Kommunikasiya. Kommunikasiya iki və daha çox insanlar
arasında informasiya mübadiləsi prosesidir. İnsanların vacib
fərqləndirici xüsusiyyətlərindən biri mücərrəd (abstrakt) fikirləri ifadə
etmək bacarığıdır. Bu,
insanların şəxsi əlaqələrinin nə qədər dəqiq və səmimi olması,
onlar arasında möhkəm əlaqələrin mövcudluğu ilə bağlıdır.
Cədvəl 3 İdarəetmənin Şərq və Qərb modelləri Qərb modeli Şərq modeli 1. Qərarlar fərdi qaydada qəbul olunur1.Qərarlar yekdillik əsasında kollektiv
tərəfindən qəbul edilir.
2. Cavabdehlik fərdidir.
2. Cavabdehlik kollektivindir.
3. İdarə quruluşu ciddi forma daşıyır. 3. İdarə quruluşu qeyri-standart və
çevikdir.
4. Nəzarət ciddi rejimdə aparılır.
4. Nəzarət qeyri formal xarakterdədir
5. Rəhbərin fərdi nəzarəti vardır.
5. Kollektiv nəzarət vardır.
6. Əməyin nəticəsi ani qiymətləndirilir
və vəzifə pillələri sürətlə keçilir.
6. Əməyin nəticəsi tədricən qiymət-
ləndirilir və vəzifə pillələri tədricən keçilir
7. Rəhbərin başlıca keyfiyyəti
təşəbbüs -karlıq və professionallıqdır
7. Rəhbərin başlıca keyfiyyəti fəaliyyət-
ləri əlaqələndirmək və nəzarətdir.
8. İdarəetmədə fərdi şəxsiyyətə
üstünlük verilir.
8. İdarəetmədə qrupa üstünlük verilir.
78
9. İdarəetmənin nəticəsi fərdi
nəticələrlə qiymətləndirilir.
9 İdarəetmə nəticəsi kollektivin müntəzəm
sabit işinə və nəticələrə görə
qiymətləndirilir.
10. Tabeçilikdə olanlarla formal
münasi- bətlər var.
10. Tabeçilikdə olanlarla qeyri-formal
münasibətlər var.
11. İş yerində xidməti yüksəliş fərdi
nəticə lərlə əldə edilir.
11. Xidməti yüksəliş yaşa görə və iş stajına
görə əldə edilir.
12. Rəhbərlər məhdud ixtisaslar üzrə
hazırlanırlar.
12. Rəhbərlər universal tipli hazırlanırlar.
13. Əmək haqqı fərdi nəticəyə görə
ödənilir.
13. Əmək haqqı qrupun nəticələrinə görə
və iş stajına görə ödənilir.
14. İşlə təminat qısa müddət üçün,
müqavilə əsasında nəzərdə tutulur.
14. İşlə təminat uzun müddət üçün nəzərd
tutulur.
Müəssisə insanlar arasındakı struktur tipli əlaqələrin
qurulmasından ibarət olduğu üçün, onun effektiv fəaliyyəti
kommunikasiyanın keyfiyyətindən asılıdır. Aydındır ki, insanlar
arasında kommunikasiya dəqiq olmazsa, onlar ümumi məqsədə
çatmaq üçün bir qərara gələ bilməzlər. Kommunikasiya prosesində
informasiya təkcə düşünülmüş qərarların qəbul edilməsi üçün yox,
həm də onların yerinə yetirilməsi üçün ötürülür. Əgər rəhbər öz
qərarlarının əsasını tabeçiliyində olanlara çatdıra bilirsə, bu onların
müvəffəqiyyətlə yerinə yetirilməsi ehtimalını artırır. Təşkilatın
işçiləri yaxşı gördükləri işə görə hansı mükafatın veriləcəyini
bilmirlərsə, onlar ruhlanmayacaqlar və işi yaxşı görməyəcəklər.
Kommunikasiya nəzarət aparılmasında da, yardımçı funksiya kimi
çox vacibdir.
79
Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox,
həmçinin müəssisənin bölmələri arasında, digər müssisələrlə, bazarla,