“Riskli kiçik təşəbbüs qrupu” dəqiq müəyyən edilmiş strateji
əhəmiyyətli yeniliklər işləyib hazırlayır və əsas istehsalla sıx əlaqədə
olur. Onlar istehsalat bölmələrinin tərkibində yaradılır və “ikinci
dərəcəli” yenilik işləyib hazırlayırlar. Əvvəlki idarə orqanından fərqli
olaraq, burada inzibati nəzarət zəifdir və təşəbbüs qrupu böyük
sərbəstliyə malikdir. Lakin onların fəaliyyəti üçün ayrılan vəsaitə, bu
işin yerinə yetirilməsi müddətinə hədd qoyulur. Eyni zamanda, həmin
qrup müəssisələr digər elmi – texniki laboratoriyalarla, informasiya
bazası ilə, təcrübə – sınaq sahəsi və s. ilə sıx əlaqədə işləyir və öz
işlərinin nəticələri haqqında texnoloqlara operativ məlumatlar təqdim
edirlər.
Menecmentin digər firmadaxili təşkilati formaları haqqında
(sahə iqtisadçılarının əsərlərində) kifayət qədər izahat verildiyindən,
onların təfsilatından yan keçməyə üstünlük veririk. Lakin, firmadaxili
idarəçilikdə yalnız həmin formalarla kifayətlənmək düzgün olmazdı.
Odur ki, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin və
firmaların müasir rəqabət qabiliyyətliliyini, onların firmalararası
əlaqələrini, elmi - tədqiqat potensialından istifadə etmək imkanlarını
nəzərə almamaq mümkün deyildir.
Deməli, müasir şəraitdə innovasiya meyilli birgə fəaliyyətin
yaranmasına daha çox ehtiyac vardır. Bu baxımdan, daha çox
yayılmış idarəetmə forması “françayzinq”dir. Bazarın tam
formalaşmadığı və istehsal edilən məhsulların nisbətən aşağı
keyfiyyətdə olduğu, erqonomik tələbatlara zəif cavab verdiyi şəraitdə
“françayzinq“ formasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu
formaya görə müəssisə öz məhsulunu sərbəst fəaliyyət göstərən
ticarətçilərə verir, onlar müəyyən ərazidə həmin məhsulları satdıqdan
sonra istehsalçıya pulunu ödəyirlər. Deməli, “françayzinq“ satışın
genişlənməsinə maksimum şərait yaradır, tələbatın dəyişilməsini
operativ hiss edir və bazar sisteminə daxil olmağa şərait yaradır. Eyni
40
zamanda, bu forma çərçivəsində müəssisə öz “ticarət markası”nı yeni
bazarda yayır, satış obyektlərini genişləndirir, məhsulların satışı və
xidmətlərin göstərilməsi üzrə xərcləri azaldır. Çox zaman göstərilən
forma “konsaltinq” və yaxud “injinirinq” sazişləri ilə tamamlanır.
Bazar iqtisadiyyatlı ölkələrdə geniş yayılmış idarəetmə
formalarından biri də “strateji alyans”lar - ittifaqlardır. Sonuncu,
adətən iki və ya üç firmanın (kompaniyanın) uzun müddətli istehsal
və bazar fəaliyyətlərinin əlaqələndirilməsidir (koordinasiyasıdır).
Strateji alyanslar, birgə müəssisələrdən fərqli olaraq, müxtəlif sənaye
sahələrinin müəssisələrini cəmləşdirirlər. Onun strateji məqsədi,
alyansa daxil edilən bir müəssisənin məhsulunun digəri tərəfindən
alınmasını stimullaşdırır. Digər tərəfdən alyans, müəssisələrin
istehsalat, satış, elmi–tədqiqat, konstruktor–texnoloji fəaliyyətlərini
birləşdirərək, xərcləri tarazlı bölüşdürür və o zaman bu və ya digər
sahədə qüvvətli tərəfdaşdan istifadə edir. Beləliklə, alyansa daxil olan
müəssisələr müflisləşmə təhlükəsindən qorunmuş olurlar.
Son illər bazar iqtisadiyyatlı ölkələrdə firmadaxili idarəçilik
formaları içərisində “inqubator”lara üstünlük verilir. Təəsüf ki, bu
təcrübə MDB iqtisadi məkanında, o cümlədən, bizim ölkəmizdə
tətbiq edilmir. Xarici ölkələrin iqtisadçı alimlərinin əsərlərində əsasən
inqubatorların bir təyinatından (funksiyalarından) onların köməyilə
yüksək ixtisaslı idarəetmə və mühəndis kadrlarının hazırlanmasından
söz açılır, halbuki, həmin təşkilati formanın daha geniş potensial
imkanları mövcuddur. Belə ki, inqubatorlar özünün fəaliyyət
dairəsində iştirakçılara səhvlər və risklər üzrə eyni hüquq verir,
mühəndis-texniki işçilərin bazar münasibətlərinin tələblərinə uyğun
hazırlanmasına və kollektivə rəhbərlik etmək bacarığının
formalaşmasına şərait yaradır.
İnqubatorların həmin fəaliyyəti ilə yanaşı, “vençur” kapitalı
tətbiq edilən yerdə, yeni texnologiyanın, qeyri-mərkəzləşdirilmiş
41
istehsal bölmələrinin təşkilində, yeni metodların - menecmentin
innovasiya və strateji planlaşdırılma sahəsində yeni üsulunun
tətbiqinə şərait yaradır.
Bütün göstərilən hallarda müəssisənin istehsal proqramının
yerinə yetirilməsinə xələl gətirən mənfi təsir edilmir.
Dostları ilə paylaş: |