Qəcərçi. Bu vəzifə sahibi haqqında məlumat yox dərəcəsindədir. Ə.Tehrani
Uzun Həsənin Pirəli bəy Şahnisbi adlı qəcərçisi olduğunu bildirir və onun
məlumatına əsasən bu vəzifənin məzmunu aydınlaşır. O, yazır: Uzun Həsən
174
Fərzullah Xunci. Göstərilən əsəri, səh.51
175
Yenə orada. səh.46,51.
176
Yenə orada. səh.71.
177
Kitabi-Diyarbəkriyyə, səh. 72. ; Ş.Fərzəliyev. yenə orada, səh. 71.
178
Kitabi-Diyarbəkriyyə, səh. 176.
179
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.71
48
gedəndə (1448) Quxbir adlı bir çayın kənarında dayanmağa məcbur olmuşdu,
çünki çayı keçmək mümkün deyildi. «Pirəli bəy Şahnisbi qəcərçi idi. Sahibqran
onu göndərdi ki, axtarıb bir keçid tapsın ... Qəcərçi keçidi tapa bilmədiyi üçün
sahibqran özü daim xoşbəxt xislətindən işıq saçan fərasət nurunun sayəsində keçidi
aşkara çıxardı və bütün qoşun həmin keçiddən keçdi. »
180
Nəqbəçi. Azərbaycanca «lağım» mənasını verən «nəqb» ərəb ismindən
düzəldilən sözdür. Nəqbəçilər (yaxud nüqqab) mühasirə vaxtı qala və şəhər
divarlarını lağım atmaqla uçuran əsgərlər idilər.
181
Əmiraxur. XV əsr Azərbaycan ordularında minik heyvanlarına nəzarət və
nəqliyyat məsələlərinə rəhbərlik etmək əmiraxurun öhdəsinə düşürdü. Qoşunların
əsas minik vasitəsi olan at ilxılarının ümumi sayı haqqında hökmən əmiraxurun
məlumatı olmalı idi. Sultan Əhməd Cəlairinin məğlub olub qaçmasından sonra əsir
alınmış düşmən əmiraxurlarına Qara Yusifin verdiyi suallar bu fikrin təsdiqi üçün
səciyyəvidir: «Sultanın neçə atı vardı? O, özü ilə neçə at aparmış olar? Ordumuzun
əlinə daha neçə at keçə bilər?»
182
Müharibə vaxtı ordu ilə hərəkət edən əmiraxurlar da şəxsən döyüşürdülər.
Ə.Tehrani Uzun Həsənin əmiraxurunun hərbi fəaliyyətini bildirən belə bir məlumat
verir: «...Qasım Əmiraxurun başçılıq etdiyi qoşun Nəsibin və Mardinin bəzi
hissələrini qarət edib geri döndü».
183
Beləliklə XV əsr Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin hər
üçünün hərbi quruluşu arasındakı tam yaxınlıq bir daha təsbit edilmiş olur. Dövrə
dair mənbələrdə və tarixi ədəbiyyatda buna görə də hər üç feodal dövlətin
quruluşlarındakı yaxınlıq dönə-dönə əks etdirilmişdir.
Məhkəmə sisteminə gəldikdə də eyni yaxınlıq nəzərdən yayına bilmir. Qəti
şəkildə demək olar ki, Azərbaycanın XV əsrdə mövcud olmuş hər üç dövlətində
məhkəmə sistemi eyni tərzdə təşəkkül tapmışdı və demək olar ki, eyni şəkildə
həyata keçirilir və müsəlman hüququna əsaslanırdı. «Orta əsrlər Azərbaycan
hüquqşunaslığı ... müsəlman hüququnun üzvi bir hissəsi olub mahiyyətcə heç bir
cəhətdən ondan fərqlənmirdi».
184
Müsəlman hüququ ümumi şəkildə şəriət adlanan elmlər sistemində
formalaşmışdır. Şəriət cəzanı yalnız zahiri əlamətə görə, əmələ, formaya görə verir.
Şəriət hökmləri iki qrupa bölünür:
1 .Ruhani-mərasim hökmləri;
2.Mülki-siyasi hökmlər.
185
180
Kitabi-Diyarbəkriyyə, səh.134.
181
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.73
182
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ...,səh.148.
183
Kitabi-Diyarbəkriyyə, səh.130.
184
Elman Cəlilov. Azərbaycanın dövlət və hüququ (XIII-XIV yüzillər), Bakı, 1995, səh.44-45.
185
Yenə orada, səh.55.
49
Müsəlman dövlətlərində dini hakimiyyət ilə dövlət hakimiyyəti bir-birindən
ayrı deyilsə də, bizim bəhs etdiyimiz dövrdə dövlət hakimiyyəti XVI əsrə nisbətən
güclü idi. Məsələn, müəyyən hökmlərin çıxarılması və cəzaların verilməsində əsas
və qəti söz hökmdarın olduğundan məhkəmə başçıları - qazilər, şübhəsiz ki, Qara
Yusif, Uzun Həsən, Fərrux Yəsar kimi padşahların rəyi ilə hökmən hesablaşırdılar.
Məhkəmə hökmlərini adətən ilahiyatçı hüquqşunaslar deyil, nüfuzlu feodallar,
tayfa başçıları, şeyxlər, ağsaqqallar icra edirdilər.
Məhkəmə məsələləri əsasən məscidlərdə həll edilirdi. «Orta əsrlərin
müsəlman aləmində yalnız məşhur ilahiyyatçılar qanunşunas kimi tanınırdılar».
186
İslamın ilk dövrlərində olduğu kimi Qaraqoyunlu, Ağqoyunlu, Şirvan və
Osmanlı dövlətlərində qazilər hələ də yerlərdə əsas hakimlər kimi qalmaqda idilər
və şəriət məhkəmə aparatına başçılıq edirdilər, şəriət məhkəmə aparatının
sərəncamında isə bir sıra idarələr - kargüzarlıq işlərinə baxan və məhkəmə
sənədlərini rəsmiləşdirən idarələr də vardı. XV əsrdə Azərbaycanda dövlət qaziləri
ilə yanaşı şəriət qaziləri də fəaliyyət göstərirdi ki, birincilər ikincilər üzərində güclü
təsirə malik idilər.
Qazilərin başçılıq etdikləri məhkəmələr qəza məhkəmələri adlanırdı. Şəri və
dünyəvi qəza məhkəmələri biri-birini tamamlamış, xalqın şüurunda bilavasitə dinlə
bağlı olan, məsələn nigah, ibadət, ailə, miras, boşanma hüququ üzrə münasibətlər -
şəriət məhkəmələri, digər məsələlər isə dövlət məhkəmələri tərəfindən həyata
keçirilmişdir.
187
Teymurilər dövlətində də, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində olduğu
kimi, məhkəmə (dünyəvi və şəri) qazilər tərəfindən aparılır, müqəssirlər "Yasa"
qanununun (Çingiz xan "Yasa"sının) müvafiq maddələrinin əsasında
cəzalandırılırdılar. Əmir Teymurun məlum əsərində oxuyuruq: "Oğrular haqqında
buyurdum ki, harada olur olsun, kim onları tutub gətirsə, oğrular Yasanın
tələblərinə müvafiq cəzalandırılsınlar. Cəza barədə qərar çıxarmaq isə, təbii ki,
qazilərə xas səlahiyyət idi. Əmir Teymur qaziləri iki yerə ayırır: İslam qazisi,
(yaxud şəriət qazisi) və əcrim qazisi ("cürm"- günah, "qüsur" mənasındadır) "Əgər
biri başqasının dişini sındırsa, gözünü kor etsə, qulaq və burun kəssə, şərab içsə,
zina işlər görsə onu tutub divandakı şəriət qazisi, уа da əcrim işinə bахаn qaziyə
tapşırsınlar. Şəriətə dair işlərin həlli barədə islam qazisi hökm çıxarsın, ürf-adət
işlərini isə əcrim qazisi təftiş edib sonra mənə ərz eləsin." ("Temur tüzukları"
səh.94). Əmir Teymur bu əsərinin başqa bir yerində də həmin məsələyə bir daha
toxunub yazır: "İslam qazisi şəriət işləri, əcrim qazisi isə dünyəvi işlər haqqında
mənə ərz etsin." (Bax: Həmin əsər, səh,108).
186
Q Kərimov. Göst.əsər, səh.7.
187
E.Cəlilov. Göst.əsər, səh.60.
50
Müsəlman hüququnun əsasında fiqh elmi dururdu. Fiqh ərəbcə «dəqiq
anlayış, bilik» mənasını verir. Orta əsrlərdə bu istilah islamın ilk dövrlərində
olduğu kimi «şəriət» sözünə bərabər tutulmuşdur. Fiqh müsəlmanların dini və
dünyəvi həyatlarını tənzim edən normaları özündə toplayıb, həm ibadətlər, həm də
miras, əqdlər, ailə münasibətlərini, edilməli və edilməməli (əmr və nəhy) əməlləri
qiymətləndirəcək hökmləri, cəza ehkamı, mühakimə üsulları, dövlət təşkilatı və
müharibə etmə hüququna dair ehkamları özündə birləşdirir. Fiqh müfəssəl
mənbələri tədqiq etməklə şəriət ehkamının əməli köklərindən bəhs edən elm olub,
qanunvericilik işlərində fərziyyə və layihələr tərtib edərkən müvəffəqiyyət
qazanmağa xidmət edir. Fiqh şəriətin mənbələrini tədqiq etməklə onun əməli işlər
üzrə ehkamından bəhs edir, şəriət və ədəbiyyat elmlərindən istifadə etməklə nəticə
almaq və hökm çıxarmağa xidmət edir.
188
Deməli, qazilər dövrün məhkəmə sisteminin tətbiqində fiqh qanunlarını əldə
əsas tutur və yalnız onlara istinad edirdilər. E.Cəlilovun məlumatlarına görə,
qazilər fəaliyyətlərini «Qazilik qanunları kitabı» («Kitab ədəd əl-qada») ilə
tənzimləyirdi və bütün maddi və prosessual normalar bu kitabda toplanmışdı.
189
Qazi iman əhli olub xalqı ədalətlə mühakimə etməli, qanunsuzluğun
qarşısını almalı, kimsənin haqqının mənimsənilməsinə, hüququnun tapdanmasına
yol verməməlidir. О öz vəzifəsini şəriətin tələbləri səviyyəsində apara bilmirsə,
tutduğu vəzifədən azad edilməlidir. Qazi işi şahidlərin, iddiaçı və cavabdehin,
məhkəmə üzvlərinin, məhkəmə xidmətçilərinin iştirakı ilə araşdırır və hökm
çıxarır. Qazilik insanlar arasında münasibətləri şəriət ehkamları, fiqhdə toplanmış
hüquq normaları və öz rəyinə əsasən həll etməlidir.
190
Qaziliyi öhdəsinə götürən adam fiqh sahəsində yüksək biliyə malik olmalı,
xalqın işini ədalətlə həll edə biləcəyinə əmin olmalı, xalqın və şəxsin özünün
etimadını qazanmalı, hər şeyi qorxub çəkinmədən düz deməli, qanunu hətta
hökmdardan belə qoruya biləcək qədər cəsur, qorxmaz, iradəli olmalı, fəraiz
məsələlərini dəqiq bilməli, insanlar arasında fərq qoymadan məzlumu zalimdən
müdafiə etməyə həmişə özündə güc, qüdrət hiss etməli, rüşvət qəbul etməməli və
ətrafdakıların da rüşvət qəbul etmələrinə imkan verməməlidir. Hədiyyə olaraq
verilmiş şeyləri qəbul etməzdən əvvəl hədiyyənin hansısa məqsədlə verilib-
verilmədiyini yoxlamalı, məqsədli hədiyyələri nə özü, nə də ailə üzvləri qəbul
etməməlidir.
191
Qazi sübut etmə vəzifəsini yalnız iddiaçının üzərinə qoymamalı, öz
səlahiyyətindən istifadə edərək məsələlərin aydınlaşmasını təmin etməlidir.
188
Yenə orada, səh. 61.
189
Yenə orada, səh.344, 348.
190
E.Cəlilov. Göst.əsər. səh.348.
191
Yenə orada, səh.348-349.
51
Qaziliyin yüksək bilik və peşə vərdişini tələb etməsinin nəticəsidir ki, qazi
vəzifəsinə fiqhə yaxından bələd olan, ailəliklə qaziliklə məşğul olanlar təyin
edilmişlər.
192
Şahid məhkəmədə ona məlum olan halları düzgün söyləməli, bəzək-düzəkli
ifadələrlə hadisəni təhrif etməməlidir. Şahid hadisəni görməli, kimdənsə eşitməli
və ya başqa hiss üzvləri ilə duymalı, qavramalıdır. Mənbəyi olmayan şəhadət əsaslı
sayılmır.
193
Fiqhin islam cəmiyyəti həyatını tənzim edən hüquq institutları içərisində
birgəyaşayış, müharibə və sülh bağlama qaydalarına aid hissəsi xüsusi əhəmiyyətə
malikdir. Bu hissəyə 4 institut daxildir. «Haqsızlığın dəf edilməsi və ədalətin,
dostluğun təmin edilməsi», «Yürüş», «Cizyə» və «Hüdanə» kitablarına daxil olan
normalar.
194
XV əsrdə Azərbaycan tarixində baş verən ciddi dəyişiklər, bir yüzillikdə iki
feodal dövlətin yaranması (Qaraqoyunlu və Ağqoyunlu) və Şirvanşahlar dövlətinin
yeni şəraitə uyğunlaşması nəticəsində «Cahad» kitabı demək olar ki, aradan
çıxarılmış, cinayət hüququndan sonraya keçirilərək «Yürüş» kitabı adlı hissə
yaradılmış, cahada və müharibə aparılmasına dair normalar orada toplanmışdır.
Məsələn, Uzun Həsən bəzən kiçik dövlətlər üzərinə, yaxud Gürcüstana hücumları
zamanı yürüş haqqında fərman verir və din xidmətlərinin, xüsusilə qazinin fitvası
ilə yürüşlərini əsaslandırırdı. Onun Osmanlılarla döyüşü isə, özü və tərəfdarları
tərəfindən «cahad» adlandırılmışdı.
Fiqh cahad edib islam düşmənlərini əzməyi hər bir müsəlmanın borcu
olmasını təsbit etmişdir, düşmən əzilməsə islam, islam olmasa Allaha həqiqi inam
ola bilməz, о da olmasa, həyatın mənası qalmaz, buna görə də cahadda ölmək
yaşamaqdan daha vacibdir. Əbülqasım Hillinin əsərinə əsaslanan E.Cəlilov cahadı
iki yerə ayırır: birincisi, islama hücum edib onu yıxmaq istəyənlərə qarşı cahad;
ikincisi, dini zərurət və şəriətin tələblərini yerinə yetirmək üçün cahad. Cahad hər
şeydən əvvəl, canını belə əsirgəmədən din yolunda fədakarlıq göstərməkdir. Cahad
islam dinini müdafiə etməklə müsəlmanların сanını, mənəviyyatını və əmlakını
qoruyur.
195
XV əsr Azərbaycan mənbələri arasında elə kitab tapmaq mümkün deyildir
ki, orada cahad, qəza, qazi, quzzat barədə az da olsa məlumat olmasın. «Qəza»,
yəni məhkəmə işləri ilə məşğul olan qazi haqqında mülahizə yürüdərkən iki
qazidən danışmaq lazımdır: 1.Qazi - yəni, mülki və dövləti işlərlə məşğul olan şəri
qazi; 2. Hərbi işlərdə qayda-qanun bərqərar olmasına çalışan qoşun qazisi (qaziyi-
192
Yenə orada. səh.350.
193
Yenə orada. Göst.əsər. səh. 365
194
Yenə orada, səh.370.
195
Yenə orada. Səh.370.
52
əsgər).
196
Şəri qazi yerlərdə mübahisəli məsələlərin həllinə çalışır, qoşun qazisi isə
orduda dini iş və təbliğat aparır, günahkar hərbiçiləri mühakimə edirdi.
Bacarıq və qabiliyyətlərinə görə bəzi qazilər sədr və vəzir kimi yüksək
vəzifələrə layiq görülürdülər. Məsələn, 1419-cu ildə Şirvanşahlar dövlətində vəzir
Qazi Bayazid olmuşdur. Yaqub Ağqoyunlu sarayın sədri isə Qazi İsa idi. Hətta
Ağqoyunlu Qara Osman tərəfindən öldürülən Qazi Bürhanəddin Bürhanilər
dövlətinin padşahı idi.
197
Bəzi mühüm məsələlərin həlli üçün qazilərin köməyindən istifadə edilirdi.
Məsələn, 1469-cu ildə Sultan Əbu Səid Teymurinin Azərbaycana yürüşü zamanı
Uzun Həsən əskər qazisi Əlaəddin Əlini iki dəfə sultanın düşərgəsinə
yollamışdı.
198
Tezliklə Ağqoyunlular tərəfindən əsir alınan Sultan Əbu Səidin
qətlinə fərmanı da Uzun Həsən məhz Şirvan qazisinin təhriki ilə vermişdi.
199
İslamın xeyrinə çalışan Qazi Əlaəddin Əli barədə Ə.Tehraninin məlumatı da
diqqəti cəlb edir: «Sahibqran ... seyidlərin qaymağı, qazilərin iftixarı, sağlam
düşüncə sahibi, kəskin fikirlər yiyəsi, aydın nitqi və güclü məntiqi, zəngin biliyi və
təmiz mənəviyyatı sayəsində elçilikdə mahir olan və bu işdə islamın xeyrinə
çalışan qazi Əlaəddin Əlini layiqli hədiyyələrlə Cahanşah Mirzənin yanına
göndərdi».
200
Ə. Tehrani qazini «şəriət hakimi» adlandırır. Cahanşahın öldürülməsindən
sonra Təbrizə gələn Uzun Həsən «Təbrizin və ... digər şəhərlərin alimlərini və
seyidlərini öz hüzuruna dəvət etdi, məmləkət və din işləri ilə məşğul
olanlara nəsihətamiz sözlər dedi. Qazilərin və şəriət məsələlərinə baxan adamların
xəyanəti barədə şikayətlər eşitdiyi üçün qaziləri hədələdi və bir neçə gündən
sonra onların hamısını işdən azad etdi. Türk möminlərindən biri mənim (Abubəkr
Tehraninin - Ş.F.) təqdimatım və digər əyanların müdafiəsi ilə şəriət hakimi təyin
olundu.»
201
Salnaməçi bu qeydlə qazilərin islamın müdafiəçiləri olduqlarına
baxmayaraq, bəzən özlərinin qeyri-hüquqi işlərə əl atdıqlarını nəzərə çatdırır.
Qazinin iştirakı olmadan evlənmə və boşanma məsələləri əsasən həyata
keçmirdisə də, bəzən hər hansı bir hökmdar, yaxud şahzadə bu hüquqi normaya
əhəmiyyət vermir, qazinin rəyi ilə hesablaşmırdılar. Məsələn, Cahanşahın
qətlindən sonra onun oğlu Həsənəli ilə də birdəfəlik hesablaşmaq istəyən Uzun
Həsən ona qarşı yola düşür. Ə.Tehraniyə görə «Onun Azərbaycana yollanmaq və
Həsənəlinin qarşısını almaq qərarının əsas səbəbi onun daim eşitdiyi belə bir
xəbər idi ki, Həsənəli islam dininin düzgün yolundan sapıb ..., şəriətin
göstərişlərini unudub ... əyanlardan hansını bir bəhanə ilə cəzalandırırsa, elə
196
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.58..
197
Yenə orada, Kitabi-Diyarbəkriyyə, səh.52.
198
Kitabi-Diyarbəkriyyə, səh.. 254-255.
199
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə ..., səh.58.
200
Kitabi-Diyarbəkriyyə, səh.221.
201
Yenə orada, səh.279.
53
həmin gün onun qadınlarını talaqsız və qazisiz başqalarına verir».
202
Beləliklə,
nəticə çıxarmaq olar ki, hər üç Azərbaycan feodal dövlətində hərbi quruluş və
məhkəmə sistemi özlərindən əvvəlki dövlətlərin təcrübi xüsusiyyətlərinə
əsaslanmışdı.
Dostları ilə paylaş: |