II
. Tətbiqi proqram (sistem) pəncərəsi. Əvvəlki versiyalarda olduğu kimi Windows 7
sistemində də müxtəlif təyinatlı tətbiqi proqramlardan istifadə edilir. Həmçinin bu proqramlar bir-
birindən fərqli fayllarla işləyirlər.
Bütün bunlarla yanaşı proqram pəncərəsinin bəzi elementləri qovluq pəncərəsində
təkrarlanır.
Tətbiqi sistem pəncərəsində proqramın idarəetmə elementləri və müxtəlif əməliyyatlar
aparmaq üçün zəruri alətlər, həmçinin müvafiq sənəd əks olunur.
III
. Dialoq pəncərəsi. Windows sistemində dialoq pəncərələri çox geniş istifadə edilir.
Dialoq pəncərələri əməliyyat sistemi ilə, eləcə də proqramlarla iş zamanı displey ekranında bütün
digər pəncərələrin üstundə açılır. Adətən bu pəncərələrdə proqramın icrası prosesində tələb
olunan parametrlərin və ya rejimlərin seçilməsi, proqramların icrası ilə bağlı müəyyən məlumatın
verilməsi, yerinə yetirilən əməliyyatın təsdiqlənməsi ilə bağlı istifadəçiyə ünvanlanmış sorğular
olur.
Dialoq pəncərəsinin ölçüsünü dəyişmək və ya onu minimum kiçiltmək, yaxud maksimum
böyütmək olmaz, yəni onları yalnız bağlamaq olar. Belə pəncərələr sorğuya cavab verilən kimi
avtomatik olaraq və ya məcburi qaydada pəncərənin yuxarı sağ küncündəki xüsusi düymə ilə
bağlanır.
Kontekst menyular
Windows sistemində hansı obyektlə bağlı hansı əməliyyatların mümkün olduğunu bilmək
üçün xüsusi bir anlayışdan- kontekst menyudan istifadə edilir. Kontekst menyu Windows
sisteminin istənilən obyekti üzərində, həmçinin İş stolunun və ya pəncərənin istənilən yerində
mausun sağ düyməsi basılarkən ekrana çıxan menyuya deyilir. Menyunun adından (kontekst)
göründüyü kimi onun məzmunu hansı obyekt üzərində mausun sağ düyməsinin basılmasından
asılıdır. Kontekst menyuda obyektlə bağlı icrası mümkün olan əmrlər siyahısı əks olunur.
Məsələn, qovluq işarəsi üzərində mausun sağ düyməsi basıldıqda açılan kontekst menyuda
qovluqla bağlı əməliyyatların icrası üçün nəzərdə tutulan əmrlər siyahısı əks olunur. Eləcə də
mətn faylının piktoqramı üzərində mausun sağ düyməsi basıldıqda bu faylla bağlı mümkün
əməliyyatların icrası üçün nəzərdə tutulan əmrlər faylı ekrana çıxır.
Open (Açmaq) – proqramların icrası, fayllar və qovluqların açılması üçündür, mausun sağ
düyməsinin ikiqat basılmasına ekvivalentdir;
Cut (Kəsmək) – obyektin yerini dəyişmək və ya mətnin bir hissəsini sənədin bir yerindən
başqa yerinə daşımaq üçün istifadə edilir. Yəni bu əmr vasitəsilə seçilmiş obyekt (fayl, qovluq,
piktoqram, etiket, mətnin seçilmiş bir hissəsi və s.) müvəqqəti olaraq buferə yerləşdirilir;
Copy (Kopyalamaq) – obyektin bir yerdən başqa yerə kopyalanması üçündür və əvvəlki
əmrə oxşar şəkildə icra olunur. Belə ki, obyektin özü yox, kopyası buferə yerləşdirilir, yəni
seçilmiş obyekt öz əvvəlki yerindən silinmir;
Paste (Yerləşdirmək) – Cut (Kəsmək) və Copy (Kopyalamaq) əmrlərinə əks olan əmrdir.
Yəni bu əmr obyekti buferdən bizə lazım olan yerə yerləşdirir;
Delete (Ləğv etmək) – lazımsız obyekti ləğv etmək (səbətə göndərmək) üçündür;
Create Shortcut (Etiket yaratmaq) – obyektin etiketini yaradır;
Rename (Yeni ad vermək) – obyektin adını dəyişmək üçündür;
Properties (Xüsusiyyətlər) – obyekt haqqında bir sıra lazımlı məlumatlar verir: tipi,
yaranma tarixi, ölçüsü, yerləşdiyi yer və s. Bu əmrin daha bir mühüm funksiyası da ondan
ibarətdir ki, seçilmiş obyektə öz xüsusiyyətlərini dəyişmək imkanı verir. Məsələn, İş stolunda
yerləşən Computer (Mənim Kompüterim) işarəsi üzərində mausun sağ düyməsi basıldıqda
30
açılan müvafiq kontekst menyudan Properties (Xüsusiyyətlər) əmri seçilərkən sistemin
müxtəlif parametrlərinə və sazlanmasına girişi təmin edən pəncərə ekrana çıxır.
Kontekst menyu müxtəlif üsullarla açılır:
Obyekt üzərində və ya pəncərənin istənilən yerində mausun sağ düyməsi basılır;
Klaviaturadan düymələr qrupu basılır;
Klaviaturadan düyməsi –
basılır.
Fayl sistemləri
Adətən fayllar saxlanılarkən diskdəki boş yerlərə ayrı-ayrı fraqmentlər şəklində yazılır.
Bunun da nəticəsində fayllar diskin bütöv bir sahəsində deyil, bir-biri ilə əlaqəsi olmayan
tamamilə müxtəlif yaddaş hissələrində yerləşə bilər. Bu o deməkdir ki, yaddaşda saxlanılan
sənədlər və eləcə də sistemdə quraşdırılan proqramlar verilənlərin klaster strukturu ilə diskə
yazılaraq saxlanılır. İş ondadır ki, istifadə olunan disk oblastı əvvəlcədən hər biri yalnız müəyyən
olunmuş həcmdə informasiya saxlaya bilən nömrələnmiş kiçik (minimum 512 bayt) hissələrə
bölünür. Bu əməliyyata diskin formatlaşdırılması deyilir. Həmin kiçik hissələr isə xanalar -
klasterlər adlanır.
Klasterlər bir və ya bir neçə sektordan ibarət ola bilər. Buna müvafiq olaraq hər bir fayl
yaddaşa yazılma prosesində bütöv klasterlərdə yerləşməklə çoxlu sayda fraqmentlərə (hissələrə)
bölünür. Eyni zamanda hər bir klasterdə həm də faylın davamının harada yerləşdiyini bildirən
xüsusi köməkçi məlumat saxlanılır. Bununla yanaşı hər hansı proqramın yüklənməsi və ya
sənədin oxunması prosesində həmin hissələr toplanaraq bütövləşdirilir və operativ yaddaşa
verilir.
Beləliklə, disklərdə faylların adları ilə yanaşı, həm də onların saxlanma ünvanları olur.
Kompüter faylın diskdəki adı və ünvanından istifadə edərək onu tapır və orada saxlanılan
verilənləri oxuyur.
Fayl sistemi formatlaşdırma anlayışı ilə bağlıdır. Belə ki, fayl sistemi disklərin
formatlaşdırılması prosesində yaradılır. Yuxarıda qeyd edildiyi kimi bərk
disk formatlaşdırılarkən
klasterlər adlanan nömrələnmiş kiçik hissələrə bölünür. Hər bir klaster isə müəyyən disk oblastını
tutur. Fayllar diskə “bir klasterdə bir fayl” prinsipi ilə yazılaraq saxlanılır. Ona görə də faylın
ölçüsü klasterin ölçüsündən kiçik olduqda həmin fayl klasterin yalnız müəyyən hissəsini tutur və
qalan yaddaş hissəsi istifadəsiz qalır. Lakin faylın həcmi klasterin həcmindən böyük olduqda
həmin faylın qalan hissəsi boş olan qonşu klasterə yerləşdirilir və s. Bu qayda ilə diskə yazılan
fayl hissələrə bölünərək bir neçə klasterdə yerləşdirilir.
Windows əməliyyat sistemi adətən bir neçə fayl sistemi ilə işləyir: FAT16, FAT32 və
NTFS.
FAT16 fayl sistemi. FAT fayl sistemi əməliyyat sistemində istifadə olunan ilk fayl
sistemidir. Bu fayl sistemi yaradılarkən kiçik həcmli disklər və fayllar, həmçinin sadə strukturlu
kataloqlarla işləmək üçün nəzərdə tutulmuşdur. Burada FAT yazılışı Faylların Yerləşmə
Cədvəli (File Allocation Table -
Таблица Размещения Файлов) mənasını verir. Faylların
ünvanı diskin başlanğıc (sıfırıncı) cığırında yazılıb saxlanılan həmin FAT adlı xüsusi cədvəldə
saxlanılır. Bu cədvəldə faylın ünvanı iki baytlıq ədəd şəklində göstərilir, yəni ünvanın yazılışı
üçün cəmisi 16 bit yaddaş sahəsi ayrılır. Ona görə də faylların yerləşmə cədvəli çox vaxt FAT16
şəklində yazılır və buna 16 mərtəbəli fayl sistemi də deyirlər.
FAT16 fayl sistemi maksimum 4 Qb
həcmi olan disklərdə və həm də ən çoxu 2Qb həcmi
olan fayllarla işləyə bilir. Yəni FAT16 fayl sisteminin tətbiq olunduğu disklərin həcmi 4095
Mbayt-ı aşmır. Hazırda FAT16 fayl sistemi yalnız fləş - yaddaş tipli mobil daşıyıcılarda və
kompakt disklərdə istifadə edilir.
31
FAT32 fayl sistemi. İnformasiya daşıyıcılarında saxlanılan verilənlərin həcminin
artması, həmçinin texnologiyanın inkişafı və 4Qb-dan böyük həcmli disklərin buraxılması ilə
əlaqədar olaraq FAT16 fayl sisteminin təkmilləşdirilmiş yeni versiyası olan 32 mərtəbəli FAT32
fayl sistemi yaradıldı. Əməliyyat sisteminin Windows 95 OSR2-dən sonrakı bütün versiyalarında
FAT32 fayl sistemindən istifadə edilmişdir.
NTFS (New Technology File System – Yeni Texnologiya Fayl sistemi - Файловая
Система Новой Технологии) fayl sistemi. Bu fayl sistemi Microsoft Windows NT ailəsindən
olan əməliyyat sistemləri üçün nəzərdə tutulmuş standart fayl sistemidir. NTFS fayl sistemi
indiyə qədər Windows NT, Windows 2000, Windows Vista sistemlərində istifadə edilmiş və
hazırda Windows XP və Windows 7 əməliyyat sistemləri ilə işləyən bütün müasir kompüterlərdə
əsas fayl sistemi kimi tətbiq edilir. NTFS fayl sisteminin bir sıra üstünlükləri var:
Bərk disklə bağlı problemlər yaranan hallarda informasiyanın daha yaxşı bərpa olunmasını
təmin edir;
Fayllarla bağlı standart əməliyyatların (oxumaq, yazmaq, axtarış, yerini dəyişmək və s.)
daha sürətlə aparılmasını təmin edir;
Çox böyük həcmli bərk disklərdə informasiyanı daha effektli və qənaətlə yerləşdirir;
Təhlükəsizliklə bağlı fayllara giriş əməliyyatını məhdudlaşdırmağa imkan verir;
Heç bir əlavə proqramdan istifadə etmədən faylları sıxlaşdıraraq saxlamağa imkan verir;
Faylların şifrələnərək mühafizə olunmasına imkan verir.
2.3. Interfeys yeniliklərinin qısa xülasəsi. Windows 7 AERO və
pəncərələrin idarə olunması.
İlk dəfə Windows Vista sistemində tamamilə yeni bir tərtibat stili olan Windows Aero1
stilindən istifadə edilmişdir. Lakin Windows Vista əməliyyat sistemi tənqidlərə məruz
qaldığından İş stolunun və pəncərələrin sürətli və gözəl tərtibat stili olan Windows Aero stili
Windows 7 sistemində ciddi şəkildə yeniləşmiş və həmçinin bu sistemə pəncərələrlə bağlı işlərin
rahat idarə olunması üçün yeni Aero Shake, Aero Peek, Aero Snap funksiyaları əlavə edilmişdir.
Nəhayət, interfeys yenilikləri ilə bağlı qeyd etmək lazımdır ki, Windows 7 sistemində
Tapşırıqlar panelinin özü əsaslı sürətdə yeniləşmişdir. Onun üzərində artıq sürətli icra paneli
(Quick Lunch) yoxdur. Proqramların Tapşırıqlar paneli üzərindəki düymələri tamamilə yeni
görkəmdə əks olunur və onların yerini panel üzərində istənilən qaydada dəyişmək olar.
Windows Aero və pəncərələrin idarə olunması Windows Aero yuxarıda qeyd edildiyi kimi
əslində Windows 7 əməliyyat sisteminə aid yenilik deyil. Çünki bu interfeys ilk dəfə Windows
Vista sistemində tətbiq edilmişdir. Belə ki, ilk dəfə Windows Vista sistemində İnterfeys
elementlərinin əks olunması üçün müasir videoadapterlərin imkanlarından istifadə olunması
yüksək keyfiyyətli vizual effektlərə malik olan Windows Aero tərtibat stili yaratmağa imkan
verdi. Windows 7 sistemində isə İş stolu və pəncərələrin sürətli və gözəl tərtibat stili olan
Windows Aero yenidən işlənərək daha da təkmilləşdirildi və əlavə olaraq yeni stillər də yarandı:
Aero Shake, Aero Peek, Aero Snap.
Beləliklə, Aero funksiyası Windows 7 sisteminə pəncərələrlə daha rahat işləmək üçün daxil
edilmişdir.
Aero Shake funksiyası. “ Shake” sözü Azərbaycan dilinə tərcümədə “Silkələnmə” mənasını
verir. Bu funksiyanı icra etmək üçün sadəcə olaraq açıq pəncərəni İş stolunda silkələmək
lazımdır.
32
Təyinatı: yalnız bir pəncərəni açıq saxlamaq.
Aero Shake funksiyasının köməyilə açıq pəncərələr ekrandan yığışdırılır. Belə ki, Aero
Shake mausun hərəkəti ilə bütün aktiv olmayan pəncərələri yığışdırmaq (bükmək) və ya onları
bərpa etməyə imkan verir. Əgər İş stolunda çoxlu sayda açıq pəncərələr varsa, o halda çox sürətlə
onlardan yalnız birini (bizə lazım olanı) açıq saxlamaq olar. Bunun üçün bizə lazım olan
pəncərənin başlıq sətri üzərində mausun sol düyməsini basılı vəziyyətdə saxlayaraq onu bir nöqtə
ətrafında sola-sağa və ya yuxarı-aşağı bir neçə dəfə sürətlə hərəkət etdirmək (silkələmək)
lazımdır. Bu zaman bütün qalan pəncərələr ekrandan yox olur və Tapşırıqlar paneli üzərində
minimum kiçilir, silkələnən pəncərə isə açıq qalır. Əgər bu pəncərə üzərində həmin əməliyyatı
təkrar etsək, o halda bütün pəncərələr bərpa olunaraq öz əvvəlki vəziyyətinə qayıdacaq.
Aero Peek funksiyası.
“Peek” sözü Azərbaycan dilinə tərcümədə “Sürətli baxış, cəld bxış” mənasını verir. Bu
funksiya İş stolunu örtən pəncərələri bağlamadan İş stolunun məzmununa baxmağa imkan verir.
Bu funksiyadan istifadə edərkən ekranda əks olunan bütün pəncərələr şəffaf olur (yoxa çıxır) və
onların yalnız konturları qalır. Beləliklə, Aero Peek funksiyasından istifadə edərək İş stoluna
baxmaq üçün mausun göstəricisini Tapşırıqlar panelinin sağ sərhəddindəki düzbucaqlı şəklində
olan Show desktop (İş stolunu göstər) üzərinə gətirmək kifayətdir. Bu halda bütün pəncərələr
yoxa çıxır (tamamilə şəffaf olur), onların düyməsi yerində şüşə panel effekti yaranır və nəticədə
İş stolu görünür. Mausun göstəricisini həmin düymə üzərindən çəkən kimi pəncərələr yenidən
ekranda görünür. Bu proses Aero Peek effekti adlanır. Həmin düymə basıldlqda bütün pəncərələr
ekrandan yox olur, təkrar basıldıqda isə ekranda bərpa olunur. Bu əməliyyat klaviaturanın
+D
düymələr qrupu ilə də yerinə yetirilə bilər. Aero Peek funksiyası həmçinin pəncərəni açmadan
ona baxmağa imkan verir. Yəni bu funksiya açıq proqram pəncərələrinin eskizlərinə Tapşırıqlar
paneli üzərində baxmağa və onların birindən digərinə keçməyə imkan verir. Eskizlərə baxarkən
Aero Peek funksiyası seçilmiş pəncərəni təbii ölçülərində göstərir, bütün qalan pəncərələr isə bu
halda şəffaf olur.
Qeyd etmək lazımdır ki, mausun göstəricisi eskiz üzərinə gətirilərkən aşağıdakı
əməliyyatlar icra edilə bilər:
1. eskiz üzərində mausun düyməsini basmaqla seçilmiş pəncərəyə keçmək olar;
2. eskiz üzərindən mausun göstəricisini çəkməklə ilkin pəncərəyə qayıtmaq olar;
3. bir neçə eyni tipli sənəd pəncərəsi açıqdırsa, o halda mausun göstəricisini eskizlər
üzərində sürüşdürməklə bu sənədlərin hər birinin pəncərəsinə baxmaq olar;
4. başqa proqram pəncərəsinə keçid üçün mausun göstəricisi Tapşırıqlar paneli üzərinə
qaytarılır və növbəti düymə üzərinə sürüşdürülür.
Aero Snap funksiyası.
“Snap” sözünün Azərbaycan dilinə tərcümələri arasında ən münasib variant “Tutmaq,
yapışmaq” sözüdür. Mənası isə ondan ibarətdir ki, mausla sürüşdürülən pəncərə ekranın
sərhəddindən yapışaraq öz ölçüsünü və yerini dəyişir. Təyinatı:pəncərələrin İş stolunda
nizamlanması. Aero Snap funksiyasının meydana gəlməsindən sonra mausun bir hərəkəti ilə
33
seçilmiş pəncərəni nizamlamaq mümkün olur və sistem avtomatik olaraq pəncərənin ölçülərini
dəyişir.
Aero Snap funksiyası vasitəsilə pəncərəni ekranın sağ və ya sol sərhədlərindən birinə qədər
dartaraq onun yerini dəyişmək olar, bu halda həmin pəncərə İş stolunun tən yarısını tutur. Bu isə
xüsusilə iki sənədin müqayisəsi zamanı, iki pəncərə arasında faylların yerdəyişməsi zamanı
faydalı ola bilər.
Aero Snap funksiyası vasitəsilə həm də pəncərəni ani olaraq bütün ekran boyu açmaq olur.
Bunun üçün maus vasitəsilə pəncərəni ekranın yuxarı sərhəddinə sürüşdürmək lazımdır.
Pəncərəni əvvəlki vəziyyətinə qaytarmaq üçün isə başlıq sətri üzərində mausun sol düyməsini
basılı vəziyyətdə saxlayaraq onu sərhəddən əks istiqamətdə (mərkəzə doğru) sürüşdürmək
(ayırmaq) kifayətdir.Həmçinin bu funksiya pəncərəni sağ və sol sərhəddə bağlamadan, vertikal
dartıb uzatmağa imkan verir.
Pəncərələrin idarə olunması üçün yuxarıda göstərilən əməliyyatları klaviaturanın
düymələrindən istifadə etməklə yerinə yetirmək olar. Bunun üçün aşağıdakı düymələr qrupları
nəzərdə tutulur:
+ – aktiv pəncərə ekranın sol yarısını tutur və ya ekranın sağ yarısını tutan pəncərə
əvvəlki vəziyyətini alır;
+ – aktiv pəncərə ekranın sağ yarısını tutur və ya ekranın sol yarısını tutan pəncərə
əvvəlki vəziyyətini alır;
+ – aktiv pəncərə bütün ekran boyu açılır;
+ – bütün ekran boyu açılmış (və ya vertikal dartılıb üzadılmış) pəncərə əvvəlki ölçüsünə
qayıdır; əgər pəncərə bütöv ekran boyda açıq deyisə, o halda Tapşırıqlar paneli üzərində
minimum kiçilir;
+Home – aktiv pəncərədən başqa bütün pəncərələr Tapşırıqlar paneli üzərində minimum
kiçilir və ya bərpa edilir;
+Shift + – aktiv pəncərə vertikal dartılıb uzadılır. Pəncərələrə keçid effektləri. Windows
7 sistemində pəncərələrin pilləvari vərəqlənmə effektindən də istifadə edilir. Bu effekt
çoxsaylı açıq pəncərələrin məzmununu kiçik eskizlər şəklində ekrana çıxarır və onlara
ilkin baxışı təmin etməklə bu pəncərələrin birindən digərinə rahat şəkildə keçməyə imkan
verir. Pəncərələrin birindən digərinə keçmək üçün
+Tab düymələr qrupundan istifadə edilir. Bu halda İş stolunda bütün pəncərələrin
üçölçülü eskizləri əks olunur
Bu zaman və Tab düymələrinin basılı, pəncərələrin pilləvari vərəqlənmə effekti -
+Tab saxlanması davamlı olarsa, eskizlər pilləvari vərəqlənəcəklər. Lazım olan eskiz tapılan
kimi (ön planda görünən kimi) düyməsi buraxılır. Bununla da həmin eskiz ekran müstəvisinə
keçir və açılaraq aktiv pəncərəyə çevrilir. Başqa pəncərəni seçmək üçün mausun təkərciyini
hərəkət etdirmək, ardıcıl olaraq Tab düyməsini və ya lazım olan pəncərə üzərində mausun sol
düyməsini basmaq olar. Pəncərə eskizlərinin pilləvari vərəqlənməsi rejiminə Ctrl+
+Tab
düymələr kombinasiyası ilə də keçmək olar. Bu halda düyməsini basılı vəziyyətdə saxlamağa
ehtiyac qalmır və vərəqləmə əməliyyatı üçün kursorun idarəedici düymələrindən, pəncərəni
seçmək üçün Enter düyməsindən istifadə etmək olar. Windows sisteminin əvvəlki versiyalarında
Alt+Tab düymələr qrupu vasitəsilə açıq pəncərələrin birindən digərinə keçməklə idarə olunması
lmkanı var. Lakin əvvəlki versiyalardan fərqli olaraq Windows Vista və Windows 7
sistemlərində Alt+Tab düymələr qrupu basılarkən bütün açıq elementlər siyahısı piktoqramlar
şəklində yox, kiçik pəncərə eskizləri şəklində əks olunur. Odur ki, açıqpəncərələri vərəqləmək və
34
lazım olanını seçmək üçün Alt düyməsini basılı vəziyyətdə tutaraq, lazım olan pəncərə
görünənə qədər Tab düyməsini basılı saxlamaqda davam etmək lazımdır. Belə ki, eskizlərin
vərəqlənməsi prosesində lazım olan pəncərə tapılan kimi (ön planda görünən kimi) onun açılmış
aktiv pəncərəyə çevrilməsi üçün Alt düyməsi buraxılır.
2.4. Iş stolu və onun sazlanması . Baş menyu və sazlanması.
Tapşırıqlar paneli və sazlanması.
Kompüter işə salınan kimi Windows 7 sisteminin İş stolu (Desktop) ekranda əks olunur. Elə
bu məkandan da kompüterin və eləcə də bütün proqramların işi idarə olunur. Adi yazı masasına
çox oxşayan (vertikal vəziyyətdə olsa da) və gözəl şəkillərlə bəzədilmiş bu “elektron stolun”
səthində bir qayda olaraq qovluqlar, sənədlər, proqramlar və s. obyektlər yerləşir.
Stolunun fonu, pəncərənin rəngi, mausun göstəricisi, müxtəlif sistem hadisələrini müşayiət
edən səslər və s. Bunların hər biri ayrı-ayrılıqda şəxsi istəyə uygun olaraq dəyişdirilə bilər.
Tərtibat stillərindən istənilən birinin dəyişmək üçün müvafiq işarə (və ya link) üzərində
mausun sol düyməsini basmaq və açılan dialoq pəncərəsindən istifadə etmək olar. Windows 7
sisteminin tərtibat temaları Personalize (Fərdiləşdirmə - Персонализация) pəncərəsində əks
olunan üç qrupa bölünür
My Theme (Mənim temalarım - Мои темы);
· Aero Themes (Aero temalar - Темы Aero); Fərdiləşdirmə pəncərəsi. Tərtibat stillərini
dəyişmək üçün əmrlər.
Basic and High Contrast Themes (Baza (Sadələşmiş) və yüksək kontrastlı temalar - Базовые
(упрощенные) темы и темы с высокой контраст-ностью). Bu qruplara ayrı-ayrılıqda baxaq.
Mənim temalarım. Bunlar bilavasitə istifadəçinin şəxsi yaradıcılığının nəticəsidir. Belə ki, bu
qrupa istifadəçi tərəfindən yaradılmış, dəyişdirilmiş (sazlanmış), saxlanmış və ya yüklənmiş
temalar daxildir. Bu qrupdan müəyyən bir tema seçilən kimi bütün Windows Aero stillərinin
vizual effektləri işə düşür. Windows 7 sisteminin temalarında İş stolu üçün nəzərdə tutulmuş
yüksək keyfiyyətli rəsmlər var və hər hansı tema seçildikdə müəyyən zaman intervalında bu tema
daxilindəki rəsmlər avtomatik olaraq bir-birini əvəz edəcək. Sadələşmiş və ya baza temaları. Bu
temalar sistemin bütün bəzək elementlərini kölgələr, yarımşəffaf səthlər və s.) yığışdırır və ona
ciddi lakonik bir görkəm verir. Nəzərə almaq lazımdır ki, Sadələşmiş (Baza) temlar və yüksək
kontrastlı temalar qrupu daxilində Klassik temalar da yer alır. Bu temalar seçilərkən pəncərələr və
digər interfeys elementləri Windows sisteminin əvvəlki versiyalarındakı stillər kimi görünür. Belə
ki, klasik tema daha çox Windows 2000 sisteminin interfeysini xatırladır, lakin bu halda da Baş
menyunun elementləri iki sütunda əks olunur. Hər bir temanın məzmunu aşağıdakılardan
ibarətdir:
· İş stolunun fon rəsmi – İş stolunda yerləşmiş bir və ya bir neçə şəkil;
· ekran qoruyucusu – hərəkət edən təsvir (müəyyən zaman müddətində kompüter işlək
vəziyyətdə, lakin istifadəsiz qaldıqda, yəni istifadəçi maus və ya klaviatura ilə heç bir əməliyyat
yerinə yetirmirsə ekranda görünür);
· pəncərələrin rəngi – pəncərələrin sərhədlərinin, Baş menyunun və Tapşırıqlar panelinin rəngi;
35
· səs sxemi – müvafiq əməliyyat hadisələri zamanı avtomatik olaraq səslənən səs faylları
yığını, (məs. əməliyyat sisteminin yüklənməsi bir səslə müşayət olunur, elektron məktub daxil
olarkən başqa bir səs eşidirik, kompüterdə işin başa çatdırılması digər bir səslə müşayət olunur və
s.).
Dostları ilə paylaş: |