İlkin nəzarət ona görə belə adlanır ki, o faktiki olaraq planlar
hazırlanarkən- işlər başlayana qədər həyata keçirilir. İlkin nəzarət,
adətən müəyyən siyasət, üsul və qaydalar formasında həyata keçirilir
(standartlar hazırlanır, layihələr təsdiqlənir, norma və normativlər
müəyyənləşdirilir və s.). İlkin nəzarət, hər şeydən əvvəl əmək,
material və maliyyə ehtiyatlarının görüləcək işlərlə mütənasib olaraq
təşkil edilməsi imkanlarını dəqiqləşdirmək üçün tətbiq edilir.
Cari nəzarət artıq işlərin getdiyi müddətdə və adətən fəhlələrin
işinə rəislər tərəfindən nəzarət formasında həyata keçirilir. Cari
nəzarət həm texnoloji proseslərə, həm də işçi personala şamil edilir.