13
etibarilə bir olmuşlarsa da, formaca bəzi sahələrdə
müəyyən fərqlər var idi, yəni
cənubda Qaraqoyunlu və Ağqoyunlu dövlətləri ilə şimaldakı Şirvanşahlar və Şəki
hakimlərinin dövlət quruluşları arasında müxtəliflik nəzəri cəlb edən
xüsusiyyətlərdəndir. Şirvan və Şəkinin dövlət aparatlarında oturaq feodal əyanlar
böyük nüfuza malik idilərsə, Qaraqoyunlu və Ağqoyunlu
dövlətlərində köçəri və
yarımköçəri tayfalardan olan hərbçi əyanlar mühüm rol oynayırdılar.
31
Lakin bu o
demək deyildir ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində oturaq əhali arasından
çıxmış feodal əyanların və yüksək müsəlman ruhanilərinin rolu olmamışdır.
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri hərbi-inzibati əyalətlərə bölünürdü.
Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu padşahları tərəfindən idarə olunurdu,
əyalətlər isə həmin padşahların təyin etdikləri hakim sinfin üzvləri, yaxud məşhur
tayfa başçılarının (canişinlərin) nəzarəti və idarəsi altında idi. Qeyd olunmalıdır ki,
canişinlər əsasən hərbi işləri idarə edir, mülki inzibati orqanların işlərinə isə oturaq
feodal əyanlar rəhbərlik edirdilər. Əyalət canişinlərinin də padşah kimi öz sarayı,
inzibati aparatı, büdcəsi və silahlı dəstələri vardı.
32
Hakimiyyətin ali orqanı qurultay, yəni hərbçi feodal əyanlar tərəfindən
keçirilən böyük məclis idi. Qurultayda ölkənin daxili və
xarici siyasət məsələləri
müzakirə olunur, dövlətin fövqəladə hərbi işləri haqqında qərar qəbul edilirdi.
Amma, qurultay hakimiyyətin daim fəaliyyət göstərən, qanun və qərarlar çıxaran
orqanı deyildi və onun rəyi padşah üçün mütləq hesab olunmurdu.
33
Dövlətin
müharibə, sülh, taxta varislik və s. kimi mühüm siyasi məsələlərini sülalə üzvləri
və əmirlərin kənqaş adlanan qapalı müşavirəsi həll edirdi.
34
Azərbaycan, İran, Mərkəzi Asiya, Kiçik Asiya, eləcə də Yaxın və Orta Şərq
ölkələrində mövcud olmuş feodal dövlətlərinin idarəçilik forması mütləq
monarxiya olmuşdur. Deməli, hər bir hökmdar mütləq monarx idi və о öz dövlətini
müvafiq idarəetmə orqanları vasitəsilə özü bildiyi kimi idarə edirdi. Feodal dövlət
başçılarının hər biri özünün hakimiyyəti altındakı
dövləti islam dini, möhkəm
qayda-qanun və nizam-intizam əsasında qoruyub saxlamağa çalışırdı. Əmir
Teymur yazırdı: "Başım çəkənlərdən onu
da görüb öyrəndim ki, əgər dövlət din və
ayin əsasında qurulmazsa, qanun-qaydaya tabe olmazsa bu səltənətin təntənəsi,
qüdrəti, dözümü yox olacaqdır və belə səltənət çılpaq
adama oxşayar - onu
görənlər gözlərini yumarlar... Buna görə də mən öz səltənətimi islam dini, qanun
və nizam əsasında qurdum" (Bax: "Əmir Teymurun vəsiyyətləri" kitabı, Bakı,
1991, səh. 50)
31
Azərbaycan tarixi, I cild, Bakı,1961, səh.23.
32
İ.P.Petruşevski. Göst.məq.toplusu, səh.198; C.İbrahimov, Azərbaycan ərazisində ... ,səh.78
33
C. İbrahimov Azərbaycan ərazisində ...,səh.78.
34
Azərbaycan tarixi, «Elm», III cild, səh.105.