AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə34/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   30   31   32   33   34   35   36   37   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
 
 
 
 
 
 
 
 
        
 
Şəkil 7. Başlıca xarici təsir amilləri 
 


58
 
 
 
2). Siyasi vəziyyət. Siyasi vəziyyətin sabit olması, həm daxili və 
həm də xarici   sahibkarlar üçün əminlik yaradır, onların 
fəaliyyətlərini xeyli gücləndirir və iqtisadi məqsədlər üçün sərmayə 
qoyuluşunu artırır, əks halda isə hər şey tərsinə olur və sərmayə 
qoyuluşu da aşağı düşür. Siyasi vəziyyətin qeyri – sabitliyi ölkədə 
qeyri – müəyyənlik və inamsızlıq mühüti yaratdığı üçün, iqtisadi 
fəaliyyətin bütün sahələrində risk amilini artırır və bu da tənəzzülü 
gücləndirir.  
3). Beynəlxalq vəziyyət. Beynəlxalq vəziyyətin sabitliyi nəinki 
dövlətlərarası münasibətləri, həmçinin firmalararası münasibətləri də 
xeyli canlandırır və beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə şərait 
yaradır. Beynəlxalq vəziyyətin qeyri-sabitliyi isə bütün bunlara əks 
təsir göstərir. Haradasa    müharibənin başlanması nəticəsində 
müxtəlif ölkələrin  firmaları müxtəlif cür tədbirlər görə bilərlər ki, 
bunun nəticəsi olaraq ya külli miqdarda xeyir götürsünlər, yaxud da 
hər şeylərini itirərək müflis olsunlar. 
4). Elmi - texniki tərəqqi.   Dünyanın müxtəlif ölkələrində 
yaradılan və tətbiq olunan ən yeni texnologiyanın yayılması və ayrı-
ayrı ölkələrdə istifadə edilməsi buraxılan məhsulun dünya standartları 
səviyyəsinə çatdırılmasına imkan yaradır. Əgər hər hansı bir ölkədə 
mövcud texnologiya dünya standartlarına cavab verə  bilmirsə, onda 
məhsulun  keyfiyyəti də  aşağı  olur  və  onun dünya  bazarına  
çıxarılması qeyri-mümkün olur. Texnologiyası güclü inkişaf etmiş 
ölkələrin firmaları  ilə müəyyən müqavilələr (kontraktlar) bağlayıb 
onların avadanlıqlarından istifadə etmək yolu ilə, elmi - texniki 
tərəqqi nailiyyətlərindən istifadə etməklə dünya standartlarına cavab 
verən məhsullar istesalına nail olmaq mümkündür. 
5). Sosial vəziyyət. Sosial vəziyyət bilavasitə dolanışıq və həyat 
səviyyəsi ilə bağlı olduğu üçün bu amili daha başlıca və daha zəruri 


59
 
 
 
hesab etmək olar. Bu halda davranış, milli və dini xüsusiyyətlər də  
nəzərə alınmalıdır. 
Qeyd olunan bu amillərlə yanaşı xarici mühitin mürəkkəblik, 
dəyişkənlik və qeyri-müəyyənlik xüsusiyyətləri də öz təsirini göstərir. 
Dolayı təsir amilləri çoxdur və onların hər biri haqqında ayrıca 
söz açmaq imkan xaricindədir. Bu amillər barədə yeri düşdükcə ayrı-
ayrı hallarda söz açılacaqdır. 
Bütün daxili və xarici faktorların, eləcə də bilavasitə və dolayısı 
təsir amillərinin iş prosesində nəzərə alınması menecer üçün olduqca 
vacibdir və yalnız bu halda təşkilatın səmərəli işləməsini təmin etmək 
olar. 
Hər bir müəssisədə həm daxili, həm də xarici təsir amilləri digər 
idarəetmə tədbirləri ilə vəhdət halında nəzərə alınmalıdır.  
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin