BaĢ vəzir və vəzirlər: Mərkəzi dövlət aparatında mühüm yerlərdən biri də
dövlət gəlirləri və maliyyə idarələrinin işləri ilə məşğul olan baş vəzirə məxsus idi.
O, həmçinin ölkənin xarici işləri ilə də məşğul olur, səltənətin mülki-inzibati
idarələrinə başçılıq edirdi.
89
Mənbələrin çoxunda baş vəzirə «etimadüd-dövlə»
(«dövlətin etimadı») deyildiyi göstərilmişdir ki, bununla da vəzirin böyük etimada
layiq olduğu nəzərə çatdırılır. Baş vəzir «divana» rəhbərlik etdiyinə görə «divan
sahibi» də adlandırılmışdır ki, bu məsələdə onunla, yuxarıda bəhs etdiyimiz
«sahib-divan» yaxud «əmir-divan» vəzifəsi arasında nəsə bir ümumi yaxınlıq
nəzərə çarpır. Ola bilsin ki, bu iki vəzifə bəzən eyni şəxs tərəfindən idarə olunmuş
və biri digərini əvəz etmişdi.
90
«Tarixi aləmarayi Əmini» əsərində göstərildiyinə
görə Ağqoyunlu sarayında uzun müddət baş vəzir işləmiş, habelə Sultan Xəlil
Ağqoyunlunun da vəziri olmuş Şah İmadəddin Salman Deyləmi «mülki və mali
83
Bax:Tarixi-qızılbaşan, səh.18.
84
Yenə orada, səh.50-51.
85
Məsələn, Xandəmir, Həsən bəy Rumlu, İskəndər bəy Münşi və s.
86
Yenə orada, səh.51.
87
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.51.
88
Kitabi-Diyarbəkriyyə, səh.264.
89
İ.P.Petruşevski, göst.məq. məcmuəsi, səh.198.
90
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.51.Qeyd: Prof.S.M.Onullahi yazır: Baş vəzir ali
divana rəhbərlik edir və buna görə də sahib-divan adlanırdı (Bax: Azərb.tarixi «Elm», III c. səh.105).
27
işləri» («cəhəti-kifayati-mühimmati-mülki və mali») tənzimləməkdən ötrü İraqa
göndərilmişdi.
91
Həsən bəy Rumlu da dövlətin bütün mali və mülki işlərinə rəhbərliyin baş
vəzir tərəfindən həyata keçirildiyini bildirir. Vəzirin vəzifəsinə aşağıdakı işlər daxil
idi:
a) divan gəlirlərinin artırılması;
b) dövlət tapşırıqlarının yerinə yetirilməsi;
v) inşaat və əkinçiliyin həcmcə artırılması;
q) döyüşçülərə və rəiyyətə diqqət göstərilməsi;
d) vilayətin abadlaşdırılması.
92
Maliyyə divanının bütün sənədləri baş vəzirin möhürü ilə möhürləndikdən
sonra hüquqi sənəd kimi rəsmiləşdirilmiş hesab olunurdu.
Ауrı-ayrı hakim və şahzadələrin də vəzirləri olurdu. «Əhsənüt-təvarix»də
Şirvanşah I İbrahimin Qazi Bayazid adlı bir vəzirinin adı çəkilmişdir. Şahzadə
Qara İskəndərin vəziri Seyid Mahmud, Həsənəli Qaraqoyunlunun vəziri isə Xacə
Şəmsəddin idi. Həsənəli 1458-ci ildə atası Cahanşaha xəyanət edərək Təbrizi
tutmuş, az sonra atasının onun üstünə qoşun çəkdiyini eşidib şəhəri tərk etməyə
məcbur olmuşdu. Təbrizi yenidən ələ alan Cahanşah oğlunun təqsirinin
bağışlanmasından ötrü ilk növbədə onu bu işə sövq edən vəziri Xacə Şəmsəddini
öldürməyi tapşırmış və Həsənəli əmri yerinə yetirmişdi. Bu misalla vəzirin şahzadə
üzərində olan təsir gücü nəzərə çatdırılır.
Vəzir də vəkil kimi məşhur əmirlərdən təyin edilirdi. Cahanşahın qətlindən
sonra Təbrizdə taxta çıxıb, bir neçə gün (bəlkə də ay) hökmranlıq edən Arayeş
bəyim (Qara İskəndərin qızı - Ş.F.) Əlaəddin Sədiq Kecəcini özünə vəzir təyin
etmişdi. Arayeş bəyimi məğlub edib yenidən taxta çıxan Həsənəli vəzir Əlaəddini
vəzifəsində saxlamış, Əmir Aşur Məcidəddin İsmayılı da onunla birlikdə vəzir
etmişdi. Görünür Həsənəlinin divanında baş vəzir Əlaəddin Sədiq Kecəci
olmuşdur. Onun qohumu Şeyx Məhəmməd Kecəci isə Baysunqur Ağqoyunlunun
vəziri idi.
93
Vəzirlər hərbi yürüşlərdə də iştirak edir, onların xidmətləri yalnız mülkü və
mali işlərdə məhdudlaşmırdı. Baş vəzirin ixtiyarında bir neçə min silahlı əsgər
olurdu.
94
Teymurilər dövlətində Əmir Teymuru, qüdrətli bir dövlət başçısı kimi vəzir
vəzifəsini tutan şəxsin şəxsiyyəti daim düşündürmüşdür. O, dəfələrlə öz əsərində
vəzir və vəzarət məsələlərinə qayıdır, övladlarına məsləhətlər verir: "Vəzir öz
91
Фазуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-арай-и Амини, Bakı, 1987, səh.47
92
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə..., səh.53-54
93
Yenə orada. səh.54.
94
Yenə orada. səh.54-55.
28
vəzifəsini saflıq, düzgünlüklə görməyə başlayarsa, dövlətin maliyyə, mülkiyyət
işlərini dəyanətlə, savab ilə, nəfsinin qulu olmadan, əmanətə xəyanət eləmədən
yerinə yetirərsə, bu cür vəziri ən yüksək mərhələlərə yüksəltmək lazımdır. Hansı
vəzir nəfsi pozuqluq eləyərək məmləkət işlərini yaman yola qoyarsa, çox keçməz
ki, həmin məmləkətdən xeyir-bərəkət göyə çəkilər." (Bax: "Əmir Teymurun
vəsiyyətləri" səh. 70-71).
Əmir Teymur ümumiyyətlə vəzirlər barədə çox danışır ki, bu da onun bu ali
vəzifəyə böyük üstünlük verməsindən irəli gəlir: "Maliyyə vəzirləri maliyyə
məsələlərində xəyanət eləyərək var-dövlətin bir hissəsinin arasına keçmiş olsalar,
yoxlanılsın... Əgər mənimsənilən məbləğ mənimsəyənin maaşından üç dəfə artıq
olarsa, onda maliyyə vəzirinin bütün malı, mülkü dövlətə hədiyyə sifətində əlindən
alınsın." Əlbəttə, belə ciddi cəzalandırılan vəzir oğurluqdan çəkinər, dövlət malına
əl uzatmaz. Əmir Teymur sərt cəzalar verməklə hakimiyyətdə olduğu müddətdə
dövlət xəzinəsini son dərəcə zənginləşdirmişdi. Bunu da qeyd etmək yerinə düşərdi
ki, Əmir Teymur "Tüzuki-Teymuri" əsərində təkcə vəzirlərin cəzalandırılmasından
bəhs etmir, bacarıqlı və ləyaqətli vəzirlər barədə də müəyyən fikirlərini bildirir:
"Tədbir və qılınc gücünə hər hansı məmləkəti zəbt eləyən, yaxud himayə eləyərək
saxlayan vəziri əziz tutmaq, ona hörmət-izzət göstərmək lazımdır. Onun rütbəsini
artırmaq, onu "qılınc və qələm" sahibi" adlandırmaq lazımdır. (Bax: "Göst. əsər"
səh.71)
Sədr: Dövlət idarəçiliyində tutduğu mövqeyə görə XVI əsr Səfəvi
dövlətində əmirül-üməradan sonrakı yer sədrə məxsus olmuşdur. Lakin, XV əsr
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində sədarət mənsəbini aparan şəxsin rolu bir
əsr sonrakı sədrin rolundan fərqlənir və elə də böyük üstünlüyə malik deyildi.
Dövrün mənbələrində hətta XV əsr Azərbaycan feodal dövlətlərində vəkil və
vəzirin mövqelərinin sədrə nisbətən daha üstün olduğu aşkar nəzərə çarpır və XV
əsrin sonu istisna olmaqla sədrin fəaliyyəti, əsasən, göstərilmir. Buna baxmayaraq,
tarixçilərin əksəriyyəti bu vəzifəni «yüksək vəzifə» adlandırmışlar.
95
Həsən bəy
Rumlu və başqalarının əsərlərində Qaraqoyunlu dövlətində sədrin oynadığı rol az
işıqlandırmasına baxmayaraq, Ağqoyunlu dövlət aparatında sədrin icra etdiyi
vəzifənin getdikcə ön plana çəkildiyinə işarə edilmişdir ki, bu da, zənnimizcə,
dövlət işlərində dinin rolunun artması ilə əlaqədardır. «Əhsənüt-təvarix» əsərində
Ağqoyunlu dövlətinin sədri Qazi İsa «sədarət mənsəbi və dini işlər vəzifəsinin
sahibi» adlandırılır,
96
lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə «ixtiyar
sahibi» sayılan və vəkil olan Sufi Xəlilin fərmanı ilə öldürülməsi sədarət
vəzifəsinin dövlətdə hələ о qədər də möhkəm mövqe tutmadığını göstərir.
95
Həsən Rumlu. Əhsənüt-təvarix, səh. 110, Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni əl-moddəu be
Xandəmir. Tarixi-həbibüs-siyər, III cild, Tehran, h.1333, səh.549; Mirzə bəy əl-Həsən əl Hüseyni
Cunabadi. Rovzətüs-Səfəviyyə (Azərb EA Tarix institutunun Elmi Arxivi, inv.№ 2614/5, vərəq 126-a.)
96
Həsən Rumlu. Əhsənüt-təvarix, Tehran, səh.633.
29
Yeri gəlmişkən, sədr Qazi İsa və onun səlahiyyətləri barədə bir neçə söz:
Məşhur tarixçi Fəzullah ibn Ruzbehan Xunci (Prof. S.M.Onullahi böyük
iqtisadiyyatçı, tarixçi və şair olmuş Fəzlullah ibn Ruzbehanın təxəllüsünü onun
doğulduğu "Xunəc" kəndi ilə əlaqələndirib "Xunəçi" kimi yazmışdır. Bizim bu
iddiyaya qarşı etirazımız yoxdur, lakin S.M.Onullahidən başqa bütün alimlər
F.Ruzbehanı "Xunci" kimi təqdim etdikləri üçün biz də həmin ifadəni "Xunci"
kimi saxladıq - Ş.F.) öz tarix kitabında XV əsrin II yarısında Ağqoyunlu dövlətinin
quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı
məlumatlar vermişdir. Onun «Tarixi-aləmarayı-Əmini» adlı əsəri Uzun Həsən
Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun
(hakimiyyət illəri: 1478-1490) və Baysunqurun (hakimiyyət illəri: 1490-1492)
həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini
qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir
neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: «Qazi İsa Sədrin Yaqub
xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə
sahiblərinin təyinat və işdən çıxarılmalarında onun sözü həlledici idi. Hakimiyyətin
cilovu tamamilə onun əlində idi... Qazi öz dərəcəsinin əhəmiyyətini olduqca
qaldırdı. Onun razılığı olmadan heç bir dini, yaxud dövlət işi həll oluna bilməzdi.
Əlahəzrətin (Sultan Yaqubun - Ş.F.) ona münasibətini görən adamların heç biri,
heç bir məsələni əvvəlcə qaziyə təqdim etmədən həll edə bilməzdi. Buna görə də
bütün şahzadələr, əmirlər, qazilər, vəzirlər və əyanlar tamamilə ondan asılı idilər.
Zəngin və məşhur adamlar onu salamlamaq, ya da diqqətinə yetməkdən ötrü onun
qapısı önündə yığılıb gözləyirdilər. O, nəfsani fəzilətlərlə bəzənən bir adam idi və
dinin möhkəmlənməsi yolunda nə hökmdarlardan, nə də fırıldaqçı adamlardan
(mütəqəllib) qorxub çəkinmirdi. O, Peyğəmbərin din bağçasını bəzəmək istəyirdi.
Onun ən əsas məqsədi Çingiz yasalarının (qanunlarının - Ş.F.) qaranlıq pərdəsi
altında gizlənən mülki işləri (ümuri-mülki) qaydaya salmaq idi. Həqiqətən də din
çiçəkləndi, qazinin məsləhəti ilə üləmalar və ləyaqət sahibləri 1000 tümən və daha
artıq məbləğ pul ilə mükafatlandırıldılar ki, əlahəzrət həmin pulu onlara soyurqal
şəklində verirdi... Bu hal 894-cü ilin səfər ayının başlanğıcına qədər (yanvar 1489)
davam etdi və Qaraağac qışlağında qazinin hakimiyyəti təxminən hökmdarın
səlahiyyətinə yaxınlaşdı».
97
Fərzullah Xunci yazır ki, Qazi İsa Sədr istəyirdi ki, qanuni maliyyə
tədbirləri həyata keçirməklə tamğa adlı ticarət vergisini aradan qaldırsın, alış-veriş
əməliyyatları genişlənsin, xəzinəyə gəlir gətirən mənbələr çoxalsın, «mal qapıları»
97
Yenə orada
30
(əbvab əlmal) açılsın.
98
Lakin, onun istəkləri həyata keçmədi və о Qarabağda
olarkən vəkil Sufi Xəlil tərəfindən öldürüldü.
99
Bir daha xatırladaq ki, XV əsrin əvvəlində dövlətdə sədrin vəzifəsi məhdud
idi və əsrin sonundakı sədrin vəzifəsindən, məsələn Qazi
İsanın, xeyli az əhəmiyyət
kəsb edirdi. Qaraqoyunlu dövlətinin tərkibində olan Bağdad əyaləti, «Əhsənüt-
təvarix»də göstərildiyinə görə h.847 (m. 1443/44)-ci ildə Cahanşah tərəfindən
şahzadə Məhəmmədi Mirzəyə verilmiş, amma şahzadə azyaşlı olduğundan şəhər
işlərinin idarəsi Abdulla adlı bir şəxsə tapşırılmışdı.
100
Müəllif Abdullanın
vəzifəsinin adını göstərmirsə də, onun hökmdarın oğlu Məhəmmədi Mirzənin lələsi
və sarayında sədarət mənsəbinin sahibi olduğu bilinir, lakin səfəvi sədrlərinin XVI
əsrdə gördüyü işlərin ancaq ikisinin («həll və əğd» - yəni bir sıra işlərin «açılması
və bağlanması») Qaraqoyunlu sədri Abdulla tərəfindən icra edilməsi о zaman
sədrin fəaliyyətinin həqiqətən də məhdud olduğuna dəlalət edir.
101
Buna
baxmayaraq, qeyd etmək lazımdır ki, sonrakı əsrlərdə olduğu kimi, XV əsr
sədrlərinin də ən əsas vəzifələrindən biri dini işlərlə məşğul olmaq və vəqf
idarələrinə rəhbərlik etmək olmuşdur.
102
Beləliklə aydın olur ki, dövlətdə tutduqları məqam və daşıdıqları vəzifənin
səlahiyyətinə görə qaraqoyunlu və ağqoyunlu sədrləri səfəvi sədrlərindən fərqli
olmuşlar. «Nameyi-nami» əsərində də müxtəlif dövlətlərin sədrləri biri-birindən
fərqləndirilir: «Sədrlərin vəzifəsi hər dövrdə və hər bir hökmdarın xidmətində
müxtəlif olmuşdur»
103
Hakim: XV əsr Azərbaycan feodal dövlətləri tarixində hakimin də
özünəməxsus yeri və fəaliyyəti olmuşdur. Göstərmək lazımdır ki, «hakim» də
başqa istilahlar kimi həm geniş, həm də dar mənada işlənmişdir. Həsən bəy Rumlu
bəzən şahları da hakim adlandırır. Məlumdur ki, şahın tabeliyində olan ölkə,
vilayət və şəhərlər həmçinin hakimlər tərəfindən idarə olunurdu. Onlar xüsusi
fərmanla məşhur əmirlərdən təyin edilirdi. «Kitabi-Diyarbəkəriyyə»də oxuyuruq:
«Cahanşah Mirzə Azərbaycan hüdudlarından İraqa yaxınlaşdı və Xacə Mahmud
Heydərin İsfahan hakimi təyin olunması barədə fərman göndərdi. Xacə Mahmud
hakimlik vəzifəsinin icrasına başladı. Qış ötüb keçdikdən sonra Cahanşah İsfahanı
öz oğlu Məhəmmədi Mirzəyə verdi».
104
Hakimlər xəzinəyə hər il müəyyən miqdar vergi verir, şaha vaxtaşırı
hədiyyə göndərir və müharibə vaxtı əsgəri qüvvə ilə kömək edirdilər. Hakimlərin
98
Yenə orada. səh.106.
99
Yenə orada. səh.111. Qeyd: Qazi İsanın öldürülməsi barədə yuxarıda dəfələrlə istinad etdiyimiz belə
bir məlumat vardır: «Sufi Xəlil... düşmənçilik etdiyi dəstəni aradan götürdü, о cümlədən sədr Qazi
İsanı... həbs edib ordubazarda (əskər bazarı - Ş.F) boğazını kəsdi. (Bax: Tarixi-qızılbaşan, səh.17-18).
100
Həsən Rumlu.. Əhsənüt-təvarix, Tehran, səh.250.
101
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.48.
102
Xandəmir. Nameyi-nami, Azərb.EA Əlyazmalar İnstitutunun kitabxanası, inv №3583, vər.16a.
103
Yenə orada, vər.42b.
104
Kitabi-Diyarbəkəriyyə, səh.175.
31
ən mühüm xüsusiyyəti onların hərbi qüvvələrə başçılıq etmələrində idi. Hakim
bəzən əlindən çıxarılan əyaləti «böyük xərclə» geri alırdı ki, bu da hakimin
hakimiyyəti əlindən verməmək ehtirasını göstərir,
105
Tarixi mənbələrdə inzibati
cəhətcə tutduqları yerə görə hakimlər bu dərəcələrə bölünmüşlər: vilayət, şəhər və
qala hakimləri. Axırıncılara «kutval» da deyilirdi. Təyin olunduğu yerə gedən
hakim özü ilə şahın təsdiq edib ona verdiyi hökm sənədini - «nişan»ı aparırdı.
Nişanda adı göstərilən yerin ona çatdığı yazılır, əhalidən hakimi peşkeşlə
qarşılaması, qala və xəzinə açarlarının təqdim edilməsi və ona sözsüz itaət
olunması yazılırdı.
106
Hakimin vilayətdəki işləri barədə Ə.Tehraninin bir
məlumatı dolğun təsəvvür yaradır. Söhbət Uzun Həsənin, onun yanına qaçıb
sığınan teymuri Yadigar Məhəmmədi hakim təyin etməsindən gedir: «Sahibqran...
padşahzadə Yadigar Məhəmməd Sultanı yanına çağırıb ona bayraq və təbil verdi...
əmr etdi ki, Xorasana gedib öz irsi mülkündə hakimiyyət bayrağını ucaltsın...
Şahzadə Məhəmməd bəy təyin olunduğu İsfahana çatdı və öz qədəmləri ilə о
məmləkəti şərəfləndirdi. Şəhərin böyüklərinə və əyanlarına rütbələrinə uyğun
hörmət və iltifat göstərdi. Vilayətin illərlə zülm və sitəm çəkmiş, qəm və kədər
yükü altında inləyən əhalisində öz səxavətli və mərhəmətli təbiəti ilə ümid
doğurdu. Təqribən bir ay müzəffər qoşunu təchiz etmək üçün İsfahanda dayandı.
Divan məmurları vilayətin maliyyə işlərini qaydaya salmaq və vergiləri toplamaqla
məşğul oldular. Mülkədar və rəiyyətlər həzrət sahibqranın günbəgün artan ədalətini
görüb sevinclə bir ildə verməli olduqları vergini bir dəfəyə verdilər».
107
Hakimə «daruğə» («darğa») da deyilmişdir ki, işləndiyi məna baxımından
hakim və daruğə sözləri bir-biri ilə qarışdırılmamalıdır. XVI əsrdə bu iki istilah
bir-birindən çox fərqlənmiş və daruğə hakimin əli altında olan şəxs kimi fəaliyyət
göstərmişdir. XV əsr Azərbaycan feodal dövlətlərinin quruluşunda isə hər iki
istilah təqribən eyni şəxsə mənsub olmuşdur, yəni о zaman doğrudan da müəyyən
inzibati sahəni idarə edən şəxsə həm hakim, həm də daruğə deyilmişdir. Məsələn,
Uzun Həsənin nəvəsi Əlvənd 1481-ci ildə vəfat etdikdən sonra əmirlərin bir neçəsi
Yaqub Ağqoyunlunun sarayına məktub yollayıb daruğə göndərilməsini xahiş
etmişlər. Aydındır ki, əmirlərin xahişi onlara hakim göndərilməsindən ötrü nəzərə
çatdırılmış və burada daruğə hakim sözünün sinonimi kimi işlənmişdir.
«Tarixi-qızılbaşan» kitabındakı bir məlumat da «daruğə» və «hakim»
istilahlarını eyniləşdirir. Anonim müəllifin bu kitabında oxuyuruq: «Həsən bəy
(Uzun Həsən - Ş.F.) həmin qışda Muğanda qışladı və bütün İraq və Azərbaycana
daruğələr yolladı».
108
Bu misaldakı «daruğə», heç şübhə yoxdur ki, hakimdir.
105
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.56.
106
Yenə orada
107
Kitabi-Diyarbəkəriyyə, səh.274-275.
108
Tarixi-qızılbaşan, Tehran, h.1361 (m.1982), səh.15.
32
«Daruğə» istilahı hakim mənasında işləndikdə hakimin rütbəsi, yəni onun
hakimliyi (əmarət) dərhal nəzəri cəlb edir. Bunun əksinə olaraq «daruğə» istilahı
dar mənada işlənərkən bu daruğəliyin əmirlik olmadığı aydınlaşır. Məsələn, 1499-
cu ildə Sultan Murad və Məhəmmədi Mirzə Ağqoyunlular döyüşərkən, birinci
tərəfin dövlət bayrağı yerə düşmüşdü. Həsən bəy Rumlu göstərir ki, Pəhlivan Şahi
adlı bir döyüşçü cəld həmin bayrağı qaldıraraq, geri qaçmaqda olan Sultan Murad
döyüşçülərini qaytardı və onlar yenidən gəlib həmin bayrağın altında toplaşdılar.
Döyüş qələbə ilə bitdikdən sonra Sultan Murad döyüşçüləri ruhlandıran Pəhlivan
Şahiyə kəndinin daruğəliyini verir. Сamaat ondan nə üçün Sultan Muraddan
əmirlik istəmədiyini soruşduqda o, cavab vermişdi: «Atam о kəndin əkinçisi idi,
mən isə daruğəsi olmuşam».
109
Hakim və daruğə vəzifələrinin eyni olmadığını
göstərən başqa bir misal: 1500-cü ildə Bakı qalasının hakimi şahzadə Qazi bəyin
arvadı, daruğəsi isə Əbülfəttah bəy idi.
110
Hakimlərin öz idarə aparatı - sədri,
vəkili, vəziri və qoşunu olmuşdur.
111
Dostları ilə paylaş: |