Ġahin Fazil Fərzəlibəyli


 Hərbi quruluş və məhkəmə sistemi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
kitab20100722120332154

3. Hərbi quruluş və məhkəmə sistemi 
 
XV əsr Azərbaycan feodal dövlətlərinin quruluşu haqqında əlahiddə bir 
mənbə olmadığı kimi, bu dövlətlərin hərbi təşkilatları və məhkəmə sistemi barədə 
də xüsusi əsər yoxdur. 
Bir qayda olaraq, döyüşə gedən ordunun başında hökmdarın özü dururdu. 
Qaraqoyunlulardan Qara Yusifin, Qara İsgəndərin, Cahanşahın, Ağqoyunlulardan 
Uzun Həsənin, Sultan Yaqubun, Rüstəm padşahın, Şirvanşahlardan I İbrahimin, 
Xəlilullahın, Fərrux Yəsarın döyüş şücaətləri barədə mənbələrdə məlumat boldur. 
Onlardan əvvəlki hökmdarlar da şəxsən döyüş meydanlarına gedir, özlərinin 
sərkərdəlik və döyüşçülük məharətlərini nümayiş etdirirdilər. Məsələn, səlcuq, 
monqol, teymuri hökmdarları şəxsən böyük əzmlə vuruşur, vəzir, əmir və 
döyüşçülərə bir növ nümunə olur, hər qələbəni qılınc gücünə şəxsən əldə edərdilər. 
Əmir Teymur yazır: "Başıma polad dəbilqə, əynimə Davudi savut (hərbi süvari 
libas) geyindim, belimə misri qılınc bağladım, bahadırlıq və güləş taxtına 
əyləşdim. Turanlı divürəklilərin, Xorasan pəhləvanlarının, Gilan və Mazandaran 
batırlarının ürəklərinə səksəkə saldım və Sivas, eləcə də Gürcüstan qalalarını fəth 
elədim. Qalada dikbaşlıq eləyənlərin hamısını dəmirlə dağladım, qaladan ələ 
keçirdiyim bac-xəracı qalib əsgərlərimə payladım. Azərbaycandakı pozğun, başsız 
126
Bu haqda məlumat üçün M.X.Nemətovanın məqaləsinə bax. 


36 
adamları tənbeh elədim. (Sultan Əhməd Cəlairi və Qara Yusif Qaraqoyunlularını 
nəzərdə tutur - Ş.F.)... 27 padşahın taxtını ələ keçirdim. İrana, Turana, Ruma, 
Məğribə, Şama, Misrə, Ərəb İraqına, Əcəm İraqına, Mazandarana, Gilana, Şirvana, 
Azərbaycana, Farsa, Xorasana, Dəşti-Ceteyə, Dəşti-Qıpçağa, Xarəzmə, Xütənə, 
Babilistana, Baxtərzəminə, Hindistana padşah və hökmdar oldum... On iki 
yaşımdan dürlü-dürlü diyarları gəzdim. Əzab-əziyyət gördüm. Hər cürə tədbirə əl 
atdım, qoşunlar sındırdım, əmirlərdən və adi qulluqçulardan acı sözlər eşitdim, 
pisliklər gördüm, lakin eşitdiyimi eşitməzliyə, gördüyümü görməzliyə vurdum. 
Qılıncımı qından çıxarıb döyüşə girdim, dürlü-dürlü məmləkətləri, vilayətləri ələ 
gətirdim. Dünyada ad çıxartdım."(Bax: "Əmir Teymurun vəsiyyətləri." səh. 47-48) 
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordunun ən yuxarı zümrəsini 
şahla bir tayfadan olan əmirlər təşkil edirdi. Məsələn, Qaraqoyunlularda - barani, 
Ağqoyunlularda isə bayandurilər yüksək toxunulmazlıq hüququna və müstəsna 
səlahiyyətlərə malik idilər. Ağqoyunlularda bayanduri bəylərinə «boy bəyləri», 
əskərlərinə isə «boy nökərləri» deyirdilər.
127
Şirvanşahlarda isə ordu müharibə 
gözlənilən təqdirdə yerli rəiyyət və tayfalardan yığılan adamlardan təşkil olunurdu. 
Azərbaycan dövlətlərinin ordusu sarayın ixtiyarındakı nisbətən azsaylı 
qoşundan və ayrı-ayrı vilayətlərdə yaşayıb, yalnız hərbi yürüşlər zamanı 
cəmlənərək öz başçıları (sərdar) ilə birlikdə hökmdarın köməyinə yollanan 
döyüşçülərdən (çərik) ibarət olmuşdur. Piyada qoşun dəstələrinin təşkilinə isə ilk 
dəfə Qara Yusifin teymuri Şahruxla döyüşə yollanması zamanı təsadüf olunur.
128
Qeyd olunduğu kimi, ordunun böyük hissəsi çəriklərdən ibarət idi ki, onlara 
əsasən gəldikləri yerlərin tayfa başçıları rəhbərlik edirdi. «Xassə əskərlər» deyilən 
döyüşçü dəstələrinə (şahın tabeliyindəki əskərlərə) illik maaş verildiyi halda, 
çəriklərə yalnız onlar döyüşə çağırıldıqdan sonra pul ödənilirdi.
129
Ağqoyunlu qoşununda hökmdarın təminatında olub, müəyyən imtiyazlara 
malik qvardiya hissələri, boy və xassə nökərləri vardı. Onlar əsasən Ağqoyunlu 
tayfalarından olan və hakimiyyət başında duran bayandurilərə mənsub idilər. 
Qoşunun ali rəisləri «əmir» adlanırdı, kiçik başçılara isə «qibtəul» deyirdilər. Hər 
iki vəzifə əyanlara mənsub idi və bu vəzifələrə tayfa başçıları təyin olunurdu. 
Qoşun puşandarlardan (ağır silahlı süvarilərdən) və tirkəşbəndlərdən 
(oxatanlardan) ibarət idi. 
Əsasən yarımköçərilərdən ibarət olan döyüşçüləri, adətən, onların ailələri, 
qulları və xidmətçiləri müşayiət edirdilər. Buna görə də qoşun təşkilatının köçəri 
ənənələrlə sıx surətdə bağlı olduğu aydınlaşır. Qoşun səfərdə olduğu zaman (ilin 
fəsillərindən asılı olaraq) qışlaq və yaylaq yerlərində dayanırdı. 
127
İslam ensiklopediyası. I cild, səh.266. 
128
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.68, 94. 
129
İslam ensiklopediyası, I cild, səh.266. 


37 
Qoşunların miqdarı haqqında dəqiq məlumat yoxdur. Qaraqoyunlu qoşununda 
təxminən 50 min nəfər, Ağqoyunlularda isə 100 min nəfər döyüşçü olduğunu 
etimal etmək olar.
130
Osmanlı hökmdarı Sultan Məhəmməd Fatehlə döyüş ərəfəsində Uzun 
Həsən onun dövlətinə səfir kimi gələn Venesiya diplomatı Katerino Zenonu 
Ağqoyunlu ordusuna dəvət etmişdi ki, baxış qurtardıqdan sonra K.Zeno tərəfindən 
Venesiyaya göndərilən məktubda senata yazılırdı: «Onların sayı 100 min nəfərdir... 
Süvarilər və onların atları italyan tərzində silahlanmışlar. Bəzi döyüşçülər 
bədənlərini hər hansı bir ağır zərbədən qorumaqdan ötrü sinələrini möhkəm 
dərilərlə örtmüşdülər... Bu süvarilərin qulluqçuları da yaxşı atlara minmişlər... 
Döyüşçülər 40 min nəfər, onların qulluqçuları isə təxminən 60 min nəfər idi... 
Şahın cavan oğlanları da onunla idilər»
131
Ağqoyunluların 1473-cü ildə baş vermiş Otluqbeli məğlubiyyətindən sonra 
Uzun Həsən dövlətdə mərkəzləşmə ənənəsini həyata keçirməyə başladığından bəzi 
yüksək rütbəli əmirlər və hətta şahzadələr də ona qarşı düşmən mövqe tutmuşdular. 
Buna misal olaraq Uğurlu Məhəmmədin atası əleyhinə qiyamını göstərmək olar. 
Bundan xəbər tutan Ağqoyunlu hökmdarı dərhal oğlunu cəzalandırmaq niyyətinə 
düşərək hücum etmək üçün qoşun toplayır və həmin qoşunun miqdarı barədə başqa 
bir venesiyalı diplomatın - Cozafa Barbaronun məlumatı müfəssəldir. C.Barbaro 
yazır: «Şahı şəxsən ləyaqətli adamlar müşayiət edir və xidmətində dururlar. Bu 
arada əskər və heyvanların miqdarını saymağa başladılar. Amma bizdə olan qayda-
qanunun əksinə olaraq, adamların sayını səbt etmək və atları dağlamaqla məşğul 
olmadılar. Onlar yalnız qoşun başçılarını yanlarına çağırır, ixtiyarlarındakı 
döyüşçülərin sayının düzgün olub-olmadığını soruşurlar... Mən öz xidmətçimlə 
onların arasından keçdim və paxla hesabı ilə ləşkəri saymağa girişdim. Hər 50 
nəfəri saydıqdan sonra cibimə bir paxla salırdım. Baxış sona çatdıqda hesablayıb
əskər və heyvanların sayını aşağıdakı kimi müəyyən etdim: 
Çadırların sayı - 6000 (altı min); 
Dəvələrin sayı - 30000 (otuz min); 
Qatırların sayı - 5000 (beş min); 
Yabıların sayı - 5000 (beş min); 
Ulaqların sayı - 2000 (iki min); 
Xidmət atlarının sayı - 20000 (iyirmi min); 
Süvari atların sayı iki min baş idi. Onların üstünə dəmir zireh (bərgostvan) 
və qızıl-gümüşdən düzəldilmiş dördkünc zirehlər salınmış və atlar xırda zəncirlərlə 
bir-birinə bağlanmışdılar. Zirehlərin ətəkləri yerədək sallanırdı. Bəzi atlar, bizdə 
olduğu kimi, dəri ilə örtülmüşdü... Sonra aşağıdakıları saydım: 
130 
Azərbaycan tarixi, «Elm» nəşr. III cild, səh.105-106. 
131
Səfərnamebayi-vernizyan dər İran,Tehran, h.1349, səh.217-218 (fars dilində). 


38 
2 min baş gözəl qatır, 20 min baş xırda buynuzlu heyvan, 2 min baş iri 
buynuzlu mal-qara, cəmisi 100 dənə ov yüzpələngi (?), 200 dənə dişi və başqa 
şahin quşu, 3 min ədəd tazı, 1000 ədəd ov iti, 50 ədəd qırğı, 15 min nəfər beli 
qılınclı döyüşçü, 2 min nəfər silahlı qulamlar, çobanlar və başqa xidmətçilər, 1000 
nəfər oxatan. Bunlardan başqa 25 min seçkin süvari, 3 min nizəsi və oxu olan 
piyada əskər, ali və orta təbəqədən olan 10 min qadın, 5 min xidmətçi qadın, 15 
yaşından 6 yaşınadək 6 min kiçik qız və oğlan uşağı, təxminən beş yaşlı 5 min 
başqa uşaqlar. 
Süvarilərin 1000 nəfəri nizəatan, 5 min nəfəri qalxanaparan, təxminən 10 
min nəfəri oxçu olmaqla yerdə qalanlarının müxtəlif silahları vardı. Əskərlərin 
yan-yörələrində görünən və öz mallarını satan sənətkarlar aşağıdakılardan 
ibarətdir: Ordunun bütün ehtiyacını ödəyən dərzilər, çəkməçilər, dəmirçilər, 
yəhərçilər və oxdüzəldənlər. Sonra, hər yerdə səliqə-sahmanla çörək, ət, meyvə, 
şərab və başqa şeylər satan adamları da gərək sizə xatırladam. Orduda ədviyyə 
satan əttarlar da vardı».
132
Başqa bir Venesiya diplomatı Ambrozio Kontarini isə səfirlərə nümayiş
etdirməkdən ötrü hazırlanan Ağqoyunlu piyada və süvari qoşunlarının rəsmi-
keçidi barədə məlumat verib yazır. «Müxtəlif adamlardan və Cozafa Barbarodan 
əlahəzrətin xidmətində olan nizami süvarilərin miqdarı haqqında soruşduqda 
məlum oldu ki, 25 min nəfərdən çox deyillər».
133
A.Kontariniyə görə, belə rəsmi-
keçidin hazırlanmasından məqsəd «gördüklərimiz barədə qayıdıb öz hökmdarımıza 
məlumat vermək idi».
134
Diplomat sonra Ağqoyunlu ordusunun silahları barədə 
yazır: «Onların silahları ox, kaman, qılınc və qalxandan ibarətdir... Nizədən 
istifadə etmirlər».
135
Dövrün mənbələrində ordunu təşkil edən hissələr «qoşun, ləşkər» əskərlər 
isə «dilavər, əskər, mülazim, nökər və qulluqçu» adlanır. Ordu cəngə başlamazdan 
əvvəl döyüşün olacağı meydana «çərxçi» yaxud «çərxəçi» adlanan dəstə çıxarılırdı 
və bu dəstəyə rəhbərlik «çərxçibaşı» tərəfindən həyata keçirilirdi. 
Dilçi alim H.H.Zərinəzadəyə görə çərxçilər «çərx» (?) adlı «maşınlarla» 
təchiz edilir və mühasirəyə aldıqları şəhərə çərxlərdən od yağdırarmışlar.
136
Bu 
qəribə məlumatın H.H.Zərinəzadə tərəfindən hansı mənbədən götürüldüyü məlum 
deyildir, lakin bizə məlumdur ki, çərxçi dəstələrinin əsas fəaliyyətləri mühasirə 
zamanı yox, hücum vaxtı, özü də şəhər ətrafında yox, döyüş meydanında 
olmuşdur. Çərxçilərin döyüş meydanına çıxarılması döyüşün başlanması demək 
132
Səfərnamehayi-venizyan ..., səh.73-74. 
133
Səfərnamehayi-venizyan ..., səh.146-147. 
134
Yenə orada, səh.147 
135
Yenə orada. 
136
H.H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri, Bakı. 1962, səh. 278. 


39 
idi. Sübut üçün bircə fakta müraciət etmək kifayətdir: «Elə ki çərxçilər hər iki 
tərəfdən meydana gəldilər, döyüş başlandı».
137
Çərxçi dəstələrinin mövcudluğu faktına biz XV əsrin II yarısında təsadüf 
edirik, XVI əsrdə isə həmin dəstələrin fəaliyyəti daha mütəşəkkil olur və onlar 
ordunun avanqard hissəsini təşkil edirdilər. Çərxiçilərin döyüşə ilk atılan hərbi 
dəstə olduğunu tədqiqatçılardan Ə.Ə.Dehxoda
138
və Ə.Müntəzirsahib
139
də qeyd 
etmişlər. 
Güman ki, çərxçi dəstəsinə kimin rəhbərlik edəcəyi döyüşə yollanma 
ərəfəsində müəyyən edilmişdir. Məsələn, «Aləmarayi-Səfəvi» adlı mənbədə 
məşhur Ağqoyunlu əmiri Eybə Sultanın bir fəaliyyəti barədə oxuyuruq: «Eybə 
Sultan beş min nəfərlə çərxçi olub.. .».
140
«Tarixi-aləmarayi-Əmini» əsərində isə çərxçilərin silahlarının tüfəngdən 
ibarət olmağı aydınlaşır. Fəzlullah Xunci yazır: «Sultan Xəlil döyüşə başladı. O, 
münqəlayı Şərəfəddin Osman Miranşahiyə, Şeyx Əli Pornaka və Xəlil bəy Sufiyə 
(Sufi Xəlilə - Ş.F.) tapşırdı. Əvvəlcə çərxçilər hücuma keçdilər və Yaqubun 
çərxçiləri Xəlilin topuna qədər gedib çıxdılar, amma Xəlil qoşununun mərkəzi 
hissəsini (qəlb) top və tüfənglərlə möhkəmləndirdiyindən topçular çərxçiləri öz 
atəşləri ilə pərən-pərən saldılar».
141
Cəng başlanarkən kimlərin çərxçi təyin edilməsi məsələsi, görünür ki, çox 
əhəmiyyətli olmuşdur. I Şah İsmayıl Səfəvi və Ağqoyunlu Əlvənd arasında 
həlledici döyüş başlamazdan əvvəl, Səfəvi hökmdarı tərəfindən döyüşə göndərilən 
Qara Piri Qacar vəziyyətin qorxulu olduğunu nəzərdə tutub çərxçiliyi öz üzərinə 
götürmüş və əmir İlyas bəy Halvaçıoğluya demişdi: «Sən bayrağın yanında mənim 
yerimdə dayan ki, mən özüm çərxçi olum. Bu bizim türkmanlarla (Ağqoyunlularla 
- Ş.F.) ilk döyüşümüz olduğundan, başqa heç bir kəsə gümanım yoxdur ki, onu 
çərxçi edim».
142
«Aləmarayi-Səfəvi» əsərində çərxçilik (çərxçigəri) vəzifəsinin məzmunu 
barədə maraqlı bir fakt da vardır. Orada göstərilir ki, Rum sultanından (osmanlı 
sultanından - Ş.F.) top və əskəri qüvvə ilə kömək alan Sultan Murad Ağqoyunlu 
qızılbaşlarla qarşı çıxır. Şah İsmayıl vəziyyəti belə görüb öz adamları ilə 
məsləhətləşdikdən sonra onlara deyir: «Elə bir adam istəyirəm ki, rum qoşununun 
həşəmətindən qorxmasın və bizim pişxanəmizi (qoşunun daşıdığı cəng vəsaiti - 
Ş.F.) rum qoşununun iki fərsəxliyinə aparıb yerləşdirsin». İlyas bəy Halvaçıoğlu 
ona cavab verir: «Mən zəfərli qızılbaş qoşunun çərxçisi olduğum üçün bu, mənim 
137
Aləmarayi-Səfəvi, Tehran, h.1350, səh.81. 
138
Lüğətnamə № 50, səh.156. 
139
Aləmarayi-Şah İsmayıl, Tehran, h.1349, səh.76. 
140
Aləmarayi-Səfəvi, səh.59. 
141
F.Xunci. Göst.əsər, səh.53-54. 
142
Aləmarayi-Səfəvi, səh.89. 


40 
işimdir».
143
Demək, çərxçinin fəaliyyəti dairəsinə döyüş sürsatının daşınması və 
yerləşdirilməsi də daxil idi. 
Qeyd etməliyik ki, çərxçi və çərxçibaşı məfhumları hələ tamamilə açılmadı 
və gələcəkdə bu məsələ üzərində araşdırma aparılmalıdır. Çərxçi ilə yanaşı başqa 
bir istilah - «muçi» istilahı da diqqəti cəlb edən orta əsr istilahlarındandır. Biz vaxtı 
ilə «muçi» istilahı ilə məşğul olaraq onun səfəvilər dövründə yarandığını ehtimal 
etmiş və XV əsr hadisələrinin təsvirində muçi dəstələri haqqında məlumata təsadüf 
etmədiyimizi yazmışdıq.
144
О vaxt bu doğrudan da belə idi və bizim əlimizdə 
Fəzullah Xuncinin «Tarixi-aləmarayi-Əmini» kimi qiymətli mənbəyi yox idi. Bu 
məsələ ilə əlaqədar indi isə F.Xuncinin mənbəyinə müraciət edək: Ağqoyunlu taxt-
tacına sahiblik uğrunda iki qardaş - Sultan Xəlil və Yaqubla ölüm-dirim mübarizəsi 
getdiyi zaman, yuxarıda yazıldığı kimi, artıq tərəflər üz-üzə gəlmişdilər. Mənbədə 
oxuyuruq: «Xəlil qoşununun münqəlay hissəsinin adlı-sanlı rəhbərləri də 
çərxçilərin dəf olunmalarında iştirak edirdilər. Onlar çərxçiləri muçi əmirlərinə 
tərəf - Həsənəli ibn Şeyx Əli Möhrdara, Hüseyn bəy Qaramaniyə, Seydi Əhməd 
bəy Pornaka və Şahməhəmməd bəy Duxarluya tərəf sıxışdırdılar. Xəlilin 
münqəlayındakı əmirlər muçi əmirlərindən iki dəfə güclü olduqlarından onlar muçi 
əmirlərini geriyə qaytardılar».
145 
Deməli, Ağqoyunlu qoşununda «muçi əmirləri» 
adlanan xüsusi dəstə də mövcud olmuşdur. Ç.N.Seddon «muçi» sözünün heç bir 
lüğətdə olmadığını yazır.
146
Doğrudan da onun lüğəvi mənası aydınlaşmamışdır, 
lakin V.F.Minorski fars dilindən rus dilinə çevirdiyi «Tarixi-aləmarayi-Əmini» 
əsərinin «Qeydlər» hissəsində yazır: «Muçi istilahı Həsən Rumlunun «Əhsənüt-
təvarix»ində vardır. Çaldıran döyüşü zamanı fars hərbi sərkərdəsi Saru Pirə (Saru = 
Sarı Pirə, adından da göründüyü kimi, fars əmiri deyil, türk əmiri olmuşdur - Ş.F.) 
çərxçi alayı ilə osmanlı münqəlayına hücum edərək onu olduğu yerdən geriyə, 
muçilərə tərəf atdı, amma elə о vaxt muçilərin rəisi Saru Pirənin ardınca hücuma 
keçdi»
147
. V.F.Minorski bu istilahın mənası ilə əlaqədar sözünə davam edib yazır: 
«Əsərin 404-cü səhifəsində yenə də həmin müəllif (Həsən Rumlu - Ş.F.) döyüşə 
muçi və çərxçilərsiz getməyə ürək edən fars əmirlərinin (türk qızılbaş əmirlərinin - 
Ş.F.) özbəklərlə məğlubiyyətini təsvir edir».
148
Bu məşhur rus şərqşünasının fikrincə «çərxçi» ilk təşəbbüs göstərən, ilk 
başlayan anlamını verir, «muçi» isə güman ki, münqəlayın arxasındakı ehtiyat 
əskərlərinə verilən ad olmuşdur.
149
143
Yenə orada, səh.78. 
144
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.72. 
145
F.Xunci. Göst. əsər, səh.54. 
146
Əhsənüt-təvarix. Baroda, səh.12. 
147
F.Xunci. Göst. əsər, səh.128

148
Yenə orada. 
149
Yenə orada. 


41 
Ordunun hərbi quruluşu ilə əlaqədar «qulluqçu» istilahı da diqqəti cəlb edir. 
Müasir azərbaycan dilində də işlənən bu söz təxminən orta əsrlərdə, о cümlədən 
XV əsrdə işlənən «qulluqçu»nun daşıdığı mənanı bildirir. Lakin, göstərmək 
lazımdır ki, qulluqçular о zaman hərbi dəstələrdə xidmət edir, istilahın məzmununa 
müvafiq olaraq at, dəvə və başqa heyvanlara qulluq edirdilər.
150
V.F.Minorski 
qulluqçuların süvari və ya piyada olduqlarının müəyyənləşmədiyini yazır,
151 
italyan 
diplomatı Katerino Zeno isə qulluqçuların süvari olduqlarını nəzərə çatdırır: «Bu 
süvarilərin nökər və qulluqçuları da yaxşı atlara minirlər və dəmirdən tökülmüş 
zirehli libas geyinirlər».
152
Müharibənin gərgin vaxtlarında qulluqçular da döyüşə 
çıxarılırdılar. 
Qeyd etməliyik ki, bəhs etdiyimiz dövrdə döyüşçülərə məvacib «divani-
ləşkər» («qoşun divanı») adlanan maliyyə divanı tərəfindən ödənilirdi. Ordu ayrı-
ayrı dəstələrə bölünmüşdü. Silahlar arasında qılınc, xəncər, ox, tüfəng (az 
miqdarda - Ş.F.), balta, gürz və qaladağından silahlar - rəadə, mancanaq da vardı. 
Ağqoyunlu ordusu əsrin sonuna yaxın az da olsa toplar və tüfənglərlə 
silahlanmışdı. Silahlar «qurxanə» adlanan silah anbarında saxlanılır, qurxanənin 
fəaliyyətinə xüsusi cəbbədarlar rəhbərlik edirdilər. Həsən bəy Rumlu yazır ki, Qara 
Yusif və Cahanşah Qaraqoyunlu döyüşçülərinin əksəriyyəti zirehli (cövşənpuş) 
idilər. Kəcim adlanan örtük də döyüş libasları sırasına daxil idi.
153
Cəngə surən 
(əskərlərin nərəsi), nəfir, şeypur, nağara, gəbrəgə (böyük nağara) təbil və bayraqla 
yollanırdılar. Hücum zamanı kərənay (uzun zurna), qələbə əldə ediləndə isə nağara 
səsləndirilirdi. Döyüşün gedişatı vaxtı əskəri qüvvələrin bir hissəsi ehtiyatda (tərh) 
durur, vuruşmanı müşahidə edir və lazım olduqda döyüş meydanına 
çıxarılırdılar.
154
Qoşunlar əskərlərinin mənsub olduqları yerin adı ilə adlandırılırdı: 
Qarabağ, Muğan, Şirvan qoşunu
155
və s. 
Müharibə gözlənilən vaxt yerlərə istimalətnamə (cəlbedici məktub, nəvaziş 
məktubu) göndərilib ənam vəd edilir və beləliklə qoşun toplanışı surətləndirilirdi. 
Əskər yığımı «yasaq» adlanırdı. Vilayətlərdə yaşayan əmir və əyanlar fərman alan 
kimi öz çərikləri ilə padşaha köməyə gəlir, yalnız müharibə bitdikdən sonra öz 
yerlərinə geri qayıdırdılar. 
Döyüş gözlənilən təqdirdə hökmdarlar arasında hərbi ittifaqın yaranması da 
vacib hərbi siyasət sayılırdı. 1414-cü ildə Şirvanşah I İbrahim Qaraqoyunlu Qara 
Yusiflə döyüşməkdən ötrü Şəki hakimi Şəmsəddin Əlinin oğlanları, habelə 
Gürcüstan valisi Kustandil (Konstantin) ilə ittifaqa girmişdi. 
150
Сборник статей по истории Азербайджана...., səh.79. 
151
Minorsky V.А Civil and Military Review in Fars in 881/1476, B SOS, vol X p.1,1940, s.164. 
152
Səfərnamehayi-venizyan ..., səh.216 
153
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.68. 
154
Yenə orada. 
155
Yenə orada səh.68. 


42 
Müharibə baş tutmadıqda, yaxud dövlətlər arasında ümumi razılıq əldə 
ediləndə sülhnamə (sülh müqaviləsi) tərtib edilirdi. Məğlubiyyətə uğrayan tərəfin 
məşhur əmirlərinin qalib gələn tərəfə cəlb edilməsindən ötrü «nəvazişnamə» 
(«nəvaziş məktubu») yazılırdı. Qələbə xəbərini qonşu dövlətlərə bildirməkdən ötrü 
«fəthnamə» («qələbə məktubu») yollanırdı. Çətinliklə ələ keçirilən şəhərin 
əhalisindən müqavimət göstərib orduya ziyan vurduqları üçün böyük məbləğdə 
təzminat alınırdı. Başqa dövlət başçıları qalib tərəfi qələbə münasibətilə təbrik edir 
(təhniyət), töhfə yollayırdılar.
156
Bəhs olunan dövrdə ordunun müxtəlif hissələri 
belə adlandırılmışdır: 
Cəvanğar, yaxud meysərə (sol qol, yaxud sol cinah); 
Bəranğar, yaxud meymənə (sağ qol, yaxud sağ cinah); 
Qul (ordunun mərkəzi), yaxud qəlb; 
Mənqəlay, yaxud pişdar (ordunun ön hissəsi). Mənqəlayın da cəvanğar və 
bərənğarı olurdu. Mənqəlayda minlərlə döyüşçü vuruşdu, çünki mənqəlay 
hücumunun döyüşün sonrakı gedişi üçün böyük əhəmiyyəti vardı. 
XV əsr Azərbaycan feodal dövlətlərində bu hərbi istilahları əsasən 
özlərindən əvvəlki monqol və teymuri ordularından əxz etmişdilər. Bu baxımdan 
Əmir Teymurun kitabına bir daha müraciət etmək yerinə düşərdi: "Əsl sərdar odur 
ki, qırx min atlı hərbçini on dörd bölüyə ayırıb düzə bilsin. Əvvəl özünə tabe olan 
cərgələri nizama düzüb onu "qol" adlandırsın. Sonra bəranğarın üç bölüyünü 
nizamlayıb onların birinə "bəranğar hiravulu" (sağ cinahın ön dəstəsi-Ş.F.) adını 
versin. Sonra cəvanqarın üç bölüyünü düzüb, onların birini "cəvanqar hiravulu" 
(sol cinahın ön dəstəsi – Ş.F.) adlandırsın. Bu tərz ilə bəranğar bölüklərinin yanına 
daha üç qoşun düzüb onlara “çapavul” adını qoysun, həmin üç bölükdən birini isə 
"çapavulun hiravulu" adlandırsın. Bu qayda ilə daha üç qoşunu nizamla düzüb, 
onları cəvanğarın alt hissəsində yerləşdirib, "şigavul" adını qoysun, həmin üç 
qoşundan birinə "şigavulun hiravulu"
adını versin. Bundan sonra "qol"un 
qarşısında sınanılmış, təcrübəli oxçular, qılıncoynadanlar, nizətullayanlar və 
bahadırlardan ibarət böyük bir hiravul düzsünlər, çünki hiravulun məhz bu 
qoşunları güclü surən salıb (urra çəkib) düşməni məğlubiyyətə uğradacaqdır... 
Sərdar əvvəlcə onlara qarşı böyük hiravul dəstələrini üz-üzə gətirməli və döyüşə 
buraxmalıdır. Bunun arxasınca böyük hiravula kömək üçün çapavul hiravulunu və 
şigavul hiravulunu döyüşə buraxmaq lazımdır. Onların arxasınca gərək çapavulun 
ikinci qismi və şigavulun birinci bölüyünü döyüşə göndərmək gərəkdir. Əgər 
düşmənə endirilən bu yeddi zərbədən sonra da qələbə əldə olunmasa, о zaman 
bəranğar və cəvanğarın hiravulu cəngə başlamalıdır. Bununla düşmənə doqquz 
zərbə vurulmuş olacaq. Əgər doqquz zərbədən sonra da fəth və zəfər müyəssər 
156
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə..., səh.69-70; Yenə onun: Azərbaycan və Osmanlı 
imperiyası XV-XVI əsrlərdə. Bakı, 1995. Səh. 49. 


43 
olmasa, bəranğarın birinci bölüyü və cəvanğarın ikinci bölüyünü döyüşə yeritmək 
lazımdır. Əgər bu on bir zərbədən sonra da qələbədən səs-soraq çıxmasa, 
bəranğarın ikinci bölüyünü və cəvanğarın birinci bölüyü döyüşə başlamalıdır. Bu 
on üç zərbədən sonra düşmənin yeniləcəyinə və qələbəyə ümid etmək olar. Əgər 
bu on üç zərbədən sonra da fəth və zəfər hasil olmasa, sərdar gərək qolun 
əsgərlərini vuruşa hazırlayaraq, özü də onlarla bərabər cəngə yerisin, özünü 
düşmən gözünə dağ tək göstərib ağır-ağır hərəkət etsin. Döyüş bahadırlarına 
buyursun ki, qılınclarını çəkib hücuma keçsinlər, oxatanlar isə yaylardan ox 
yağdırsınlar. Əgər bu zaman da zəfər və fəth əldə olunmasa sərdarın özü gərək 
cəng meydanına girsin." (Бах: Temur Tüzukları, Daşkənd, 1996, səh. 129-130, 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin