AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə40/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   36   37   38   39   40   41   42   43   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Kommunikasiya. Kommunikasiya iki və daha çox insanlar 
arasında  informasiya  mübadiləsi  prosesidir.  İnsanların  vacib 
fərqləndirici xüsusiyyətlərindən biri mücərrəd (abstrakt) fikirləri ifadə 
etmək bacarığıdır.  Bu,    
insanların şəxsi əlaqələrinin nə qədər dəqiq və səmimi olması, 
onlar arasında möhkəm əlaqələrin mövcudluğu ilə bağlıdır.  
Cədvəl 3 
İdarəetmənin Şərq və Qərb modelləri 
Qərb modeli 
Şərq modeli 
1. Qərarlar fərdi qaydada qəbul olunur1.Qərarlar yekdillik əsasında kollektiv    
tərəfindən qəbul edilir. 
2. Cavabdehlik fərdidir. 
2. Cavabdehlik kollektivindir. 
3. İdarə quruluşu ciddi forma daşıyır. 3. İdarə quruluşu qeyri-standart və 
çevikdir. 
4. Nəzarət ciddi rejimdə aparılır. 
4. Nəzarət qeyri formal xarakterdədir 
5. Rəhbərin fərdi nəzarəti vardır. 
5. Kollektiv nəzarət vardır. 
6. Əməyin nəticəsi ani qiymətləndirilir
və vəzifə pillələri sürətlə keçilir. 
6. Əməyin nəticəsi tədricən qiymət- 
ləndirilir və vəzifə pillələri tədricən keçilir
7. Rəhbərin başlıca keyfiyyəti 
təşəbbüs -karlıq və  professionallıqdır
7. Rəhbərin başlıca keyfiyyəti fəaliyyət- 
ləri əlaqələndirmək və nəzarətdir. 
8. İdarəetmədə fərdi şəxsiyyətə 
üstünlük verilir. 
8. İdarəetmədə qrupa üstünlük verilir. 


78
 
 
 
9. İdarəetmənin nəticəsi fərdi 
nəticələrlə qiymətləndirilir. 
9 İdarəetmə nəticəsi kollektivin müntəzəm
sabit işinə və nəticələrə görə 
qiymətləndirilir. 
10. Tabeçilikdə olanlarla formal 
münasi- bətlər var. 
10. Tabeçilikdə olanlarla qeyri-formal 
münasibətlər var. 
11. İş yerində xidməti yüksəliş fərdi 
nəticə lərlə əldə edilir. 
11. Xidməti yüksəliş yaşa görə və iş stajına
görə əldə edilir. 
12. Rəhbərlər məhdud ixtisaslar üzrə
hazırlanırlar. 
12. Rəhbərlər universal tipli hazırlanırlar.
13. Əmək haqqı fərdi nəticəyə görə 
ödənilir. 
13. Əmək haqqı qrupun nəticələrinə  görə
və iş stajına görə ödənilir. 
14. İşlə təminat qısa müddət üçün, 
müqavilə əsasında nəzərdə tutulur. 
14. İşlə təminat uzun müddət üçün nəzərd
tutulur. 
 
Müəssisə  insanlar  arasındakı   struktur   tipli   əlaqələrin  
qurulmasından  ibarət  olduğu  üçün,  onun effektiv fəaliyyəti 
kommunikasiyanın keyfiyyətindən asılıdır.  Aydındır  ki,  insanlar 
arasında kommunikasiya dəqiq olmazsa, onlar ümumi məqsədə 
çatmaq üçün bir qərara gələ bilməzlər. Kommunikasiya prosesində 
informasiya təkcə düşünülmüş qərarların qəbul edilməsi üçün yox, 
həm də onların yerinə yetirilməsi üçün ötürülür. Əgər rəhbər öz 
qərarlarının əsasını tabeçiliyində olanlara çatdıra bilirsə, bu onların 
müvəffəqiyyətlə  yerinə  yetirilməsi ehtimalını artırır.  Təşkilatın 
işçiləri yaxşı gördükləri işə görə hansı mükafatın veriləcəyini 
bilmirlərsə, onlar ruhlanmayacaqlar və işi yaxşı görməyəcəklər. 
Kommunikasiya nəzarət aparılmasında da, yardımçı funksiya kimi  
çox vacibdir.  


79
 
 
 
Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox, 
həmçinin müəssisənin bölmələri arasında, digər müssisələrlə, bazarla, 
Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin