47
- səlahiyyətlərin aşağı idarəetmə səviyyələrindəki rəhbərlərə
verilməsi və s.
İşçilərə yüksək təsiretmə qabiliyyətinə malik olmaq üçün
intizamlı olmaq və səliqəli geyinmək də zəruridir. Son zamanlar
geyimin qiyməti əsas amilə çevrilmişdir. Geyim müəyyən maddi
vəziyyətin simvoluna və şəxsi firavanlığın göstəricisinə çevrilmişdir.
Menecerin etibar qazanmasına və onun işinin
nəticələrinə geyim və
xarici görünüşün təsir etməsi faktı Qərb menecmentinin təcrübəsində
dəfələrlə təsdiq edilmişdir.
Menecerlərin fəaliyyətlərində nitq qabiliyyətinin təsiri çox
böyük olur. Ən vacib məsələdən bəhs etsə də rabitəsiz, mızıltılı,
uzun-uzadı danışan adamlar dəqiq, inamlı və aydın danışanlara
nisbətən az əhəmiyyətli rəhbər kimi qəbul olunurlar. Yalnız özünə
inanan şəxs, fikirlərini sərbəst ifadə edir və başqalarının hüquqlarına
hörmət etməklə onları özünü dinləməyə məcbur edir. Nitqi aydın olan
rəhbərin işçiləri inandırmaq qabiliyyəti də yüksək olur.
Qətiyyətli və özünə inamlı olmaq da menecerə xas olan müsbət
keyfiyyət hesab olunur. Özünə inamlı rəhbərin qərar qəbul etməsi
nisbətən asan olur. Çünki, çətin problemlər müəyyən
edilərkən və
qərar qəbul edilərkən xarizmatik rəhbərin fikrinə üstünlük verilir.
Hər bir insan psixoloqların kommunikativ təcrübə adlandırdığı
vərdişlərə malikdir. Əgər menecer əlaqələndirmənin və ünsiyyətin
təşəbbüsçüsü kimi əsas rəhbərlik funksiyalarını yerinə yetirə
bilmirsə, deməli, onun peşəkar idarəetmə fəaliyyəti yararsızdır.
Müasir şəraitdə, istehsal münasibətlərində humanitar aspektlərin
artdığı dövrdə, rəhbər üçün əlaqələndirmə səriştəsi, onun peşəkar
idarəediciliyinin başlıca cəhəti kimi dəyərləndirilir.
Menecmentdə ünsiyyət bacarığı həm də stimullaşdırıcı
amillərdən biri kimi qəbul edilir. Ünsiyyət bacarığı hər hansı şəraitə
uyğunlaşmağa imkan verir. Rəhbər işçilər ünsiyyətin əlaqələndirici
48
tərəfinə lazımi əhəmiyyət vermədikdə görə çox şey itirirlər. Rəhbər
həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətlərinə nəzarət
etməli, davranış taktikası barədə düşünməli, son nəticəni
proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.
Rəhbər adamları özünə cəlb etmə qabiliyyətinə malik olmalıdır, o,
davranışı ilə özünə qarşı xoş münasibətlər, hörmət və etibar
qazanmalıdır.
Menecerin əsas vəzifələrindən biri təşkilatın yaşamasını təmin
etməkdir. Əgər bu vəzifə təmin olunarsa, onda istehsal, məhsuldarlıq,
səmərəlilik, satış və gəlir götürmək kimi problemlər həll olunmalıdır.
Görkəmli tədqiqatçı alim - sosioloq
Henri Minsberqə görə, hər
bir menecerin 10 əsas rolu vardır və o:
1. ali rəhbərdir; 2. liderdir; 3.
əlaqələndiricidir (koordinator); 4. informasiyanı qəbul edəndir; 5.
informasiyanı paylayandır; 6. nümayəndədir; 7. işgüzardır; 8.
xətaları aradan qaldırandır; 9. vəsaitləri bölüşdürəndir və 10.
danışıqlar aparandır.
Menecerlə işgüzar adamı mütləq fərqləndirmək lazımdır.
İşgüzar adam ilk növbədə sahibkardır, öz vəsaiti hesabına
risk edərək
iş quran adamdır. Menecer isə, sahibkara muzdla qulluq edən
idarəetmə mütəxəssisidir.
İdarəetmə ilə məşğul olan
hər bir menecer: kollektivi idarə
etmək; idarəetmə qərarları qəbul etmək; hər hansı bir münaqişəni
aradan qaldırmaq; istehsalı planlaşdırmaq və təşkil etmək; işçiləri
hazırlamaq; işgüzar danışıqlar aparmağı bacarmaq; obyektiv olmaq
və digər bu kimi qabiliyyətlərə malik olmalıdır.
Menecer üçün əsas keyfiyyətlərdən biri –
adamlarla işləməyi
bacarmaq, onları son nəticə əldə edilməsinə maraqlandırmaq, daimi
və müntəzəm müsbət iqtisadi nəticələr əldə edilməsini təmin
etməkdir.
49
Hələ eramızdan əvvəl Yunan filosofları hesab edirdilər ki, hər
bir rəhbər işçi əsasən aşağıdakı dörd xarakterik keyfiyyətə malik
olmalıdır:
- Müdriklik (
Nestor müdrikliyi); ədalətlilik (
Aqamemnon
ədaləti); hiyləgərlik (
Odissey hiyləgərliyi); cəsurluq (
Axilles
cəsurluğu).
XX əsrin əvvəllərindən başlayaraq və bu gün də müasir alimlər
hesab edirlər ki, menecer üçün aşağıdakı keyfiyyətlər zəruridir
:
- fiziki keyfiyyətlər - fəallıq; sağlamlıq; güclülük; enerjili olmaq.
-
şəxsi keyfiyyətlər - özünə inanmaq; qələbəyə cəhd etmək;
nüfuz sahibi olmaq; şəraitə uyğunlaşmaq.
-
intellektual keyfiyyətlər - ağıl; duyum; qavrama;
elmi bilik;
yaradıcı münasibət; dəqiq qərar qəbul etmək qabiliyyəti.
-
bacarıq keyfiyyətləri - əlaqə yaratmaq qabiliyyəti; asanlıqla
münasibət yaratmaq; işgüzar olmaq; diplomatik olmaq.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, hər
bir menecer aşağıdakıları bacarmalıdır:
1.İstehsalı planlaşdırmaq və təşkil etmək;
2.Düzgün və qeyri standart idarəetmə qərarları qəbul etmək;
3.Kollektivi müasir tələblər səviyyəsində idarə etmək (liderlik
etmək);
4.İşçilərlə mehriban münasibətdə olmaq və onlarla işgüzar
görüşlər
keçirmək;
5.İşçiləri yaradıcı əməyə ruhlandırmaq, onların uğurlarını
görmək və qiymətləndirmək;
6.Hər hansı bir münaqişəni aradan qaldırmaq;
7.Şəxsi münasibətindən asılı olmayaraq son dərəcə obyektiv
olmaq;
8.İşçiləri seçmək, fərqləndirmək və öyrətmək;
9.Tabe olmaq və ehtiramı gözləmək;
50
10. İşgüzar danışıqlar aparmaq;
11. Məhsulun satışını təşkil etmək;
12. Müəssisənin gəlir əldə etməsini təmin etmək və s.
Dostları ilə paylaş: