Səbki-hindi” üslubu haqqında Ədəbiyyatda , özəlliklə divan ədəbiyyatında hind tərzi, hind biçimi deməkdir. Türk ədəbiyyatında ədəbi bir axın olaraq meydana çıxmışdır. Hindistanda Baburlu hind-türk hökmdarlarının saraylarında farsca yazan ozanlar tərəfindən yaradılmışdır. Türk ədəbiyyatında XVII əsrdən başlayaraq təsirini göstərən şairlərdə bütün özəllikləri görülərkən bəzi şairlərə qismən təsir etmişdir. Səbki-Hindinin ədəbiyyata səs, qafyə və yeni söz-kəlmə tapmaq yönümündən təsirləri olmuşdur.
XVII əsr divan sənətkarlarından Nəfi, Naili, Neşati, Fahimi-Kadim, Kamil kimi ozanlar bu axından bəhrələnmişlər. Bu axının XVIII əsrdəki ən önəmli nümayəndəsi Divan ədəbiyyatının son və böyük şairi Şeyx Qalibdir.
Fahiz İz qeyd etmişdir ki, Səbki-hindi tapmacanı xatırladan qarışıq məzmun və deyimlər, xəyal oyunları, güclə başa düşülən, gözlənilmədən və alışılmamış bənzətmələrlə zəngin sintetik bir şeir dilidir. Bu özəlliklərlə yanaşı, Səbki-hindi şeir dili divan şeirinin qəliblərini qırmaq yerinə bu qəliblərlə oynamaq ustalığına yol açmışdır. Bir tərəfdən, bu, şeiri bütünlüklə zehni çalışmanın məhsuluna çevirir, ətraf mühitdən, yaşamdan qopararaq düşüncə ilə məhdudlaşdırırdı.