Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   17   18   19   20   21   22   23   24   25
kitab20100722120332154

III FƏSĠL: 
 
XV ƏSR AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRĠNDƏ HÜQUQUN 
ĠNKĠġAFINDA ƏSAS CƏHƏTLƏR 
 
(MÜSƏLMAN HÜQUQU, UZUN HƏSƏN AĞQOYUNLUNUN 
«QANUNNAMƏSİ) 
 
Orta əsrlər Azərbaycan hüquqşünaslığı və Azərbaycanda hüquq elminin 
inkişafı dedikdə ilk növbədə şəriət və onun elmi sahələri olan Quranın təfsiri, 
kəlam, fiqh və hədislərin öyrənilməsi barədə elmlər, onlar haqqında yazılmış 
əsərlər, müsəlman hüququnun müxtəlif dövrlərdə tətbiq edilmə xüsusiyyətləri başa 
düşülür. Məlumdur ki, VII əsrdə Ərəbistanın Məkkə şəhərində Məhəmməd 
peyğəmbər tərəfindən yaradılmış islam dini çox çəkmədən sivilizasiyanın mövcud 
olduğu ərazilərin əksəriyyətini öz əhatəsinə alıb həmin ərazilərdə yaşayan xalqları 
islamlaşdırdı. Artıq XI əsrdə islam dini İspaniyadan Mancuriyaya, İndoneziyadan 
Sibirə və Urala qədər olan geniş ərazidə hakim ideologiya idi.
236
Başqa dinlər kimi islam da ilk növbədə öz dövrünün ictimai-iqtisadi şəraiti 
zəminində meydana gəlmiş, teokratik dövlətlərin yaranması tələbatına müvafiq 
olaraq təkallahlığı təbliğ etməklə bütün ideoloji və ictimai münasibətləri bunun 
üzərində qurmuşdur. Müsəlman hüququ isə həmin əsas üzərində yaranmış ictimai 
münasibətləri tənzim edirdi.
237
XV əsrdə mövcud olmuş Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Şirvan 
dövlətlərində yaşayan əhali də ictimai münasibətləri müsəlman hüququnun qayda-
qanunları əsasında nizama salırdı. Bu tələbata müvafiq olaraq Azərbaycanda 
hüquqçular - Quranın təfsirçiləri, kəlamçılar, fəqihlər, mühəddislər yetişmiş, 
235
İ.P. Petruşevski. XVI-XIX əsrin əvvəllərində..., səh.263-264. 
236
E.Cəlilov. Göst. əsər, səh.44. 
237
Yenə orada. 


61 
mövcud ictimai münasibətləri tənzim edən hüquq əsərləri yazmış, hüququn və 
mədəniyyətin inkişafına böyük təsir etmişlər. E.Cəlilovun düzgün olaraq dediyi 
kimi, bu baxımdan orta əsr Azərbaycan hüququnu ümumi müsəlman hüququndan 
kənarda təsəvvür etmək mümkün olmadığı kimi, onun inkişafını da müsəlman 
hüququ və islam dini ideologiyasının yaranması və inkişafından kənarda təsəvvür 
etmək mümkün deyil. Orta əsr Azərbaycan hüququ, о cümlədən XV əsr 
hüququmuz da müsəlman hüququnun üzvi bir hissəsi olub mahiyyətcə heç bir 
cəhətdən ondan fərqlənməmişdir. 
Ümumiyyətlə, hər hansı bir xalqın tarixi və mədəniyyəti öyrənilərkən onun 
ərazisində mövcud olmuş dövlətlər (bizim əhatə dairəmizdə Qaraqoyunlular, 
Ağqoyunlular və Şirvanşahlar), dövrə müvafiq ictimai-iqtisadi münasibətlər və 
həmin münasibətləri tənzim edən hüquq normaları, üstqurum kimi həmin 
normaların bazisə münasibəti araşdırılır. Təəssüflə qeyd etmək lazımdır ki, 
Azərbaycanın orta əsrlərdə yaşayıb-yaratmış hüquqşünaslarının əsərləri həmin 
şəxslərin zəngin bir irs qoyub getmələrinə baxmayaraq bu günə qədər 
öyrənilməmiş qalır. 
Müsəlman hüququnu tədqiq edərkən ilk növbədə islamın əsas mənbəyi və 
nəzəri əsası olan Quranda toplanmış hüquq normaları, həmin normaların sonralar 
müsəlman fəqihləri tərəfindən inkişaf etdirilməsi, ictimai münasibətlərin tənzim 
edilməsi üçün bu normalara yanaşılması, qiymətləndirilməsi zəruridir. 
XV əsrdə Azərbaycanda islamın sünni qolu şiə qoluna nisbətən güclü idi. 
XVI əsrdən başlayaraq şiə qolu genişlənməyə və ətraf dövlətlərə də yayılmağa 
başladı. 
Məlum olduğu kimi Qaraqoyunlular şiə, Ağqoyunlular və Şirvan əhli isə 
əsasən sünniməzhəb olmuşlar. Şiəlik və sünniliyin yan-yana mövcud olduğu 
Qaraqoyunlu, Ağqoyunlu və Şirvan dövlətlərində göstərilən dövrdə heç bir ciddi 
dini ixtilaf zahirə çıxmamışdır. 
XV əsrdə Azərbaycanda müsəlman hüququnu öyrənmək üçün həmin dövrdə 
hüququn ümumi inkişafını şərh etmək lazımdır. 
ġəriət. Müsəlman hüququ ümumi şəkildə şəriət adlanan elmlər sistemində 
toplanmışdır. Bu söz ərəb dilində «su içiləcək yerə gedər yol» mənasındadır, 
ümumiyyətlə isə islam dini qanununun, Allah əmrlərinin və ehkamlarının 
məcmusudur. E.Cəlilova görə, buna görə də şəriət sözü ilə hökm sözü bir növ 
eyniyyət təşkil edir.
238
XV əsr feodal dövlətlərində qazi və müftilər tərəfindən düzgün çıxarılmış 
hökmə «şəridir» deyilirdi. Padşahların müəyyən hökm və fərmanlarında da şəriətə 
əsaslanır, şəriət ehkamlarına uyğun olmayan hallar kəskin tənqid edilir, əhalinin 
şeyx və imamların məsləhətləri ilə oturub-durmaları nəzərə çatdırılırdı. Şirvanşah 
238
E.Cəlilov. Göst. əsər, səh.54. 


62 
Fərrux Yəsarın məlum sənədində (1474-cü il) Şirvan ölkəsinin Gəştasfı və Salyan 
vilayətlərinin hakimi vəzifəsinə təyin olunan oğluna belə məsləhət verilir: «... 
həmin şəhər və vilayət sakinlərinin vəziyyətlərini ehtiyatla öyrənsin, əhalini 
narahat edən məsələləri axund və üləmalarla müzakirə etsin, .... əzəmətli seyidlər, 
kəramətli şeyxlər və xalq imamlarına izzət və ehtiram göstərsin, çünki onların 
şərafətli vücudlarının mübarəkliyi və nurlu xatirələrinin köməyi olmadan yer 
üzərində zəmanə əhlini nizam-intizamda saxlamaq mümkün deyildir.
239
». Bu 
sənəddə üləmalar «şəriət qanunlarının icraçıları» adlandırılmışdır.
240
XV əsrdə şəriət hökmləri iki hüquqi şəxs tərəfindən verilirdi: mülki-siyasi 
hökmlər-hökmdar tərəfindən, ruhani hökmlər isə - şəriət icraçıları /seyid, qazi, 
axund və s./ tərəfindən. 
Sünnilərdə şəriət hökmləri ibadət (Allah qarşısında qulluq), müamilət 
(mülki-hüquq məsələləri) və üqubət (cəza) kimi üç qismə bölünmüşdür, şiələrdə 
isə ibadət (iki tərəfli hüquqi münasibətlər), itaət (təktərəfli hüquqi münasibətlər) və 
ehkam (digər hüquqi hökmlər) kimi digər 3 bölgüyə ayrılmışdır.
241
Fiqh sahəsində fəaliyyət göstərən üləmalar müctəhid adlanırdı. Müctəhidlər 
də üç dərəcəyə ayrılırdı: qanun yaradıcılığında, şəriətdə ictihad, məzhəbdə ictihad 
və müəyyən məsələlərin həllində ictihad müstəqilliyini özündə ehtiva edən 
müctəhidlər. Birinci dərəcəli müctəhidlər Quranı bütün cəhətlərdən şərh etməli və 
əzbər bilməli, bütün ehkamları, onun bölmələrini, hədisləri əzbər bilməklə onların 
Quran ehkamı ilə əlaqəsini və məzmununu dərindən bilməli, şəxsiyyətcə təmiz və 
saf olmalı, bütün şəriət elmlərini bilməli idi. İkinci dərəcəli müctəhidlər mənsub 
olduqları mənsəbin və inamın ardıcılları olub həmin məzhəbi inkişaf etdirməli, 
qanunları əzbər bilməli, Quran və təfsirini mənimsəməli, onları şərh etməyi 
bacarmalı idilər. Üçüncü dərəcəli müctəhidlər isə qanunları və Quranı əzbər 
bilməklə yanaşı onları şərh etməyi bacarmalı, fitva vermək iqtidarında olmalı 
idilər. Fiqh elmi ilə məşğul olub bu üç ictihad dərəcəsinə çata bilməyən üləmalar 
isə təqlidçi-müqəllid adlanırdı.
242
Bəhs olunan dövrdə, yəni XV əsrdə dünyəvi hakimlər (Qara Yusif, 
Cahanşah, Uzun Həsən, Fərrux Yəsar və b.) tərəfindən şəriət hökmlərinin 
fəaliyyətini dayandıran və ya dayandırmadan ictimai münasibətləri tənzim edən 
qanunlar verilməsi də adi hal olmuşdu. Vergilər yığımı, dövlət idarəçiliyi sahəsində 
qanunlar çox vaxt dünyəvi hakimlər tərəfindən verilmiş bu barədə şəriət ehkamı 
sadəcə olaraq əxlaq yüksəldici xarakter kəsb etmişdir. Ümumiyyətlə isə dünyəvi 
hökmdarlar ruhani fəqihlərlə qarşı-qarşıya gəlməkdən çəkinmiş, bəziləri islam dini 
239
M.X.Nemətova. Göst. məqalə, səh.70. 
240
Yenə orada. 
241
E.Cəlilov. Göst. əsər, səh.56-57. 
242
Yenə orada, səh 57-58. 


63 
ilə yaxından bağlı olduğundan dinə qarşı çıxmayaraq hətta onun qaydalarına daha 
çox yaxınlaşmağa çalışmış, hətta müəyyən hallarda islama uyğun olmayan 
vergiləri belə ləğv etmişdir. Bütün bunlara baxmayaraq müsəlman hüququ dövlətin 
siyasi, daxili idarəçilik, ticarət və maliyyə məsələlərinin həllində həlledici mövqe 
tuta bilməmiş, bu sahələrdə qanunvericilik dövlət orqanlarına, ilk növbədə 
hökmdara bağlı olmuşdur. Hüquqda bu ikiliyin - dövlətlərin verdiyi qanunların və 
fiqhin mövcudluğunun nəticəsidir ki, bütün islam dövlətlərində о cümlədən 
Azərbaycanda XV əsrdə şəriət qaziləri ilə yanaşı dövlət qaziləri (mülki qazilər) də 
olmuşdur. 
Şəriətin elmi ehkamının müfəssəl sübutlarından bəhs edən elm fiqh elmidir. 
Fiqhin əsas vəzifəsi şəriət ehkamını tədqiq etməklə hüquq normaları yaratmaq, 
müsəlman hüququnu sistemləşdirmək və onların tətbiqinə şərait yaratmaqdır. 
Müsəlman hüququnun müəyyən etdiyi qaydaların əsası 5-dir: vücub (zərurətlər), 
nədub (həm zəruri, həm də qeyri-zəruri qaydalar), qəbahət (xoşagəlməz əməllərə 
görə qaydalar), hörmət və nifrət.
243
Müsəlmanın hərəkətləri də 5 yerə bölünür: Vacib əməllər, buna fərz əməllər 
də deyilir, yəni namaz qılma, xüms və zəkat vermə; müstəhəb əməllər, yəni 
bəyənilən əməllər (həccə getmə, sədəqə vermə və s.); mübah əməllər, yəni 
edilməsinə görə nə mükafat, nə də cəza verilməyən əməllər, məsələn, ticarət 
əqdləri, müqavilələr bağlamaq və s; məkruh əməllər, məsələn danışanda ədəbsiz 
sözlər işlətmə, ağsaqqallara qarşı etinasız olma və s.; haram əməllər - şəriətin 
cəzalandırdığı işlər, məsələn şərab içmə, adam öldürmə, zinakarlıq və s.
244
İman şəriətin və islamın əsasıdır. İman iki yerə bölünür: etiqada iman; 
işlərə, əməllərə aid iman. 
İmanın 6 şərti vardır: Allaha, onun mələklərinə, peyğəmbərliyə, kitablara, 
axirət gününə, xeyir və şərin Allahdan olmasına inam. İslamın özünün isə 5 şərti 
vardır: kəlmeyi-şəhadət, gündə 5 dəfə namaz qılmaq, oruc tutmaq, ildə bir dəfə 
əmlakının zəkatını vermək, ömürdə bir dəfə həccə getmək. Bəzi fəqihlər cahadı da 
buraya əlavə etmişlər.
245
Heç də təsadüfi deyil ki, böyük padşahlar, о cümlədən 
Əmir Teymur, İldırım Bayəzid, Uzun Həsən, Sultan Məhəmməd böyük hərbi 
yürüşlərə başlamazdan əvvəl həmin hərəkəti şəriət ilə əsaslandırır, qazilər və 
müftilər fitva verir və rəsmən cahad elan olunurdu. 
Şəri hüquqa görə sübutun 8 növü vardır: sübutun həyatiliyi, elmiliyi
eşidilməli, görülməli olması, iradi olması, qadir adam tərəfindən edilməsi, 
danışılmalı olması və qanun qüdrətinə inam.
246
243
E.Cəlilov. Göst. əsər, səh.61. 
244
Yenə orada, səh.61-62. 
245
Yenə orada, səh.62. 
246
E.Cəlilov. Göst. əsər, səh.62. 


64 
Müsəlman hüququnun, yəni fiqhin 4 əsas kökü vardır: Quran, Sünnə, Qiyas, 
İcma. Bu mənbələrin tədqiqi ilə «Üsul əl-fiqh» elmi məşğul olur. Ümumiyyətlə 
fiqh elmi iki hissəyə ayrılır: 1.Üsul əl-fiqh və 2. Füru əl-fiqh. Birinci - müsəlman 
hüququnun köklərindən, ikinci isə onun budaqlarından, yəni konkret hüquq 
institutlarından bəhs edir. Üsul əl-fiqh müsəlman hüququnun qaynaqları olan 
Quran, Sünnə, Qiyas və İcmanı təhqiq etməklə onlarda olan normaların 
düzgünlüyünü və yeni normalar yaradılarkən əməl edilməli qayda və prinsipləri 
müəyyən edir. Fiqhin mənbələrindən Quran və Sünnə heç zaman mübahisə 
doğurmamış, bütün məzhəblər tərəfindən qəbul olunmuşdur. Digər iki mənbə isə 
bəzi məzhəblər tərəfindən ya qəbul olunmamış, yaxud da qeyd-şərtlə qəbul 
olunmuşdur.
247
Füru əl-fiqh isə ibadətdən, təharətdən (ruhun təmizliyi və bədənin 
təmizliyi), namazdan, orucdan, zəkatdan, həccdən və bunların hüquq 
normalarından bəhs edən elmdir.
248
Bu deyilənlərdən məlum olur ki, XV əsr Azərbaycan feodal dövlətləri başqa 
Yaxın və Orta Şərq ölkələrində mövcud olan dövlətlər kimi müsəlman hüququ ilə 
idarə olunmuşlar. Bəzi hökmdarlar tərəfindən müsəlman hüquqşünaslığı dəyərli 
əsərlər, о cümlədən hökm, fərman, vəqfnamə, dəsturül - əməllər, qanunnamələr ilə 
zənginləşdirilmişdir. Biz onlardan birinə - Uzun Həsən Ağqoyunlunun 
«Qanunnamə» adlanan qanunlar məcəlləsinə öz münasibətimizi bildirmək istərdik. 
Hər şeydən əvvəl qeyd etməliyik ki, bu «Qanunnamə» çox güman ki, 
dövrümüzədək gəlib çıxmamışdır. 
İ.P.Petruşevski yazmışdır ki, Uzun Həsən əhalinin rəğbətini qazanmaqdan 
ötrü müxtəlif fərmanlar vermiş, «Qanunnamə», yaxud vergi işlərinin 
qanuniləşdirilməsi və tənzimlənməsi barədə kitab hazırlamışdı. O, «Şərəfnamə» 
əsərinə istinadən bildirir ki, XVI əsrin sonlarında da Azərbaycanda həmin 
«Qanunnamə»dən istifadə edilirdi, lakin Uzun Həsənin vəfatından sonra onun 
qanun kitabının müxtəlif maddələri pozulmağa başladı.
249
«Qanunnamə» barədə O.Ə.Əfəndiyevin birinci monoqrafiyasında da 
müxtəsər məlumat vardır.
250
«Azərbaycan Səfəvilər dövləti» kitabında isə yazılır: 
«Maraqlıdır ki, Uzun Həsənin qanunları Kiçik Asiyanın şərq vilayətlərində (onlar 
XVI əsrin əvvəlində Osmanlı imperiyasının tərkibinə daxil olduqdan xeyli sonralar 
da) də feodal münasibətlərinin normaları olaraq qalırdı»
251

Uzun Həsənin «Qanunnamə»si barədə Cəfər İbrahimov da məlumat verib 
yazır ki, mərkəzi hakimiyyəti və inzibati aparatı möhkəmləndirmək, vergi sistemini 
tənzimləmək və dövlət xəzinəsinə vergi toplanışını artırmaqdan ötrü irəli atılan ilk 
247
Yenə orada, səh.63, 78, 80. 
248
Yenə orada., səh. 135-159. 
249
İ.P.Petruşevski. «Sbornik statey po istorii Azerbaydcana» kitabı, səh.153. 
250
O.Ə.Əfəndiyev. XVI əsrin əvvəlində..., səh.50-51. 
251
Yenə onun: Azərbaycan Səfəvilər dövləti..., səh. 200. 


65 
addım «Qanunnamə» adlı qanunlar məcmuəsinin hazırlanması oldu ki, orada 
vergilər və onların yığılması barədə maddələr olmuşdur. «Təəssüf ki, о qiymətli 
abidə dövrümüzə qədər gəlib çıxmadı, amma orta əsr tarixçiləri Xandəmirin, 
Yəhya Qəzvinin və Şərəf xan Bidlisinin həmin əsər haqqında verdikləri məlumat 
olduqca azdır» yazan C.İbrahimov öz kitabını sovet hakimiyyətinin tüğyan etdiyi 
bir zamanda yazdığı üçün Uzun Həsənin «Qanunnamə»sinə marksist-leninçi 
baxımdan yanaşmış, həmin Ağqoyunlu padşahının ölkədə apardığı islahatların elə 
bir əhəmiyyəti olmadığını bildirmişdir.
252
Amma, XVI əsrin sonunda yazıldığı 
tarixdən təxminən 120 il sonra da İraq, Fars və Azərbaycanda işlənməkdə olan 
Uzun Həsən qanunlarının kölgə altına salınması, təbii ki, obyektiv qiymət deyildir. 
Mənbələrin məlumatına görəsə, Uzun Həsən rəiyyətin qayğısına qalan bir padşah 
olmuşdur. Biz İ.P.Petruşevskiyə əsaslanıb yazmışıq ki, о «Qanunnamə» adlı bir 
sənəd hazırlamış, rəiyyətdən vergi yığılarkən feodal və dövlət məmurları tərəfindən 
sui-istifadə hallarının qarşısını ala bilmişdi.
253
Uzun Həsənin qanunları Şərqi 
Anadoluda «Həsən padşah qanunu» adı ilə məşhur olmuş, oranı ələ keçirən 
Osmanlılar çox-çox sonralar da həmin qanunları oralarda tətbiq etmişlər. Bu fakt 
həmin vilayətlərə aid olan təhrir dəftərlərinə edilən qeydlərdə açıq-aşkar təsbit 
edilir. Kəmax, Ərzincan, Bayburd, Kəlkit, İspir şəhərlərinin h.917 və h.937-ci 
illərə aid (miladi 1511 və 1530 - Ş.F.) «müfəssəl təhrir və ovqaf dəftərləri»ndə 
«səbt olunan» qanunlar məhz Uzun Həsənin «Qanunnamə»sinə əsasən 
yazılmışdır» məlumatını verən Ş.Fərzəliyev habelə türk tədqiqatçısı Fəxrəddin 
Kırzıoğlunun Türkiyə Baş Vəkalət arxivi sənədlərinə əsaslandığı məlumata istinad 
edərək bildirir ki, XV əsrin II yarısında Diyarbəkir vilayətində olduğu kimi, XVI 
əsrin I rübündə Ərzincan vilayətində yerli xalqın çoxdan bəri alışdığı «bacü 
tamğa» vergiləri Uzun Həsəndən qalma «Həsən padşah yasarı»na əsasən 
toplanırdı. İlk Osmanlı təhrir dəftərində /h.924-m.l518/ yazılmışdır: «Məhsulati-
qürra bər movcibi-qanuni Osmani və bacü tamğa bər mövcibi-Həsən padşah» 
(«Şəhər və kəndlərdən yığılan vergilər Osmanlı qanunları, bac və tamğa isə Həsən 
padşah qanunları əsasında yığılırdı»).
254
«Qanunnamə» barədə prof. Y.Mahmudlu da «Azərbaycan diplomatiyası» 
kitabında məlumat vermişdir. O, yazır: «...Uzun Həsən bir sıra islahatlar keçirdi. O, 
köçəri hərbçi əyanlara deyil, oturaq əhaliyə əsaslanmaq xətti götürdü. Cəmiyyəti 
yaşadan əsas istehsalçılar olan kəndlilərin, habelə sənətkarların vəziyyətini 
nisbətən yaxşılaşdırmaq və bununla da məhsuldar qüvvələrin canlanmasını təmin 
etmək məqsədilə xüsusi «Qanunnamə» hazırlatdı. Sonralar «Həsən padşahın 
qanunları» adı ilə məşhurlaşan, hətta bütün XVI əsr boyu qüvvədə qalan bu 
252
C.İbrahimov. XV əsrdə Azərbaycan ərazisində..., səh 39-40. 
253
Ş.Fərzəliyev. Azərbaycan və Osmanlı imperiyası..., səh.54. 
254
Yenə orada. səh.54. 


66 
«Qanunnamə»yə əsasən kəndlilərdən alınacaq vergilər müəyyənləşdirildi və
onların miqdarı dəqiqləşdirildi. Vergi yığımı nisbətən sistemə salındı. Vergiyığan 
məmurların özbaşınalığı azaldıldı. Kəndlilərin, sənətkarların vəziyyəti, müvəqqəti 
də olsa, yüngülləşdirildi.Nəticə etibarilə Uzun Həsənin qanunları ölkədə məhsuldar 
qüvvələri müəyyən dərəcədə canlandırdı; kəndli və sənətkarlardan alınan
vergilərin birbaşa xəzinəyə axması təmin olundu. Dövlət iqtisadi cəhətdən xeyli 
qüvvətləndi».
255
1996-cı ildə çap olunmuş "Azərbaycan tarixi" kitabının redaktoru və əsas 
müəlliflərindən biri olan professor Süleyman Əliyarlı da Həsən bəy Ağqoyunlu və 
onun "Qanunnamə"si barədə müəyyən məlumat verib yazır: "Tarixi qaynaqlarda 
Uzun Həsən "Sultanül-adil Həsən xan", "Sultanül-qalib Həsən Padişah" 
adlandırılır. Daxili siyasətdə Uzun Həsən mərkəzi hakimiyyətin güclənməsinə,
hərbi əyanların özbaşınalığına qanunla sədd qoyulmasına, xüsusilə rəiyyət üzərinə 
düşən vergi, ödənc və mükəlləfiyyətlərin azaldılıb nizama salınmasına çalışdı. Bu 
sonuncuların sayını aydınlaşdırmaq, vergi və ödənc toplayan əyanların və 
məmurların özbaşınalığına son qoymaq üçün Uzun Həsən ayrıca bir "Qanunnamə" 
buraxdı. XV-XVI yüzillərin yalnız vergi sisteminin deyil, dövlətin bütün iç 
işlərinin qaydaya salınmasında dəyərli rol oynadı". (Bax: Azərbaycan tarixi, 1998, 
səh.321).
256
Uzun Həsən «Qanunnamə»sindəki qanunların mahiyyəti haqqında ümumi 
məlumatın olmasına baxmayaraq, həmin qanunların dəqiq hansı sahələrə aid 
olması məsələsi hələlik qəti şəkildə müəyyənləşməmişdir. Türk tədqiqatçısı Xəlil 
Yınancın fikrincə «Qanunnamə» osmanlılar zamanı şərq vilayətlərinin ərazi və 
timar (torpaq - Ş.F.) qanunlarının əsası kimi Səfəvilərin də belə təşkilatlarının əsası 
olmuşdur. X.Yınanca görə onun qanunları «ərazi təşkilatı və timarlı sipahilər 
(torpağa bağlı əsgərlər) barəsində idi.
257
C.Vudsa görəsə «Uzun Həsənin «Qanunnamə»si ticari, mədəni, cəzayi və 
vergi yasaları» idi.
258
XV əsrin bu məşhur qanunlar kitabı barədə ən müfəssəl məlumatı biz prof. 
A.K.Rzayevin «Azərbaycanda siyasi-hüquqi təlim tarixinə dair oçerklər» kitabında 
təsadüf edirik. A.K.Rzayev yazır: «XV əsrin hüquqi aktları içərisində Uzun 
Həsənin «Qanunlar»ı mühüm yer tutur. Həmin qanunlar (1470-1477) təkcə 
Azərbaycanda deyil, həmçinin Ağqoyunlulara tabe olan ölkələrdə də tətbiq edilirdi. 
Çox təəssüf ki, о qanunlar dövrümüzədək gəlib çatmamışdır... 
255
Y.Mahmudlu. Göst. əsər, səh.90. 
256
Azərbaycan tarixi, Bakı, “Azərbaycan” nəşriyyatı,1996, səh. 321.
257
İslam ensiklopediyası, I cild, səh.266. 
258
C.Vuds. Göst. əsər səh.186-187.


67 
Uzun Həsənin qanunları əsasən aqrar xarakter daşımışdır. Həmin 
qanunlarda feodal və kəndli torpaqlarından yığılası vergilərin miqdarı göstərilir, 
qanun pozulması hallarında veriləsi cəzalar öz əksini tapırdı. 
Uzun Həsənin «Qanunnamə»sindən bir neçə misal: 
1) «Yüksək saray» dəftərxanasının kitabında adları qeyd olunan və mülk 
sahiblərinin xidmətində olan kəndlilərin öz torpaqlarını tərk etmələri qadağan 
olunur. 
2) Kəndlinin xidmətə gedəcəyi yer bir günlük məsafədən artıqsa o, 
xidmətinə gedəcəyi feodala töycü verməkdən azad edilir. 
3) Kəndli yalnız işlədiyi torpağın əkin-biçini qurtardıqdan sonra oranı tərk 
edib başqa torpaq sahələrində xidmətə gedə bilər. Əgər о bu qanunu pozarsa, 
qanunauyğun şəkildə öz sahibinə əlavə töycü verməlidir. 
4) Torpaq sahəsini əkib-becərmədən sərbəst şəkildə başqa yerə köçən 
kəndli həmin torpağın becərilməsi üçün torpaq vergisi və töycü verməlidir. 
5) Həddi-buluğa çatmış hər bir müsəlman olmayan şəxs xəzinəyə 25 ağca 
məbləğində ispənc vergisi ödəməlidir.
6)Əgər kəndlinin mal-qarası başqa kəndlinin bostan və əkin sahəsinə zərər 
yetirərsə, mal-qara sahibi cəzaya - 5 dəfə qamçılanmağa və 5 ağca cəriməyə məruz 
qalmalıdır».
259
A.K.Rzayev sonra yazır ki, Uzun Həsənin qanunları Azərbaycanda 
təxminən 85 il, yəni 1556-cı ilədək qüvvədə qaldı. 1556-cı ildə hakimiyyətə gələn 
Şah Təhmasib
**
yeni qanunlar kodeksi hazırladı. Adı «Dəsturül-əməli Şah 
Təhmasib» olan həmin qanunlar da, təəssüf ki, dövrümüzə qədər gəlib 
çatmamışdır. A.K.Rzayev Şah Təhmasibin qanunlarının 1617-ci ilədək qüvvədə 
qaldığını bildirir.
260
Uzun Həsənin «Qanunnamə»si haqqında dolğun məlumat verən 
tədqiqatçılardan biri də Ş.M.Mustafayevdir. Onun «Şərqi Anadolu: Ağqoyunludan 
Osmanlı imperiyasına doğru» adlanan dəyərli kitabında Şərqi Anadolunun hüquq 
təliminin səlcuq, monqol və postmonqol ənənələrinin yerli hüquq normaları ilə 
qarışığından ibarət olması vurğulanır və deyilir ki, həmin təlimin kodifikasiyası 
(qüvvədə olan qanunların sistemə salınması) XV əsrin 70-ci illərində Ağqoyunlu 
dövlətinin başçısı Uzun Həsənin qanunvericilik fəaliyyətinin nəticəsində sonralar 
həmin regionun ilk Osmanlı əyalət hüquq qanunlarında (vilayət və sancaq 
qanunnamələri) öz əksini tapmışdı. Osmanlı hüquq elmi bu yolla Uzun Həsənin 
Ağca XV əsrdə Azərbaycanda işlənən pul vahididir. 1 misqal gümüş, həmçinin 12 ağca pul 1 dirhəmə 
bərabər idi. İspənc isə bostanlardan yığılan vergi olmuşdur. /Bax: A.K.Rzayev. Göst. əsər,səh.86/. 
259
A.K.Rzayev. Göst. əsər, səh.86. 
**
Şah Təhmasib 1556-cı ildə yox, 1524-cü ildə hakimiyyətə gəlmişdir. 
260
A.K.Rzayev. Göst.əsər,səh.86-87. 


68 
qanunvericiliyindən bəhrələnərək Şərqi Anadolu əyalətlərinin «yasa» adlanan 
qanunlarını hazırlamışdı».
261
Məlum olduğu kimi, Şərqi Anadolu torpaqları XV əsrdə Ağqoyunlu 
dövlətinin qərb hissəsini əhatə edirdi. Uzun Həsənin qanunlar məcmuəsini təşkil 
edən «Qanunnamə» əsasında bu əsrin sonlarında və XVI əsrin I rübündə əhalidən 
yığılan vergilərin miqdarı və yığım qayda-qanunu müəyyən edildi, həmçinin tranzit 
karvan və daxili ticarətdən toplanan vergilər tənzimlənmiş oldu. Osmanlı dövləti 
tərəfindən Uzun Həsən qanunları əsasında hazırlanmış olan kənd və şəhər əhalisinə 
aid qanunların təhlili bizim dövrə qədər gəlib çatmayan Uzun Həsən 
«Qanunnamə»sinin əsas cəhətlərinin bərpası üçün son dərəcə gözəl imkan 
yaratmışdır. 
Öz kitabının «Əlavələr» hissəsində «Uzun Həsənə aid olan Şərqi Anadolu 
vilayətlərinin Osmanlı qanunları» başlığı altında 16 qanun dəftərinin rus dilinə 
tərcüməsini verən Ş.Mustafayev son dərəcə faydalı bir iş görmüş, həmin qanunları 
oxucu və tədqiqatçıların mütaliə və tədqiqinə vermişdir. Bu Osmanlı qanunlarının 
əksəriyyəti aşağıdakı cümlələrlə başlayır: «1518 (924)-ci il. Həsən padşah 
«Qanunnamə»sinə əsasən tərtib olunmuşdur.
262
Yaxud, «1518 (924)-ci il Mardin 
vilayətinin müfəssəl «Qanunnamə»sinin kənd və şəhər məhsullarından vergi 
toplanmasını tənzimləyən bölməsi Osmanlı qanunu əsasında, lakin adı çəkilən 
şəhərdə bac və tamğa vergisinin yığılması isə... Həsən padşahın qanununa əsasən 
tərtib edilmişdir.
263
Bu qanun dəftərlərini mütaliə etdikdə məlum olur ki, 1516-1518-ci illərə aid 
Şərqi Anadolu kəndlərindən yığılan vergilər əsasən mövcud Osmanlı qanunları 
üzrə, Mardin, Xərput, Ərzincan, Kəmax, Bayburt və s. şəhərlərdən toplanan 
vergilər isə «Həsən padşah qanunları»na əsasən tənzimlənirdi. Amma 1540-cı ildə 
Sultan Süleyman Qanuninin əmri ilə bütün Şərqi Anadoluda tətbiq edilən Uzun 
Həsən dövrünün köhnə qanunları ləğv olundu və yalnız Rum (Osmanlı) qanunları 
qüvvəyə mindi və beləliklə də Şərqi Anadolunun osmanlaşmasının yeni mərhələsi 
başlandı.
264
Bu xüsusda qeyd olunmalıdır ki, Osmanlı dövlətindən fərqli olaraq 
İranda XVIII əsrin əvvəlində də Səfəvi sarayının xəzinəsinə daxil olan vergilərin 
miqdarı Uzun Həsən tərəfindən yaradılan qanunlar əsasında həyata keçirilirdi.
265
Gənc tədqiqatçı Mirafərim Seyidovun qənaətinə görə Uzun Həsənin 
"Qaunnamə"sinin müstəsna əhəmiyyəti onda idi ki, burada vergi və 
mükəlləfiyyətlərin miqdarının dəqiqləşdirilməsi, vergi toplayanların zülm və 
özbaşınalığına son qoymaqla yanaşı, əhalinin dövlətə, hökmdara rəğbətini artırmış, 
261
Ş.Mustafayev. Göst.əsər,səh.5-6. 
262
Yenə orada, səh,149,152-159. 
263
Ş.Mustafayev, Göst. səh.162. 
264
Yenə orada, səh.141. 
265
Yenə orada, səh.12. 


69 
vergi ödəyən təbəqələrin baş verə biləcək qiyamlarının qarşısını almaq məqsədi 
güdmüşdür. 
"Qanunnamə"də 
vergi 
və 
mükəlləfiyyətlərin 
miqdarı 
yüngülləşdirilməyə, hətta kəndli ailəsində ailə üzvlərinin ildə üç gün biyara 
işləməsi nəzərdə tutulsa da, bu məcmuə vergi və mükəlləfiyyətlərin 
toplanılmasında feodal və dövlət məmurlarının qanundan kənara çıxmasının, hər 
hansı bir əlavə rüsum yığmalarının qarşısını aldı. 
Nəticə etibarilə, ilk dəfə idi ki, 44 növ vergi, mükəlləfiyyət, həmçinin 
cərimələr haqqında qanunnamə verməklə Ağqoyunlu hökmdarı bu sahədə 
müəyyən qayda-qanun yaradılmasına nail ola bildi. Bu tədbir həm də ölkədə kənd 
təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafına təkan verdi, vergi verən təbəqənin 
həyat şəraitinin yaxşılaşmasına səbəb oldu. Təsadüfi deyildir ki, uzun müddət 
Osmanlı sultanları da Türkiyənin bir çox vilayətlərində tamğa və bac vergilərinin 
miqdarını həmin Qanunnamənin əsasında müəyyən edirdilər.» (Bax: Seyidov 
Mirafərim Nəzir oğlu. XV yüzillikdə Azərbaycanda dövlət və hüquq. Hüquq 
elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyanın əlyazma nüsxəsi, 
Səh. 95) 
Beləliklə, fikrimizin yekunu kimi deyə bilərik ki, XV əsr Azərbaycan feodal 
dövlətlərində hüququn inkişafında əsas cəhətlər dövrün müsəlman hüququnun, 
həmçinin Uzun Həsənin əldə olmayan, lakin müəyyən maddələri məlum olan 
qanunları nəzərə alınmadan tədqiq edilə bilməz. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin