Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır:
Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin
ümumi pay mülkiyyətində olan müəssisələrdir. Fərdi müəssisə
vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan
müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ
müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə
yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının
qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
Kollektiv müəssisələr (Müəssisə birlikləri)– həmin birliyin
tərkibinə daxil edilmiş müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi,
hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər
orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər
müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə
əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər.
Birlik, təsisçilərin təstiq etdikləri Nizamnamə əsasında fəaliyyət
göstərir.
Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər:
Şərikli (tam ortaqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs
tərəfindən müqavilə əsasında təsis edilir.
Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə
görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
Payçı (komandit ortaqlar) müəssisə – azı bir şərik və bir payçı
tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi
şəxs ola bilər.
Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və
yaxud hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamədə müəyyən
edilmiş həcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən
müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq
Nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.