AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   17   18   19   20   21   22   23   24   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Səhmdar cəmiyyəti  – təsərrüfat fəaliyyətini həyata keçirmək 
məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə fondlaşdıran 
fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan 
müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs 
tərəfindən təsis edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin 
öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində 
məsuliyyət  daşıyırlar.  Səhmdar  cəmiyyəti səhmdarların əmlak 
öhtəliklərinə görə məsuliyyət daşıyır. 
Trest  – ayrı-ayrı sahibkarların öz mülkiyyətlərini birləşdirərək 
ümumi birgə müəssisə yaratmalarıdır. Məqsəd - əldə edilmiş gəlirdən 
qoyulmuş səhm payına görə  dividend (mənfəətdən düşən pay) 
götürməkdir. 
Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti 
qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır. 
Konsern adətən, müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət 
firmalarını,  bankları, nəqliyyat    və maliyyə kompaniyalarını 
birləşdirir. Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi geniş 
yayılmışdır. 
Kartel  -  konkret  bir  sahədə  fəaliyyət  göstərən və öz 
müstəqilliyini saxlayan müəssisələrin birliyidir. Məqsəd isə ümumi 
istehsal payının və satış bazarının bölüşdürülməsi, əmtəələrin və 
xidmətlərin  qiymətlərində  ümumi  razılıq  əsasında  rəqabət 
yaratmamaqdır. 
Sindikat -  müstəqil istehsal fəaliyyəti göstərən müəssisələrin 
əldə etdikləri hazır məhsulları satmaq üçün yaratdıqları birlikdir. 
Burada məqsəd - hazır məhsulun satışını bir əldə cəmləmək və qiymət 
rəqabəti yaratmamaqdır. 
Konsorsium – elmi, maliyyə, istehsal və innovasiya imkanlarını 
genişləndirmək və riskləri azaltmaq məqsədilə  investisiya tutumlu 
çox böyük layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan 


35
 
 
 
şirkətlərin müvəqqəti birliyidir. Adətən belə birliklər, layihə başa 
çatdıqdan sonra öz fəaliyyətlərini dayandırırlar.   

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin