64
- öz elmi biliyini və səriştəsini artırmaq;
-öz imkanlarını məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə
yönəltmək;
- rəqabətə dözümlülüyü
təmin etmək;
- xarici bazara çıxmağı bacarmaq və s.
Menecer - mülkiyyətçiyə görə muzdlu işçidir və ondan əmək
haqqı alır, işçilərə görə isə, mülkiyyətçinin səlahiyyətli
nümayəndəsidir və rəhbər işçi kimi onun maraqlarının ifadəçisidir.
Menecerlərin həyata keçirdikləri idarəetmə prosesinin izahından
əvvəl,
idarəetmə nədir - sualına qısaca cavab verək.
Bəzi alimlərin
fikrinə görə, idarəetmə - prinsiplərin, funksiyaların, metodların və
üslubların bilavasitə həyata keçirilməsidir. Digər baxımdan isə
idarəetmə - adamları (işçi qüvvəsini) və əmək
vasitələrini elə
işlətməkdir ki, son məqsədə çatmaq mümkün olsun və ən az məsrəflə
ən çox gəlir əldə edilsin.
Özəl müəssisələr üçün yeganə məqsəd gəlir götürməkdir. Bu
baxımdan idarəetmə, gəlirin əldə olunmasına yönəldilən məqsədə
çatmağın yollarıdır və yaxud, qarşıya qoyulan məqsədə çatmağın
həlli mexanizmidir.
İdarəetmə prosesi - xammallardan hazır məhsul alınması üçün
texnoloji əməliyyatların təşkili və icrası ardıcıllığının məqsədyönlü
inkişaf etdirilməsidir.
İstehsal prosesi - kadrların köməyilə texnoloji əməliyyatların
icra ardıcıllığı və hazır məhsulun alınmasıdır.
İstehsal prosesini aşağıdakı xüsusiyyətlərə görə təsnifləşdirmək
olar:
-Texnoloji prosesin idarə olunması.
-Əməliyyat sisteminin idarə olunması.
-Maliyyə sisteminin idarə olunması.
-Qiymət və qiymətləndirmə sisteminin idarə olunması.
65
-Kadrların idarə olunması.
-Mühasibat uçotunun təşkili və nəzarət funksiyasının idarə
olunması.
-İnformasiya şəbəkəsinin qurulması.
-Təşkilatın strukturunun yaradılması.
-Bölüşdürmə və əlaqələndirmə sisteminin təşkili (logistika).
-Marketinq.
-Servis xidmətinin təşkili.
Texnoloji prosesə daxil olan zəruri elementlər: xammal, alətlər
və avadanlıqlar, enerji və su təchizatı, işçi qüvvəsi və s-dir.
İstehsal xarakterli müəssisələrdə idarəetmə prosesini 3
mərhələyə ayırmaq olar:
-1-ci mərhələdə istehsala qədərki dövrdə hazırlıq və təşkilati
işlər görülür;
-2-ci mərhələdə - istehsal prosesində, işçilərin və texnologiyanın
köməyi ilə xammaldan hazır məhsulun alınması təmin edilir;
-3-cü mərhələdə, hazır məhsulun satışı və satışdan sonrakı
xidmət (servis) yerinə yetirilir.
Bu
üç mərhələ birlikdə, əməliyyat sistemi adlanır. Menecerlər
adətən əməliyyat sistemini idarə edirlər.
Dostları ilə paylaş: