MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ


installation (Quraşdırmaya başlamaq üçün Install düyməsini bas)



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   2   3   4   5   6   7   8   9   ...   16
YourFileName


installation (Quraşdırmaya başlamaq üçün Install düyməsini bas) məlumatı əks olunan 
pəncərə ekrana çıxır.  Odur ki, həmin pəncərədə əks olunan Install (Quraşdırmaq) düyməsi 
basılır və prosesin hər bir addımı müvafiq məlumatlarla müşayiət olunmaqla fayllar və qovluqlar 
bərk diskdə Program Files (Proqram Faylları) qovluğuna yerləşdirilir.  
 
Beləliklə, quraşdırma prosesi uğurla başa çatdıqda proqram haqqında məlumat sistem 
reestrində yazılıb saxlanılır, həmçinin Baş menyuda və İş stolunda (bəzi hallarda) proqramın 
müvafiq işarəsi yaradılır.  
 
Proqramların ləğvi. Adətən proqramların köhnə versiyasını onun yenisi ilə əvəz etmək 
üçün və ya lazımsız proqramların artıq yaddaş oblastı tutmaması üçün onları ləğv etmək lazım 
gəlir. Nəzərə almaq lazımdır ki, proqramları ləğv etmək heç də onların İş stolunda, Computer 
qovluğunda və ya Proqram faylları qovluğundakı işarələrini ləğv etmək demək deyildir. Yəni 
proqramın işarəsini İş stolundan ləğv etməklə proqramın özü ləğv olunmur. Bunu isə həmin 
əməliyyat zamanı ekrana çıxan müvafiq dialoq pəncərəsində əks olunmuş məlumat da təsdiq edir. 
      Yuxarıda göstərildiyi kimi proqramlar quraşdırılarkən yalnız onun bərk diskdə yerləşdirilməsi 
və etiketinin yaradılması prosesi baş vermir, həm də bu proqram haqqında sistem reestrində 
müəyyən məlumat yazılıb saxlanılır. Ona görə də proqramların ləğv edilməsində Proqramlar və 
komponentlər xüsusi xidmətindən istifadə edilməlidir. Bunun üçün Computer qovluğunun 
pəncərəsi açılır və alətlər paneli üzərindəki Uninstall or change a program (Proqramı ləğv 
etmək və ya dəyişmək-Удалить или изменить программу) düyməsi basılır. Bu halda 
Programs and Features (Proqramlar və komponentlər) pəncərəsi açılır . Bu pəncərəni 
İdarəetmə paneli  qovluğundan da açmaq olar. Kompüterdə quraşdırılmış bütün proqramlar bu 
pəncərədə əlifba sırası ilə əks olunub. Bu siyahıdan lazımsız proqram seçilir və Uninstall (Ləğv 
etmək) (və ya bəzi proqramlar üçün Change -Dəyişmək, ya da Repair –Bərpa etmək) düyməsi 
basılır. Proses normal başa çatan kimi proqramın uğurla ləğv olunduğu barədə məlumat ekrana 
çıxır. Bu pəncərədə  bəzi proqramlar seçildikdə (məsələn Microsoft Office paketinə daxil olan 
proqram) alətlər paneli üzərində Change (Dəyişmək) düyməsi əks olunur.  Bu düymə vasitəsilə 
Microsoft Office paketinə daxil olan ayrı-ayrı proqram komponentlərini əlavə etmək və ya ləğv 
etmək olar.   
 
Proqramları daha sadə yolla ləğv etmək üçün Baş menyuda əks olunan axtarış sətrindən 
Uninstall frazasını daxil etmək olar. Bu halda yuxarıda baxdığımız pəncərə  açılır. 
 
3.2. Standart proqramlar. 
 
Windows 7 əməliyyat sisteminin tərkibində bəzi məsələlərin həlli üçün nəzərdə tutulmuş nisbətən 
sadə və kiçik həcmli  
bir sıra proqramlar var. Bunlar əməliyyat sisteminin tərkibinə məcburi 
komponent kimi daxil edilmiş standart proqramlardır. Bu proqramlar əməliyyat sistemi ilə 
birlikdə kompüterə avtomatik olaraq quraşdırılır. Standart proqramların icrası üçün Baş 

 
 
42 
menyunun All Proqrams (Bütün proqramlar-Все программы) alt menyusuna daxil olan 
Accessories (Aksesuarlar-Стандартные) qovluğundan onun adını seçmək lazımdır. Standart 
proqramlar daha sadə üsulla Baş menyunun axtarış sətrindən onun adını (hətta adının ilk hərfini) 
daxil etməklə icra oluna bilər.        
 
Qeyd dəftərçəsi. Qeyd dəftərçəsi (Notepad – Блокнот) ən sadə mətn redaktorudur. 
Başqa sözlə bu proqram kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri  redaktə 
etmək üçün nəzərdə tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə 
formatlaşdırma rejimlərindən istifadə etməyə imkan verir. Elə ona görə də bu proqram sadə 
sənədlər və veb-səhifələrin yaradılmasında istifadə edilir. Belə ki, Qeyd dəftərçəsi bir sıra xüsusi 
dillərin (HTML, PHP, PERL və s.) kodları ilə verilmiş əmrlərdən ibarət faylların yaradılması və 
redaktəsi üçün ideal vasitədir.  
 
Adətən istifadəçilər elektron sənədlərlə iş zamanı onların açılması və saxlanması 
əməliyyatlarını icra edirlər. Bu halda açılan müvafiq pəncərələr vasitəsilə əməliyyat sisteminin 
standart dialoqlarından istifadə olunur. Windows 7 əməliyyat sistemində həmin dialoq pəncərələri 
ciddi şəkildə yeniləşdirilmişdir.  
       
Beləliklə,  Notepad (Qeyd dəftərçəsi) proqramını icra etmək üçün aşağıdakı iki qaydanın 
birindən istifadə etmək olar: 
1. 
 Start >All Programs > Accessories >Notepad əmri icra olunur; 
2. 
 Baş menyunun axtarış sətrindən notepad (və ya bu sözün ilk hərfi) daxil edilir və açılan 
siyahıda 
  üzərində  mausun  sol  düyməsi  basılır.  Nəticədə  Notepad  (Qeyd  dəftərçəsi) 
proqramının pəncərəsi açılır. 
Bu halda açılan pəncərənin əsas hissəsi daxil edilən mətn sahəsi üçün nəzərdə tutulur. Notepad 
(Qeyd dəftərçəsi) proqramı icra olunarkən avtomatik olaraq susmaya görə adsız (Untitled-
Adsız) boş mətn sənədi yaradır.  
Lakin File (Fayl-Файл)  menyusunun Open (Açmaq- Открыть) əmrilə diskdə mövcud olan 
başqa bir mətn faylını da açıb redaktə etmək olar.  
 
Notepad (Qeyd dəftərçəsi) proqramında faylların açılması pəncərəsində disklər və 
qovluqlar üzrə hərəkətlər Windows Explorer pəncərəsində olduğu kimi yerinə yetirilir. Yəni bu 
zaman pəncərənin yuxarısındakı düymələr və qovluqların kontekst menyusuna daxil olan 
əmrlərdən istifadə edilir. Bu pəncərədə susmaya görə yalnız *.txt formatlı fayllar əks olunur. 
Yəni yuxarıda da göstərildiyi kimi Notepad (Qeyd dəftərçəsi) proqramı susmaya görə yalnız 
*.txt tipli faylları açmaq, yaratmaq və saxlamağa imkan verir. Lakin bu proqram vasitəsilə başqa 
tip faylları da açmaq olar. Məsələn, istənilən başqa bir sənədi - HTML sənədini açmaq üçün File 
(Fayl) menyusunun Open (Açmaq) əmri ilə açılan dialoq pəncərəsinin  aşağısında (File Name 
sətrinin sağında) yerləşən fayl tipləri siyahısından All Files (Bütün fayllar- Все файлы) tipi 
təyin etmək və bundan sonra isə zəruri faylı seçmək olar.  
 
Faylların yaradılması, açılması və saxlanması üçün Untitled - Notepad (Adsız-Qeyd 
dəftərçəsi) pəncərəsində  File (Fayl) menyusunun zəruri əmri seçilir və ya klaviaturadan müvafiq 
olaraq CTRL+N, CTRL+O və CTRL+S düymələrindən biri basılır. 
Notepad (Qeyd dəftərçəsi) icra olunarkən proqramın pəncərəsində boş səhifə açılır. Ona görə də 
nəzərdə tutulan mətni daxil etmək olar. Yəni bu halda New (Yeni-Создать) əmrini icra etməyə 
ehtiyac yoxdur. Yalnız müəyyən bir sənəd üzərində işləyərkən yeni sənəd yaratmaq lazım 
gələrsə, New (Yeni-Создать) əmrini icra etmək olar. 
         File (Fayl) menyusunun Save (Saxlamaq- Сохранить) əmrindən istifadə etməklə redaktə 
olunan faylı öz əvvəlki adı ilə diskə yazmaq və ya fayl ilk dəfə yaradılırsa onu diskdəki istənilən 
bir qovluğa *.txt formatı ilə yerləşdirmək olar.  
 
 Redaktə olunan faylı *.txt formatından fərqli formatla diskdə saxlamaq üçün əvvəlcə File 
(Fayl) menyusunun Save As (Necə Saxlamaq - Сохранить как) əmri icra edilir. Bundan sonra 
isə açılan Save As (Necə Saxlamaq - Сохранить как) pəncərənin aşağısında yerləşən fayl 

 
 
43 
tipləri siyahısından All Files (Bütün fayllar- Все файлы) variantı seçilir və genişlənməni 
aşkar şəkildə yazmaqla File (Name) sətrindən faylın adı (məs., metn22.html) daxil edilir. 
Nəhayət, sonda Save (Saxlamaq) düyməsi basılır.  
 
Notepad (Qeyd dəftərçəsi) pəncərəsində daxil edilən mətn susmaya görə yalnız bir 
sətirdə yerləşir və yalnız  Enter düyməsi basılarkən  təzə sətrə keçid baş verir. Mətn daxil 
edildikcə pəncərənin sərhədində avtomatik olaraq təzə sətrə keçid baş verməsi üçün  Format 
(Format
 
- Формат) menyusunun Word Wrap (Sözə görə keçid - Перенос по словам) əmri 
seçilmiş olmalıdır.  
Notepad (Qeyd dəftərçəsi) müxtəlif kodlarla, o cümlədən Unicode və ANSI kodlaşması 
ilə də işləyə bilir. Odur ki, bu proqramla işləyərkən kodlaşmanı dəyişmək (bir tipdən başqa tipə 
çevirmək) üçün sənədi diskə yazıb saxlayarkən açılan Save as (Necə saxlamaq- Сохранить как) 
dialoq pəncərəsinin aşağısında yerləşən. Encoding (Kodlaşdırma- Кодировка) sətrindən zəruri 
kod seçilir və Save (Saxlamaq-Сохранить) düyməsi basılır.  
        WordPad proqramı. WordPad sənədlərin yaradılması və redaktəsi üçün nəzərdə tutulan 
və Notepad (Qeyd dəftərçəsi) proqramına nisbətən daha geniş imkanlara malik olan mətn 
redaktorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış variantıdır. Odur ki, 
WordPad proqramı pəncərəsində Notepad (Qeyd dəftərçəsi) ilə müqayisədə redaktə olunan 
sənəd üzərində sadə formatlaşdırma işləri üçün nəzərdə tutulan daha çox elementlər var. Belə ki, 
Notepad (Qeyd dəftərçəsi) proqramından fərqli olaraq WordPad proqramında yaradılan 
sənədlərdə cürbəcür şriftlər, ölçülər və rəng formatları öz əksini tapa bilər. Həmçinin WordPad 
sənədlərində müxtəlif obyektlər şəkillər, sxemlər, diaqramlar, videokliplər, musiqi və hətta səs 
effektləri yerləşdirilə bilər.  
 
Yeniləşmiş WordPad pəncərə interfeysinin üç mühüm idarəetmə elementini qeyd etmək 
olar: sürətli giriş paneli, alətlər lenti, WordPad proqramının menyu  düyməsi. 
 
Bu panelin düymələri istifadəçilər tərəfindən sazlanır. Yəni alətlər lenti üzərində olan 
istənilən düyməni Sürətli giriş paneli üzərinə əlavə etmək olar. Bunun üçün həmin düymənin 
kontekst menyusunu açmaq və Add to Quick Access Toolbar (Sürətli giriş panelinə əlavə et) 
əmrini seçmək lazımdır. Bu panel üzərindəki istənilən düyməni ləğv etmək üçün isə onun 
kontekst menyusundan Remove from Quick Access Toolbar (Sürətli giriş panelindən ləğv et) 
əmri seçilir. 
 
Sürətli giriş paneli WordPad proqramı pəncərəsinin başlıq sətrində və ya alətlər lentinin 
aşağısında yerləşə bilər. Odur ki, bu panelin yerini dəyişmək üçün onun axırında yerləşən 
 
işarəsilə açılan menyunun Show above the Ribbon (Lentin yuxarısında göstər) əmri seçilir. 
 
Aalətlər lenti WordPad proqramı icra olunarkən açılan pəncərənin yuxarı hissəsində 
yerləşir. Lent üzərində yerləşən alətlər isə öz növbəsində düymələrin funksiyalarına görə 
qruplaşdırılmış olur. Yəni alətlər lenti müxtəlif oblastlardan ibarətdir. Belə ki, hər oblast 
daxilindəki düymələrin funksiyaları bir-birinə yaxın əməliyyatların yerinə yetirilməsini təmin 
edir. Məsələn, alətlər lentinin mübadilə buferi oblastına daxil olan əmrlər (düymələr qrupu) 
buferlə bağlı əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulur. Alətlər lenti üzərindəki 
düymələr qruplarının (oblastların) adları müvafiq şəkildə lentin aşağısında əks olunur. 
         WordPad proqramının mühüm pəncərə elementlərindən biri də proqramın menyu 
düyməsidir (WordPad düyməsi). Beləliklə, WordPad proqramı pəncərəsində alətlər lentinin 
yuxarı sol küncündə yerləşən 
 düyməsi sənəd faylları ilə işləmək üçün nəzərdə tutulan 
xüsusi əmrlər menyusunu ekrana çıxarır. O cümlədən, bu menyunun əmrləri faylların 
yaradılması, açılması, saxlanması, çapı, səhifə parametrlərinin nizamlanması, elektron poçtu ilə 
göndərilməsi əməliyyatlarının icrası üçün nəzərdə tutulur.  
 
WordPad proqramında sadə mətn sənədlərini (*.txt formatlı faylları), Microsoft Word 
2007 formatlı sənədləri (*.docx-formatlı faylları) və s.  açmaq və saxlamaq olar.  
   
WordPad proqramını icra etmək üçün aşağıdakı iki qaydanın birindən istifadə etmək olar: 

 
 
44 
1. 
Start >All Programs > Accessories > WordPad əmri icra olunur;  
2. 
Baş menyunun axtarış sətrindən wordpad (və ya bu sözün ilk hərfi) daxil edilir və açılan 
siyahıda 
  üzərində  mausun    sol    düyməsi    basılır.  Nəticədə  WordPad  proqramının 
pəncərəsi ekranda əks olunur.  
 
Qeyd etdiyimiz kimi WordPad proqramı Microsoft Word redaktorunun sadələşdirilmiş 
variantıdır. 
Paint proqramı. Windows sisteminin əvvəlki versiyalarında olduğu kimi Windows 7 əməliyyat 
sisteminin tərkibində də sadə qrafiki redaktor – Paint redaktoru istifadə edilir. Windows 7 
sisteminin standart proqramları tərkibində olan Paint proqramı tamamilə yeniləşdirilmişdir. Belə 
ki, bu proqramda istifadə edilən bütün alətlər Paint pəncərəsinin   yuxarı   hissəsində  əks   olunan  
lent  üzərində yerləşir. Yəni artıq Pant proqramı Microsoft Office 2007 paketinə daxil olan 
proqramlara oxşar olaraq lent interfeysinə malikdir. Həmçinin poqramın standart alətləri sırasına 
əlavə fiqurlar, fırçalar və s. daxil edilmişdir.  
 
 Yeniləşmiş Paint pəncərəsində də WordPad proqramı pəncərəsində olduğu kimi əsas üç 
idarəetmə elementini qeyd etmək olar: sürətli giriş paneli, alətlər lenti, Paint proqramının 
menyu düyməsi.   
Paint proqramında da sürətli giriş paneli pəncərənin başlıq sətrində və ya alətlər lentinin 
aşağısında yerləşə bilər. Bu isə istifadəçilər tərəfindən tənzimlənir.  
 
İstənilən vaxt iş prosesində bu panel üzərinə lazım olan düymələri yerləşdirmək və ya 
yalnız standart hal üçün nəzərdə tutulmuş düymələrlə kifayətlənmək olar. Həmçinin zərurət 
yaranan halda paneli başlıq sətridə yerləşdirmək və alətlər lentini isə pəncərədən yığışdırmaqla 
pəncərədə işçi sahəni genişləndirmək olar.   
 
Alətlər lenti Paint proqramının ən mühüm interfeys elementidir. Demək olar ki, şəkillərin 
yaradılması və onlar üzərində aparılan bütün redaktə işləri üçün ən zəruri elementlər (əmrlər) 
alətlər lenti üzərində yerləşir. 
Alətlər lentinin yuxarı sol küncündə proqramın menyu düyməsi yerləşir. Belə ki, lentin yuxarı sol 
küncündəki 
 düyməsi üzərində mausun sol düyməsi basıldıqda məlum standart əmrlər 
ekrana çıxır.  
  
Lent interfeysindən əlavə, proqramda şəkil çəkmək üçün alətlərin yeni variantları, 
pəncərənin işçi oblastında xətkeşin və torun əks olunması və s. imkanlar yer almışdır. 
Pant proqramını icra etmək üçün aşağıdakı iki qaydanın birindən istifadə etmək olar:  
1. 
Start >All Programs > Accessories > Paint   əmri icra olunur;  
2. 
Baş menyunun axtarış sətrindən paint (və ya bu sözün ilk hərfi) daxil edilir və bu halda 
açılan siyahıdan 
 üzərində mausun sol düyməsi basılır. Nəticədə Paint pəncərəsi açılır. 
 
Paint proqramı müəyyən şəkillər, sxemlər və s. çəkmək üçün nəzərdə tutulan sadə qrafiki 
redaktordur. 
         Kalkulyator. Kalkulyator Windows 7 əməliyyat sisteminin standart proqramları tərkibində 
çox mühüm bir proqramdır. Bu proqram klaviaturadan daxil edilən verilənlər üzərində sadə 
hesablamaların aparılması üçün nəzərdə tutulur.   Bu proqram əslində əlavə imkanları olan dörd 
kalkulyatoru özündə birləşdirir 
 
Kalkulyatoru icra etmək üçün aşağıdakı iki qaydanın birindən istifadə etmək olar:  
1. 
Start >All Programs > Accessories > Calculator   əmri icra olunur;  
2. 
Baş menyunun axtarış sətrindən Calculator (və ya bu sözün ilk hərfi) daxil edilir və açılan 
siyahıda 
  üzərində  mausun  sol  düyməsi  basılır.  Bu  halda  Calculator  proqramının 
pəncərəsi açılır . 
 
Windows 7 sistemində kalkulyator proqramı bir neçə əlavə funksiyalarla təchiz edilmişdir. 
Bunların bəzilərinə diqqət yetirək: 
 
Ümumilikdə isə kalkulyator proqramının dörd müxtəlif iş rejimi var: Adi, Mühəndis, 
Proqramist, Statistika.  

 
 
45 
 
Qeydlər. Windows 7 əməliyyat sisteminin standart proqramları arasında yer alan daha 
bir maraqlı proqram Qeydlər adlanır. Bu proqram bilavasitə iş stolunda mətndən ibarət kiçik 
qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir proqramdır.  
 
Qeydlər (Sticky Notes-Заметки) proqramına sadəcə olaraq üzərində müəyyən qeydlər, 
xatırlatmalar və s. yazılmış yapışqanlı stikerlərin elektron variantı  kimi baxmaq olar.  
 
Beləliklə, Qeydlər (Sticky Notes) proqramı zəruri qeydlər yaratmaq və onları İş stolunda 
yerləşdirməyə imkan verir. Bu proqramın icrası üçün aşağıdakı iki qaydanın birindən istifadə 
etmək olar: 
1. 
Baş   menyunun   axtarış   sətrindən   proqramın  adı  
(adın ilk iki hərfi) daxil edilir və açılan siyahıdan 
 üzərində mausun sol düyməsi 
basılır; 
2. 
Start >All Programs>Accessories > Sticky Notes əmri icra olunur. 
 
Bu addımlardan biri icra olunan kimi İş stolunda virtual stiker (kiçik elektron qeydlər 
blankı) yaradılır. Belə ki, onun üzərində istədiyimiz mətni yaza bilərik. İş stolunda qeydlərin 
yerini istədiyimiz kimi dəyişə  bilərik. Bunun üçün onu mausun sol düyməsi ilə tutub 
sürüşdürmək lazımdır.   
 
İş stolundakı qeydlər blankının (stikerin) yuxarı sol küncündəki “+” işarəsi üzərində 
mausun sol düyməsi basıldıqda İş stolunda növbəti stiker yerləşdirilir. Bu qayda ilə İş stolunda 
stikerlərin sayını artırmaq olar.  
 
Qeydlərin fon rəngini (stikerin rəngini) dəyişmək də olar. Bunun üçün onun kontekst 
menyusu açılır və oradan müvafiq rəng seçilir. 
Qayçı. Kompüterlə iş zamanı bəzən bütün ekranın və ya onun bir hissəsinin  şəklini çəkib 
götürmək lazım gəlir. Sistemin əvvəlki versiyalarında bu əməliyyatın icrası üçün bir neçə addım 
ardıcıl icra olunmalı idi və bu da çox vaxt aparırdı. Bununla yanaşı Windows 7 əməliyyat 
sisteminin standart proqramları tərkibində yalnız bir proqram bu işi çox sadə və rahat şəkildə 
həyata keçirməyə imkan verir. Bu Qayçı (Snipping Tool – Ножницы) proqramıdır. Yəni Qayçı 
(Snipping Tool) proqramı ekranın və ya onun hər hansı bir hissəsinin şəklini çəkərək yaddaşda 
qrafiki fayl kimi saxlamağa imkan verir.    
 
Qayçı (Snipping Tool) proqramının icrası üçün aşağıdakı iki qaydanın birindən istifadə 
etmək olar: 
     1.  Baş   menyunun   axtarış   sətrindən   proqramın  adı (adın ilk iki hərfi) daxil edilir və 
açılan siyahıdan 
 üzərində mausun sol düyməsi basılır; 
      2. Start >All Programs>Accessories > Snipping Tool əmri icra olunur. 
 
Bu zaman bütün ekranın rəngi sanki “dumana bürünür” və Qayçı (Snipping Tool) adlı 
kiçik dialoq pəncərəsi ekrana çıxır. Bu dialoq pəncərəsindən istifadə edərək ekrandan zəruri 
hissəni və ya fraqmenti kəsib ayırmaq üçün göstərmək lazımdır. Bunun üçün həmin pəncərədə 
New (Yeni - Создать) düyməsinin sağındakı kiçik ox düyməsi basılır və açılan menyudan 
kəsmək istədiyimiz fraqment üçün zəruri variant seçilir. Həmin menyu Free-form Snip (İxtiyari 
forma), Rectangular Snip (Düzbucaqlı),  Window Snip (Pəncərə)  Full-screen  Snip 
(Bütün ekran)
 
variantlarından  birini seçməyə imkan verir. Bu pəncərənin alətlər paneli üzərində 
yerləşən düymələrə baxaq: 
- düyməsi  növbəti fraqmentin yaradılaraq redaktəsinə  keçmək üçün nəzərdə tutulur.  
  - düyməsi redaktə olunmuş şəkilin saxlanması üçün istifadə edilir. Bu halda fayl üçün ad 
daxil etmək və tip seçmək lazımdır.  
 
 
- düyməsi
 
redaktə olunmuş şəkli mübadilə buferinə  kopiyalayır. 
 
 -düyməsi hazırlanmış şəkili elektron məktuba qoşmaq üçün nəzərdə tutulur. 

 
 
46 
 və 
-düymələri şəkil üzərində əlavə qrafiki elementlər işləməyə imkan verir. Bu 
zaman düymənin sağında əks olunan kiçik ox  
 vasitəsilə açılan menyudan qələmin rəngi, tipi 
və xətt qalınlığı seçilə bilər. 
 - düyməsi şəkil üzərində aparılmış düzəlişləri silmək, yəni istifadəçinin əlavə çəkdiklərini 
ləğv etməyə imkan verir. 
3.3. İş stolunda mini proqramlar 
 
Windows 7 sistemində birbaşa İş stolunda yerləşən və istifadəçini cürbəcür məlumatlarla 
gündəlik təmin edən, əyləncəli və s. funksiyalara malik mini-proqramlardan istifadə edilir. Bu cür 
kiçik proqramları həm də qadjetlər (həcətlər) adlandırırlar. Müxtəlif funksiyalara malik belə kiçik 
proqramlar İş stolunun istifadəçi üçün əlverişli olan istənilən yerində yerləşdirilə bilər. Onların 
bəziləri sadəcə olaraq istifadəçini məlumatlandırır, yəni təmiz informativ xüsusiyyətə malikdir. 
Belə ki, bu proqramlar istifadəçi üçün hər an maraqlı ola biləcək vacib informasiyanı, o 
cümlədən, vaxt, hava, təqvim, və s. məlumatları İş stolunda əks etdirir.  
 
Bəzi mini proqramların (“Hava”, “Valyuta”, “Onlayn-radio” və s.) işləməsi üçün internet 
qoşulması olmalıdır, bunsuz onlar operativ və aktual məlumatları göstərməyəcək. Çünki bir sıra 
mini proqramlar da veb-səhifələr kimi HTML və JavaScript dillərində yazılmış qrafiki təsvirlər 
və fayllardan ibarətdir.  Ona görə də onların İş stolunda əks olunması üçün brauzerlərdən heç 
olmazsa biri sistemdə quraşdırılmış olmalıdır. O cümlədən, Windows 7 sistemində quraşdırılmış 
(standart) mini proqramların işləməsi üçün İnternet Explorer brauzerinin olması zəruridir. Yəni 
bəzi mini proqramlar (məsələn, “Hava”) işləməsi üçün internetə qoşulma tələb edir, bəziləri isə 
(məsələn, “Saatlar”) internetsiz işləyə bilər. 
 
Mini proqramların icrası olunması üçün onlar əvvəlcə qoşulmalıdır. Bunun üçün aşağıdakı 
addımlar ardıcıl icra olunur: 

 
Control  Panel  (İdarəetmə  paneli)Programs  and  Features  (Proqramlar  və 
komponentlər) əmri icra olunur; 

 
Bu  halda  açılan  pəncərənin  solundakı  menyudan  Turn  Windows  features  on  or  off 
(Windows  komponentlərinin  qoşulması  və  ya  açılması  -  Включение  или  отключение 
компонентов  Windows)  bəndi  seçilir.  Bu  zaman  displey  ekranında  Windows  Features 
(Windows komponentləri) dialoq pəncərəsi əks olunur (şəkil 7.25); 

 
Mini proqramların qoşulması üçün bu pəncərədə Windows Gadget Platform (Windows 
Gadjetləri  platforması  -  Платформа  гаджетов  Windows)  rejimi  seçilir.  Mini  proqramlara 
ehtiyac yoxdursa bu rejim seçilmir;  

Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin