AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə37/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   33   34   35   36   37   38   39   40   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Səmərəli idarəetmə.  Keçən əsrin əvvəllərində, əslən alman olan 
iqtisadçı alim Harrinqton Emerson iqtisadiyyat elminə məhsuldarlıq 
anlayışını daxil etmişdir.  Məhsuldarlıq  bilavasitə  istehsal  və 
səmərəlilik ilə bağlıdır. İdarəetmə prosesində  əsasən səmərəlilik 
anlayışı daha çox işlədilir. Məhsuldarlıq o yerdə işlənir ki, fiziki 
reallıqdan söhbət getsin. İdarəetmənin keyfiyyəti və idarəetmənin 
müsbət nəticəsi yalnız görülmüş işin son nəticəsi ilə ölçülür. 
Səmərəlilik   və məhsuldarlıq dedikdə 2 xüsusi halı qeyd etmək 
vacibdir: 


66
 
 
 
1. Məhsul istehsalına çəkilən xərclər və götürülən gəlir 
müqayisəli şəkildə tutuşdurulur və əldə edilən gəlir  çəkilən xərcdən 
çox olduqda görülən iş səmərəli hesab olunur. 
2. Sərf edilən zəhmət müqabilində  əldə edilən son nəticə 
başlanğıcla müqayisə olunur. Əgər əldə  edilən son məhsulun həcmi 
(miqdarı) ilkin həcmdən (miqdardan) çoxdursa, demək məhsuldarlıq 
da vardır. 
İdarəetmənin səmərəli təşkili və aparılmasını  ölçmək üçün 
aşağıdakıları bilmək lazımdır: 
- idarə xərcləri nə qədərdir
- idarə işçilərinin maaşları nə qədərdir; 
- dəftərxana xərcləri nə qədərdir; 
- borclar nə qədərdir. 
İdarəetmənin ölçü meyarı - nəticədir. Nəticə müsbətdirsə, 
idarəetmə səmərəlidir və  əksinə - nəticə mənfidirsə, idarəetmə 
səmərəsizdir.  Səmərəli  fəaliyyət  səmərəli  nəticə  deməkdir. 
İdarəetmənin səmərəliliyi, ilk növbədə kollektivin sosial vəziyyətinin 
- durumunun inkişafı  səviyyəsi ilə ölçülə bilər. Sosial vəziyyət 
yaxşılaşırsa idarəetmə səmərli, pisləşirsə səmərəsiz hesab edilə bilər.  
Sosial duruma təsir edən amillər ilk növbədə: işçilərin əmək 
haqqının artımı, yaşayış və dolanışıq şəraitinin yaxşılaşması, maddi 
təminatın və mənəvi rahatlığın əldə olunmasıdır. Əks təsir göstərən 
amillərə misal olaraq, real işə mane olan əsas  səbəb kimi, inzibati 
idarəetmə təfəkküründən uzaqlaşa bilməməyi və «yuxarıdan» göstəriş 
gözləməyi demək olar. 
 İdarəetmənin səmərəli olması,  həm də, rəhbər vəzifə tutan 
şəxsin öz  fərdi keyfiyyətlərindən asılıdır. Rəhbərin öz müsbət şəxsi 
keyfiyyətləri (xüsusiyyətləri) ondadır ki, müasirliyi görməyi və tətbiq 
etməyi, köhnəliyi vaxtında aradan qaldırmağı bacarır, öz intellektual 
səviyyəsini, biliyini, səriştəsini artıra bilir. 


67
 
 
 
İdarəetmədə inzibatçılığın mənfi cəhəti odur ki, həddindən artıq 
bürokratik  münasibətlər  korrupsiyaya  yol  açır.  İdarəetmənin 
səmərəsini azaldan və yaxud ona mənfi təsir göstərən inzibati 
idarəetmə prinsiplərinin qorunub saxlanmasının əsas səbəbi də məhz  
korrupsiyadır. Özəlləşdirmə prosesinin sürətləndirilməsi, müəssisə və 
təşkilatların müstəqil fəaliyyəti və həmçinin dövlət qanunçuluğu ilə 
tənzimlənən optimal vergi və rüsum siyasəti   idarəetmənin 
səmərəliliyinə müsbət təsir göstərə bilər. 
Əməyin üfüqi və  şaquli bölüşdürülməsi. Təşkilatın ən zəruri 
amillərindən biri və başlıcası  əmək bölgüsüdür. Əmək bölgüsü 
olmadan strukturun və vəzifələrin yaradılması qeyri mümkündür. 
Doğrudan da, əgər məqsədə çatmaq üçün iki adam birgə işləyirsə, 
onlar işi öz aralarında bölüşdürməlidirlər. Daha çox işçi olduqda isə 
əmək bölgüsü bütün işçilər arasında qrupların yaradılması, strukturun 
təşkili və vəzifələrin müəyyən edilməsi yolu ilə  aparılmalıdır.  
Görüləcək hər hansı bir işin çoxlu sayda ixtisaslaşdırılmış 
hissələrə  bölünməsi,  icraçı  fəhlələrin  və  idarə  işçilərinin 
ixtisaslaşması və səriştələrinin artırılması yolu ilə  təşkilatın daha çox 
məhsul istehsal etməsinə və daha yüksək gəlir əldə etməsinə şərait və 
imkan yaradır. Bütün işin tərkib hissələrə bölünməsi, əslində əməyin 
üfüqi bölüşdürülməsidir. Təşkilatlarda əməyin üfüqi bölüşdürülməsi 
kifayət qədər dəqiq aparılmalıdır ki, təşkilatın funksiyalarını və 
fəaliyyətinin  məqsədini  dəqiq  əhatə  edə  bilsin.  İstehsal 
müəssisələrində  əməyin üfüqi bölüşdürülməsinin klassik nümunəsi - 
istehsal, marketinq və maliyyə funksiyalarının təşkilidir. 
Təşkilatın işi tərkib hissələrinə bölündüyü kimi, iyerarxiya 
səviyyələrinə görə də bölünür. Bu halda, ayrı-ayrı səviyyələrdəki 
qrupların işinin müvəffəqiyyətli olması üçün, onlar mütləq şaquli 
əlaqələndirilməlidir.  Əməyin   şaquli    bölüşdürülməsi,  idarəetmə 


68
 
 
 
fəaliyyətində səlahiyyət və cavabdehlik münasibətlərini müəyyən edir 
və eyni zamanda idarəetmə səviyyələrini və pillələrini yaradır.  
Həm şaquli,  həm üfüqi əlaqələrin qurulması idarəetmə 
şəbəkəsini təşkil edir ki, bu da idarəetmə prosesinin təşkili və icrası 
üçün zəruri amil hesab olunur. Yalnız belə olduqda idarəetmə prosesi 
uğurlu əlaqələndirilər və müsbət nəticələrlə yekunlaşa bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  9.  Müəssisənin yaşadılması və inkişafı 
Şəkildə:1.uşaqlıq; 2.gənclik; 3.yetkinlik; 4.qocalıq dövrləridir. 
Yuxarıda  verilmiş  (Şəkil  9)  sxemin  köməyilə  müəssisənin 
yaşadılması və inkişaf etdirilməsi texnologiyasını izah edək. 
İdarəetmə prosesinin təşkilində  ən ümdə məsələ müəssisəni 
yaşatmaqdır. Müəssisənin həyatını insan ömrünə bənzətmək olar. O 
da insan kimi doğulur (yaradılır), gəncləşir, yetkinləşir və nəhayət 


69
 
 
 
qocalaraq ölür (dağılır). Lakin qocalmış insanı ölümdən qurtarmaq 
mümkün olmadığı halda, “qocalmış”   müəssisəni dirçəltmək və 
yaşatmaq mümkündür və bu olduqca vacibdir. Əks halda, müəssisə 
dağılar, sahibkar müflis olar və yüzlərlə işçi işsiz qalar.  
Sxemə nəzər salsaq görərik ki, uşaqlıq və gənclik dövrlərini 
başa vurmuş müəssisə özünün yetkinlik dövründə müəyyən sabit 
gəlirlə (P1) işləyir və bir müddət müntəzəm qazanc əldə edə bilir. 
Lakin, qocalıq dövrü başlandıqda bu gəlir tədriclə azalaraq heçə enə 
bilər və müəssisə müflisləşib bağlana bilər. Belə halda ağıllı sahibkar 
(yaxud menecer), müflisləşməyə yol verməmək üçün, müəssisənin 
dirçəldilməsini təmin edə biləcək tədbirlər görməli və müəssisəni 
“ölümdən” (dağılmadan) xilas etməlidir. Bu zaman nəinki müəssisəni 
xilas etmək, hətta, əlavə gəlir götürmək barədə fikirləşmək lazımdır. 
Bu isə müxtəlif yolarla həyata keçirilə bilər: 
-  istehsal texnologiyasını dəyişməklə   məhsulun keyfiyyətini 
yüksəltmək;  
-köhnəlmiş avadanlıqları yeniləri ilə əvəz etmək (modernləşdirmək); 
- bazarın tələblərinə  cavab verən tamamilə yeni məhsulun istehsalına 
başlamaq; 
- digər sahələrə diversifikasiya etmək və s. 
Əgər belə tədbirlər görülərsə və digər mühüm amillər nəzərə 
alınarsa (kadrların peşəkarlıq  səviyyəsi,  xammalların keyfiyyəti, 
avadanlıqların məhsuldarlığı və s. yüksəldilərsə), sxemdə verilmiş 
ikinci dövr başlayar və myəssisə nəinki ölümdən qurtular, hətta P2 
gəlirlə işləyə bilər. Bu qayda ilə üçücü prosesi təşkil etməklə P3  
gəliri əldə etmək  olar. Beləliklə də gəlir artımını əks etdirən A, B, V 
nöqtələrini  birləşdirməklə  müəssisənin inkişaf dinamikasını – SS 
xəttini alırıq. Bu isə o deməkdir ki, müəssisənin yaşaması ilə yanaşı, 
onun gəlirinin dinamik artırılması da təmin edilmişdir.  


70
 
 
 
Burada bir vacib şərti də qeyd etmək lazımdır ki, daha yüksək 
qazanc əldə etmək üçün, bütün hallarda müəssisənin uşaqlıq, gənclik 
və qocalıq dövrlərini minimuma endirmək, yetkinlik dövrünü isə 
maksimuma çatdırmaq lazımdır. 
Əgər hər bir müəssisə bu qayda ilə özünün yaşamasını və 
dinamik inkişafını təmin edə bilərsə, bu həm də bütövlükdə 
cəmiyyətin inkişafı demək olar. Bu isə cəmiyyətin təbii inkişaf 
qanunauyğunluğu ilə üst-üstə düşdüyündən mütərəqqi  hal kimi 
qiymətləndirilə bilər. 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin