MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ


Excel 2010-da Ribbon (lent) istifadəçi interfeysi. Cəld müraciət paneli. Düstur  sətri



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   ...   8   9   10   11   12   13   14   15   16
YourFileName


7.2. Excel 2010-da Ribbon (lent) istifadəçi interfeysi. Cəld müraciət paneli. Düstur  sətri. 
Microsoft Office (14) paketini fərqləndirən başlıca xüsusiyyət yeni istifadəçi interfeysinin 
Ribbon (Лента/Lent) tətbiq olunmasıdır. 
Excel 2010 proqram pəncərəsindəki Ribbon (Лента/Lent) interfeysinin tabları iki qrupa 
bölünür: Main Tab (Əsas tablar/Основные вкладки) və Tool bars (Alət tabları/Вкладки 
инструментов). Əsas tablar Home (Ev/Главная), İnsert (Əlavə et/Вставка), Page Layout 
(Səhifə Düzəni/Разметка страницы), Formulas (Düsturlar/Формулы), 
Data(Veriənlər/Данные), Review (İcmal/Рецензирование), View (Görünüş/Вид) aiddir və 
Developer (İşləyib Hazırlayan/Разработчик), Add-İns (Qoşmalar/Надстройки), Bakground 
Removal (Fonun Silinməsi/Удаление Фона) bunlara əlavə olaraq standart halda lent üzərində 
əks olunmayan tablardır. Alət tabları isə sonradan yaranan tablar olmaqla əsas tablardan sonra əks 
olunur və bu tablara Contextual Ribbon Tabs (Kontekst Lent Tabları/Контекстные Вкладки 
Ленты) da deyilir. Belə lent tablarına Design (Tərtibat/Конструктор), Layout 
(Düzən/Макет), Format (Format/Формат), Analyze (Təhlil etmək/Анализировать) aid 
edilir ki, bunlar elektron cədvələ Chart Tools (Diaqram Alələri/Работа с диаграммами), 
Drawing Tools (Rəsmçəkmə Alətləri/Средства Рисования), Header and Footer Tools (Yuxarı 
və aşağı Sərlövhə alətləri/Работа с колонтитулами), PivotChart Tools (PivotChart 
Alətləri/работа со сводными диаграммами) və s. obyektlərin əlavə edilməsi zamanı yaranır. 
Excel- də işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur: 
Excel - in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls olan fayl şəklində yadda 
saxlanılır. İşçi kitab yaradıldıqda və ya açıldıqda o ayrıca bir pəncərə şəklində təsvir olunur. Hər 
bir kitab işçi vərəqələrdən təşkil olunmuşdur. 
Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə 
tutulub. Hər bir vərəqə sətir və sütunlardan təşkil olunur. Sətirlər 1, 2, 3, ... və sütunlar A, B, C, ... 
kimi işarələnir.  

 
 
106 
Excel 2010 elektron cədvəl proqramında hər bir iş vərəqində 16384 column (sütun), 
1048576 row (sətir) və 16384x 1048576=17179869184 cell (xana) olur. 
İş vərəqində sütunlar latın əlifbasının baş hərfləri ilə (A-XFD), sətirlər isə 1-dən 1048576-
ya kimi natural ədədlərlə işarələnirlər.  
Hər bir iş vərəqinin ilk sütunu A, sonrakı B, daha sonrakı C və.s. kimi adlandırılır. Z 
sütunundan sonrakı sütunlar iki hərflə: AA, AB, AC,.....,AZ və s. Kimi adlandırılır. AZ 
sütunundan sonra BA, BB, BC,...,ZZ kimi, sonrakı üç hərflə: AAA, AAB, AAC və s. davam edir. 
Sonuncu (yəni 16384) sütunun adı XFD olur.  
Exceldə verilənlərin təsvir formalarından asılı olaraq vərəqələrin aşağıdakı tipləri 
mövcuddur: 
cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi; 
diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi; 
cədvəllərin  emalı  prosesini  avtomatlaşdıran  makroəmrlərin  saxlanılması  üçün  makroslar 
vərəqi.  
Excel kitabdakı vərəqlərin sayını artırıb, azaltmağa imkan verir. Bir qayda olaraq bir 
vərəqdə bir cədvəl yaradılır. 
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Hər 
bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində 
saxlayır. verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı 
əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin ( təsir edən) və asılı olmaqla 
iki hissəyə bölünür. Asılı xanalarda düstur yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad 
edir. Asılı xanaların qiymətləri cədvəlin təsir edən xanalarının tərkibində təyin olunur. 
Göstəricinin köməyilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir 
xananın hündürlüyünü və ya enini dəyişmək üçün buna uyğun sətrin hündürlüyünü və ya enini 
dəyişmək lazımdır. 
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün nəzərdə tutulub. 
Xanalar ünvanının yaradılmasının iki üsulu mövcuddur: 
1. Cədvəl sütununun hərflərinin və sətrin nömrəsinin Qarşısında $ simvolunun yazılması 
mütləq ünvanlaşdırmanı göstərir.  Məs., B$2, $K$ və s. . Exseldə bu üsul susmaya görə istifadə 
olunur. və “A1” stili adlanır. Onu qeyd edək ki, bunun üçün sətir və sütunun ünvanları ayrılıqda 
mütləq halda göstərilə bilər.  Burada mümkün olan hallar aşağıdakı kimidir:  
- $А4 yazılışı onun ancaq sütun ünvanını dəyişməz edir;  
- А$4 yazılışı onun ancaq sətir ünvanını dəyişməz edir; 

 
 
107 
 - $А$4 yazılışı onun sütun və sətir ünvanını dəyişməz edir.  
2. R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və 
sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. 
Məs.,  R4C7 – 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci 
üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. Ünvanların bu üsulla yazılışı 
“R1C1” stili adlanır. 
Xananın göstəricisi – cədvəlin aktiv xanasını seçən çərçivədir. Göstəricinin yeri maus və 
ya idarəedici klavişlərin köməyilə dəyişilir. 
Formatlaşdırma – bir və ya bir neçə xanalara yazılan verilənləri əks etdirmək üçün 
parametrlərin təyinidir. Bu parametrə şriftin növü və ölçüsü, çərçivə, rəng, xananın qiymətinin 
tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun əmrləri, kontekst menyu və ya alətlər panelinin 
düymələrinin köməyilə təyin edilir.  Xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən 
əvvəl və sonra yerinə yetirilə bilər. 
Stil – formatlaşdırma parametrlərinin çoxluğudur. Stilin adını göstərməklə onu seçilmiş 
xanaya tətbiq etmək olar.  
Formatlaşdırma panelinin altında Düstur sətri yerləşir: 
 
Bu sətirdə seçilmiş oyuğun ünvanı və oyuğun tərkibi göst 
Cari anda yalnız işiniz üçün vacib olan alətlər panelini ekranda saxlamaq, istifadəsizləri isə 
ekrandan götürmək lazımdır. Bunun üçün Настройка панели быстрого доступа panelində 
yerləşən əmrlərdən istifadə etmək lazımdır. 
Настройка панели быстрого доступа panelinin düyməsi proqramı açarkən pəncərə 
başlığının sol tərəfində əks olunur. 
Paneli əvvəlki yerinə qaytarmaq üçün isə Настройка панели быстрого доступа panelindən 
Разместить над лентой əmrini seçilir. Bu əməliyyatlar kontekst menyu vasitəsilə də yerinə 
yetrilir. 
Microdoft Excel elektron cədvəl prosessoruna malik olan özünəməxsus panellərdən biri 
Formula Bar (Düstur Sətri/Строка  формул) adanır. Bir qayda olaq Formula Bar (Düstur 
Sətri/Строка  формул) Excel 2010 proqram pəncərəsində lent interfeysinin aşağı hissəsində 
yerləşir. 
Elektron cədvələ funksiyaların daxil edilməsi Formula Bar (Düstur Sətri/Строка  
формул) düstur sətrindəki 

düyməsilə də təmin edilir. 

 
 
108 
 Dialoq  pəncərəsinin  Customize  (Настройка/Fərdiləşdir)  bəndinin  köməyi  ilə  əvvəlcə 
Choose  commands  from:  (Выбрать  команды  из:/  Əmrlərdən  seç)  sahəsindən  tələb  olunan 
düymə seçilir və pəncərədəki Add (Добавить/Əlavə et) düyməsi ilə seçilmiş düymə Customize 
Quick  Access  Toolbars  (Настройка  панели  быстрого  доступа/Cəld  Müraciət  Panelini 
Fərdiləşdir) sahəsinə daxil olur və panelə əlavə edilir.  
 Hər  hansı  düymənin  paneldən  yığışdırılması  üçün  Customize  Quick  Access  Toolbars 
(Настройка  панели  быстрого  доступа/Cəld  Müraciət  Panelini  Fərdiləşdir)  sahəsindən  həmin 
düymənin  seçilməsini  ləğv  etmək  və  ya  müvafiq  dialoq  pəncərəsindən  seçim  etdikdən  sonra  
Delete (Удалить/Sil) düyməsi klikləmək lazımdır.  
 Quick Access Toolbar (Панели быстрого доступа/Cəld Müraciət Paneli) alətlər panelinin 
Lentin  aşağısında  yerləşməsini  Customize  Quick  Access  Toolbars  (Настройка  панели 
быстрого  доступа/  Cəld  Müraciət  Panelini  Fərdiləşdir)  düyməsi  ilə  açılan  siyahısındakı  Show 
Below  the  Ribbon  (Разместить  под  лентой/Lentin  aşağısında  göstər)  əmri  ilə,  eyni  qayda  ilə 
Lentin  aşağısında  yerləşmiş    panelin  yuxarıda  yerləşməsini  isə  Show  Above  the  Ribbon 
(Разместить над лентой/Lentin yuxarısında göstər) əmri ilə həyata keçirmək olar.  
Microsoft  Office  paketinin  bütün  proqramlarında  Lentin  tablarına  keçidi  və  ya  Cəld 
Müraciət Panelinin alətlərinin icrasını maus göstəricisini həmin tablar və alətlər üzərinə gətirib, 
sol  düyməni  klikləməklə  ya  da  klaviaturanın  müəyyən  düymələri  ilə  yerinə  yetirmək  olar. 
Təcrübəli  istifadəçilər  əmrlərin  yerinə  yetirilməsində  klaviatura  düymələrindən  istifadəyə 
üstünlük verirlər. Type Key (Тип ключа/Açar tipi) elementləri klaviatura düymələri vasitəsi ilə 
istidadəçi interfeysinin imkanlarından birgə istifadəsinə şərait yaradır.  
Type  Key  (Тип  ключа/Açar  tipi)  qeydləri  klaviaturanın  Alt  və  ya  F10  düymələrinin 
basılması nəticəsində aktivləşir və bütün “cəld düymə”lərin uyğun əmr və ya seçim üzərində əks 
olunmasını  təmin  edir.  Düymələrin  əks  olunmasından  imtina  etmək  üçün  Alt    və  ya  F10 
düymələri təkrar basılır, ya da Esc düyməsi basılır. 
 
7.3. Verilənlərin daxil edilməsi və redaktəsi. Funksiyalar. Funksiya kateqoriyaları 
İndi də məlumatların xanaya necə daxil edilməsi ilə tanış olaq. Exceldə məlumatları 
müxtəlif yollarla daxil etmək olar. İş prosesində xanaya məlumat daxil etməkdən başqa bir neçə 
xanaya eyni məlumatı bir anda daxil edə və ya bir məlumat sırasını yarada bilərsiniz. 
Əgər Exceldə hazırladığınız sənədlər başqaları tərəfindən də istifadə ediləcəksə, bu 
sənədlərin asan başa düşülən və istifadə edilən formada olması lazımdır. 

 
 
109 
    Məlumatları daxil etməzdən əvvəl məlumatın daxil ediləcəyi xananı 
aktivləşdirməniz lazımdır. Xananı aktivləşdirdikdən (seçdikdən) sonra, sanki düz yazı yazırmış 
kimi, klaviatura düymələrindən istifadə edərək məlumatları daxil edə bilərsiniz. Bir xanaya 
məlumatı daxil edərkən yazdıqlarınızı həm xananın içərisində, həm də formul çubuğunda 
görəcəksiniz. 
  Bir neçə xanaya eyni məlumatı daxil etmək üçün əvvəl məlumatın daxil ediləcəyi xanaları 
seçin, məlumatı yazın və [Ctrl+Enter] düymələrini sıxın. 
Əgər daxil edilən mətn xanaya yerləşmirsə, mətnin davamı qonşu boş xanalara keçir. 
Mətnin daxil edilməsinin sonunu bildirmək üçün Enter düyməsi sıxılır. Əgər ədədin ölçüsü 
xananın ölçüsündən böyükdürsə, onda xanada xE+x  formatında simvollar görsənir. 
  Xanaya düstur daxil etmək üçün əvvəlcə = işarəsi yazılır. Arxasınca düsturun özü yazılır. 
Məsələn,A3 xanasında =A1+A2 düsturu yazılsa,onda həmin xanada A1vəA2 xanalarında 
olan ədədlərin cəmi görsənəcəkdir.Xanaya informasiya daxil etməyə başlayan kimi, orada 
əvvəlcədən olan məlumatlar silinir. 
Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar. 
1.Mouse-un  (Siçan) sol düyməsini xananın üzərində iki qat sıxmaqla. 
2.Xana üzərində F2 düyməsini sıxmaqla. 
3.Kursoru düstur sətrinə gətirmək və orada redaktə etməklə. 
Xananın tərkibini silmək üçün,həmin xananı qeyd edib Delete düyməsini sıxmaq, yaxud 
Главная menyusunun Редактирование bölməsindən Очистить əmrini seçmək lazımdır. Bu 
zaman ekrana siyahı açılır. 
  Əgər daha əvvəl Word və ya oxşar yazı proqramlarında işləmisinizsə, stil anlayışı sizə 
tanışdır. Özünüz təyin etdiyiniz formatlaşdırma formalarını bir stil adı altında saxlaya bilər və 
istədiyiniz zaman bu stili işçi səhifənin hər hansı bir yerinə tətbiq edə bilərsiniz. Əgər 
AutoFormat (Avtomatik formatla) əməliyyatı və ya Format Painter ( format boyayıcı) 
düyməsindən istifadə etmək kifayət etmirsə, stillərdən İstifadə edin. Format menyusundakı Style 
(stil) əmrindən və ya alətlər panelindəki  uyğun düymədən istifadə edərək bu tip əməliyyatları 
yerinə yetirə bilərsiniz. Hazırda stillərdən də faydalana bilərsiniz. 
Düstur – cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi 
yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapozon, hesablama ardıcıllığını dəyişmək üçün 
istifadə olunan mötərizələrdən təşkil olunur. düstur bərabərlik və riyazi operatorlarla başlayır və 
cədvəlin xanasına yazılır. düsturların yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu 
qiymət avtomatik olaraq düsturun yerləşdiyi xanaya yazılır. 

 
 
110 
Məs.,    =SUMM(A1:A12)/$C$3+400 
Burada SUMM – funksiyanın adı, A1, A12, $C$3 – istinad, A1:A12 xanalar diapozonu ( 
massiv), 400 isə sabitdir.  
Düsturlarda +, -, *, /,  % ( faizin qiymətinin təyini), ^ ( qüvvətə yüksəltmə) hesabi 
operatorlarından, =, <, >,  <=,  >=,  <> müqayisə operatorlarından və mətn verilənlərini 
birləşdirən & operatorundan istifadə olunur. 
 Excel 2010-un əsas funksiyaları.  
Excel 2010 elektron cədvəlinin əsas funksiyaları (Math and Trig: ABS, FACT, POWER? 
PRODUCT, SUM. Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN. Text: 
LEFT, RIGHT, LEN. Logical: IF, TRUE, FALSE, AND, OR, NOT) və onlardan istifadə 
qaydaları. 
 Microsoft Excel proqramında funksiyalardan istifadə bir çox məsələlərin həllini 
asanlaşdırmağa və sürətləndirməyə imkan verir. Funksiyaların köməyi ilə böyük və mürəkkəb 
düsturları sadə və aydın ifadələrə çevirmək olur. Bu səbəbdən Microsoft Excel 2010 cədvəl 
prosessorunun ən çox istifadə olunan funksiyalarına baxaq: 
RİYAZI FUNKSİYALAR.
 ABS funksiyası ədədin mütləq qiymətini, yəni işarəsiz qiymətini 
qaytarır. Bu funksiyanın formatı aşağıdakı kimidir: 
ABS (Number);ABS (Число); 
burada number- mütləq qiymətini tapmaq istədiyiniz həqiqi ədəddir. 
FACT (ФАКТР) funksiyası ədədin faktorialının hesablayır, yəni 1-dən verilmiş ədəd qədər 
olan bütün natural ədədlərin hailini tapır. Bu funksiyanın formatı aşağıdakı kimidir: 
FACT (Number);(ФАКТР) (Число); 
burada number- faktorialını tapmaq istədiyiniz mənfi olmayan ədəddir. 
POWER (СТЕПЕНЬ) funksiyası qüvvətə yüksəldilmiş ədədi qaytarır. Bu funksiyanın 
formatı aşağıdakı kimidir: 
POWER (number, power); СТЕПЕНЬ (число, степень); 
burada number- qüvvətə yüksəldiləcək əsası, power isə qüvvəti bildirir. Qüvvətə 
yüksəltmə əməliyyatı "^" işarəsi ilə işarə edilir. Bu zaman qüvvəti bildirən ədəd əsas ədədlə eyni 
səviyyədə yerləşir. 
PRODUCT (произвед) funksiyası arqument kimi verilən number1, (number2), ... 
ədədlərinin hasilini hesablayır. Bu funksiyanın formatı aşağıdakı kimidir: 
PRODUCT (number1, (number2), ...); (ПРОИЗВЕД) (число1, число2, ...); 

 
 
111 
burada number1, number2, ...- hasili hesablanmalı lan ədəd, məntiqi qiymət və ya mətn  
şəklində verilən ədədlərdir. Bu ədədlərin sayı 1-dən 255-ə qədər ola bilər. 
SUM (СУММ) funksiyası verilmiş xanalar diapazonundakıədədlərin cəmini tapır. Bu 
funksiyanın formatı aşağıdakı kimidir: 
SUM (number1, (number2), ..., number N); СУММ (число1, число2, ..., числоN) 
burada number 1,number 2,..., number N- cəmlənən ədədlərdir. 
STATİSTİK FUNKSİYALAR.
 Excel-də statistik göstəriciləri emal etmək üçün bir çox 
funksiyalar nəzərdə tutulmuşdur. Statistik funksiyalara işləmək üçün Formulas 
(Düsturlar/Формулы) tabına Function Library(Funksiyalar kitabxanası/Библиотека 
функций) lent qrupunu ya İnsert Function (Fnksiya Əlavə Et/Вставить Функцию) əmrinin 
köməyi ilə ekranda açılan eyni adlı dialoq pəncərəsindəki  Statictical 
(Statistik/Статистические) kateqoriyasından ya da həmin lent qrupundakı More Functions 
(Əlavə Funksiyalar/Другие Функции) siyahısınan Statictical (Statistik/Статистические) 
kateqoriyasından istifadə edilir. 
AVERAGE(СРЗНАЧ)  funksiyası verilmiş xanalar diapazonundan ədədlərin orta qiymətini 
tapır. Funksiyanın formatı aşağıdakı kimidir: 
AVERAGE (number 1, number 2, ..., number N);СРЗНАЧ (число1, число2, ...,
burada numbe 1, number 2, ..., number N-orta qiyməti tapılacaq ədədlərdir. 
COUNT (СЧЕТ) funksiyası verilmi xanalar diapazonunda ədədlərin sayını tapmaq üçün 
istifadə edilir. Funksiyanın formatı aşağıdakı kımıdır: 
COUNT (value 1, value 2, ...); СЧЕТ (значение 1, значение 2, ...) 
COUNTA (СЧЕТ3) funksiyası verilmiş xanalar diapazonunda ədədlərin, mətnləri, mətn 
formasında verilmiş tarix və saatın sayını tapmaq üçün  istifadə edilir. Funksiyanın formatı 
aşağıdakı kimidir: 
COUNTA(value 1, value 2, ...);  СЧЕТ3 (значение 1, значение 2, ...) 
COUNTİF (СЧЕТЕСЛИ) funksiyası verilmiş xanalar diapazonunda müəyyən şərti ödəyən 
ədədlərin sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir: 
COUNTİF (range, criteria) .  СЧЕТЕСЛИ ( диапазон, критерий). 
Burada arqumentlər: 
Range (диапазон)-boş olmayan xanaların sayının hesablandığı diapazon; 
Criteria(критерий)- verilənlərin seçilməsi üçün şərt. 
MAX (МАКС) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasında maksimum  
qiyməti tapır. Funksiyanın formatı aşağıdakı kimidir: 

 
 
112 
MAX (number1, number2,..., number N). 
MİN (МИН) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasından minimum 
qiyməti  tapır. Bu funksiyanın formatı belədir: 
MİN (number1, number2,... Number N) 
 
MƏTN FUNKSİYALARI. 
Mətn funksiyaları elekton cədvəl xanalarında olan mətn tipli 
verilənlərin üzərində əməliyyatlar aparmağa xidmət edir. 
LEFT (ЛЕВСИМВ)-  funksiyasl qeyd olunmş mətni xanada soldan təyin edilmiş ədədə 
uyğun  simvolların fraqmentini seçmək üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı 
kimidir: 
LEFT (text, num_chars).  ЛЕВСИМВ (текст, количество_знаков) 
Burada arqumetlər: 
text (текст)- seçilmiş mətni xananın ünvanını; 
num_chars (количество_знаков)- mətnin sol kənarından seçiləcək simvolların sayın 
təyin edir. 
LEN (Длстр) funksiyası qeyd olunmuş mətni xanada olan simvolların sayını tapmaq üçün 
istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir: 
LEN (text) 
ДЛСТР (текст) 
Burada arqument: 
text (текст)- seçilmiş mətni xananın ünvanıdır. 
 
MƏNTIQ FUNKSIYALARI.
 Məntiq funksiyaları məntiqi şərti verməyə və dəyişməyə, 
həmçinin qoyulmuş şərtdən asılı olaraq bu və ya digər əməlləri yerinə yetirməyə imkan verir. 
 
İF (ЕСЛИ/ƏGƏR) funksiyası. Bu funksiyanı seçərkən aşağıdakı dialoq pəncərəsi açılır. 
İF (logical_test, value_if_true,value_if_false) 
ЕСЛИ (лог_выражение, значение_если_истина, ...) Logical_test (лог_выражение) 
sətrində məsələnin şərti daxil edilir. Value_if_true (значение_если_истина) sətrində, cavab 
doğru olan haldakı qiymət, Value_if_false (значение_если_ложь)  sətrinə isə cavab yalan 
olduğu haldakı qiymət daxil edilir. 
TRUE (ИСТИНА/DOĞRU) funksiyası şərtin TRUE məntiqi qiymətini əks etdirir. Bu 
funksiyanın arqumenti yoxdur. Düsturun nəticəsi ədəd deyil, TRUE olur. 

 
 
113 
FALSE (ЛОЖЬ/YALAN) funksiyası şərtin FALSE məntiqi qiymətini əks etdirir. Bu 
funksiyanın arqumenti yoxdur. Düsturun nəticəsi ədəd deyil, FALSE olur. 
AND (И/VƏ) funksiyası bütün arqumentlərin TRUE olduğunu yoxlayır və əgər bütün 
arqumentlər TRUE-dursa TRUE əks olunur. Bu funksiyanın formatı belədir: 
AND (logical1, (logical2), ...) 
OR (ИЛИ/YAXUD) funksiyası arqumentlərdən heç olmasa birinin TRUE olduğunu 
yoxlayır və TRUE və ya FALSE olduğunu ks etdirir. Yalnız bütün arqumentlər FALSE olduqda 
FALSE qiymətini əks etdirir. Bu funksiyanın yazılışı aşağıdakı kimidir: 
OR (logical1, logical2, ...) 
NOT (НЕ/YOX) funksiyası məntiqi qiymətlər FALSE, TRUE-ya və ya TRUE-nun 
FALSE-a dəyişir. BU funksiyanın sintaksisi belədir: 
NOT (logical) 
MALIYYƏ FUNKSIYALARI investisiya qoyuluşlarını qiymətləndirmək, vəsaitlər 
dövrüyyəsi, avadanlıqların amortizasiyası və dicər maliyyə hesablamalarında tətbiq edilir.  
Maliyyə funksiyalarının bir neçəsi ilə tanış olaq. 
1. FV( ) 
funksiyası müəyyən dövrü ödənişlər etməklə (ayda, ildə və s.) hər hansı 
dövrdən sonra nə qədər vəsait əldə olunacağını hesablayır. Funksiyanın formatı aşağıdakı 
kimidir: 
2. SLN( ) funksiyası avadanlığın amortizasiyasını (köhnəlmə dərəcəsini) hesablayır. 
3.  SVD( )funksiyası  illər üzrə amortizasiya məbləğini hesablamaq üçün istifadə olunur.  
 
7.4.  Fayl əməliyyatları. İş vərəqinin görünüş rejimləri, miqyası  və formatlaşdırılması. 
Microsoft Excel 2010 prosessorunun File (Fayl) tabı dizayn və funksional baxımdan 
yeniləşdirilmişdir. Microsoft Excel 2010 proqramlarının proqram interfeysinə uyğun olaraq bu 
taba File menyusu da deyilir. File (Fayl) tabı əmrlərdən və kateqoriyalardan ibarət olur. Burada 
Save (Saxla), Save as (Fərqli saxla), Open (Aç), Close (Bağla), Options (Seçimlər) və Exit (Çıxış) 
tabın əmrləri, İnfo (Məlumat), Recent (Son istifadə faylları), New (Yeni), Print (Çap), Save & Send 
(saxla  & Göndər) və Help (Kömək) isə tabın kateqoriyaları adlanır.  
Bu əmrlərdən və kateqoriyalardan istifadə etməklə elektron cədvəli yaddaşda fərqli formada 
və ya öz adında yadddaşda saxlamaq, proqram pəncərəsində mövcud faylları açmaq, açılmış 
elektron cədvəl sənədlərini bağlamaq, Microsoft Excel proqram pəncərəsini tərk etmək, mövcud 
faylın xüsusiyyətləri və versiyaları haqqında məlumatlar əldə etmək, yeni cədvəl faylı yaratmaq, 

 
 
114 
iş kitabını müxtəlif parametrlərə görə çapa vermək, mövcud iş kitabını müxtəlif tiplərdə 
saxlamaq və elektron poçtla göndərmək, faylın xüsusiyyətlərinə baxmaq və Exsel proqramı üçün 
ümumi seçimlər etmək və.s. əməliyyatlar aparmaq olar.  
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin