Baş menyu və sazlanması
Baş menyu Windows 7 interfeysinin ən mühüm elementidir və istifadəçilər ona daim müraciət
edirlər. Onun köməyilə kompüterdə quraşdırılmış istənilən proqrama, eləcə də tez-tez istifadə
edilən proqramlara, habelə kompüterin sazlanmasına keçid mümkündür. Baş menyunun strukturu
və əsas elementləri. Baş menyu Tapşırıqlar panelinin solunda yerləşən Start düyməsilə açılır və
iki sütundan ibarətdir. Sol sütun dörd hissəyə bölünür.
1.Sol sütunun yuxarı hissəsində yerləşən elementlər bərkidilmiş elementlər adlanır. Buradakı
işarələr istifadə tezliyindən asılı olmayaraq həmişə öz yerində qalır. Bu işarələrin tərkibini
dəyişm(şəkil. Sol sütun dörd hissəyə bölünür. 1. Sol sütunun yuxarı hissəsində yerləşən
elementlər bərkidilmiş elementlər adlanır. Buradakı işarələr istifadə tezliyindən asılı olmayaraq
həmişə öz yerində qalır. Bu işarələrin tərkibini dəyişmək, yəni oraya başqa zəruri işarələr əlavə
etmək və ya onları ləğv etmək olar. 2. İkinci hissədə tez-tez işlənən proqramlar əks olunur. Belə
ki, kompüterdə işləyərkən əməliyyat sistemi müxtəlif proqramların istifadə tezliyini hesablayır və
ən yüksək “göstəricisi” olanları tez-tez işlənən proqramlar siyahısına yerləşdirir. Yəni daha
yüksək işlənmə tezliyi olan proqramlar avtomatik olaraq həmin siyahının yüxarı hissəsinə əlavə
edilir. Sol sütundakı proqramların adı qarşısındakı işarəsi göstərir ki, onların hər biri üçün keçid
siyahıları var. Belə ki, həmin işarə vasitəsilə keçid siyahısını açmaq və bu günlərdə istifadə
olunmuş sənədlərə baxmaq olar. 3. Üçüncü hissədə All programs (Bütün proqramlar) alt menyusu
yerləşir. Kompüterə quraşdırılan hər bir proqram piktoqramı avtomatik olaraq bu alt menyuya
daxil olur. Bundan əlavə əməliyyat sistemi tərkibindəki standart proqramlar da Bütün proqramlar
alt menyusuna daxildir. Windows XP ilə müqayisədə bu alt menyunun iş prinsipi müəyyən qədər
fərqlidir. Belə ki, artıq bu alt menyu Baş menyunun sol sütununda açılır və zəruri proqramı
axtarmaq üçün mausun təkərciyindən də istifadə etmək olur. 4. Nəhayət, Baş menyunun aşağı sol
küncündə axtarış sətri yerləşir. Bu sətir kompüterin yaddaşında saxlanılan proqramlar və
faylların, hətta elektron poçt məlumatlarının və s. axtarışına imkan verir. Baş menyunun sağ
sütun elementləri mətnlər şəklində verilir və mausun göstəricisini bunlardan istənilən biri üzərinə
gətirən kimi həmin elementin işarəsi yuxarı hissədə əks olunur. Sistemə daxil olmuş istifadəçinin
adı və işarəsi sağ sütunun yuxarı hissəsində yerləşir. Həmin işarə üzərində sol düymə basıldıqda
User Accounts (İstifadəçilərin qeydiyyat yazıları) adlı dialoq pəncərəsi ekrana çıxır, istifadəçinin
adı üzərində sol düymə basıldıqda isə onun şəxsi (fərdi) qovluğu açılır.ək, yəni oraya başqa zəruri
işarələr əlavə etmək və ya onları ləğv etmək olar. 2. İkinci hissədə tez-tez işlənən proqramlar əks
olunur. Belə ki, kompüterdə işləyərkən əməliyyat sistemi müxtəlif proqramların istifadə tezliyini
hesablayır və ən yüksək “göstəricisi” olanları tez-tez işlənən proqramlar siyahısına yerləşdirir.
Yəni daha yüksək işlənmə tezliyi olan proqramlar avtomatik olaraq həmin siyahının yüxarı
hissəsinə əlavə edilir. Sol sütundakı proqramların adı qarşısındakı işarəsi göstərir ki, onların hər
biri üçün keçid siyahıları var. Belə ki, həmin işarə vasitəsilə keçid siyahısını açmaq və bu
günlərdə istifadə olunmuş sənədlərə baxmaq olar. 3. Üçüncü hissədə All programs (Bütün
proqramlar) alt menyusu yerləşir. Kompüterə quraşdırılan hər bir proqram piktoqramı avtomatik
olaraq bu alt menyuya daxil olur. Bundan əlavə əməliyyat sistemi tərkibindəki standart
proqramlar da Bütün proqramlar alt menyusuna daxildir. Windows XP ilə müqayisədə bu alt
menyunun iş prinsipi müəyyən qədər fərqlidir. Belə ki, artıq bu alt menyu Baş menyunun sol
sütununda açılır və zəruri proqramı axtarmaq üçün mausun təkərciyindən də istifadə etmək olur.
4. Nəhayət, Baş menyunun aşağı sol küncündə axtarış sətri yerləşir. Bu sətir kompüterin
36
yaddaşında saxlanılan proqramlar və faylların, hətta elektron poçt məlumatlarının və s.
axtarışına imkan verir. Baş menyunun sağ sütun elementləri mətnlər şəklində verilir və mausun
göstəricisini bunlardan istənilən biri üzərinə gətirən kimi həmin elementin işarəsi yuxarı hissədə
əks olunur. Sistemə daxil olmuş istifadəçinin adı və işarəsi sağ sütunun yuxarı hissəsində yerləşir.
Həmin işarə üzərində sol düymə basıldıqda User Accounts (İstifadəçilərin qeydiyyat yazıları) adlı
dialoq pəncərəsi ekrana çıxır, istifadəçinin adı üzərində sol düymə basıldıqda isə onun şəxsi
(fərdi) qovluğu açılır.
Baş menyunun sağ sütun elementlərinə baxaq. 1. «İstifadəçinin adı». Bu ad istifadəçinin
sistemdə qeydiyyata düşdüyü addır. Bu bənd üzərində mausun sol düyməsi basılan kimi sistemə
daxil olmuş istifadəçiyə aid bütün fayl və qovluqlar saxlanan şəxsi qovluq açılır. 2. Documents
(Sənədlər-Документы)-Windows 7 sistemində sənədlərin saxlanması üçün nəzərdə tutulan
kitabxanadır (sənədlər kitabxanası). Documents (Sənədlər) kitabxanası oxşar məzmunlu
qovluqlar kolleksiyasıdır. Bu kitabxana susmaya görə iki qovluqdan ibarətdir: istifadəçinin
sənədləri saxlanan Documents (Sənədlər) qovluğu və hamı üçün nəzərdə tutulmuş ümumi
sənədlər saxlanan qovluq -Public Documents (Ümumi sənədlər). Bu əmr istifadəçinin sənədləri
saxlanan qovluğu tez açmağa imkan verir. 3. Pictures (Şəkillər - Изображения)- müxtəlif qrafiki
faylları saxlamaq üçün kitabxanadır. Bu kitabxana da iki qovluqdan ibarətdir: cari istifadəçinin
şəkilləri saxlanılan qovluq - My Pictures (Mənim şəkillərim) və hamının şəkilləri saxlanılan
ümumi qovluq - Public Pictures(Ümumi şəkillər). 4. Music (Musiqi – Музыка)-musiqi faylları
saxlanan kitabxanadır. Bu kitabxana da əvvəlki kitabxanalar kimi iki qovluqdan ibarətdir: My
Music (Mənim musiqilərim) və Public Music (Ümumi musiqilər). 5.Games(Oyunlar- Игры)-
sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır. 6. Computer (Kompüter-Компьютер)
mühüm sistem qovluqlarından biridir. Bu qovluğun pəncərəsində sistemdə olan bütün disklər və
digər qurğuların işarələri əks olunur. 7. Control Panel (İdarəetmə paneli - Панел управления)
mühüm sistem qovluqlarından biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə
tutulan bütün elementlər bu qovluqda yerləşir. 8. Devices and printers (Qurğular və printerlər -
Устройства и принтеры) sistem qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər,
skanerlər, kameralar və s. bu qovluğun pəncərəsində əks olunur. 9. Default Programs (Susmaya
görə proqramlar-Программы по умолчанию) əmri icra olunan kimi müxtəlif tipli faylların emalı
üçün susmaya görə nəzərdə tutulan proqramların seçim pəncərəsi açılır. 10. Help and Support
(Sorğu və kömək-Справка и поддержка) əmri icra olunarkən eyni adlı dialoq pəncərəsi açılır.
Bu pəncərə cürbəcür sorğu məlumatlarının tapılmasına imkan verir.
Tapşırıqlar paneli və sazlanması
Tapşırıqlar panelinin tərkibi. Tapşırıqlar paneli İş stolunun aşağı sərhəddi boyunca yerləşir.
İstifadəçinin cari anda işlətdiyi proqram işarələri, eləcə də çox tez-tez istifadə edilən proqramların
cəld icrası üçün müvafiq piktoqramlar (solda), həmçinin bəzi proqramlar və proseslərin
indiqatorları (sağda) bu panel üzərində yerləşir. Baş menyuya girişi təmin edən düymə - Start
düyməsi də bu panel üzərində yerləşir. Tapşırıqlar panelinin mühüm funksiyalarından biri açılmış
pəncərələrin etiketlərini əks etdirmək və icra olunan proqramların birindən digərinə keçidləri
təmin etməkdən ibarətdir. Windows 7 sistemində Tapşırıqlar paneli xeyli struktur və qrafiki
yeniliklər əlavə olunmaqla ciddi şəkildə dəyişdirilmişdir (şəkil 5.7). O cümlədən, yeni Tapşırıqlar
paneli üzərində əvvəlki versiyalardan vərqli olaraq Sürətli icra paneli yoxdur. Həmçinin sağ
tərəfdə yerləşən və üzərində fon rejimində işləyən proqram işarələri və saat yerləşmiş Bildiriş
oblastı panelin axırında Show desktop (İş stolunu göstər – Свернуть все окна) düyməsilə
birləşir. Windows 7 sistemində Tapşırıqlar paneli üzərində yerləşən etiketlər icra olunan
proqramları bildirsələr də susmaya görə onların üzərində həmin proqramların adları əks olunmur.
Həmin etiketlər icra olunan proqramı və ya qovluğu göstərir. Mausun göstəricisi etiket üzərinə
37
gətirildikdə həmin obyekt haqqında zəruri məlumat əks olunur. Bununla yanaşı Tapşırıqlar
panelinə nəzər salmaqla bu və ya digər proqram pəncərəsinin neçə dəfə açıldığını birqiymətli
söyləmək mümkün deyil, çünki belə işarələrdən birinin arxasında çoxlu sayda pəncərələr gizlənə
bilər. Mausun göstəricisi Tapşırıqlar paneli üzərindəki icra olunmuş proqram etiketlərindən biri
üzərinə gətirildikdə konkret açıq pəncərənin eskizi üzə çıxır. Əgər proqram bir neçə dəfə icra
olunmuşdursa, müvafiq pəncərələrin hamısı Tapşırıqlar paneli üzərində qrup halında yalnız bir
düymədə birləşdiyindən eskizlərin sayı həmin proqramın icra olunma sayına bərabər olacaq. Yəni
panel üzərindəki düymə bir proqramın bir neçə nüsxəsini özündə birləşdirirsə, onda hər nüsxənin
öz eskizi ekranda əks olunur (şəkil 5.8). Mausun göstəricisi bu eskizlərdən hər hansı biri üzərinə
gətirilən anda müvafiq pəncərə ekranda açılır. Tapşırıqlar paneli üzərində əks olunan
proqramların işarələrini iki qrupa bölmək olar: 1. Bərkidilmiş proqram işarələri. Yuxarıdakı
şəkildə (şəkil 5.7) belə işarələr panel üzərində soldan yerləşir: Antivirus proqramı, Windows
bələdçisi, Opera və Skayp proqramı. Bərkidilmiş elementlər əməliyyat sisteminin əvvəlki
versiyasında olan Sürətli icra (Quick Launch) panelinin funksiyasını yerinə yetirir.
2. Bərkidilməmiş proqram işarələri. Bu işarələrin hər biri yalnız konkret icra olunmuş
proqrama aiddir. Belə ki, proqram neçə dəfə icra olunmasından asılı olmayaraq panel üzərində
yalnız bir düymə ilə təmsil olunur, yəni bütün icra olunmuş kopyalar bir düymə altında gizlənir.
Belə düymələr isə panel üzərində pilləvari şəkildə əks olunur.
· proqramın işarəsi mausla Tapşırıqlar paneli üzərinə daşınır. Yəni istənilən fayl obyektini İş
stolundan Tapşırıqlar paneli üzərinə daşıyarkən müvafiq proqram işarəsi panel üzərində
bərkidilir;
· proqramın kontekst menyusunda Pin to Taskbar (Tapşırıqlar panelinə bərkitmək - Закрепить на
панели задач) əmri icra olunur.
· proqram icra olunubsa, o halda onun panel üzərindəki işarəsinin kontekst menyusundan Pin this
program to Taskbar (Bu proqramı Tapşırıqlar panelinə bərkit – Закрепить программу в панели
задач) əmri icra olunur. Bərkidilmiş proqram işarəsini Tapşırıqlar paneli üzərindən götürmək
üçün onun kontekst menyusundan Unpin this program from Taskbar (Bu proqamı Tapşırıqlar
panelindən götür - Изьять программу из панели задач) əmri icra olunur.
1.
+i, (i=1, 2,...). Hər yeni proqram icra olunarkən onun işarəsi panel üzərində əks olunur və
sistem tərəfindən avtomatik olaraq müvafiq
+i düymələr qrupu təyin edilir. Klaviaturanın
+i
düymələr qrupu Tapşırıqlar paneli üzərindəki proqramlar siyahısını açmaq və onlardan zəruri
olanını icra etməyə imkan verir.
2.
+Shift+i, (i=1, 2,...) düymələr qrupu Tapşırıqlar paneli üzərində müvafiq sıra nömrəli
proqramın yeni pəncərəsini açır. Mausun təkərciyini Tapşırıqlar panelindəki müvafiq işarə
üzərində basmaqla da proqramın yeni pəncərəsini açmaq olar.
3.
+Alt+i, (i=1, 2, ...) düymələr qrupu Tapşırıqlar paneli üzərində müvafiq sıra nömrəli
proqram üçün keçidlər siyahısını açır.
4.
+Ctrl+i, (i=1, 2,...) düymələr qrupu Tapşırıqlar paneli üzərində müvafiq sıra nömrəli
proqramın axırıncı aktiv pəncərəsini açır. Keçid siyahıları.
1. Pinned (Bərkidilmişlər-Закрепленные обекты). Bu qrupda istifadəçilər tərəfindən keçidlər
siyahısına bərkidilmiş sənədlər, veb-səhifələr və s. obyektlər yerləşir.
38
2. Recent (Axırıncı dəfə və ya tez-tez işlənən sənədlər-Последние или часто используе-
мые документы). Windows 7 sisteminin yeni imkanları nəzərə alınmadan yaradılmış proqramlar
üçün bu qrupa avtomatik olaraq həmin proqramlar vasitəsilə açılan sənədlər daxil edilir.
3. Proqramın idarəolunma əmrləri. Keçidlər siyahısının aşağısında bütün proqramlar üçün eyni
olan iki və ya üç əmr olur:
I. proqramın adı, əmr kimi icra olunduqda proqramın yeni pəncərəsi açılır;
II. Proqramın Tapşırıqlar paneli üzərində bərkidilməsi və ya panel üzərindən götürülməsi üçün
əmr;
III. Siyahıda bir və ya bir neçə açıq pəncərə olarsa, onda onların bağlanmsı üçün əmr. Nəzərə
almaq lazımdır ki, tapşırıqlar paneli üzərində ayrı-ayrı qovluqları və sənədləri bərkitmək mümkün
deyildir. Lakin zəruri qovluq və sənədi müvafiq şəkildə Windows bələdçisinin və uyğun
proqramın
keçidlər
siyahısında
bərkitmək
olar.
Keçidlər siyahısında əks olunmuş tez-tez işlənən istənilən sənədi bu siyahıda bərkitmək üçün onu
sadəcə olaraq mausla Tapşırıqlar paneli üzərinə daşımaq da olar. Bu zaman sənədin açılmasında
susmaya görə hansı proqramdan istifadə olunursa, bu sənəd həmin proqramın keçidlər siyahısına
bərkidilir. Eyni zamanda həmin proqram Tapşırıqlar paneli üzərində bərkidilmiş deyilsə, onda
avtomatik olaraq bərkidilir. Tapşırıqlar paneli üzərində əlavə panellər yerləşdirmək olar. Bunun
üçün Tpşırıqlar panelinin kontekst menyusunu açmaq və Toolbars (Panellər – Панели) alt
menyusundan zəruri paneli seçmək lazımdır. Pəncərələrin idarə olunması üçün Tapşırıqlar
panelinin kontekst menyusunda əks olunan uyğun əmrlərdən istifadə etmək olar. Yəni Cascade
windows (Pilləvari pəncərələr-Окна каскадом), Show windows stacked (Pəncərələr üfqi əks
olunsun - Отображать окна стопкой), Show windows side by side (Pəncərələr yanbayan əks
olunsun - Отображать окна рядом) əmrləri vasitəsilə İş stolunda əks olunmuş bütün pəncərələri
göstərilən qaydalardan biri ilə yerləşdirmək olar. Bu əmrlərdən istənilən biri tətbiq edildikdən
sonra pəncərələrin əvvəlki yerləşmə vəziyyətini bərpa etmək olar.
2.5.Windows Explorer proqramı
Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri
kateqoriyasına aiddir. WE kompüterin fayl strukturu üzrə naviqasiyası və xidməti üçün, yəni fayl
və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır.
Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə,
işçi masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının
dəyişdirilməsi, silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa
düşülür. Bu işlərin səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan
asılıdır. Belə texnologiyalara nümunə kimi Windows Explorer proqramını göstərmək olar.
WE proqramını çağırmaq üçün:
1. Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows
Explorer).
2. Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).
3. Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).
4. İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.
39
WE proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki paneldən: sol
(qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir.
Bələdçi pəncərəsinin sol paneli qovluqların ağac şəkilli strukturundan (qovluqlar panelindən)
ibarətdir. Sol paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə
“-“ işarəsi olur. “+” işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə
bu qovluğun açıq olmasını göstərir.
WE pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu açmaq üçün
mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki
panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.Bildiyimiz kimi
fayl və qovluqlarla iş, o cümlədən onların yaradılması, adının dəyişdirlməsi, kopiyalanması,
yerdəyişmə, ləğv edilməsi və.s. əməliyyatlar istifadəcilər ücün ən mühüm əməliyyatlardır.
Bələdci proqramının əsas funksiyası fayl və qovluqların idarə olunmasından ibarətdir.
Qovluqların yaradılması
1. İstənilən qovluq qeyd edilir → Файл (Fayl) → Создать (New) → Папку (Folder).
2. İstənilən qovluğun içərisində, boş sahədə → Kontekst menyu → Создать (New) → Папку
(Folder).
Fayılların yaradılması
1. İstənilən qovluq qeyd edilir → Файл (Fayl) → Создать (New) → və fayl obyektini
secmək lazımdır.
Yeni yaranan qovluq Новая папка (New folder) adı ilə göstərilir. Qovluğun adını dəyişmək
üçün: həmin qovluğun üzərində → Kontekst menyu → Переименовать → yeni ad yazılarkən
köhnə avtomatik silinir.
Qovluq və faylların yerdəyişməsi. Əsas menyudan istifadə edərək fayl obyektlərinin yerini
dəyişmək üçün aşağıdakı əməliyyatlar ardıcıl icra olunur.
1. Edit (Redaktə) menyusunun Cut (Kəsmək) əmri icra olunur.
Bələdcinin sol panelində fayl obyektini yerləşdirmk ücün nəzərdə tutulan qovluq və ya
disk seşilir.
2. Edit (Redaktə) menyusunun Paste (Yerləşdirmək) əmri icra olunur.
Bu əməliyyat kontekst menyusunun köməyilə aparıla da bilər.
Fayl və qovluqların kopiyalanması üçün aşağıdakı addımlar icra olunur.
1. Edit (Redaktə) menyusunun Copy (Kəsmək) əmri icra olunur.
Bələdcinin sol panelində fayl obyektini yerləşdirmk ücün nəzərdə tutulan qovluq və ya
disk seşilir.
2. Edit (Redaktə) menyusunun Paste (Yerləşdirmək) əmri icra olunur.
Bu əməliyyat kontekst menyusunun köməyilə aparıla da bilər.
Qovluq və ya faylı ləğv etmək üçün aşağıdakı addımlar ardıcıl icra olunur.
Ləğv olunmaq üçün nəzərdə tutulan fayl obyektləri seçilir.
Fayl(Fayl) menyusu açılır.
Delete (Ləğv etmək) əmri icra olunur.
Bu zaman açılmış dialoq pəncərəsində əks olunan suala Yes(Hə) cavabı
40
Mövzu 3.
Windows 7 sistemində proqramlar.
İdarəetmə paneli və sistemdə sazlama əməliyyatları. Qeydiyyat yazıları.
Xüsusi xidmət proqramları
Plan:
3.1.
Proqramların quraşdırılması və ləğvi.
3.2. Standart proqramlar.
3.3. İş stolunda mini proqramlar.
3.4. İdarəetmə paneli. İdarəetmə panelinin bəzi elementlərinin sazlama işlərində
tətbiqi.
3.5. Qeydiyyat yazısı haqqında ümumi məlumat. Qeydiyyat yazısının yaradılması və sazlanması.
3.1. Proqramların quraşdırılması və ləğvi.
Proqramların quraşdırılması. Kompüterdə yerinə yetirilən hər bir əməliyyat müəyyən
proqramın və ya proqramların icrası ilə mümkün olur. Məsələn, elektron məlumatı göndərmək
üçün elektron poçt proqramına müraciət edilməlidir, İnternet saytına daxil olmaq üçün brauzer
proqramlarından biri icra olunmalıdır, mətn tipli sənədlərlə işləmək üçün mətn redaktorundan
istifadə edilməlidir və s. Bu siyahını çox uzatmaq olar.
Proqramın internetdən kompüterə yüklənməsi onun kompüterə quraşdırılması demək
deyildir. Belə ki, proqramı internet şəbəkəsindən kompüterə yükləyərkən quraşdırıcı və köməkçi
fayllar sadəcə olaraq kompüterdəki qovluqlardan birinə kopyalanır. Lakin proqramdan istifadə
edə bilmək üçün onu kompüterə quraşdırmaq lazımdır. Proqramın quraşdırılması üçün quraşdırıcı
proqram faylı üzərində mausun sol düyməsi ikiqat basılır. Adətən belə faylın işarəsi üzərində
proqramın adı olur. Lakin quraşdırıcı proqram faylının standart adları da ola bilir : S etup.exe və
İnstall.exe. Hər iki halda faylın işarəsinə görə quraşdırıcı proqramı müəyyən etmək olur. Bəzən
isə quraşdırıcı proqram faylları üçün xüsusi işarələr yaradılmır və bu zaman onlar müəyyən
ümumiləşmiş işarələrlə verilir.
Quraşdırıcı proqramın icrası üçün müxtəlif üsullar var.
1.
Əgər proqram kompakt diskdən quraşdırılırsa, o halda həmin disk daşıyıcıya yerləşdirilən
kimi avtomatik olaraq oxunur. Bu zaman açılan pəncərədə quraşdırıcı proqramın icra olunma
variantı seçilir.
2.
Əgər bu və ya digər səbəbdən proqramın avtomatik quraşdırılmasına başlanmırsa,
Computer pəncərəsində həmin diskin işarəsi üzərində mausun sol düyməsi ikiqat basılır. Lakin
bu dəfə də bu proses baş tutmadıqda kompakt diskin məzmunu əks olunan pəncərə ekrana çıxır.
Bu halda S etup.exe və ya İnstall.exe üzərində mausun sol düyməsi ikiqat basılır və bununla da
quraşdırıcı proqram əl ilə icra olunur. Analoji qayda ilə quraşdırıcı proqramı bərk diskdə
saxlanılan qovluqdan da icra etmək olar.
3.
Adətən İnternetdən yüklənən proqram bir fayldan ibarət olur və onun üzərində mausun sol
düyməsi ikiqat basıldıqda quraşdırıcı proqram icra olunur. Yuxarıda deyildiyi kimi, bəzi hallarda
bu proqram faylı arxivdə yerləşir və onu quraşdırmazdan əvvəl arxivdən çıxarmaq lazımdır.
Proqramın quraşdırılması prosesi adətən bəzi zəruri məlumatlar və dialoq pəncərələrinin
ekrana çıxması ilə müşayiət olunur. O cümədən, quraşdırma prosesində ardıcıl olaraq
quraşdırılma dili soruşulur, proqramın köhnə variantının silinməsi (əgər varsa) təklif olunur,
lisenziya razılaşmasının təsdiq edilməsi təklif edilir. Həmçinin sistem tərəfindən bəzi hallarda
41
(quraşdırılan proqram bir neçə komponentdən ibarət olarsa) proqramın bütün komponentləri
ilə tam şəkildə və ya yalnız ən zəruri (minimal) komponentlərin quraşdırılması soruşulur. Bütün
hallarda müvafiq cavablar daxil edilir və dialoq pəncərəsində Next (Davam) düyməsi vasitəsilə
proses davam etdirilir.
Bir qayda olaraq quraşdırılan proqramın bütün faylları susmaya görə bərk diskdə yerləşən
Proqram Files (Proqram Faylları) qovluğunda yerləşdirilir. Lakin zərurət yaranarsa bu məqsədlə
başqa qovluq seçmək olar.
Bəzi hallarda quraşdırılan proqramın etiketinin İş stolunda, yoxsa Baş menyuda və ya
Tapşırıqlar paneli üzərindəki bərkidilmiş elementlər siyahısında yerləşdirilməsi üçün seçim
etməyi quraşdırıcı proqram istifadəçinin özünə təklif edir.
Bütün tələb olunan quraşdırma parametrləri verildikdən sonra bilavasitə quraşdırılma
mərhələsinə keçmək üçün Next (Davam) düyməsi basılır. Nəticədə Click Install to begin the
Dostları ilə paylaş: |