təmin edir. 
4.  Hesabat  –  formanın  «əksidir».  Hesabatın  köməyilə  verilənlər  münasib  şəkildə 
printerə və ya ekrana çıxarılır.  
Hesabatlar  verilənlər  bazasındakı  informasiya  əsasında  yaradılmış    və  çap  üçün 
nəzərdə  tutulmuş  sənədlərdir.  Yeni  Hesabat  yaratmaq  üçün  ilk  növbədə  База  данных 
pəncərəsinin    Hesabatlar  bölməsinin  Создать  düyməsini  sıx  База  данных  pəncərəsinin 
Forma  bölməsinin  Создать  düyməsini  sıxmaq,açılan  pəncərədə  hesabat  yaradılması 
rejimlərindən birini və informasiya mənbəyini seçib OK düyməsini sıxmaq lazımdır.Yeni 
hesabatın yaradılması üçün aşağıdakı rejimlər nəzərdə tutulmuşdur. 

 
 
134 
Конструктор 
Мастер отчета 
Автоотчет :ленточный 
Автоотчет: в столбец 
Почтовые наклейки  
Мастер диаграмм 
5.  Makroslar  –  makrokomandalardır.  Baza  ilə  işləyərkən  tez-tez  istifadə  olunan 
hər  hansı  əməliyyatlar  ardıcıllığını,  bir  neçə  komandaları  bir  makrosda  qruplaşdırırlar  və 
onu klavişin bir düyməsinə mənimsədirlər. 
6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.  
Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-
də olan informasiyanı ifadə edirlər. 
 
1.  Sahələrin xüsusiyyətləri 

 
Hər  bir sahənin ən  birinci xüsusiyyəti onun  uzunluğudur.  Sahənin  uzunluğu 
orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur. 

 
Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyni adlı sahəyə 
malik ola bilməz. 

 
Hər  bir  sahənin  imza  xüsusiyyəti  var.  İmza  elə  bir  göstəricidir  ki,  VB-də 
həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma 
imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən 
eyni imza vermək olar. Bu kompyuterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr 
əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır. 
1.  Sahələrin  tipləri.  Sahələr  orada  saxlanılan  verilənin  tipindən  asılı 
olaraq müxtəlif xüsusiyyətli olurlar. 

 
Mətn sahələr - mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn 
sahənin bir məhdudiyyəti var - orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz. 

 
Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət 
edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq 
ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm 
də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir. 

 
 
135 

 
Tarix/vaxt  tipli  sahələrdən  tarix  və  vaxtın  daxil  edilməsi  üçün  istifadə 
olunur. 

 
Xüsusi  tip  sahələr  –  pul  sahəsi.  Adından  məlumdur  ki,  bu  sahədə  pulun 
məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində 
onlarla işləmək daha münasibdir.  

 
Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, 
videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt 
sahəsi adlanır. 

 
Əgər  sahəyə    böyük    mətn  yerləşdirmək  lazımdırsa,  bu  halda  MEMO 
sahəsindən  istifadə  olunur.  Bu  sahənin  əsas  cəhəti  odur  ki,  real  olaraq  bu  verilənlər 
sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici 
qoyulur. 

 
Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə 
bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu 
oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır. 
 
 
 
 

Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin