AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə66/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   62   63   64   65   66   67   68   69   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

 
 
 
 
 
 
 
 
 
3.5. MENECMENTİN MARKETİNQ FUNKSİYASI 
 
Marketinq – idarəetmə funksiyası olmaqla bazarda tələb-təklif 
münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı 
aydınlaşdırmaq, istehsalın həyata keçirilməsini təmin etmək, hazır 
məhsulun satışını həyata keçirmək, son nəticə olaraq gəlir əldə 
edilməsinə və tələbatların ödənilməsinə yönəldilmiş fəaliyyətdir. 
Marketinq bir əməliyyat kimi istehsaldan qabaqkı proseslərdə (yəni 
xammalın  alınması,  avadanlıqların  əldə  edilməsi,  kadrların 
hazırlanması, enerji və su təchizatları və s.) və istehsaldan sonrakı 


130
 
 
 
mübadilə proseslərində  (satışın təşkili, reklam olunması, servis 
xidməti və s.) iştirak edir. Marketinqin əsas funksiyası tələb-təklif 
münasibətlərini araşdırmaqla yanaşı, real bazar üçün hansı məhsulun 
nə qədər və nə qiymətə çıxarılmasını təmin etmək  və həmçinin 
tələbata uyğun məhsul istehsalını təşkil etmək üçün tövsiyyələr 
verməkdir. Marketinq bazar iqtisadiyyatı şəraitində həm qiymət, həm 
də rəqabətə dözümlülükdə keyfiyyətin təmin olunmasına xidmət edir. 
Marketinq xidməti, istehsaldan əvvəl və istehsaldan sonrakı bütün 
amilləri nəzərə almaqla, eyni zamanda təbii mühit və sosial mühit 
amillərini də mütləq nəzərə almalıdır. 
Marketinqin başlıca fəaliyyət sahəsi bilavasitə bizneslə bağlıdır. 
Biznes – gəlir gətirən fəaliyyət növüdür. Bu həm istehsalla, həm də 
mübadilə ilə bağlı ola bilər.  Biznesin təşkilində  əsasən 4 tip 
sahibkarlıq tətbiq olunur: 
- İstehsal; Kommersiya; Maliyyə; Konsaltinq (məsləhət). 
Biznesin 5 əsas  funksiyasını fərqləndirmək olar:   İstehsal;  
Kadr; Texnologiya; Maliyyə; Marketinq. 
Marketinq  tədqiqatları  bazar  iqtisadiyyatlı  ölkələrdə 
müəssisənin idarə edilməsi prosesinin tərkib hissəsi və menecmentin 
funksiyası kimi, həmişə  diqqət mərkəzində olmalıdır.  
Marketinq  bazar  iqtisadiyyatı  şəraitində  «satış  fəaliyyəti» 
mənasını daşıdığından, onun idarə olunması müxtəlif bazarlarda 
arzulanan satış səviyyəsinin əldə edilməsi üçün lazım olan bir sıra 
vəzifələrin yerinə yetirilməsi kimi xarakterizə edilir. Deməli, 
marketinqin idarə olunması bütünlükdə tələbatın idarə olunmasıdır. 
Daha  geniş  mənada,  marketinqin  idarə  olunması, müəssisənin 
(firmanın, sahibkarın) müəyyən məqsədlərinə (yüksək mənfəət əldə 
edilməsinə, satış həcminin genişləndirilməsinə, daha çox bazar əldə 
saxlamaqla onların xüsusi çəkisini artırmaq) nail olmaq üçün 
məqsədli  alıcılarla  əlverişli  mübadilələrin  yaradılmasına  və 


131
 
 
 
mühafizəsinə yönəldilmiş tədbirlərin təhlili,  planlaşdırılması və 
həyata keçirilməsi üzərində nəzarət deməkdir. 
Marketinqin idarə olunması prosesi çoxşaxəli olmaqla özündə 
aşağıdakıları əks etdirir: 
· 
Bazarın imkanlarının təhlili (marketinqin tədqiqatları və 
informasiya sistemləri, marketinq mühiti, müəssisələrin bazarları və 
fərdi istehlakçıların bazarları); 
· 
Məqsədli bazarın seçilməsi (tələbatın həcminin ölçülməsi, 
bazarın seqmentləşdirilməsi,  məqsədli seqmentlərin seçilməsi və 
bazarda əmtəələrin mövqelərinin müəyyənləşdirilməsi); 
· 
Marketinq konsepsiyasının işlənib hazırlanması (əmtəələrin 
işlənib  hazırlanması,  onların qiymətlərinin  müəyyənləşdirilməsi, 
əmtəələrin  yayılması  metodları  və  onların  satışının 
stimullaşdırılması); 
· 
Marketinq  tədbirlərinin  həyata  keçirilməsi  (strategiya, 
planlaşdırma, icra  və nəzarət); 
Marketinq prosesinin mərhələləri aşağıdakı ardıcıllıqla həyata 
keçirilməlidir: 
-  tələbatların müəyyən edilməsi
-  müxtəlif təyinatlı informasiyaların toplanması; 
-  həmin informasiyaların dəqiqləşdirilməsi; 
-  qarşıya qoyulan məqsəd üzrə qərarların qəbul edilməsi; 
-  bazarlıqdan sonra qənaətlənmə və nəticələrin təhlili. 
Marketinq  strategiyasının  hazırlanması  mərhələlərinə 
aşağıdakılar aid edilir: 
a) bazarın tutumluğu; 
b) müəssisənin (firmanın) məqsədinin formalaşdırılması; 
c) marketinqin strategiyasının müəyyən edilməsi; 
ç) marketinq planının tərtib olunması; 


132
 
 
 
d)  marketinq  üzrə təşkilati-iqtisadi  və sosial xarakterli 
tədbirlərin həyata keçirilməsi (icrası); 
e) marketinq fəaliyyətinə nəzarət. 
  Sənaye müəssisələrində marketinqin idarə edilməsi aşağıdakı 
qaydada həyata keçirilir: 
1. 
Müəssisədə marketinq fəaliyyəti ilə məşğul olan idarə 
strukturunun yaradılması; 
2. 
Marketinq üzrə məramın və proqnozun müəyyənləşdirilməsi; 
3. 
Marketinq  proqramının  və  biznes-planların  işlənib 
hazırlanması və həyata keçirilməsi. 
Müəssisədə marketinq fəaliyyətinə rəhbərlik və o sahədə işləri 
əlaqələndirmək – kommersiya işləri (və ya marketinq) üzrə bölmə 
tərəfindən aparılır. Marketinqin idarəetmə problemlərinə həsr edilmiş 
ədəbiyyatlarla tanışlıq göstərir ki, əksər xarici firmalarda marketinq 
xidməti üzrə funksional idarə strukturundan istifadə edilir. Onun 
prinsipial sxemi şəkil 21-də verilmişdir.  
Lakin çoxçeşidli məhsul istehsal edən müəssisələrdə marketinq 
xidmətinin  tərkibində  21-ci  şəkildə   göstərilən  bölmələrlə  yanaşı, 
marketinqin planlaşdırılması;  yeni  məhsulların  mənimsənilməsi; 
keyfiyyətin təmin edilməsi; məhsul hərəkətinin idarə edilməsi və sair 
bölmələr də təşkil edilə bilər.  
 
 
 
 
 
 
 
 
 


133
 
 
 
 
Şəkil  21.  Müəssisədə marketinq xidmətinin funksional 
strukturu 
 
Bütünlükdə dünya təcrübəsində marketinqin idarə edilməsi 
prosesində çoxsəmtli təşkilati quruluşlardan istifadə edilir.  
     
Sənaye  müəssisələrində  marketinq  xidmətinin  dörd 
funksiyasını fərqləndirirlər: analitik, istehsalat, təchizat və nəzarət.  
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin