36
onların nəzarəti altında fəaliyyət göstərən müəssisələrə xarici
müəssisələr deyilir. İki və daha çox ölkənin kapitalları əsasında
yaradılan
müəssisələr qarışıq (müştərək) müəssisələr adlanır.
Buraxılan məhsulun iqtisadi təyinatına görə – bütün
müəssisələr iki əsas qrupa bölünür:
istehsal vasitələri istehsal edən
müəssisələr və
istehlak vasitələri (əmtəələri) istehsal edən
müəssisələr.
İstehsal etdikləri xammal və materialın xarakterinə görə
hasiledici və
emaledici müəssisələr fərqləndirilir.
Miqyasına görə müəssisələr üç cür:
iri, orta və kiçik olurlar.
Son illərə kimi Azərbaycanda bütün müəssisələrin təqribən 60-70%-
ni iri və orta müəssisələr təşkil edirdi. Hazırda isə onların sayı xeyli
azalmış və bütün müəssisələrin təxminən 55 – 60%-ni kiçik və
müştərək müəssisələr təşkil edir.
Dostları ilə paylaş: