Ah minel aşkı və nalatihi



Yüklə 20,01 Kb.
səhifə1/2
tarix14.12.2023
ölçüsü20,01 Kb.
#180551
  1   2
Sheyx Qalib yaradiciligi


Şeyx Qalib
Qalib Mehmet Əsəd Dədə və ya qısa adı ilə Şeyx Qalib türk divan və təsəvvüf ədəbiyyatı şairidir. O, 1957-ci ildə İstanbulda doğulmuşdur. 9 iyun 1790-cı ildə Qalata Mövlanəxanasında Şeyx seçilmişdir. 1798-ci ildə vəfat edən Qalib Mehmet Əsəd Dədə Qalata Mövlanəxanasının həyətindəki türbədə dəfn edilmişdir.
Əsəd və Qalib təxəllüsləri ilə yazdığı şeirlərini toplayaraq 24 yaşında olarkən divanını 1780-ci ildə yaratmışdır. Simvolizm tərzində türk ədəbiyyatında ilk şair olmuş, bir çox kəşfi və yaratdığı məzmunlarla Divan ədəbiyyatının inkişafında böyük rol oynamasına baxmayaraq divan şeirinin ənənələrindən də qopmamışdır. Bu gün Şeyx Qalibin şeirləri göstərdiyi gözəl və mükəmməl simvolizm və təsvirlərlə xüsusilə Qərbdə çox bəyənilir və sevilir. Şeyx Qalibin əsərlərinin ən əhəmiyyətli istiqamətlərindən biri də təsəvvüf təməllərinə sahib olmasıdır. Ən məşhur beytlərindən biri:
Ah minel aşkı və nalatihi,
Ahraka kalbi bi-hararatihi-
yəni “Ah (ahlar olsun!) Eşqin əlindən və onun hallarından, hərarəti ilə qəlbimi yandırıb qovurdu”.
Şeyx Qalibin məşhur əsərləri içərisində Divanını, “Hüsni-Eşq”, “Şərhi-Cəzireyi-Məsnəvi”, “Əs-Söhbətüs-Səfiyyə”, “Zübdeyi-aləm”i göstərmək olar.
Zübdeyi-aləm”. “Zübdə” sözü “çəyirdək”, “öz” mənasında, “aləm “ – dünya, kainat mənasında işlədilir. Zübdeyi-aləm – kainatın özü mənasına gəlir. Təsəvvüf mənasında olan bu terminə görə insan kainatın özüdür, kainatda nə varsa eyni nisbətdə insanda da vardır. Bir başqa ifadə ilə insan kainatla bərabər qəbul edilir. Onsuz da kainatın varlıq səbəbi də insandır. Bu anlayışla əlaqədar ən diqqətəlayiq beyti Şeyx Qalibin müsəmməsidir (səkkizlik).
Hoşça bak zatina kim zübdeyi-aləmsin sen,
Merdümi-dideyi evkan olan ademsin sen.
Beytin qısa mənası belədir: “Özünə yaxşı bax ki, sən aləmin özünsən (aləmin özü sənsən). Sən varlığın gözünün bəbəyi olan adəmsən sən (adamsan, insansan).

Hüsni-eşq
“Hüsni-eşq” (Gözəllik və eşq) Şeyx Qalib tərəfindən yazılan məsnəvidir. 2101 beytdən ibarət əsərdir. Əruz vəzninin “məfailün-məfailün-faülün” qəlibi ilə qələmə alınmışdır. 1782-ci ildə 6 ay rəzində yazmışdır. Son dövr divan ədəbiyyatının ən önəmli nümunələrindən biri olması ilə bərabər təsəvvüf və simvolizmin xüsusiyyətlərini özündə ehtiva edərək ədəbiyyat və spiritualizm baxımından çox önəmli əsərdir. Əsərin qəhrəmanları gözəllik (hüsn) və gözəlliyə meylin nəticəsi olan eşqdir. Əsərin hər bir sətrində təsəvvüfün işarələrini tapmaq olar: insan , yer adlarından tutmuş bənzətmələrə qədər hind üslubu ilə qələmə almışdır.
Hüsni-eşq süjet baxımından Hüsn (Gözəllik) adlı qızla Eşq adlı bir oğlanın eşqindən bəhs edən təsəvvüf mövzusuna və təməlinə sahib məsnəvidir. Məsnəvidə bəhs edilən hekayə belədir:
Sevgioğulları adlı ərəb qəbiləsi vardır. Bir gecə bir qız, bir də oğlan doğulur. Oğlana Eşq, qısa isə Hüsn adı verilir. Onları bir-birinə nişanlayırlar. Təhsil zamanı gəlincə hər ikisini Ədəb məktəbinə göndərirlər. Onlara bu məktəbdə Molla Cünun dərs keçir. Bu zaman Hüsn Eşqı aşiq olur. Hər ikisi zaman-zaman gəzintiyə çıxır, söhbət edirlər. Bu gəzinti yerində Suhan adlı mehmandar (qonaq qarşılayan adam) vardır ki, o, hər şeyi bilən böyük bir şəxsiyyətdir. Lakin Heyrət adlı qüdrətli insan Hüsn ilə Eşqin görüşməyinə mane olur. Bir müddət Suhan vasitəsilə məktublaşırlar. Eşqin Cəhd adlı bir lələsi vardır və nəhayət, Eşqlə Cəhd Hüsnə elçi gedib qəbilə böyüklərindən qızı istəməsi qərarına gəlirlər. Qəbilənin böyükləri isə Eşqin bu arzusuna lağ edirlər və əgər Hüsnə qovuşmaq istəyirsə, Qəlb ölkəsinəgedib Kimyanı alıb gətirməsi gərəkdiyini söyləyirlər. Yolun çətin və qorxunc olduğunu da ona deyirlər. Belə ki, Eşq yolda div, cin və cadugərlərlə qarşılaşacaq, atəşdən bir dənizi keçmək məcburiyyətində qalacaqdır. Eşq ilə Cəhd Qəlb ölkəsinə yola düzəlirlər və başalarından çoxlu çətinliklər keçir. Hər çətinlikdən onları Suhan qurtarır. Sonu xoşbəxtliklə bitən hekayədə işin sonunda Eşqin Hüsnü özündən ayrı sanmasının onu səhv yollara salan şey olduğunu, əslində Eşqin Hüsn, Hüsnün isə Eşq olduğu qənaətinə gəlirlər.
Qəhrəman və yerlərin adlarından hekayənin nəticəsinə qədər hər ünsür özündə təsəvvüf anlamını daşıyır. Belə ki, Hüsn ilə Eşq sevən və seviləni, yəni Hüsni-mütləq – Allah ilə dərvişi, Ədəb – dərgahı, Mollayi-Cünun – mürşidi, Qəlb şəhəri- Allahın taxtı olan könlü və oraya edilən səfərin çilə və çətinlikləelə dolu sevgi mübarizəsinin işarələridir. Bu səbəbdən –“Hüsni-eşq” təsəvvüf ədəbiyyatının çox önəmli nümunələrindəndir.
Şeyx Qalib “Hüsni-Eşq” adlı məsnəvisini iddia əsasında yazmışdır. Məclislərin birində Nabinin “Heyrabad” əsəri oxunmuş, çox mədh olunub təriflənmiş və bu əsərdən sonra buna tay başqa bir əsərin yazılması mümkün deyil fikri səslənmişdir. Şeyx Qalib bu düşüncələri alt-üst etmək üçün bu möhtəşəm əsəri qələmə alar.
“Hüsni-Eşq” alleqorik əsərdir. Bu əsərdə təsəvvüf ünsürləri simvollarla nəql olunaraq ilahi eşq macərası şəklində əks olunmuşdur. Məsnəvi həm Şeyx Qalibin yeni üslubu ilə, həm də “Hüsni-Eşq”in rəngarəngliyi ilə özündən sonra bir çox şairə təsir etmişdir.
Xüsusilə Şeyx Qalibin “Səbki-hindi” axınının ən böyük nümayəndəsi olması onu XX əsrə qədər oxunaqlı etmişdir. Onun üslubundakı qapalılıq, müxtəlif və yeni məzmunlar, zehni, xəyali şeir anlayışı, rənglərə hörülmüş misraları XIX əsr Sərvəti-Fünun şairləri üçün böyük önəm və örnəyi özündə ehtiva etmişdir. Bəlkə də bu səbəbdən Sərvəti-fünun şairləri Şeyx Qalib yolunda olaraq modern simvolizmə böyük töhfələr vermişlər.
Bir çox şairə təsir edərək onları ilhamlandıram Şeyx Qalib və “Hüsni-Eşq” əsəri romanlara da mövzu olmuşdur. Muallim Naci, Əhməd Həmdi Tanpınar, Xalidə Edip, Əminə İşinsu və Orxan Pamuk bu mövzuları romanlarında işləmişdir. Ayrıca olaraq qeyd etmək lazımdır ki, Turan Oflazoğlunun “Gözəllik ilə Eşq”, “III Səlim Qılınc və Ney” adlı pyeslərinə, Kənan İşıkın “Eşq xəstəsi” adlı əsərlərinə də mövzu mənbəyinə çevrilmişdir. Abdülbaki Bayqara Dədənin əsərləri arasında yer alan “Hüsni-Eşq” adlı mənzum teatr da vardır.


Yüklə 20,01 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin