76
-Daim hərəkətdə olan, axın xarakterli, dəyişən informasiyanın
həcmi.
-İnformasiya sistemində kommunikasiya şəbəkəsinin buraxa
bilmə qabiliyyəti.
- İnformasiya sistemin operativ və dəqiq fəaliyyəti.
- İnformasiya işlərində əlaqələndirmə dərəcəsi.
İnformasiya sisteminin təşkili üzrə bu və ya digər xüsusiyyətləri
açıb
göstərən, mövcud olan bütün variantları müxtəlif
aspektlər üzrə
aşağıdakı kimi təsnif etmək olar:
1.
İdarəetmə səviyyələrinə görə - informasiya toplanması
dərəcəsini, mərkəzləşdirilən və qeyri-mərkəzləşdirilən sistem kimi
ayırmaq olar.
2.
Əhatə dairəsinə görə – informasiya sistemi lokal və
kompleks sistemlərə bölünür. Lokal sistem, məlumatları ayrı-ayrı
problem və ya idarəetmə funksiyaları üzrə istiqamətləndirir.
Kompleks sistem isə, idarəetmə prosesində bütün məlumatların
olmasını tələb edir.
3.
Təyinatına görə – istehsalat informasiya sistemi
və elmi-
texniki informasiya sistemləri fərqləndirilir.
4. M
ürəkkəblik dərəcəsinə görə - sadə və mürəkkəb
informasiya sistemləri ayrılırlar.
5.
İnformasiyanın işlənməsinin avtomatlaşdırılması və
mexanikləşdirilməsi səviyyəsinə görə - əl ilə işlənən,
mexanikləşdirilmiş və avtomatlaşdırılmış sistemlər mövcuddur.
İnformasiya sistemlərinin hazırlanması
və tətbiq edilməsinin ən
mühüm üstünlüklərindən biri, informasiyanın toplanması və
işlənməsində operativliyi təmin etməklə yanaşı, həm də çoxvariantlı
idarəetmə qərarlarının hazırlanması üçün imkan yaratmasıdır. Hər bir
menecer, bu sistemin köməyi ilə müxtəlif qərar variantlarından ən
əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir