Kadr funksiyaları üzrə vəzifələri əsasən iki qrupa bölmək olar:
1. Rəhbər kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsi;
2. İcraçı kadrların (işçilərin) seçilməsi, hazırlanmasıvə
yerləşdirilməsi.
Hər iki qrupa daxil olan vəzifələr iqtisadi ədəbiyyatlarda geniş
şərh olunduqları üçün, bunlar barədə ətraflı izahat verməyə lüzum
görmürük.
Əmək və əməyin ödənilməsi funksiyaları aşağıdakı vəzifələri
həyata keçirir:
-Vəzifələri və vəzifə maaşlarını müəyyən edir;
-Əmək haqqı fondunu təşkil edər;
-Əməklə bağlı əsasnamələr və təlimatlar hazırlayır;
-Mükafatlandırma fondunu təşkil edir;
-Kadr məsələlərini həll edir;
-Əməyin ödənilməsi forma və sistemlərini təşkil edir;
-Əmək normativlərini müəyyən edir;
-Əmək müqavilələrinin bağlanmasını təşkil edir və s.