İnnovasiya xarakterli – yeni məhsul işləyib hazırlayan şöbə,
yeni ixtisaslaşdırılmış idarə orqanı, yeni riskli kiçik təşəbbüs qrupu,
bilavasitə inteqrasiya məsələlərilə məşğul olan fəaliyyət qrupu,
sərbəst təsərrüfat vahidi, yeni vençur bölmələri, inqubatorlar və s.
idarəetmə forması kimi olurlar. Eyni zamanda praktik olaraq - strateji
alyans (ittifaq), maliyyə, kontrakt (müqavilə), kollektiv, tərəfkeşlik və
s. təşkilati formalarda fəaliyyət göstərirlər.
Maliyyə xarakterli təşkilati formaya - françayzinq firmaları və
törəmə müəssisələr, tərəfdaş formaya isə tam və qarışıq yoldaşlıq,
məhdud məsuliyyətli və səhmdar tipli cəmiyyətlər aiddir.
Onların təsnifatını aşağıdakı kimi ümumiləşdirmək olar:
- innovasiya;
- maliyyə;
- müqavilə (kontrakt);
- kollektiv;
- tərəfdaşlıq (partnyorluq).
İdarəetmənin yuxarıda göstərilən firmadaxili təşkilati formaları
və növləri, bütünlükdə müəssisəyə iki qarşılıqlı dinamik xarakterli
sistemin tərkib hissəsi olan «planlaşdırılmış davranış» və «sərbəst
strateji davranış»ın formalaşmasına şərait yaradır. Birincisi,
38
müəssisənin idarə quruluşunun və strateji planlaşdırma sisteminin
formal təşkilini təmin edir, ikincisi isə formal qəbul edilmiş strateji
xəttdən çıxaraq, daha geniş fəaliyyət dairəsinə və təşəbbüskarlığa
şərait yaradır. Həmin firmadaxili təşkilati formaların diqqəti cəlb
edən üstünlüyü ondadır ki, onlar əsaslı xərc tələb etmədən
müəssisələrin mövcud istehsal - təsərrüfat şəraitində yaradılırlar.
Lakin, onların geniş tətbiqinə mane olan başlıca səbəb, bütün
innovasiya layihələrində olduğu kimi, müvafiq hüquqi bazanın
olmaması və ya zəif olmasıdır.
Menecmentin forma və metodlarına həsr edilmiş iqtisadi
ədəbiyyatlarda inteqrasiya ilə bilavasitə məşğul olan fəaliyyət
qurumunun yaradılmasına üstünlük verilir. Belə ki, bu idarəetmə
formasında strateji əhəmiyətli yeniliklər əsas istehsalla sıx əlaqədə
olur, müəssisənin iqtisadi cəhətdən inkişafına şərait yaradır. Odur ki,
müəssisənin mövcud idarəetmə sistemi çərçivəsində yaradılan
«birbaşa inteqrasiya» forması ali rəhbərliyin nəzarəti altında
yaradılaraq, müəssisənin konstruktor - texnoloji, istehsalın idarə
edilməsi və s. idarə orqanları ilə sıx əlaqədə fəaliyyət göstərir.
Göstərilən firmadaxili idarə forması ilə yanaşı, rəqabət
qabiliyyətli məhsul istehsal edən müəssisələrdə (firmalarda), yeni
məhsul işləyib hazırlayan və ya təsərrüfat fəaliyyətinin inkişaf
istiqaməti ilə məşğul olan, böyük strateji əhəmiyyətə malik, əsas
istehsalla yenilik baxımından bilavasitə təmasda olan idarə orqanları
da yaradılır. Belə orqanlar adətən, sahibkar xarakterli layihələrin
həyata keçirilməsi üçün yaradılır. «Yeni ixtisaslaşdırılmış» idarə
orqanı isə “yenilik xarakterli” olsa da, strateji əhəmiyyətə malikdir
və o, əsas istehsalla az əlaqədə olur. Güclü inzibati nəzarət, həmin
orqanın yalnız strateji vəzifələrini yerinə yetirməyə müvəffəq olur.
Həmin orqanlar uzun müddət səmərəli işlədikdə, müəssisənin sərbəst
istehsal vahidi statusunu alaraq fəaliyyət göstərə bilır.
|