45
və Dürhəsən Xəlifə olmuşlar».
163
Oxlu tayfasının da mötəbər əmiri məlum deyildir.
«Bu tayfanın mötəbər əmiri yox idi və onlar Səfəvi xanədanının müridləridirlər.
164
«Kiçik əmirlər» zümrəsinə daxil olan əmirlər «ordu əmirləri» də adlanırdı.
Onlar müxtəlif qoşun dəstələrinə başçılıq edən əmirlər olmuşlar. Zənnimizcə
sərhədləri qoruyan əmirlər də «kiçik əmirlər» zümrəsinə daxil idilər.
Müharibələr zamanı ələ keçirilən qənimətlər çox hallarda əmirlər arasında
bölüşdürülürdü ki, şah bununla da onları özündən razı salmaq və gələcək döyüşlərə
rəğbətləndirmək istəyirdi.
Elə hal da olurdu ki, əmirin döyüşlə ələ keçirdiyi hər
hansı bir yer elə onun özünə bağışlanırdı.
Əmirlik XV əsrdə nəsli xarakter daşımışdır. Misal olaraq deyə bilərik ki,
1458-ci ildə Cahanşah Qaraqoyunlunun əmiri Bayazid Cagirlu (o, əmirul-üməra
Əmir Bəstam Cagirlunun oğlu idi - Ş.F.) öldükdə, onun yerini qardaşı
Əbülfəth bəy
tutmuş və əmir olmuşdu.
165
Bəzi əmirlərə xidmətlərinə və qazandıqları hörmətə görə böyük torpaq
sahələri - soyurqal və tiyul verilir və onlar müharibə bitdikdən sonra həmin yerlərə
gedib mülki işlərlə məşğul olurdular, lakin şah уeni müharibəyə başlarkən əmirlər
yenidən xüsusi əmrlə orduya səfərbər edilirdilər.
Əmirlərə müxtəlif ləqəb və titullar verilirdi,
onlar soy ada malik
olmadıqlarından daşıdıqları vəzifə onların adlarına əlavə edilir, yaxud doğulduqları
şəhər, уа kəndin adı soy ad kimi onlara mənsub edilirdi.
166
Dostları ilə paylaş: