Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   2   3   4   5   6   7   8   9   ...   25
kitab20100722120332154

vəsiyyətləri" səh. 73) 
Əmirül-üməra vuruş meydanını seçərkən dörd məsələni nəzərdə tutmalı idi: 
1. Həmin yerdə su olub-olmadığını; 
2. Əsgərlərin saxlandığı ərazini; 
3.Düşmən əsgərlərinin yerləşdiyi yerdən bir qədər yüksəkdə olmağı; 
4. Vuruş meydanının qarşısının geniş və açıq olmasını; (Bax: "Əmir 
Teymurun vəsiyyətləri" səh. 101) 
Teymurilərin ordu quruluşunda əmirül-üməra ən böyük hərbi rütbə 
sayıldığından, müvafiq olaraq hərbçilər arasında ən çox maaş almaq haqqı da ona 
mənsub idi: "Əmr elədim ki, əmirül-üməranın maaşı öz əlinin altındakılarından on 
dəfə artıq olsun" (Bax: "Əmir Teymurun vəsiyyətləri"səh 65) 
60
Сборник статей по истории Азербайджана, стр.198: Д.М.Ибрагимов Феодальные 
государства...., стр.77. 
61
Həsən Rumlu. Əhsənüt-təvarix, Tehran, h.1349, səh.126,235; Tarixçi Budaq Qəzvini də bu fikirdədir 
(Bax: Cəvahirəl-əxbar, M.Y.Saltıkov-Şedrin adına Leninqrad Dövlət Kütləvi Kitabxanasının 
Əlyazmalar şöbəsi Dornun kataloqu №288 səh.288). 
62
Həsən Rumlu. Əhsənüt-təvarix, Baroda, 1931, səh.185. 


22 
Qaraqoyunlu dövlətinin ilk vaxtlarında bu dövlətin əmirül-üməraları 
Bəstam Cagirlu
63
Əmir Qaraman
64
olmuş və onlar müxtəlif vaxtlarda bu 
möhtəşəm vəzifəni icra etmişlər. İllər ötdükcə şahlar kimi əmirül-üməralar da 
dəyişilmiş, amma bu yüksək mənsəb yenə də idarəçilikdə aparıcı rollardan birini 
oynamışdır. 
Əmirül-üməra Əmir Qaraman barədə mənbədə belə bir məlumat vardır: 
«Qara Yusifin hakimiyyəti zamanı Əmir Qaraman bütün əmirlərdən böyük idi». 
Yenə həmin mənbədə göstərdiyinə görə yuxarıda adı çəkilən Əmir Bəstam 
Cagirlu
65
əmirül-üməralığa özünün ciddi mübarizəsi nəticəsində çata bilmişdi ki
bununla da bu vəzifənin üstünlüyü nəzərə çarpır. Mosullu tayfasından çıxmış 
«mötəbər» «əzəmətli» və «böyük» əmirlər barədə mənbədə oxuyuruq; 
Mosullu tayfası: Onların mötəbər əmiri Taş bəy (Bəktaş bəyin oğlu Əmir 
bəy - Ş.F.) Həsən padşahın (Uzun Həsənin - Ş.F.) əmirül-ümərası idi. O, Sultan 
Əbu Səidin (teymuri sultanı - Ş.F.) əmirləri ilə çoxlu döyüşmüş, Toqat şəhərini 
yandırmışdı. Oğlu Gülabi bəy də əzəmətli əmir (əmiri-müəzzəm) idi... 
Mosulluların başqa bir nümayəndəsi Əmir bəyin qohumu Sufi Xəlildir. Yaqub 
padşahın zamanında böyük əmir (əmiri bozorg) oldu. Padşahın vəfatından sonra o, 
bayanduri şahzadələrinin əksəriyyətini qətlə yetirdi. Nəhayət Van qalası 
yaxınlığında Süleyman bəy Bicənin əli ilə öldürüldü. O, tayfanın başqa mötəbər 
əmiri (əmiri-mötəbər) Əmir xandır ki, o, «şahı-dinpənahın» (dinin pənahı) olan 
şahın (burada I Şah İsmayıl nəzərdə tutulur - Ş.F.) hakimiyyəti dövründən qabaq 
Bağdad valisi idi ki, onu Zülfüqar bəy öldürdü... Mosulluların başqa əmiri Əmir 
xan ibn Məhəmmədi bəy ibn Gülabi bəy ibn Əmir ibn Bəktaş bəydir ki, Təbrizin 
əmirül-ümərası idi. 
Pornak tayfası: Bu tayfanın əzəmətli-əmiri Şahəli bəy idi ki, Həsən 
padşahın vaxtında tam iqtidara malik idi... Bu tayfanın başqa mötəbər əmiri 
Murtuzaqulu xandır ki, müqəddəs Məşhədin əmirül-ümərası idi... Başqası Həsən 
bəy Şükür oğluydu ki, Rüstəm padşahın zamanı Muğan və Qaracadağ əmirül-
ümərası olmuşdu.
66
Baysunqur Ağqoyunlunun (hakimiyyət illəri: 1490-1492) 
əmirül-ümərası olan Fərrux bəy böyük nüfuz sahibi idi.
67
Bəzən hökmdar əmirül-üməranın istəyinə qarşı çıxa bilmir və onun rəyi ilə 
istər-istəməz hesablaşmalı olurdu. Belə ki, Qara Yusif Qaraqoyunlu əsir aldığı 
Cəlairi hökmdarı Sultan Əhmədi öldürmək istəmədiyinə baxmayaraq, əmirül-
63
Yenə orada. səh.107. 
64
Yenə orada, Tehran nəşri, səh.37, 46. 
65
Yenə orada, səh.115. Qeyd: Onların (Cağirlu tayfasının - Ş.F.) əzəmətli əmiri Əmir Bəstamdır. O, 
illərlə Qara Yusif Türkmanla döyüşdü, nəhayət ki, onun əmirül-ümərası oldu. (Bax: Tarix-qızılbaşan, 
səh.37) Deməli bəzən əmirül-üməra olmaq naminə padşahla döyüşmək də lazım imiş. 
66
Tarixi-qızılbaşan, səh. 23-27. Qeyd: Göründüyü kimi bu mötəbər, əzəmətli, böyük əmirlərin 
əksəriyyəti əmirül-üməra olmuşlar. 
67
Həsən Rumlu. Əhsənüt-təvarix, Tehran nəşri, səh. 630. 


23 
üməra Bəstam Cagirlunun istəyinə qarşı durmaqdan çəkinmiş və ölüm hökmünü 
vermişdi.
68
Mənbənin göstərdiyinə görə əmirül-üməra dövlətdə «ixtiyar sahibi» 
idi.
69
Bəzi ali dövlət vəzifələri olan əmirül-üməra və divan əmiri vəzifələri eyni bir 
şəxs tərəfindən idarə olunurdu. Ə.Tehrani yazır: «Cahanşah Mirzə Təbrizdə... 
əmirül-üməra və sahibi-divan olan Şahəli Bayramini bir neçə xəyanətdə ittiham 
edib həbsə aldı».
70
Türk tədqiqatçısı Xəlil Yınanca görə əmirül-üməra (əmiri-əzəm) nüfuzlu 
divan işçisi olub, hökmdarın şəxsən iştirak etmədiyi hərbi yürüşlərdə baş 
komandan vəzifəsini icra edirdi. Onun fikrincə XV əsrdə bəylərin ən böyüyü məhz 
əmiri-əzəm olmuşdur.
71
Bu qeydlərdən məlum olur ki, XV əsr Azərbaycan dövlətlərində padşahdan 
sonrakı ikinci şəxs məhz əmirül-üməra olmuşdu. Şah hər hansı səbəbdən ölkədən 
çıxdıqda əmirül-üməra onu əvəz edirdi. «Tüzukati-Teymuri» əsərində yazılır: 
«Əmirül-üməra о adam ola bilər ki, məclisdə və vuruşmada mənim müavinim 
olsun və bacarıqla qoşunu idarə edə bilsin, ona kimsə müxalifət etsə
cəzalandırmağı bacarsın». Əmirül-üməranın hökmü əmirlər və qoşunun digər hərbi 
rütbəli və qeyri rütbəli məmurları üçün qanun idi
72 
Bəzi əmirül-üməralar hətta öz 
hökmdarına qarşı çıxırdılar. Əmirül-üməra Bayandur bəy 1482-ci ildə Sultan 
Yaqub Ağqoyunluya, əmirül-üməra Süleyman bəy Bicən isə Sultan Xəlil 
Ağqoyunluya qarşı vuruşmuşlar.
73

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin