Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
kitab20100722120332154

Pərvanəçi: Sarayın rəsmi sənədlərini qələmə alan hörmətli katiblər 
pərvanəçi adlanmışlar. Vəzifəsinin müəyyən mənada mirzəçilik olmasına 
baxmayaraq, pərvanəçiyə hərbi tapşırıqlar da həvalə olunur, ona diplomatik 
missiyanın yerinə yetirilməsi tapşırılır, hətta döyüşlərdə iştirak etmək də həvalə 
olunurdu. Ə.Tehrani yazır ki, Cahanşah Qaraqoyunlu Şiraza hakim təyin etdiyi 
oğlu Pirbudağı dikbaşlığına görə cəzalandırmaq üçün Şiraza yollananda şəhərin ən 
mühüm giriş qapısının (darvaza) mühafizəsi şahzadə tərəfindən İbrahim bəy 
Pərvanəçiyə tapşırılmışdı, lakin, «pərvanəçi peşmanlıq yoluna qədəm qoyub qaçdı 
və ona tapşırılan darvazanı buraxıb Cahanşahın düşərgəsinə gəldi... Onun qaçmağı 
Pirbudağın süqutunu yaxınlaşdırdı və Cahanşahın adamlarında Şirazın fəth 
olunacağına ümid yaratdı».
117
Sultan Xəlil Ağqoyunlunun bir neçə aylıq 
hakimiyyəti zamanı (1478) Əmir Cəlaləddin Qutlu bəy və Cəlaləddin Həsənəli bəy 
onun pərvanəçiləri idilər.
118
Pərvanəçi son dərəcə etibarlı şəxslər arasından seçilir və ona bəzən sultanın 
maliyyə işləri də tapşırılırdı, qızıl etibar olunurdu. Fəzullah Ruzbehan yazır ki, 
Yaqub Ağqoyunlu hakimiyyəti qardaşı Sultan Xəlildən almaqdan ötrü Təbriz 
üzərinə yürüşə başlayanda bir müddət Ərciş çayı kənarında dayandı. «Orada ona 
təzim etmək üçün çoxlu əmir və əyanlar gəldilər. Çoxlu pul paylandı ki, bu işi 
qoltuğunda qızıl kisələri tutmuş pərvanəçi icra edirdi».
119
Mustovfi: Qaraqoyunlu və Ağqoyunlu divanlarında maliyyə işlərinə 
mustovfillər rəhbərlik edirdilər. Sədr Qazi İsa Savəcinin babası Şükrulla Uzun 
Həsənin hakimiyyəti dövründə şahın maliyyə vəkili, yəni mustovfisi olmuşdu.
120 
Qardaşı Sultan Xəlildən sonra Ağqoyunlu taxtında əyləşən Yaqub tərəfindən 
dərhal «şah fərmanı» verilir və fərmanda vergilərin (xariciyyati-məmalik) ixtisarı 
(təxfif) öz əksini tapır. F.Xunci yazır ki, divan mustovfiləri tərəfindən həmin 
vergilərdən yığılan gəlir müəyyən edildi və onun ümumi məbləği 70.000 tümən 
oldu və bu məbləğ dərhal ləğv edildi.
121

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin