Humanitar fənlər



Yüklə 78,54 Kb.
səhifə1/12
tarix01.01.2022
ölçüsü78,54 Kb.
#50386
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1636873921


Azərbaycan Dövlət İqtisad Universiteti

Humanitar fənlər”kafedrasının



tarix elmləri, professor.N.M.Süleymanov nizami suleymanov unec@gmail.com
Fənn: Azərbaycan tarixi

Mövzü: XIV əsrin sonu - XV əsrdə Azərbaycan feodal dövlətləri


  1. Azərbaycan XIV əsrin II yarısında. Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri

  2. Qaraqoyunlu dövləti

  3. Ağqoyunlu dövləti

  4. XV əsrdə Azərbaycanın iqtisadi həyatı və mədəniyyəti


Mühazirə mətnində mənimsənildikdən sonar qələbələr Azərbaycanda Cəlairilər Sulaləsinin, hökmranlığı, Şirvanşahlar – Dərbəndlilər Sülaləsinin hakimiyyətə gəlməsi, Teymur və Toxtamışın Azərbaycana yürüşləri, Şirvanşah Teymuri və Cəlarilər arasındakı münasibətlər, Qaraqoyunlu Şirvanşah münasibətləri, Qaraqoyunlu dövlətinin yaranmasəı, daxili və xarici siyasəti, Qaraqoyunlu Ağqoyunlu münasibətləri, Ağqoyunlu dövlətinin, Uzun Həsənin dövründə Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti, Ağqoyunlu – Osmanlı münasibətləri, Ağqoyunlu dövlətinin zəifləməsi və süqutu, XV əsrdə Azərbaycanda torpaq mülkiyyət formaları və vergi siyasəti, XV əsr Azərbaycan mədəniyyəti haqqında müfəssəl bilik əldə edirlər. Həmin biliklər XV əsrdə Azərbaycanda baş verən siyasi, ictimai və sosial- iqtisadi həyatda bağlı dərin bilik əldə etməklə bərabər Azərbaycanın beynəlxalq müansibətlərdə yeri və rolu haqqında dünya görüşün formalaşmasına da imkan yaradır.
Canı bəy, oğlu Bərdi bəyi Təbrizə səltənətə qoyub, Qızıl Orduya qayıtdı.Bərdi bəy atasının ölüm xəbərini aldıqda Təbrizdən getməli oldu.Daxili və xarici vəziyyətin gərginliyindən istifadə edən Cəlairi Şeyx Üveys (1354-1374) 1358-ci 1359-cu illərdə Azərbaycana yürüşlər etdi və Təbrizə daxil oldu.Azərbaycan Cəlairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Cəlairilər monqol qəbiləsidir. Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cıildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367-ci ildə Şirvan ərazisini tutdu. Şeyx Üveysdən sonra oğlu Sultan Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı. Teymur 1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar geri qayıtdı.Sultan Əhməd Bağdada çəkilmişdi.Bu zaman Toxtamış_1385-ci_ilin_sonunda'>Toxtamış 1385-ci ilin sonunda 90 minlik qoşunla Dərbənddən Şirvana daxil oldu və Təbrizə çatdı. Təbrizlilər müdafiəyə qalxdılar, şəhər ətrafında xəndəklər qazıldı,küçə səngərləri yaradıldı. Düşmən 8 gün Təbrizin ətrafında dövrə vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur oldu, tərəflər arasında razılıq əldə olundu. Təbriz hakimi Əmir Vəli və şəhər əyanları xərac toplayarkən, əhali sülhə inanıb silahı yerə qoydu.Toxtamış bundan istifadə edib 1382-ci ildə hiylə işlədib şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış sonra Marağanı tutdu, yenidən Təbrizə qayıtdı. Bir dəstəsi Mərənd Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəlilədi, sonra Qarabağa gəldilər. Ölkədən çoxlu qənimət və 200 min əsir aparıldı. Azərbaycan 1386-cı ilin baharında Teymurun hücumlarına məruz qaldı. “Üçillik yürüş” kimi tanınan səfərdəTəbriz tutuldu. Cəlairi əmirlərinin əsas hissəsi Bağdada,bir qismi isə Əlincə qalasına getdi. Teymur payızda Naxçıvana gəldi. Xalq Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxdı. Teymur Əlincə qalasını mühasirəyə aldı. 1387-ci ilin əvvəllərində Toxtamışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri çəkildilər.Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar şahı kimi tanınırdı). Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular, Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar.


Yüklə 78,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin